Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə29/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   55

 
 
Şək.7. Ağacvarı topologiya 
 
Ümumi şin topologiyası. Mərkəzi element keyfiyyətində passiv kabel iştrak edir və 
kompüterlər bu kabelə qoşulur (şək. 8)Onun sonlarında terminator qoşulmalıdır. Ötürülən 
informasiya  kabel  vasitəsilə  yayılır  və  bu  kabelə  qoşulmuş  bütün  kompüterlər  üçün 
əlçatandır.  Ümumi  şin  topologiyalı  şəbəkənin  ən  geniş  yayılmış  növüv  Ethernet 
şəbəkəsidir (informasiyanı ötürmə sürəti 10-100 Mbit/san). Kabel keyfiyyətində koaksial 
kabel istifadə edilir.  
 
 
 
Şək.8. Ümumi şin topologiyası 
 
Ümumi şin topologiyasının üstünlükləri: 
1.
 
Bütün informasiya şəbəkədə yerləşir və hər bir komüter üçün əlçatandır. 
2.
 
İşçi  stansiyalarını  bir  birindən  asılı  olmayaraq  qoşmaq  olar,  yəni  yeni  kompüterin 
qoşulması zamanı informasiyanın ötürülməsini dayandırmağa ehtiyac yoxdur. 
3.
 
Belə  topologiyalı  şəbəkələrin  qurulması  ucuz  başa  gəlir,  çünki  yeni  kompüterlərin 
qoşulması zamanı yeni xətlərin çəkilməsinə ehtiyac yoxdur. 
4.
 
Şəbəkə  yüksək  etibarlılığa  malikdir,  çünki  şəbəkənin  iş  qabiliyyəti  ayrı-ayrı 
kompüterlərin iş qabiliyyətindən asılı deyil. 
Ümumi şin topologiyasının çatışmazlıqları
1.
 
Verilənlərin  ötürülməsi  sürətinin  aşağı  olması,  çünki  bütün  informasiya  bir  kanal 
(şin) vasitəsilə ötürülür.  
2.
 
Şəbəkənin  süəti  qoşulmuş  kompüterlərin  sayından  asılıdır,  Şəbəkəyə  qoşulmuş 
kompüterlərin sayı nə qədər çox olarsa, informasiyanın bir kompüterdən digər kompüterə 
ötürülməsi aşağı sürətlə baş verir. 
3.
 
Təhlükəsizliyi  aşağıdır,  çünki  hər  bir  kompüterdəki  informasiya  istəlin  digər 
kompüterdən əlyetən ola bilər. 
Kompüterlərin işinin təşkilinə görə təsnifatı: 

 
Eyniranqlı şəbəkələr; 

 
Ayrılmış servrli şəbəkələr. 
Eyniranqlı  şəbəkələrdə  bütün  kompüterlər  eyni  prioritetə  malikdirlər.  Hər  bir 
kompüterdə  Microsoft Windows əməliyyat sisteminin istənilən versiyası qurulur. Hər bir 
kompüterin  istifadəçisi  öz  resurslarına  digər  istifadəçilərin  girişinə  icazənin  verilməsini 
özü  qəbul  edir.  Bu  şəbəkə  ən  sadə  variantıdır.  Eyniranqlı  şəbəkənin  qurulması  üçün 
kompüterlərin kabel vasitəsilə birləşdirilməsi və əməliyyat sisteminin (məsələn, Windows 
XP Professional) qurulması kifayətdir (şək. 9)   
 
KitabYurdu.az 
60
 


 
 
 
 
Şək. 9. Windows XP Professional əsasında qurulmuş eyniranqlı şəbəkə 
 
Ayrılmış  serverli  şəbəkədə  serverin  və  işçi  stansiyaların  resursları  serverdən 
mərkəzləşdirilmiş  şəkildə  idarə  olunur.  Belə  şəbəkələrin  yaradılması  üçün  hər  hansı  bir 
kompüterdə  server  əməliyyat  sistemi,  məsələn,  Windows  Server  2003  qurulmalı  və 
tənzimlənməlidir  (şək.  10).  Bu  serverdə  istifadəçilərin  qeydiyyatı  üçün  baza  yaradılır  və 
resursların  və  istifadəçilərin  kateqoriyaları  müəyyən  edilir.  Kliyent  kompüterində 
əməliyyat sistemi (məsələn, Windows XP Professional) qurulur. Şəbəkəyə qoşulan zaman 
hər  bir  istifadəşi  serverdə  qeydiyyatdan  keçir  və  bundan  sonra  ümumi  şəbəkə  resursuna 
giriş əldə edir.. 
 
 
Şək. 10. Windows Server 2003 və Windows XP Professional əməliyyat sistemləri 
əsasında qurulmuş ayrılmış serverli şəbəkə 
 
Ayrılmış  server  çox  zaman  yalnız  bir  müəyyən  funksiyanı  (rolu)  yerinə  yetirir, 
məsələn: 

 
Fayl-serveri faylların saxlanmasına xidmət edir; 

 
Çap serveri printerləri ümumi istifadəyə təqdim edir; 

 
Tətbiqlər serveri istifadəçilərin şəbəkə tətsiqlərilə işini təmin edir;, 

 
Web-server verilənlərə ümumi girişi təmin edir; 

 
Elektron  poçt  serveri  istifadəçilərin  poçt  qutusunu  saxlayır  və  şəbəkədə  poçun 
çatdırılmasını təmin edir; 

 
və s. 
KitabYurdu.az 
61
 


 
 
Ötürmə mühitinə görə şəbəkələr naqilli və naqilsiz şəbəkələrə bölünürlər  
Naqilsiz  şəbəkələr 

  kabel  sisteminin  çəkilməsi  məqsədəuyğun  olmayan,  çətin 
olmayan  və  ya    mümkün  olmayan  yerlərdə  istifadə  olunur.  Bu  zaman  şəbəkə 
informasiyanın  ötürülməsi  keyfiyyətində  radio-dalğaları  istifadə  edən  radio-adapterlərin 
köməyi ilə reallaşdırılır. 
İnformasiyanın  ötürülmə  sürətinə  görə  şəbəkələr  aşağı-,  orta-  və  yüksəksürətli 
şəbəkələrə bölünür. 
Ölçüsünə görə şəbəkələr lokal, şəhər (regional) və qlobal şəbəkələrə bölünür:  
Lokal  şəbəkələr  (LAN  —  Local  Area  NetWork) 

  bir  otaq,  bina  və  təşkilat 
çərçivəsilə  məhdudlaşan  ərazidə  bir  çox  kompüterləri  birləşdirən  şəbəkələrdir.  Belə 
şəbəkələr  pereferiya  qurğularının  (printer,  skaner  və  s.)  və  verilənlərin  (verilənlər 
bazasının  və  arxivlərin)  kollektiv  istifadəsini  təmin  edilməsi  üçün  yaradılır.  Lokal 
şəbəkələr ən geniş yayılmış şəbəkə növüdür. 
Şəhər  (regional)  şəbəkəsi  (MAN    - Metropolitan  Area  Network) 

    böyük  şəhərin 
informasiya  təlabatını  təmin  edən  şəbəkədir.  Şəhər  şəbəkəsi  rəqəmsal  verilənlərin,  səsin 
ötürülməsini dəstəkləyə və kabel televiziyasına malik ola bilər. 
Qlobal şəbəkələr (WAN 

  World  Area  NetWork) 

  müxtəlif  ölkələrin  şəhərlərinin 
provayderlərini  bir  vahid  hesablama  şəbəkəsinə  və  ya  bütün  LAN-ları  və  MAN-ları  bir 
yerə  birləşdirən  şəbəkədir.  Bir  birindən  coğrqafi  cəhətdən  uzaq  məsafədə  kompüterləri 
birləşdirir.  Lokal  şəbəkələrdən  kommunikasiyanın  (peyk,  kabel  və  s.)  uzunluğuna  görə 
fərqlənir. Qlobal şəbəkə lokal şəbəkələri birləşdirir.      
3. Kommutasiya üsulları 
Kommutasiya  dedikdə  iki  qovşaq  arasında  informasiya  mübadiləsi  həyata  keçirilə 
bilən  bir  neçə  alternativ  marşrutlara  malik  olan  şəbəkələrdə  verilənlərin  ötürülməsi 
istiqamətinin və təşkilinin seçilməsi texnologiyasıdır. 
Kommutasiyanın üç müxtəlif növü mövcuddur: 

 
kanalların kommutasiyası (circuit switching); 

 
paketlərin kommutasiyası (packet switching); 

 
məlumatların kommutasiyası (message switching) 
1) Kanalların kommutasiyası 
Kanalların  kommutasiyası  verilənlərin  iki  qovşaq  arasında  birbaşa  ötürülməsi  üçün 
ayrı-ayrı kanal hissələrinin ardıcıl birləşdirilməsi nəticəsində fiziki kanalın yaradılmasını 
nəzərdə  tutur  (şək.  11).  Müxtəlif  kanallar  öz  aralarında  xüsusi  aparatların 

 
kommutatorların  vasitəsi  ilə  birləşirlər.    Kanalların  kommutasiyası  şəbəkələrində 
verilənlər ötürülməzdən əvvəl birləşmə proseduru həyata keçirilməlidir ki, ötürmə kanalı 
yaransın.. 
 
Şək. 11. Kanalların kommutasiyası 
 
KitabYurdu.az 
62
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə