Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


fitsil. Sahibkarlıq rəqabəti



Yüklə 1,54 Mb.
səhifə34/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   30   31   32   33   34   35   36   37   ...   444
fitsil. Sahibkarlıq rəqabəti 63

loro yeni kapital axını müşahidə edilir. Bu da eyni istehsal sahələrinin inkişafına imkan verir, zəruri məhsulun təklifini artırır.

Təbiidir ki, aşağı səviyyəli gəlirə malik sahələrdən kapitalın uzaqlaşması ilə bağlı əks mənzərə də müşahidə olunur. Belə ki, istehsalın həcmi aşağı düşür, sahənin məhsullarına olan tələb onun təklifini üs- lələyir, nəticədə isə qiymət yüksəlir. Qiymət bu zaman istehlakçının zövqünün və alıcı qabiliyyətinin, texnologiyanın və digər faktorların dəyişməsinə uyğun olaraq resursların yenidən bölüşdürülməsi üçün sit|iıal funksiyasını yerinə yetirir. Sahələrarası rəqabətin inkişafı zamanı dinamik tarazlıq obyektiv olaraq təmin edilir, kapital qoyuluşundan, haraya qoyulmasından asılı olmayaraq bərabər mənfəət əldə edilməsi mümkün olur. Sahələrarası rəqabət həm də elmi-texniki tərəqqini stimullaşdırır.

Rəqabət növlərinin təsnifləşdirilməsi əmtəə istehsalının sayından s ə onların bazarda tutduğu xüsusi çəkisindən də asılı olur. Məhz bu baxımdan təkmil (azad) və qeyri-təkmil rəqabət növləri fərqləndirilirj

Azad (təkmil) rəqabətin əsas əlamətləri. Bu rəqabət mühitində iştirakçıların sayı məhdudlaşdırılmır, əmtəə istehsalçıları bazara daxil olmaq və çıxmaq baxımından mütləq mənada sərbəstliyə malikdirlər. A/ad rəqabətə misal olaraq hər bir vətəndaşın sahibkarlıq fəaliyyəti ılo məşğul olması və öz fəaliyyətini dayandırmaq hüququnu göstərmək olar. Bu hüququn özü belə müxtəlif aspektləri əhatə edir. Belə ki, fəaliyyət sahəsi müəyyənləşdirilir, ona uyğun bu və ya digər strukturlar formalaşdırılır, muzdlu işçilər cəlb edilir, səhmlər alınır, dövlət is- iıqıazları cəlb edilir, investisiya qoyuluşu təmin olunur və s. Azad rəqabət şəraitində vətəndaşların hər hansı fəaliyyət növünü seçməsi mümkündür. Azad rəqabət sistemində istehlakçıların diskriminalının bütün formaları istisna olunur.

Azad rəqabət şəraitində bütün növ material, əmək, maliyyə və s. resurslar mütləq mənada mobil xarakter daşıyır, yəni daim hərəkətdə olur. Azad rəqabət mühitinin iştirakçılan öz maliyyə resurslannı sadəcə ola- lac] yerləşdirmir, əksinə, gəlirlərin artmasına yönəldirlər. Eyni zamanda istehsal və satışın genişlənməsi baxımından kapitalın yerinin dəyişdirilməsi də həyata keçirilir. Bu isə yalnız o halda mümkündür ki, həmin sahəyə əlavə resurslar cəlb edilir, qabaqcıl texnologiya tətbiq edilir.

Hər bir rəqabət iştirakçılarının tam informasiya (tələb, təklif, qiymət, mənfəət norması və s. haqqında) əldə etməsi səhmlərin eəlb edilməsinə, məhsul satışında, tərpənməz əmlakın alınmasında ən düzgün s ə optimal variantların seçilməsinə imkan verir. Sonuncu halda iştirakçı dərk etməlidir ki, qoyulmuş səhmlər ona maksimum gəlir əldə etməyə imkan verməlidir.

Məhsulun müxtəlif mənada eyni adlı və yeni növlü olması ticarət markalarının və məhsulun keyfiyyətinin digər fərdi xarakteristikasının məhdudlaşdırılmasım özündə əks etdirir.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə