31
edəcəyinə ümidvarıq. Sizin barənizdəki fikrimiz budur ki, bu kişi (Müaviyə)
ilə barışıq yaratmağa çalışasınız və onlarla vuruşmaq üçün tələsməyəsiniz.
Allaha and olsun, bu qoşunlar qarşılaşanda hansının qələbə çalacağını,
hansının isə məğlub olacağını heç kim bilmir.
Sonra Əbdüllah ayağa qalxıb Hənzələnin dediyi sözləri təkrar elədi,
onlarla birlikdə gələnlər də onların sözlərini təsdiq etdilər. Imam (ə) Allaha
həmd-səna etdikdən sonra buyurdu:–Allah-Taala bəndələrin varisi, yeddi qat
yerləri və göyləri yaradandır. Hamımız Ona tərəf qayıdacağıq. O, rəhbərliyi
hər kəsə istəsə, verər və hər kəsdən də istəsə, alar. Hər kəsi istəsə əzizləyər,
hər kəsi də istəsə zəlil edər. Düşmənə arxa çevirmək, zahirdə qalib, yaxud
məğlub olsalar belə azğınların və günahkarların işidir. Allaha and olsun,
mən elə adamların sözlərini eşidərəm ki, onlar heç vaxt yaxşılığı (mərufu)
tanımaq, pisliyi (münkəri) inkar etmək istəməmişlər.
1
Imam (ə) bu sözlərlə özlərini camaat arasında gizlədən və düşmənlərin
tərəfindən danışan bu iki casusun mənfur niyyətini ifşa edərək, aşkar şəkildə
buyurdu ki, Müaviyə ilə müharibə aparmaq əmr be məruf və nəhy əz
münkərin bir qismidir, heç bir müsəlman onun vacib və zəruri olduğunu
inkar edə bilməz, eləcə də Müaviyə ilə müharibə etməyin qarşısını almaq
istəyənlər əməli olaraq islamın bu iki həyati prinsipini ayaq altına salırlar.
HƏQIQƏTLƏR AŞKAR OLUR
Əmirəl-möminin Əli (ə)-ın sözləri ilə həqiqət aşkar oldu, o iki nəfərin
bəd niyyətləri həmin məclisdə ifşa olundu. Müəqqəl Riyahi ayağa qalxıb
dedi: Bunlar xeyirxahlıq məqsədləri ilə deyil, səni aldatmaq üçün bura
gəlmişlər.
Onlardan uzaq ol, çünki onlar sənin ən qatı düşmənlərindir.
Malik adlı başqa birisi ayağa qalxıb dedi: Hənzələnin Müaviyə ilə
əlaqəsi var. Icazə ver müharibə qurtarana kimi onları həbs edək.
Əbəs qəbiləsindən olan Əyyaş və Qaid ayağa qalxıb dedilər: Çatan
xəbərlərə görə Əbdüllah Müaviyə ilə sirdaşdır və onların arasında gizli
məktublaşma gedir. Ya siz onu müharibə qurtarana kimi həbs edin, ya da
icazə verin, biz həbs edək.
Bu dörd nəfərin ifşaçılıqlarından sonra casuslar əl-ayağa düşüb dedilər:
Sizə kömək etmək, özünüzün və düşmənlərinizin barəsindəki fikirlərini
demək istəyənlərin mükafatı elə budurmu?
Imam (ə) onlara belə cavab verdi: Allah mənimlə sizin aranızda
hakimdir, mən sizi Ona tapşırıram, Ondan da kömək istəyirəm. Hər kəs
istəsə gedə bilər.
Bundan sonra camaat dağılışdı. Çox keçmədən Hənzələ ilə Təmim
qəbiləsi arasında dava-dalaş düşdü. Hər iki casus Iraqdan Şama qaçıb
Müaviyəyə qoşuldular. Hənzələnin etdiyi xəyanətə görə Imam (ə) əmr etdi
ki,
onun evini viran etsinlər ki, başqaları üçün ibrət dərsi olsun.
2
1
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.175; "Vəqətu-
Siffeyn", səh.96
2
"Vəqətu-Siffeyn", səh.97; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), -ci cild,
səh.176
32
INTIZAR, YOXSA HƏRƏKƏT?!
Imam (ə)-ın bütün sərkərdələri və o həzrətin tutduğu yolunun aşiqləri
Müaviyəni aradan götürməyin vacibliyində yekdil fikirdə idilər. Lakin
Əbdüllah ibni Məsud kimi bir neçə səhabənin xüsusi nəzəri var idi.
(Gələcəkdə onların da nəzərlərini qeyd edəcəyik.)
Imam (ə)-ın etimadlı və sadiq dostlarından olan Ədi ibni Hatəm, Zeyd
ibni Hüseyn kimilər bu məsələni məktublaşma və müzakirə yolu ilə həll
etmək üçün vaxtı bir az da təxirə salmaq istəyirdilər. Buna görə də Ədi
Imam (ə)-a dedi: Əgər məsləhət görürsünüzsə, bir az səbir edin və onlara
möhlət verin, qoy məktublar çatsın və sizin nümayəndələriniz onlarla
müzakirə etsinlər. Əgər haqq sözü qəbul etsələr, hidayət olunarlar. Bu halda
sülh hər iki tərəf üçün yaxşıdır. Amma əgər öz inadkarlıqlarını davam
etdirsələr, onda bizi onlara tərəf göndər.
Amma onların müqabilində Əli (ə)-ın əksər sərkərdələri sürətlə Şama
tərəf hərəkət etmək istəyirdilər. Onlardan Yəzid ibni Qeys, Zeyd ibni Nəzr,
Əbdüllah ibni Bədil və Əmr ibni Həmiq (bu ikisi böyük səhabələrdən idilər),
Hücr ibni Ədi, (məşhur tabelərdən) daha çox israr edir və öz fikirlərini
bildirəndə elə məsələləri açıqlayırdılar ki, onların fikirlərinin düzgün olduğu
məlum olurdu. Məsələn, Əbdüllah ibni Bədil deyirdi ki, onlar iki əsasa görə
bizimlə vuruşmaq istəyirlər:
1-Onlar müsəlmanların arasında ədalət və bərabərliyin bərqərar
olunmasını istəmirlər, mənsəbdə və beytül-malda ayrı-seçkiliyin qorunub
saxlanmasına çalışırlar. Əllərində olan məqamı, mənsəbi, ələ gətirdikləri
şeyləri itirmək istəmirlər.
2-Müaviyə Əli (ə)-a necə beyət edə bilərdi, halbuki, Imam "Bədr"
döyüşündə bir gündə onun qardaşını, dayısını və babasını öldürmüşdü.
Allaha and olsun, nizələr onların başında sınmamış, qılınclar başlarını
parçalamamış, polad əmudlar beyinlərini silkələməmiş təslim olacaqlarını
əsla güman eləmirəm.
Əbdüllahın gətirdiyi dəlillərə diqqət yetirməklə aydın olur ki, hərəkətdə
hər
növ təxir düşmənin xeyrinə, Imam (ə)-ın zərərinədir.
Buna görə də Imam
(ə)-ın dostlarından olan Yəzid Ərci dedi: Mübarizə əhli tənbəlliyə və qəflətə
yol verməz, əldə edilən qələbəni heç vaxt itirməz və qələbə barəsində "bu
gün-sabah" edərək məsələni təxirə salmazlar.
1
QƏZƏBLƏNƏNDƏ SƏBIRLI OLMAQ
Bu zaman Imam (ə)-a xəbər çatdı ki, böyük səhabə Əmr ibni Həmiq və
Hücr ibni Ədi Şam əhalisini lənətləmiş, onlara qarşı bizarlıq elan etmişlər.
Imam (ə) bir nəfərə göstəriş verdi ki, onları bu işdən çəkindirsin. Onlar bu
xəbərdarlığı eşitdikdə Imam (ə)-ın hüzuruna gəlib dedilər:–Nə üçün bu işi
görməyə icazə vermirsən? Məgər onlar batil əhli deyildirmi?!
Imam (ə) buyurdu:–Elədir, amma sizin lənət yağdıran və söyüş söyən
1
"Vəqətu-Siffeyn", səh.98-102; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü
cild, səh.177