On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə68/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   64   65   66   67   68   69   70   71   ...   81

 
135 
Xəvaric:–Məqsədimiz  bu  hədisi  səndən  eşitmək  idi.  Allaha  and  olsun, 
səni  elə  (faciəli  şəkildə)  öldürəcəyik  ki,  indiyə  kimi  heç  kimi  o  cür 
öldürməmişik! 
Bunu  deyib  onun  əl-ayağını  bağladılar  və  hamilə  arvadı  ilə  birlikdə 
xurma  ağacının  altına  gətirdilər.  Bu  vaxt  ağacdan  bir  xurma  düşdü. 
Xəvaricdən biri onu götürüb ağzına qoydu, onun həmfikirləri etiraz səslərini 
ucaltdılar:  "Nə  üçün  camaatın  malını,  razılığı  olmadan,  yaxud  pulunu 
vermədən yeyirsən?!" 
O,  dərhal  xurmanı  ağzından  çıxarıb  tulladı.  Sonra  xəvaricdən  biri  bir 
məsihinin  oradan  keçən  donuzunu  oxla  vurub  öldürdü.  Bu  vaxt  başqaları 
etiraz  edib  dedilər  ki,  bu  əməl  yer  üzündə  fəsad  salmaqdır!  Buna  görə  də 
onun  sahibini  razı  saldılar.  Sonra  Əbdüllahı  əl-qolu  bağlı  halda  çayın 
kənarına  gətirib  başını  qoyun  başı  kimi  kəsdilər,  arvadını  da  öldürdülər, 
sonra onun qarnını yırtıb uşağını çıxartdılar və onun da başını kəsdilər. Yenə 
də  kifayətlənməyib  başqa  üç  nəfər  arvadı  da  (onlardan  biri  səhabə  idi) 
öldürdülər."
1
 
Əbdüllahın atası Xubbab ibni Ərrət ilk müsəlmanlardan idi və ölənə kimi 
Qüreyşin  ona verdiyi  işkəncə izləri  onun bədənində qalmışdı. O,  Imam  (ə) 
Siffeyndən qayıtmazdan əvvəl vəfat  etdi. Imam (ə) qayıdandan sonra onun 
qəbri üstünə gedib rəhmət oxudu, onu təriflədi. 
Mübərrəd  "Kamil"  kitabında  Əbdüllahın  faciəli  şəkildə  qətlə 
yetirilməsini yazaraq qeyd etmişdir ki, onun qatilini tutandan sonra o (qatil) 
dedi: "Mən sizdən istəyirəm ki, Quranın diriltdiyi şeyi dirildin, öldürdüyünü 
öldürün." 
O,  Əbdüllahın  atasının  Peyğəmbərdən  nəql  etdiyi  hədisi  qeyd  edəndən 
sonra  yazır:  Xəvaric  xurma  ağacının  meyvəsindən  yemək  üçün  onun 
sahibinə təklif etdilər ki, onun pulunu alsın. O dedi ki, ağacımın meyvəsini 
sizə  bağışladım,  lakin  onlar  qəbul  etməyib  dedilər:  "Onun  pulunu  hökmən 
almalısan!"  Bu  vaxt  məsihi  kişi  fəryad  edib  dedi  ki,  "siz  bir  müsəlmanın 
qanını  tökməkdən  qorxmursunuz,  amma  xurma  sahibi  razı  ola-ola  onun 
meyvəsini yemək istəmirsiniz!"
2
 
6.  Əmirəl-möminin  Əli  (ə)  Əbdüllahın  qətlə  yetirilməsindən  xəbər 
tutduqda  Haris  ibni  Mürrəni  xəvaricin  düşərgəsinə  göndərdi  ki,  bu  barədə 
düzgün  bir  xəbər  gətirsin.  Haris  onların  içinə  gedəndə  bütün  islam  və 
insaniyyət  qanunlarının  əksinə  olaraq  onu  da  tutub  öldürdülər.  Göndərilən 
elçinin öldürülməsi Imam (ə)-ı daha da təəssüfləndirdi. Bu zaman Imam (ə)-
ın  köməkçilərindən  bir  dəstə  onun  hüzuruna  gəlib  dedilər:  "Qulağımızın 
dibində  belə  bir  təhlükə  ola-ola  Şama  tərəf  gedib,  arvad-uşaqlarımızı  da 
onların (xəvaricin) içində qoymağımız düz bir işdirmi?!" 
                                              
1
 "Əl-imamətu vəs-siyasət", səh.136 
2
 "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 2-ci cild, səh.282; "Əl-Kamil", 2-ci 
cild, səh.560 


 
136 
ƏBDÜLLAHIN 
QATILLƏRINDƏN 
QISAS 
ALINMASINA DAIR QƏRAR 
Əbdüllahın  qatillərinin  camaat  arasında  yaratdıqları  qorxu  və  vəhşət 
Imam (ə)-ı cəhalətin, şəqavətin kökünü kəsməyə məcbur etdi və qərara aldı 
ki, Həruraya (Nəhrəvana) tərəf hərəkət etsin. Hərəkət vaxtı o həzrətin nücum 
elmində  məşhur  olan  bir  dostu  həmin  saatda  hərəkət  etməyi  məsləhət 
görməyib  dedi:–Əgər  günün  bu  saatında  hərəkət  etsən,  sənə  ağır  xəsarət 
dəyəcək! 
Imam  (ə)  onun  sözünə  əhəmiyyət  vermədi,  nücum  elminin  belə  işlərə 
tətbiq  olunmasını  tənqid  edib  buyurdu:–Nücum  elmindən  qaranlıq  çöllərdə 
və dəryalarda yolu istiqamətləndirmək üçün istifadə etmək lazımdır. 
Təsadüfən  bu  səfərdə  Imam  (ə)  böyük  qələbələrə  nail  oldu.  Imam  (ə) 
Kufədən  təzəcə  aralanmışdı  ki,  dostlarından  biri  qaça-qaça  gəlib  dedi:–Ey 
Əmirəl-möminin, muştuluq ver! Xəvariclər sizin hərəkətinizdən xəbər tutub 
qaçmağa üz qoymuş və çaydan keçmişlər. 
Imam (ə) buyurdu:–Onların çaydan keçməsini öz gözlərinlə gördünmü? 
Dedi:–Bəli! 
Imam (ə) onu üç dəfə and içdirdi, o da üç dəfə and içib dedi ki, xəvaricin 
körpüdən  keçməsini  öz  gözləri  ilə  görmüşdür.  Imam  (ə)  buyurdu:–Allaha 
and olsun, onlar suyu keçməmişlər və heç vaxt  da keçməyəcəklər. Onların 
qətlgahı suyun kənarındadır. Çərdəyi  yaran və insanı xəlq edən Allaha and 
olsun, (onlar) "Əslas" və "Qəsri-bəvazin" məntəqəsinə də çatmayacaqlar.
1
 
Onun  sözlərini  başqa  iki  nəfər  də  təsdiq  etdi,  lakin  Imam  (ə)  onların 
sözlərini qəbul  etmədi.  Necə qəbul  edə bilərdi,  halbuki məsum Peyğəmbər 
(s) o həzrətin üç dəstə ilə müharibə  edəcəyini ona xəbər vermişdi. Onların 
ikisi  ilə  müharibə  etmişdi,  üçüncüsü  isə  Peyğəmbər  (s)-in  bəyan  etdiyi 
əlamətlərə görə elə bunlar idi. Bu zaman bir nəfər şəkkə düşdü və fikirləşdi 
ki,  görəsən  gözləri  ilə  gördüyü  şahidlərin  sözünü  qəbul  etsin,  yoxsa  Imam 
(ə)-ın qeybi xəbərlərini?! Sonra qərara gəldi ki, əgər Imam (ə)-ın sözləri düz 
çıxmasa, onun düşmənlərinə qoşulacaq. 
Imam (ə) ata mindi, qoşun da onun ardınca hərəkətə başladı. Xəvaricin 
ordugahına  çatanda  məlum  oldu  ki,  onlar  hamılıqla  qılıncların  qınlarını 
sındırmış  və  müharibəyə  hazırlaşmışlar.  Bu  vaxt həmin  cavan  Imam  (ə)-ın 
hüzuruna gəlib özünün bəd niyyətinə görə ondan üzr istədi. 
Tarix göstərir ki, Imam (ə) Mədaindən keçib Nəhrəvanda düşərgə saldı. 
Sonra  onlara  xəbər  göndərdi  ki,  Əbdüllahın,  onun  arvadının  və  oğlunun 
qatillərini,  qisas  alınması  üçün  təhvil  verməlidirlər.  Cavabda  dedilər  ki, 
bizim hamımız onların qatilləriyik və onların qanını halal bilmişik! Imam (ə) 
onların yaxınlığına gəlib dedi:–Ey (üsyankar) insanlar! Mən sizə xəbərdarlıq 
edirəm  ki,  məbada  sabah  islam  ümmətinin  lənətinə  gələsiniz  və  suyun 
kənarında heç bir dəlil  olmadan öldürüləsiniz! Mən sizi  həkəmiyyəti qəbul 
etməkdən saxladım və dedim ki, Bəni-Üməyyənin nə dini var, nə də Quranı 
istəyirlər.  Mən  onları,  uşaqlarından-böyüyünə  kimi  yaxşı  tanıyıram.  Onlar 
                                              
1
 "Şərhi-Nəhcül-bəlağə", (Ibni Əbil-Hədid) 2-ci cild, səh.272 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə