108
uyğunlaşan diatomit (trepel) yosunların kütləvi inkişafı ilə, yayda yaşıl yosunların, payızda isə azot fiksə edən
göy-yaşıl yosunların inkişafı ilə bağlıdır. Zooplankton bitki ilə qidalanan xərçəngkimilər və rotatorilərdən ibarətdir,
qalanlar isə yırtıcılardır. Limnik zonanın nektonu yalnız balıqlardır.
Profundal zonanın qruplaşmaları işıqsız həyat sürür. Buranın fauna və florası bakteriya və göbələklərdən
(redusentlər), həmçinin bentos formalardan – həşəratların sürfələri, molyusklar, həlqəli qurdlardan ibarətdir
(konsumentlər).
Su hövzələrinin çirkab suları ilə çirklənməsinin artması nəticəsində qırmızı həlqəli qurdların miqdarı çoxalır,
yəni bu göstərici ilə su hövzəsinin çirklənmə dərəcəsi haqqında fikir yürütmək olar.
Durğun su hövzələrinin qruplaşmalarında oksigenin miqdarı, temperatur, işıqlanma kimi limitləşdirici
faktorların təsiri bu su hövzələrinin spesifik xüsusiyyətlərindən (göl, xırda göl – prud və süni su anbarı) asılıdır.
Göllər – təbii şirinsulu su hövzələri olub geoloji baxımdan nisbətən yaxın keçmişdə – son bir neçə on min
illərdə əmələ gəlmişdir, yalnız bəzi göllərin yaşı milyon illərlə hesablanır (məs. Baykal gölü). Göllərin əksəriyyətində
profundal zonanın mövcudluğu su qatının temperatur rejiminə, onun «qarışmasına» və orada oksigenin
paylanmasına təsir göstərir. Bu proseslər gölün temperatur rejimi kimi mövsümi xarakter daşıyır (şəkil 6.14.).
Mülayim qurşağın göllərində yay dövründə şaquli kəsikdə üç zona ayırmaq olar: epilimnion – suyun konveksiya
(sirkulyasiya) etdiyi dərinliyə qədər; termoklin – aralıq zona, burada su yuxarı (üst) zonanın suyu ilə qarışmır;
hipolimninon – soyuq su sahəsi, burada sirkulyasiya getmir (Şəkil 6.16).
Øÿêil 6.14. Ýþëöí ö÷ ÿñàñ çîíàñû
Termokilın adətən işıq düşən sərhəddən aşağıda yerləşir, oksigen ehtiyatı, ondan ayrılmış hipolimnionda
tükənir. Yayda – durğunluq dövrü başlayır. Payızda – temperaturun bərabərləşdiyi dövrdə suyun ümumi qarışması
və hipolimnionun oksigenlə zənginləşməsi baş verir. Qışda – buzun altında suyun temperaturu +4
0
C-dən aşağı olur,
bu onun sıxlığını azaldır və yenidən gölün stratifikasiyasına və qış durğunluğuna səbəb olur. Yazda buz əridikdən
sonra suyun temperaturu 4
0
C-yə çatır, o, ağırlaşır və yenidən yaz qarışması baş verir. Bu klassik sxem Avropa və
Şimali Amerika gölləri üçündür. Subtropik rayonlarda suyun qarışması il ərzində bir dəfə – qışda, tropikada isə daim
və qeyri müntəzəm olur.
Məhsuldarlığına görə göllər iki qrupa bölünür: 1) Oliqotrof (biogen maddələr və plankton az olan) və 2)
evtrof (biogen maddələrlə zəngin) göllər. Lentik ekosistemlərin məhsuldarlığı həm də ətraf mühitdən və
gölün dərinliyindən daxil olan maddələrdən asılıdır. Kiçik göllər daha məhsuldar olur.
Prudlar – yaxşı inkişaf etmiş litorala malik olub stratifikasiya praktiki olaraq mövcud deyildir. Prudlar
müxtəlif çökəkliklərdə əmələ gəlir, çox vaxt müvəqqəti hal daşıyır – yayda və ya quraqlıq dövründə quruyur.
109
Prudların faunası quraqlıq dövründə sükutluq vəziyyətində yaşamağa qabildir və ya digər su hövzəsinə (qışda
suyu olan) köçür. Təbii prudlar yüksək məhsuldar olur. Süni prudlarda balıqları insan özü yemləndirir.
Su anbarları – hidroenergetik və hidromeliorasiya kompleksləri yaradılarkən insan tərəfindən tikilir. Bu təbii
sistem olmayıb təbii-texniki sistem sayılır. Burada istilik və biogenlərin paylanması su anbarı bəndinin tipindən
asılıdır. Əgər su bəndin dibindən buraxılırsa, bu zaman su anbarı istilik toplayır və biogen maddələr xaric
olunur, su bəndin üstündən axıdıldıqda isə istilik xaric olunur, biogen maddələr toplanır. Birinci halda su
hipolimiondan, ikinci halda isə epilimiondan axıdılır (buraxılır). Dərin şlüzlərdən çaya daha duzlu sular da axır,
biogenlər isə çay sahəsini evtrofikasiyaya uğradır.
7.2.2. Lotik ekosistemlər – çaylar – Durğun su hövzələrindən üç əsas şəraiti ilə fərqlənir: 1) axın –
mühüm limitləşdirici və nəzarətedici faktordur; 2) su ilə quru arasında mübadilə daha aktivdir; 3) praktiki
olaraq stratifikasiya olmadığından daha bərabər paylanır.
Axının sürəti çayda balıqların paylanmasına təsir göstərir – onlar daşların altında, növbəli dayazlıqların alt
hissəsində yaşaya bilir, bunlar müxtəlif növlər olub konkret şəraitlərə adaptasiya olunurlar. Çay açıq ekosistem
olub, ora ona bitişik sahələrdən çoxlu miqdarda üzvi maddələr daxil olur.
Detrit qidalanma – lotik ekosistemlərin trofik zəncirinin əsasını təşkil edir: konsumentlər enerjinin 60%-
dən çoxunu gətirmə materiallarından alır, lakin çaylarda oksigen kifayət qədərdir və onun miqdarı daimidir.
Øÿêil 6.15. Ëåíòèê ãðóïðàøìàëàðûí áÿçè ïðîäóñåíòëÿðè: ñó ùþâçÿëÿðèíèí äèáèíÿ áÿðêèìèø
ñàùèëéàíû áèòêèëÿð (1-7), ñàïøÿêèëëè éîñóíëàð (8-9) âÿ ôèòîïëàíêòîí (10-20).
Ôèòîïëàíêòîíóí òÿðêèáèíäÿ éàøûë (10-13), äèàòîì (14-17) âÿ ýþé-éàøûë (18-20) éîñóíëàð
1 - Úèéÿí; 2 - ãàìûø; 3 - îõéàðïàã; 4- ñóçàíáàüû; 5âÿ 6 - ñó÷è÷ÿéèíèí èêè íþâö; 7 -
Chara.
Növbəli dayazlıqların və növbəli dərinliklərin lotik qruplaşmaları ayrılır. Növbəli dayazlıqlarda substrata
bərkimək (yapışmaq) qabiliyyəti olan orqanizmlər (sapvari yosunlar) və ya yaxşı üzücülər (alabalıq)
məskunlaşır. Dərinlik qruplaşmaları prud qruplaşmalarını xatırladır.
110
Øÿêtl 6.16. Øèìàl éàðûìêöðÿñèíèí ìöëàéèì çîíàñûíûí ýþëöíäÿ òåìïåðàòóð
ñòðàòèôèêàñèéàñû (Ëèíñëè ýþëö, Êîííåêòèêóò, ÀÁØ É.Îäóìà ýþðÿ, 1975)
Øÿêil 6.17. Êè÷èê âÿ èðè ýþëëÿðèí ëèòîðàë çîíàñûíûí ôàóíàñûíûí òèïèê íöìàéÿíäÿëÿðè
(Ï.Ïåííàê, 1950-53) 1-4 - îòéåéÿíëÿðèí ôîðìàëàðû èëêèí êîíñóìåíòëÿð; 5-8 - éûðòûúûëàð
(èêèíúè êîíñóìåíòëÿð); 1- ãàðûíàéàãëû ìîëéóñêà; 2 - õûðäà áóüóìàéàãëûëàð; 3 -
òðèàåíîäåñèí ñöðôÿñè; 4 - ìèë÷ÿéèí ñöðôÿñè; 5-6 - áèðýöíëöê áþúÿéèí íèìôàñû; 5 - éûðòûúû
áþúÿê ùîâóçãóðäó; 6 - éûðòûúû òàõòàáèòè; 7 - ýþçÿëãûç èéíÿúÿíèí íèìôàñû; 8 -
èyíÿúÿëÿðèí íèìôàñû
Böyük çaylarda uzununa zonallıq izlənir: çayın yuxarılarında növbəli dayazlıqların aşağı və delta
hissəsində dərinliyin qruplaşmaları məskunlaşır, orta hissədə isə hər iki zonanın orqanizmlərinə rast gəlinə
bilər. Uzununa zonallıqda balıqların növ tərkibinin dəyişməsi nəzərə çarpır. Aşağıya doğru növ tərkibi
kasatlaşır, lakin balıqların ölçüsü artır.
Bataqlaşmış şirinsulu sahələr, adətən – alt və üst bataqlıqlar. Alt bataqlıqlar bir qayda olaraq
yeraltı sularla, üst bataqlıqlar isə atmosfer yağıntıları ilə qidalanır. Üst bataqlıqlara istənilən çökək yerlərdə,
Dostları ilə paylaş: |