6.
Nemətova M. İki Gəncə həkkak-xəttatının işi haqqında //Azərbaycan SSR
EA Xəbərləri. İctimai seriyası, 1959, № 8.
7.
Makuli P. Ədəbi məlumat cədvəli. Bakı, 1962.
8.
Türk Əlyazmalar Kataloqu. II cilddə. Bakı, “Nurlan”, 2009.
9.
Sıdkı S. Nefi vü Siham-ı Kazası. İstanbul, Aydınlık, 1943.
10.
Tan M.Turhan. Cumhuriyet gazetesi. 5 Haziran 1937.
11.
Sevük İ.H. Edebiyat Bilgileri. İstanbul, Remzi kitabevi, 1942.
12.
Mirzə Mehdi Naci Gəncəli. Şeiriyyatı. B-71.
13.
İbrahimov M.Xəlqilik və realizm cəbhəsindən. Bakı, Azərnəşr, 1961.
14.
Abıyev A. Türk ədəbiyyatında satira. Bakı, “Elm”, 1991.
15.
Z.Qasım bəy. Seçilmiş əsərləri. Bakı, “Avrasiya Press”, 2005.
Lamiya Rahimova
TWO PAMPHLET POETS
OF DIVAN’S LITERATURE
Summary
The most well-known masters of pamphlets of Turkic literature Mirza Mehdi
Naji and Nefi demonstrated the same skill to write of pamphlets, even though they
live in different centuries. Basing on sources, we can say, that Nefi who has a unique
position in the Ottoman`s literature of the XVII century, was born in Hasangala near
Erzurum. Nefi, who has wrote panegyric poems for various Ottoman sultans or the
liders, for a long time was under the patronage of sultan Murad IV.
The sultan who has a special place in the life of Nefi also was
cause of his
death.
The well-known poet of Azerbaijan literature XIX century, skilful
connoisseur of folk medicine, great calligrapher Mirza Mehdi Naji was born in
Ganja. Naji was closely connected with the poets at that time and corresponded with
them very often. The interest in pamphlet of these two poets was drawn attention.
So, besides their Divans, there are another books of pamphlets by them else.
Ламия Рагимова
ДВА ПОЭТА-ПАМФЛЕТИСТА
В ЛИТЕРАТУРЕ ДИВАНА
Резюме
Выдающиеся мастера пасквиля общетюркской литературы – Нефи и
Мирза Мехти Наджи – обладали одинаковым мастерством создания памфле-
тов, несмотря на то, что жили в разные столетия. Со ссылкой на источники,
отмечается, что Нефи, занимающий особое место в османской литературе
XVII века, родился в Хасанкале недалеко от Эрзурума. Посвятивший оды мно-
гим османским правителям и главам государств, он долгое время находился
под покровительством султана Мурада IV, который позже способствовал его
смерти.
Известный представитель азербайджанской поэзии XIX века, знаток
народной медицины и в то же время прекрасный каллиграф Мирза Мехти
Наджи родился в Гяндже. Наджи имел тесную связь с поэтами своего периода
и часто переписывался с ними. Интерес обоих поэтов к памфлетам не мог не
привлечь внимания исследователей. Оба поэта вошли в историю как авторы
диванов, а также сборников памфлетов.
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1
Tünzalə SEYFULLAYEVA
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
tunzale–s@rambler.ru
YƏHYA BƏY DUKAQİNİNİN ŞEİRLƏRİ
MƏCMUƏ VƏ CÜNGLƏRDƏ
Açar sözlər: əlyazmalar, nüsxələr, məcmuə, cüng
Key words: manuscripts, copies, magazine, jung
Ключевые слова: рукописи, копии, журнал, джунг
XVI əsr türk ədəbiyyatının tanınmış şairlərindən biri olan Yəhya
bəy Dukaqininin əsərləri yazıldığı gündən etibarən üzü köçürülərək,
bütün Şərq və Avropa ölkələrinə yayılmışdır. Dünyanın müxtəlif əl-
yazma xəzinələri, kitabxana və muzeylərində şairin ona daha çox
şöhrət gətirən “Xəmsə”sinin və “Xəmsə”yə daxil etdiyi məsnəvilə-
rinin çoxlu sayda nüsxəsi qiymətli abidə kimi qorunub saxlanılmaq-
dadır (1, 296). Yəhya bəy türk ədəbiyyatında “Divan” tərtib edərək,
dövrünün divan şairləri sırasında xüsusi yerə sahib olmuşdur. Şairin
“Divan”ının 6 nüsxəsi ilk dəfə 1977-ci ildə professor Mehmet Çavuş-
oğlu tərəfindən müqayisəli şəkildə tədqiq olunaraq, tənqidi mətni
hazırlanmış və nəşr olunmuşdur (2, 646). Apardığımız araşdırmalar
zamanı Yəhya bəy “Divan”ının 7 nüxəsindən başqa şairin şeirlərinin
yer aldığı bir çox məcmuə (3; 4; 5) və cünglərə də (6; 7; 8; 9; 10) rast
gəlmişik. Şərq əlyazma kataloqlarında təsvir olunan məcmuələrdə
şairin şeirlərinin, o cümlədən əsərlərindən müəyyən hissələrin yer
aldığı nüsxələrin qısa elmi-paleoqrafik təsviri aşağıdakı kimidir:
1. Topqapı Sarayı Muzeyi Kitabxanası (İstanbul) Şifri: H-
1067. Ölçüsü: 19,5x13,5, həcmi 146 vərəqdir. Xətti təliqdir. Səhifənin
uzunluğu 75 sm-dir və hər səhifədə sətrin sayı 19-dur. Yazılma tarixi
XVI əsrdir. Cildi qəhvə rəngli dəridir. Bu məcmuənin 2b səhifəsində
Yəhya bəyin “Şahü Gəda”sından nümunə verilmişdir. Bununla yanaşı
məcmuənin 114b səhifəsində Yəhya bəyin bir qəsidəsinin yer aldığı
bildirilmişdir (3, II, 251).
2. Adana Xalq Kitabxanası. “Məcmuəyi-əşarü fəvaid” adlanan
məcmuənin şifri: 293, ölçüsü: 19,8x12 sm-dir. Səhifələrdə sətir sayı
müxtəlif olmaqla məcmuə filiqranlı kağıza h.1078-1084/m.1668-
1674-cü illərdə Ədirnədə köçürüldüyü qeyd olunmuşdur. Başlıqlar
qırmızı mürəkkəblə verilmişdir. Cildi qırmızı meşindir. 1b-dən 32a-ya
qədər Azmizade, Cevri, Rahmi, Sani, Şinasi, Füzuli, Müniri, Baqi,
Necati, Feyzi, Firaqi, Mühibbi, Yəhya bəy Azəri, Ruhi kimi şairlərin
şeirlərinin yer aldığı göstərilmişdir (4, II c., 118).
3. Topqapı Sarayı Muzeyi Kitabxanası (İstanbul). Şifri: H-
1127. Ölçüsü: 22x12sm, həcmi 331 vərəqdir. Hər səhifənin uzunluğu
85 mm və sətir sayı fərqlidir. Köçürülmə tarixi XVIII əsr olaraq veril-
mişdir. Cildi qəhvərəngli və şəmsəli dəri cilddə olan məcmuədə Na-
diri, Sabitinin meraciyə və nətləri, Ruhi Bağdadinin tərcibəndi, Fəhmi,
Nefi, Naili və Nedimin qəsidə və təxmisləri; Nefi, Arif, Nabi, Baqi,
Necati, Yəhya bəy Dukaqini, Füzuli, Talib Şinasi və başqalarının əlif-
ba sırasıyla yazılmış qəzəlləri və nəzirələrinin olduğu qeyd olunmuş-
dur (3, II, 255).
4. Topqapı Sarayı Muzeyi Kitabxanası (İstanbul). Şifri: R-
1985. Ölçüsü: 22x12,5 sm, həcmi 171 vərəq, xətti təliq, köçürülmə ta-
rixi XVIII əsrdir. Məcmuədə hər səhifənin uzunluğu 75 sm olmaqla
sətir sayı 21-dir. Başlıqlar qızılı mürəkkəblə yazılmış, haşiyə xətləri
ulduzlu verilmişdir. Cildinin şəmsəli qırmızı dəri olduğu qeyd edil-
mişdir. Bu şeirlər məcmuəsində Fevri, Baqi, Yəhya bəy Dukaqini,
Nefi, Şeyxi, Riyazi, Tiği, Nihali, Füzuli, Zati, Fiqani, Behişti, Cevri-
dən seçmə şeirlər verilmiş, vərəq 142b-dən sonra Mərmərə qazisi
Məhməd Sadeddin; Bursa qazisi Ali, Ahmed el-Ansari, Kadri və s.
imzalarla məktub nümunələrinin olduğu göstərilmişdir (3, II, 265).
5. Topqapı Sarayı Muzeyi Kitabxanası (İstanbul). Şifri: R-
1970. Ölçüsü: 29,5x 98 sm, kağızı ahərlidir, həcmi 115 vərəqdir. Xətti
təliq, hər səhifənin uzunluğu 75 mm olmaqla sətir sayı 33-dür. Bu
məcmuədə Osmanlı padşahlarından bəzilərinin, Zihninin öz yazısı ilə
şeirlərinin, Riyazi, Yəhya bəy, Nevi və başqalarının şeirlərinin olduğu
bildirilmişdir (3, II, 263).
6. Topqapı sarayı muzeyi kitabxanası (İstanbul). Şifri: R-
1971. Ölçüsü: 29,2x18,5, həcmi 164 vərəq, xətti təliqdir. Sətir sayı
müxtəlifdir. Cildi qəhvə rəngli dəridir. Məcmuədə İran şüərasından
Əmir Səncər, Örfi, Nərgisi, Cami, Rudəki; Osmanlı şairlərindən Raqip
Paşa, İshaq Əfəndi, Nabi, Yəhya bəy, İsməti kimi şairlərin seçmə
qəsidə, qəzəl, saqinamə, rübailəri və s. vardır (3, II, 263).
7. Topqapı Sarayı Muzeyi Kitabxanası (İstanbul). Şifri: R-
Dostları ilə paylaş: |