İSLAM SADIQ
62
Aparılan araşdırmalar göstərir ki, şumer və türk
dillərinin fonetikası arasında da oxşarlıqlar möv-
cuddur. Şumer və türk dillərinin qohumluğu haq-
qında düşünməyə əsas verən ilkin şərt isə onların
hər ikisinin aqlütinativliyidir, yəni hər iki dilin
sözləri kök və şəkilçilərdən ibarətdir. Hər iki dil-
də şəkilçilər yalnız söz köklərinə qoşulur.
Şumer və türk dillərinin leksik fondunun
müqayisəli araşdırılması da uğurlu nəticələrə
gətirib çıxarmışdır. Hazırda şumer və türk dil-
lərində 1000-ə yaxın eyni və ya oxşar sözün
mövcudluğu sübuta yetirilmişdir. Onların ara-
sında bədən üzvlərinin adlarını, qohumluq və
say bildirən terminlər də var.
Şumer və türk dillərinin genetik qohum-
luğunu təsdiqləmək üçün bədən üzvlərinin ad-
larını bildirən eyni sözlərin mövcudluğu böyük
elmi əhəmiyyətə malikdir. Hazırda şumer və
türk dillərində bədən üzvlərinin adlarını bildi-
rən xeyli sözlərin eyniliyi üzə çıxarılmışdır.
Onlardan əl, ovuc, göz, dirsək, qarış, ayaq,
ağız, dalaq, ürək, bağır (qaraciyər), qursaq,
dırnaq və s. kimi sözləri misal göstərmək olar.
Bu sözlərin böyük əksəriyyəti heç bir dəyişik-
liyə uğramadan hazırda türk dillərində işlənir.
Bəziləri isə azacıq fonetik dəyişikliyə uğramış-
dır. Bu məqalədə şumer və türk dillərində rast
gəlinən 20-dən çox bədən üzvünün adını bildirən
termin müqayisəli şəkildə araşdırılmışdır.
A – şumer dilində ‘əl’ deməkdir [5. S.12].
Çuvaş dilində əl sözü a (al) şəklində işlənir.
Bu sözün şumer və çuvaş dillərində eyniliyi
göz qabağındadır. Ola bilsin ki, əl və al sözlə-
rinin hər ikisi başlanğıcda eyni səslə ifadə
edilmişdir. Sonradan birinin fonetik variantı
kimi digəri yaranmışdır. Almaq deyəndə əl nə-
zərdə tutulur və bu da al/əl sözünün daha əvvəl
yarandığını göstərir. Al/əl sözü semantik yuva
olmuş və ondan çoxlu sözlər yaranmışdır.
Aqarin – şumer dilində ‘qarın’ deməkdir
[6. S.109]. Burada sözün əvvəlindəki a səsi
çaşqınlıq yaratmamalıdır. A səsi sözün əvvə-
linə sonradan da artırıla bilərdi. Sözlərin az
hecalı formadan çox hecalı formaya, sadədən
mürəkkəbə doğru inkişaf etdiyini nəzərə alsaq,
deyə bilərik ki, qarın sözünün də ilkin şəkli
məhz ikihecalı olmuşdur. Aqarin sözünün əv-
vəlindəki a hərfini götürəndə onun yerində qa-
rın sözü qalır ki, bu da hazırda türk dillərində
eynilə mövcuddur.
Ba – şumer dilində çoxanlamlı sözdür.
Ondan çoxlu omonimlər yaranmışdır. Ba sözü-
nün bir mənası da ‘bağır, qaraciyər’ deməkdir.
Bağır sözünün ‘ba’ kimi yazılması şumer dili
üçün səciyyəvidir. Şumer dilində ikihecalı söz-
lərin ikinci hecası çox zaman yazılmır, ancaq
tələffüz olunurdu. Ona görə mətndə ba yazıl-
mış söz yerinə uyğun olaraq ‘bağır’ kimi
oxunmuşdur. Hazırda türk dilində və Azərbay-
can dilinin oğuz ləhcəsində qaraciyərə ‘bağır’
deyilir. Qədim türk dilində də bağır sözünün
‘ba’ şəklində yazılışına rast gəlinir.
Baş – bu gün türk dilindəki bütün anlam-
larda həm də şumer dilində işlənmişdir. Sözün
ideoqramı SAQ-dır. Şumerlər özlərini ‘qara-
baş’ adlandırırdılar. Bu söz hazırda türk dillə-
rində işlənən qaravaş sözünün eynidir.
Qarabaş sözü şumer dilində belə yazıl-
mışdır: SAQ (‘baş’) – QA + QA (‘qara’). Şu-
mer dilində hecaların yerdəyişməsi səciyyəvi-
dir. Burada isə söhbət mürəkkəb sözdən gedir.
Ona görə hecaların yox, mürəkkəb sözü əmələ
gətirən sadə sözlərin yeri dəyişməlidir: QA – QA
(‘qara’) + SAQ (‘baş’). Söz yuxarıdakı kimi yazı-
lır, lakin ‘qarabaş’ kimi oxunur və tələffüz edi-
lir. Bütün şumer qaynaqlarında bu söz qarabaş
kimi yazılmışdır. Qarabaş sözü isə, göründüyü
kimi, qara və baş morfemlərindən əmələ gəl-
mişdir ki, onların hər ikisi türk sözüdür.
Ur – ‘ayaq’ deməkdir. Er/yer/yerimək söz-
lərinin hamısı həmin yuvadandır. Yer sözünün
‘ur’, ‘ir’, ‘jir’, ‘er’ və s. şəkilləri mövcuddur. Ayaq
sözü ‘gir’ şəklində də interpretasiya edilmişdir:
ŞUMER VƏ TÜRK DİLLƏRİNDƏ BƏDƏN ÜZVLƏRİNİN ADLARINI BİLDİRƏN TERMİNLƏR
63
nam-tar su nu-tuku gir nu-tuku [7. S.50].
Tərcüməsi belədir: ‘Namtarın nə əli var, nə ayağı’.
Yerimək, girmək sözləri həmin kökdən
yaranmışdır (gir sözünə bax).
İgi – ‘göz’ sözüdür. Şumer dilində o/ö səslə-
rinin olmadığı fikri irəli sürüldüyünə görə, onu bu
cür interpretasiya etmişlər: ‘i gi’ [8. S.47]. Sözün
sonundakı z şumer dilinin qaydalarına uyğun
olaraq düşmüşdür. Deməli, igi kimi interpreta-
siya edilmiş söz əslində ‘gö(z)’ kimi oxunma-
lıdır ki, bu da hazırda türk dilində olduğu kimi
işlənməkdədir. İgi – şumer dilində ‘göz’ de-
məkdir. igi mu-ul-muş-muş-u-ne [9. S.53]. Tər-
cüməsi belədir: ‘ilan gözlü igid’.
İgi
d
Nannar-ka he-en-şa. İ.T.Kaneva bu
cümləni belə tərcümə etmişdir: ‘Qoy o Nannarın
qabağında mərhəmətli olsun’ [7. S.23]. Mətndə
qabağında sözü yoxdur, o tərcümədə artırılmışdır.
Mətndəki igi (‘göz’) sözü isə əksinə buraxılmışdır.
Cümlənin düzgün tərcüməsi belədir: ‘Qoy o, Nan-
narın gözündə ürəkli (mərhəmətli) olsun’. İgi kö-
kündə həm göz (‘gö’), həm də gör/görmək sözləri
aydın görünür. Onların həm yazılışında, həm də
mənasında demək olar ki, fərq yoxdur.
Rus dilindəki okno (‘pəncərə’) sözü oko
(‘göz’) sözündən törəmişdir [10. S.29]. Oko-
nun isə igidən törəndiyi şübhəsizdir. Rus dili-
nin tələffüzündə sözün igi/ögö/ökö/oko fonetik
variantları əmələ gəlmişdir.
Kasuga – şumer dilində ‘qursaq’ anla-
mındadır [6. S.109]. Hazırda qursaq sözünün
türk ləhcələrində kursaq, qursaq, kursuq, kur-
suqa şəkillərində tələffüzünə rast gəlinir. Bun-
dan başqa, türk dilində ombanın qarınla bitişən
bükük hissəsinə ‘qasıq’ deyilir. Qasıq sözü de-
mək olar ki, kasuqanın eynidir. Qursaq qasıq
nahiyəsində yerləşən daxili orqandır. Bu iki
sözün bir kökə bağlılığı təbiidir. Bütün hallar-
da hər üç sözün eyniliyi göz önündədir.
Kol – bu söz də Muherrem Kılıca görə,
şumer dilində məhz ‘kol/qol’ anlamında işlən-
mişdir [11. S.19]. K/q əvəzlənməsi türk dilləri
üçün çox səciyyəvidir. Azərbaycan dilində q
səsi ilə tələffüz edilən sözlərin Türkiyə türkcə-
sində daha çox ‘k’ səsi ilə deyildiyi müşahidə
olunur. Kol/qol sözü hazırda türk dillərində öz
ilkin anlamını və şəklini olduğu kimi saxlamışdır.
Qaba – şumer dilində ‘qabaq, sinə, döş’
mənalarında işlənmişdir. Bu söz ‘ga-ba’ kimi
interpretasiya edilir: Ur-lum-ma gaba-ni-şe i-
gub [12. S.121]. Belə tərcümə olunur: ‘Urlum-
ma onun qabağında dayandı’; gaba-guruş-a-
gi-gim-he-ra-ra [8. S.46]. Tərcüməsi belədir:
‘O gəncin sinəsinə (döşünə) qamışla dəqiq zər-
bə vurdu’. Hər iki cümlədə qaba sözü ‘döş’,
‘sinə’ anlamlarında işlənmişdir. Qaba sözü bu
gün türk dilində işlənən qabaq (‘ön’) sözünün
eynidir. Birincidə şumer dilinin xüsusiyyətinə
uyğun olaraq sondakı ‘q’ samiti düşmüşdür.
Balkar-qaraçay dilində qadın döşlüyünə
(lifçik) ‘qabara’ deyilir ki, bu da şumer dilin-
dəki qaba (‘döş, sinə’) sözünə ‘ra’ sözdüzəldi-
ci şəkilçisi artırılmaqla yaranmışdır.
Qaba sözü ‘sinə’, ‘döş’ anlamlarında qa-
bar sözü ilə tam üst-üstə düşür. Qadın döşü
qabardığına görə, qaba sözünün həmin kökdən
yarandığı şübhə doğurmur. Qabara sözünün
də məhz döşün qabarması ilə bağlı olub, hə-
min yuvadan yarandığı göz qabağındadır.
Şumerlər arabanın qabaq oxunun qoru-
yucu hissəsinə ‘qaba-qal’ deyirdilər ki, burada
da qaba sözü ‘qabaq’ anlamında işlənmişdir.
Qarı(u) – şumerlərin işlətdikləri əkinçi-
nin təqvimində ‘qaruş’ ölçü vahidinə rast gəli-
nir. Bu sözün ideoqramı KUŞdur. S.N.Krame-
rə görə, 1 qaruş təxminən 7–8 m bərabər ol-
muşdur [13. S.126]. V.İ.Zamarovski isə bir qa-
rışın 0,495 m olduğunu yazır [14. S.117]. De-
mək lazımdır ki, bu cür ölçü vahidləri müxtəlif
dövr və yerlərdə müxtəlif rəqəmlərlə ifadə
edilmişdir. Bugünkü düşüncəmizlə yanaşdıqda
1 qarışın 0,495 m bərabər olduğu həqiqətə da-
ha çox uyğun gəlir.
Dostları ilə paylaş: |