Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə57/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   53   54   55   56   57   58   59   60   ...   157

271 

 

Lenqdonun  dünən  gecə  qazandığı  etibar  Martam 



onlan qalereyaya buraxmağa kifayət etsə də, Duomino ilə 

tanışlığı qadının başqa çıxış yolu olmadığı demək idi. 

İgnazio  Busoni  -  Duomino  kimi  tanınan  şəxs  - 

Florensiyanın mədəni mühitində tanınmış sima idi. 

Uzun  müddət  Museo  dell’Opera  del  Duomonun 

direktoru  vəzifəsində  çalışmış  İnyasio  Florensiyanın  ən 

məşhur  tarixi  tikilisinə  -  Duomo  -  nəzarəti  əlində 

saxlamışdı.  Həmin  geniş  və  qırmızı  günbəzli  tikili 

Florensiyanın  tarixi  ilə  yanaşı  şəhərin  üfüq  xəttini 

bəzəyir.  Onun  bu  binaya  olan  sevgisi  180  kiloqrama 

yaxın  çəkisi  və  həmişə  qırmızıya  çalan  siması  ilə 

uyğunluq  təşkil  edirdi.  Buna  görə  də  ona,  Duomino  - 

“balaca günbəz” deyirdilər. 

Marta  Lenqdonun  Duomino  ilə  necə  tanış  olduğunu 

bilməsə də, İnyasio gecə ona zəng vurub Dantenin ölüm 

maskasına baxmaq istəyən bir qonağı olduğunu demişdi. 

Qonağın  Amerikanın  tanınmış  simvolist  və 

mədəniyyət 

tarixçisi  Robert  Lenqdon  olduğunu 

öyrəndikdə bu iki məşhur 

insanı  sarayın  qalereyasında  müşayiət  etmək  hissi 

Martaya xüsusi zövq vermişdi. 

Bu gün isə onlar pilləkənin yuxarısına çatdıqda Marta 

əllərini  belinə  qoyub  dərindən  nəfəs  aldı.  Sienna  artıq 

downloaded from KitabYurdu.org



272 

 

eyvandan Beş Yüzlər zalına tamaşa edirdi. 



“Otağa  buradan  baxmağı  mən  də  çox  sevirəm”,  - 

Marta  tövşüyərək  dedi.  “Buradan  treskaları  başqa 

fokusdan  görmək  olur.  Çox  güman  ki,  qardaşınız  sizə 

orada gizlənmiş sirli mesaj barədə danışıb”. O, işarə etdi. 

Sienna həvəslə başını tərpətdi. “Cerca trova”. 

Lenqdon  otağa  diqqətlə  tamaşa  edir,  Marta  da  ona 

baxırdı.  Xırda  pəncərələrdən  düşən  işıqda  Marta 

Lenqdonun  otağa  ötən  gecəki  qədər  vurğunluqla 

baxmadığını sezə bildi. O, Lenqdonun yeni kostyumunu 

bəyənmişdi,  lakin  üzü  tüklü,  solğun  və  yorğun  idi. 

Həmçinin, dünən gecə qalın və dolğun görünən saçları bu 

gün qarışıq görünürdü. Sanki səhər duş qəbul etməmişdi. 

Lenqdon  onun  baxışlarını  hiss  etməsin  deyə,  Marta 

üzünü  freskaya  tərəf  tutdu.  “Biz  demək  olar  ki,  “cerca 

trova” sözləri ilə 

eyni  hündürlükdə  dayanmışıq”,  -  Marta  dedi.  “Sözləri 

buradan da görmək mümkündür”. 

Freska Lenqdonun bacısına da maraqlı görünmürdü. 

“Dantenin  ölüm  maskası  haqqında  bilmək  istəyirəm. 

Niyə o burada - Palazzo Vecchiodadır?” 

“Bacı-qardaş  olduqları  o  dəqiqə  bilinir”,  -  Marta 

içində ah çəkdi. Hələ də maskanın onlarda niyə bu qədər 

maraq doğurduğunu anlaya bilmirdi. Hərçənd, Dantenin 

downloaded from KitabYurdu.org




273 

 

ölüm  maskası  qəribə  tarixə  malikdir.  Özü  də,  son 



zamanlar  Lenqdon  ona  valeh  olan  ilk  adam  deyildi. 

“Yaxşı, deyin görüm, Dante haqqında nə bilirsiniz?” 

Gözəl sarışın çiyinlərini çəkdi. 

“Hamının  məktəbdə  öyrəndiklərini.  Məşhur  italyan 

şairi Dante “İlahi komediya” əsəri ilə tanınmışdır. Əsər 

onun cəhənnəmə xəyali səyahətindən bəhs edir”. 

“Demək olar ki, doğrudur”, - Marta cavab verdi. “Öz 

poemasında  Dante  cəhənnəmdən  çıxıb  durulma 

mərhələsindən  keçir  və  sonunda  cənnətə  yetişir.  “İlahi 

komediya”nı  oxusanız,  onun  səyahətinin  üç  hissəyə 

bölündüyünü görə bilərsiniz 

- İnferno, Purgatorio və Paradiso”. Marta onları muzeyin 

girişinə  dəvət  etdi.  “Maskanın  Palazzo  Vecchioda 

nümayiş  -  etdirilməsinin  “İlahi  komediya”  ilə  heç  bir 

əlaqəsi  yoxdur,  təbii  ki.  Bu,  daha  çox  real  hadisəyə 

əsaslanır. 

Dante  Florensiyada  yaşamış  və  öz  şəhərini  dərin 

məhəbbətlə sevmişdir. O, çox məşhur və güclü adam idi, 

lakin  hakimiyyətin  dəyişilməsi  və  Dantenin  qarşı  tərəfi 

müdafiə  etməsi  onun  sürgününə  səbəb  olur  və  doğma 

şəhərindən  qovularaq  ona  bir  daha  geri  qayıtmamaq 

tapşırılır”. 

Muzeyin  girişinə  çatanda  Marta  sözünə  ara  verib 

downloaded from KitabYurdu.org




274 

 

dərindən nəfəs aldı. Yenidən əllərini belinə qoyub davam 



etdi.  “Bəziləri  iddia  edir  ki,  maskanın  belə  kədərli 

görünməsinin  səbəbi  Dantenin  sürgün  edilməsidir. 

Amma mənim başqa bir ehtimalım var. Mən təbiətən bir 

az  romantik  olduğuma  görə  düşünürəm  ki,  maskanın 

kədərli alınmasına səbəb Beatris adlı qadındır”. 

Dante  ömrü  boyu  Beatris  Portinari  adlı  qadına  aşiq 

olmuşdur. Lakin təəssüf ki, Beatris başqasına ərə gedir. 

Nəticədə Dante nəinki sevimli Florensiyasından, həm də 

sevdiyi 

qadından  ayn  düşür.  Onun  Beatrisə  olan  sevgisi  “İlahi 

komediya”nın əsas məğzini təşkil etmişdir”. 

“Maraqlıdır”,  -  Sienna  bu  haqda  ilk  dəfə  eşidirmiş 

kimi dedi. “Amma mən hələ də ölüm maskasının burada 

niyə saxlanıldığını anlamıram”. 

Marta  gənc  qadının  təkidini  həm  qeyri-adi,  həm  də 

nəzakətsizlik kimi qəbul etdi. 

“Belə ki”, - o, yeriməyə başlayıb sözünə davam etdi, 

-  “Dantenin  hətta  meyitinin  belə  Florensiyaya  girməsi 

qadağan  idi.  Buna  görə  də  o,  Ravennada  dəfn  olunur. 

Amma  onun  həqiqi  məhəbbəti  Beatrisin  qəbri 

Florensiyada  olduğundan  və  həmçinin  Dantenin 

Florensiyaya  olan  sevgisi  də  nəzərə  alınaraq,  onun 

ruhuna hörmət əlaməti kimi ölüm maskası bura gətirilir”. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə