Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə20/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   16   17   18   19   20   21   22   23   ...   63

 
60 
«Molla Nəsrəddin» jurnalının nəsr nümunələrində Mirzə Cəlil və Əbdürrə-
him bəy Haqverdiyevin, şeir parçalarında isə M.Ə.Sabir və Əli Nəzminin təsiri 
aydın  hiss  olunurdu.  Sabirin  şeirlərinin  ruhu  cənublu  şairlərə  çox  doğma  idi. 
Sabirə  nəzirə,  cavab  və  təqlid  şəklində  də  yazılan  bu  şeirlərin  müəllifinin  adı 
gizli  saxlanırdı.  Dərgidə  Seyid  Rza  Sərraf,  Əbdülhüseyn  Xazin  kimi  şairlərin 
iştirakı  şübhəsiz  idi.  Həmid  Məmmədzadə  onların  sırasına  Ləli  və  Mirzə  Əli 
Möcüz kimi şairləri də daxil edirdi. 
«Azərbaycan»  dərgisində  dərc  olunmuş  şeirlərdə  M.Ə.Sabirin  təsiri  aydın 
duyulur: 
Ey Molla əmi, boş yerə cindarə sataşma, 
dindarə dolaşma! 
Bu hiyləgərə, sahurü qəddarə sataşma, 
məkkarə dolaşma… 
…İş çoxdu təriqətdə, əya arifi-kamil, 
Tərk eylə xətanı, bu xətakarə sataşma!.. 
rumdarə dolaşma! 
Sabirin  «Hə,  de  görüm,  nə  oldu  bəs,  ay  balam,  iddialərin»  misrasından 
ilham alan Cənubi Azərbaycan şairi eyni vəzn və üslubda  şairə cavab şəklində 
yazırdı: 
Hə, görüsən, yerindədi birbə bir iddiamızı, 
Gör necə müstəcab edib tanrı bizim duamızı, 
Verdi kəmali-lütf ilə mətləbü müddəamızı, 
İndi necə, Molla əmu, mən deyən oldu, olmadı? 
Jurnalın 5-ci sayında dərc olunan felyetonun ana xəttini Sabirin məşhur bir 
şeri  təşkil  edir:  «İstirahətə  məşğul  olan  üləmamız  da  Rəştdə,  Təbriz  və 
İsfahanda  binayi-müxalifət  qoyub  və  milləti-islama  heç  bir  qismi  himayələri 
yoxdur: 
Millət necə tarac olur-olsun, 
nə işim var, 
Düşmənlərə möhtac olur-olsun nə işim var?! 


 
61 
Yeri gəlmişkən Sabirin haqqında söhbət açdığımız «Millət necə tarac olur-
olsun,  nə  işim  var»  misrası  ilə  başlayan  bu  şeiri  «Hikmət»  qəzetinin  redaktoru 
Mirzə  Mehdi  xan  tərəfindən  fars  dilinə  tərcümə  edilib  «Azərbaycan»da  çap 
olunmuşdur. 
Jurnalın  ikinci  sayında  şair  Sərrafın  Sabiranə  üslubda  «Çətin  xahiş»  adlı 
şeiri  dərc  olunub.  Öz  millətini  Şərqin  «ölümdən  də  betər»  əlamət  uyğusundan 
oyatmaq  istəyən  şair  xalqı  hərəkətdə  olmağa,  qurub-yaratmağa,  tərəqqiyə 
səsləyir: 
Ey milləti-islam, oyan vəqti-səhərdi, 
Dur, gör nə xəbərdi! 
Bəsdir, bu qədər yatma, çürürsən, nə xəbərdi, 
Dur, vəqti səhərdi! 
Min yerdən ayıldır səni biçarə əhibba, 
Tərpənmə sən əsla, 
Yatmaq belə olmaz, bu ölümdən də betərdi, 
Dur, vəqti səhərdi! 
Dərginin səhifələrində yaxın və uzaq ölkələrdə baş verən hadisələrdən bəhs 
olunurdu.  İkinci  sayda  Rusiyada  baş  verən  inqilabi  hərəkatdan,  Rusiya  dövlət 
dumasının  gördüyü  tədbirlərdən  geniş  danışılırdı.  Məqalə  müəllifi,  görünür, 
oxuculara gözüaçıq olmağı, onları ziyalıların xalqın səy və fədakarlığı bahasına 
əldə  olunmuş  Məşrutədən  bəhrələnməyə  və  onu  saxlayıb  qorumağa  səsləyirdi. 
Dərginin  səhifələrində  Böyük  Fransa  İnqilabı  haqqında  yazılar  dərc  olunur, 
onun  mahiyyəti  açıqlanırdı.  Bütün  bu yazılar  oxuculara  inqilabi  vətənpərvərlik 
ruhu aşılayırdı. Ölkədə ziyalıların ən ağrılı yeri məktəb və mədrəsə ilə bağlı idi. 
Ona  görə  də  «Azərbaycan  maarifçilik  ideyasının  xalq  kütlələri  arasında 
təbliğinə,  yayılmasına  çalışırdı.  Ana  dilində  məktəb  və  dərsliklərin  olmaması 
bir  sıra  maarifçilərin,  xüsusilə  Mirzə  Həsən  Ruşdiyyənin  səylərinin  mürtəce 
ruhanilərin təzyiqinə məruz qalması dərgidə böyük təəssüf hissi ilə qarşılanırdı. 
Ölkənin,  xüsusilə  Azərbaycan  vilayətlərinin  elm,  təhsil,  sənət  sahələrindəki 
geriliyi satirik qələmlə ifşa olunurdu. İkinci saydakı xəbərlərə nəzər salaq: 


 
62 
«Qərəcədağ. Hökumət fövqəladə maddi zayiələrə dözüb, ağır pullar qoyub 
bir darülfünun və bir də darüssənaye açıbdır». 
«Livan. Lüleyinin ixtira olunmasının ildönümü münasibətilə cəşn tutub və 
müxtərin mücəssəməsini tökmək istəyirlər». 
Jurnalın  5-ci  sayında  «Gəldi-gedər»  imzası  ilə  bir  felyeton  da  İranda, 
xüsusilə  Cənubi  Azərbaycanda  balaca  kibritin  belə  istehsal  olunmadığından 
danışılır. Ölkənin iqtisadi cəhətdən geridə qalması tənqid edilir. «…Qəzzarə bu 
gün  bazara  çıxdım.  Mənə  kibrit  lazımdı.  Hər  dükandan  İran  kibriti  istədim, 
tapmadım.  Axırı  təegə  gəlib  ayağımı  qoyub  Peterburqdan  bir  qutu  alıb 
qayıtdım.  Mənim  təəccübüm  burdadır:  ümumi  müvəhhidin  odu  aləmi  yandırır, 
amma … bizləri də xaricilərin odu yandırır». 
Dərgidə  imzasız  satirik  şeirlərdən  birində  vətənpərvərlik  hissi  qabarıq 
verilirdi: 
Aləmdə olub zülm eləmək hər kəsə peşə, 
Zülmün ağacı salmış odur hər yerə rişə. 
Bu rişəyə lazımdır vuraq ədl ilə tişə, 
Ta inki ədalət gələ izharə vətəndə. 
Bu atəş zülm içrə səməndər kimi yanmıq, 
Yannıq, nə qədər taqətimiz varsa dayannıq. 
 «Azərbaycan»  dərgisini  araşdıran  Məmmədrza  Heyət  dərginin  Güney 
Azərbaycan  xaricində  –  İranın  müxtəlif  yerlərində  izləndiyini,  eyni  zamanda 
Bakı  və  İstanbulda  diqqətlə  oxunduğunu  qəzetə  göndərilən  məktublardan  və 
qəzetin  elanlarından  bəlii  olduğunu  qeyd  edir»  (108,  1384,  №138-139). 
Dərginin  beşinci  sayında  dərginin  Bakıdakı  təmsilçisinin  Kazımzadə  adlı  bir 
şəxs olduğu bildirilir. 
Doqquzuncu  sayda  yenə  də  Bakıda  aprel  ayının  əvvəlində  Nikolayevski 
küçəsində (Hacı Zeynalabdin Tağıyevin mətbəəsində  – P.M.) «Tazə həyat» adlı 
ədəbi, ictimai-siyasi qəzetin nəşr olunması ilə bağlı elan verilmişdir. 
Dərginin  18-ci  sayında  Ədirnədən  göndərilən  bir  məktuba  cavab  şəklində 
olan bir felyeton dərc olunmuşdur (108, 1384, №138-139). Ədirnəli oxucu «yer 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə