-108-
yaşayırdı. 1804-1813-cü illərdəki müharibə başa çatsa da,
Rusiyanın Naxçıvan xanlığını işğal etmək planı gündəlikdə
dururdu. Müharibənin bitməsinə baxmayaraq, bölgədə gərginlik
qalmaqda idi. Ona görə də 1816-cı ildə Rusiya çarı I Aleksandr
(1777-1825-ci illər) A.P.Yermolovu Qafqazdakı rus qoşunlarının
baş komandanı və İrana gedəcək səfirliyin başçısı təyin etdi.
A.P.Yеrmolov 1777-ci ildə Orlov quberniyasında o qədər
də varlı olmayan mülkədar ailəsində doğulmuşdu. Təhsilini
Moskva universitetindəki pansionda almış və 14 yaşı olanda
Preobrajenski polkunda hərbi xidmətə başlamışdır. Sonralar Ni-
jeqorod draqun polkunda zabit kimi hərbi fəaliyyətini davam et-
dirmişdir. 1812-ci ildə Vətən müharibəsinin qəhrəmanlarından
biri kimi tanınmışdır. Qafqazda onu “Sərdar”-deyə çağırıblar.
Şəki (1819), Şəmşəddil və Qazax sultanlıqları (1819), Şirvan
(1820), Qarabağ (1822) və Talış xanlıqlarını Yermolov ləğv
etmişdi (6,s. 133; 57, s. 23).
Aleksey Petroviç Yermolov Rusiya çarı Aleksandrın xüsusi
təlimatı əsasında öz missiyasını tarixi səfərə hazırlamışdı. Bu
xüsusi təlimatın mətni Qafqaz Aktlarının VI cildində verilmişdir
(69, s. 122-127).
1816-cı ilin iyulunda Rusiya çarı I Nikolay Qafqazdakı rus
qoşunlarının baş komandanı Yermolova yazırdı: “çox yaxşı
olardı ki, İran şahı İrəvan və Naxçıvanı bizim tərəfimizdən
tutulan Arazdan cənuba doğru olan ərazilərə dəyişsin. Ancaq
İran tərəfini bu ərazilərin Rusiyaya güzəştə gedilməsində göstərdiyi
inadkarlığı nəzərə alaraq onların bu işə razılıq verəcəklərinə
ümid etmək olmaz” (27,s.326).
Yermolovun 200 nəfərdən çox adamı əhatə edən missiyası
Peterburqdan Tiflisə yola düşdü. Missiya həm də şaha rus
çarından hədiyyələr aparırdı. Şahın kiçik oğlu Abbas Mirzəyə
brilyantlarla, almazlarla və zümrüdlərlə bəzədilmiş qızıl sağanaqlı
xəncər, qızıldan hazırlanmış, almazlarla və qiymətli daşlarla
bəzədilən baxış borusu, müxtəlif 2 parça, rəngli məxmər parçalar,
-109-
samur xəzi, 40 yakut samur xəzi, çini qablar, mavi rəngli böyük
gülqabı və s. (77, s. 260). Həmin heyət 1817-ci il aprelin 30-da
İrəvanda qarşılandı. May ayının 11-də Naxçıvana gəlib çatdı.
Bu missiya haqqında, daha doğrusu, onların Naxçıvanda olması
haqqında məlumat ilk dəfə F.Əliyev və M.Əliyevin “Naxçıvan
xanlığı” kitabında siyasi cəhətdən qiymətləndirilmişdir: “Aleksey
Petroviç Yermolovun səfəri haqqında tarixi ədəbiyyatda lazımi
məlumatlar vardır. Lakin onun Naxçıvanda olması və Kalbalı
xanla görüşü bu günə qədər Azərbaycan tarixi ədəbiyyatında bir
sözlə belə xatırlanmır. Hüquqi cəhətdən Kalbalı xanın Naxçıvan
torpağında Aleksey Petroviç Yermolovla görüşü və danışıqları
Naxçıvan xanlığının siyasi cəhətdən müstəqilliyini göstərir” (18,
s. 90).
Yermolov başçılıq etdiyi missiyanın daha rahat, təhlükəsiz
yolla, Xəzər dənizi sahili ilə Tehrana getmələrini təmin edə
bilərdi. Necə ki, 1716-cı ildə səfir A.P.Volınski də bu yolla İrana
getmişdi. Amma Yermolov İrəvan və Naxçıvan xanlıqlarından
keçib getməyə üstünlük vermişdi. Burada da əsas məsələ hər iki
xanlığın Rusiyanın siyasi marağında olmasıdır. Azərbaycan-rus
münasibətlərini tədqiq edən alimlərin yazdığına görə, bu
istiqamətdə məqsədin əsası kəşfiyyat materialları toplamaqdan
ibarət olmuşdu (56, s. 49). Yermolovun missiyasında iştirak
edən rəsmi şəxslərin bəziləri, məsələn, həmin heyətdə katib olan
B.P.Borozna, səfirliyin və senatın həqiqi müşaviri A.F.Sokolov
Naxçıvanın hakimi I Kalbalı xanla Rusiyanın fövqəladə səfiri
Yermolovun görüşü haqqında maraqlı məlumatlar olan kitablar
yazmışlar (80; 138).
Sonra elə həmin illərdə yazılmış və 1863-cü ildə çap edilmiş
“İrandakı səfir general Aleksey Petroviç Yermolovun jurnalı”
adlı xüsusi elmi ədəbiyyat maraqlı faktlarla zəngindir (99).
Həmin səfərdə iştirak edən baş qərargahın ştabs-kapitanı
Nikolay Nikolayeviç Muravyov (1794-1866) I Nikolay dövrünün
hərbi xadimlərindəndir. 1812-ci il Vətən müharibəsinin, II Rus-
-110-
İran (1826-1828) və 1828-1829-cu illərdəki Rus-Türk
müharibələrinin iştirakçısıdır. 1816-cı ildə Yermolovun İrana
gedən missiyasının üzvlərindən biri olub, II Rus-İran müharibəsində
polkovnik hərbi rütbəsini daşıyıb. 1837-ci ildə istefaya çıxıb.
Ancaq 1848-ci ildə yenidən hərbi xidmətə çağırılıb və 1854-cü
ildə Qafqaz canişini təyin edilib. 1856-cı ildə öz xahişi ilə
istefaya göndərilib. O həm də Karsski titulunun sahibi olub.
Onun Naxçıvanla bağlı maraqlı fikirləri vardır (123, s. 377).
Amma o da Naxçıvanın tarixinə azacıq da olsa, digər rus
tarixçiləri kimi ermənilərin mövqeyindən yanaşır. Buna əsas
səbəb onun Tiflis ermənilərindən olan Axverdovların kürəkəni
olmasıdır.
N.N.Muravyovun bu səfərlə bağlı xatirələri ölümündən
sonra 1886-cı ilin aprelində nəşr edilmişdir. Kitab belə adlanır:
“N.N.Muravyovun qeydləri 1816. İrana səyahət” (122). Qeyd
edək ki, onun xatirələri 3 kitabda toplanmışdır.
Bu kitabda həmin heyətdə olanların hamısının siyahıları
verilib, vəzifələri qeyd olunub. Müəllifin kitabın əvvəlindəki
qeydi maraqlıdır: Şəxsi gündəlik qeydləri. Peterburqdan yola
düşmə. İrana gedən səfirliyin 1816-1817-ci illərdə Tiflisə daxil
olması (122, s. 69).
Müəllif Yermolovun missiyasının mayın 11-də Naxçıvana
gəlib çatmasını belə qeyd edir: “1817-ci il mayın 11-də biz
Naxçıvan şəhərinə daxil olduq. Əvvəlcə səfiri Naxçıvan xanının
uşaqları, sonra isə kor Nəzərəli xan (müəllif səhv edir, Kalbalı
xan) qarşıladı. Kalbalı xan Naxçıvan xanlığının hakimi idi.
Onun gözlərini çıxartmışdılar. Qocanın nurlu siması adamda
hörmət hissi oyadırdı, şikəstliyi ona əzab verirdi. Süvari dəstəsi
kor qocanı müşayiət edirdi. Xan özü isə şəhərə çatanadək bizimlə
deyib-gülürdü. Naxçıvanda bizi çox yaxşı qarşıladılar. Qoca xan
çox zəngin olmasa da, bizi necə varsa elə də qonaq etdi. Mayın
12-də o, bizim hamımızı (bütün heyəti) Xan sarayına dəvət etdi.
Məndən başqa hamı getdi. Mən istəyirdim ki, qeydlərimi yazıb
Dostları ilə paylaş: |