96
Şəkil 6.9. Təbiətdə azotun dövranı:canlı varlıqların kimyəvi çevrilmələrdə
iştirakı (Məmmədov, Suravegina, 2000)
97
Øÿêèë 6.10. Êöêöðäöí äþâðàíû (Ðåéìåðñ, 1990)
Antrorogen fəaliyyət nəticəsində eroziya prosesinin güclənməsi,fosfor gübrələrinin yuyulub aparılması, çir-
kab sularının axıdılması dünyada fosfor axınlarının intensivliyini artırır. Bu isə su hövzələrinin evtrofikasiyasının
güclənməsinə səbəb olur. Fosforun hidrosferə ümumdünya illik axını 20 mln. tona yaxındır. Yer qabığında fos-
forun miqdarı 0,093% təşkil edir.
Bu azotun miqdarından bir neçə dəfə çoxdur, lakin azotdan fərqli olaraq fosfor Yer qabığının əsas elemen-
ti sayılmır, lakin onun geokimyəvi tsiklinə Yer qabığından çox müxtəlif miqrasiya yolları, hidrosferdə intensiv
bioloji dövranı və miqrasiyası daxil olur. Fosfor əsas orqanogen element sayılır. Onun üzvi birləşmələri bütün
bitki və heyvanların həyat fəaliyyətində mühüm rol oynayır, nuklein turşularının, mürəkkəb zülalların, fosfoli-
pidlərin membranının (pərdəsinin) tərkibinə daxil olur, bioenerji proseslərinin əsasını təşkil edir. Fosfor canlı
maddələrdə toplanır, burada onun miqdarı Yer qabığından təxminən 10 dəfə çoxdur. Qurunun səthində «tor-
paq-bitki-heyvan-torpaq» sistemində fosforun intensiv dövranı gedir. Fosforun mineral birləşmələri çətin həll
olur və onun tərkibindəki fosfor elementi bitkilər tərəfindən demək olar ki, mənimsənilə bilmir; bitkilər əksərən
üzvi qalıqların parçalanması zamanı əmələ gələn fosforun asan həll olunan formalarından istifadə edir. Fosfo-
run dövranı «Quru-Dünya okeanı» sistemində gedir.
Onun əsasını çay axınları ilə fosfatların aparılması, onların kalsiumla qarşılıqlı təsiri, fosforitlərin əmələ gəl-
məsi, vaxtı gələndə yataqlarının səthə çıxması və yenidən miqrasiya proseslərinə daxil olması təşkil edir.
98
Øÿêèë 6.11. Ôîñôîðóí äþâðàíû (Ðåéìåðñ, 1990)
İnsan öz təsərrüfat fəaliyyətini təbii proseslərin dövriliyini nəzərə alaraq planlaşdırmalıdır, xüsusilə onu
əkinçilik, otlaq heyvandarlığı, su təchizatı və naviqasiyada (gəmiçilikdə) dəqiq nəzərə almaq lazımdır. Şumla-
ma, mineral gübrələrdən istifadə, neft və ağır metallarla çirklənmə torpaq faunasını olduqca kasadlaşdırır. Bu
zaman normal qida zəncirlərinin həlqələri və biokimyəvi tsikllər pozulur, hətta tamamilə sıradan çıxır.
Məlum olduğu kimi Biosferə ozon səthinə kimi atmosferin bir hissəsi (20-25 km), litosferin üst hissəsi,
əsasən aşınma gedən qabıq (orta hesabla 2-3 km) və bütün hidrosfer (okeanın dibindən 1-2 km aşağı) daxil-
dir. Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər.
Aşağıdakı fəsillərdə biosferin təbii ekosistemlərinin təsnifatı, onun ayrı-ayrı hissələrinin (atmosfer, hidrosfer,
litosfer) geniş xarakteristikası, müasir vəziyyəti, antropogen faktorların təsiri nəticəsində dəyişməsi (pozulması)
və onların yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər təklif olunur.
99
VII FƏSİL
LANDŞAFT ƏSASINDA BİOSFERİN
TƏBİİ EKOSİSTEMLƏRİNİN TƏSNİFATI
Biosferin təbii sistemlərinin təsnifatı landşaft istiqamətində yanaşmağa əsaslanır, belə ki, ekosistemlər
Yerin coğrafi (landşaft) örtüyünü (təbəqəsini) əmələ gətirən təbii coğrafi landşaftların ayrılmaz hissəsidir.
Biogeosenozlar (ekosistemlər) Yer səthində biosferin əsasını təşkil edən biosferi əmələ gətirir, V.İ.Vernadski
onu «həyat təbəqəsi», V.N.Sukaçov isə «biogeosenotik örtük» adlandırmışdır.
Landşaft (coğrafi landşaft) – təbii coğrafi kompleks olub burada bütün əsas komponentlər (litosferin üst
horizontları, relyef, iqlim, sular, torpaq, biota) mürəkkəb qarşılıqlı əlaqədədir və inkişaf səviyyəsinə görə
eynicinsli vahid sistem əmələ gətirir.
Ekologiyada landşaft baxımından yanaşma hər şeydən öncə təbiətdən istifadə məqsədilə böyük əhəmiyyət
kəsb edir. Mənşəyinə görə iki əsas landşaft tipi ayrılır – təbii və antropogen.
Təbii landşaft yalnız təbii faktorların təsiri altında formalaşır. Aşağıdakı təbii landşaftlar ayrılır:
Geokimyəvi landşaft (Polınov, 1956) – kimyəvi elementlərin və birləşmələrin eyni tərkib və miqdara
malik olan yer sahəsidir. Hər geokimyəvi landşafta müəyyən tip elementlərin və birləşmələrin miqrasiyası
məzsusdur.
Elementar landşaft (Polınov, 1915) – eyni cinsli süxurda, eyni relyef elementində yerləşərək bir bitki
assosiasiyası və bir torpaq tipi ilə səciyyələnir. Elementar landşaft ellüvial, subakval və superakval adlı üç tipə
ayrılır. Ellüvial landşaft – relyefin təpəlik (yüksəklik) elementlərində formalaşır. Maddələr və enerji
atmosferdən daxil olur. Elementlərin aparılması prosesi həm səthi su axımları ilə həll olmuş şəkildə, həm də
sülb maddələrin aşağıya doğru yerini dəyişməsi nəticəsində baş verir.
Subakval landşaft – relyefin mənfi formalarında yaranır. Burada ellüvial və superakval landşaftlardan
maddələrin toplanması prosesi üstünlük təşkil edir.
Superakval landşaft – ellüvial və superakval landşaftlar arası vəziyyət daşıyır. Burada həm maddələrin
daxil olması (xaricdən və ellüvial landşaftlardan), həm də onların subakval landşaftlara aparılması baş verir.
Mühafizə olunan landşaft – burada müəyyən təyin olunmuş qaydada təsərrüfat fəaliyyətinin hamısı və
ya ayrı-ayrı növləri qadağan olunur.
Hazırda quruda antropogen landşaftlar üstünlük təşkil edir.
Antropogen landşaft – bu landşaft tipində insan fəaliyyətinin təsiri nəticəsində ilkin təbii landşaft
dəyişərək təbii komponentlərin əlaqələri pozulmuşdur. Bura aşağıdakı landşaftlar daxildir:
- aqrokultur (kənd təsərrüfatı) landşaftı – kənd təsərrüfatı əkin və səpinləri (sahələri) və bağlar
bura daxildir.
- texnogen landşaft – insanın texnogen fəaliyyəti (güclü texniki vasitələrdən istifadə) nəticəsində torpaq
pozulmuş, sənaye tullantıları ilə çirklənmişdir, iri sənaye komplekslərinin mühitə təsiri nəticəsində əmələ gələn sənaye
landşaftı da bura aiddir.
- şəhər (urbanizasiya) landşaftı – tikintilər, küçələr, parklar və s. bura daxildir.
Dostları ilə paylaş: |