119
IX FƏSİL
ANTROPOGEN EKOSİSTEMLƏR
9.1. İnsan və ekosistemlər
İnsan təbii ətraf mühitdə həyat uğrunda konkret mübarizədə özünün süni antropogen ekosistemlərini
yaradır. Təxminən on min il əvvəl o, təbiətin sovqatlarını toplayan «adi» konsumentlikdən əl çəkib, bilavasitə
öz əmək fəaliyyəti ilə kənd təsərrüfatı (bitkiçilik, heyvandarlıq) yaradaraq bu sovqatları özü əldə etməyə
başladı. Kənd təsərrüfatı modelinə yiyələnərək insan təxminən 200 il əvvəl sənaye inqilabına yaxınlaşdı. Müasir
mərhələdə o, daim artan tələbatını ödəmək üçün təbii ekosistemləri dəiyşməyə və özü istəməsə də, hətta onu
dağıtmaq məcburiyyətində qaldı.
Enerji – həm təbii, həm də antropogen ekosistemlərin əzəl dövrlərdən hərəkətverici qüvvəsi olmuşdur.
Bu sistemlərin energetik resursları həm tükənməz – Günəş, külək, qabarma, həm də tükənən – yanacaq-
energetik (daş kömür, neft, qaz və b.) ola bilər. Yanacaqdan istifadə edərək insan sistemə enerji əlavə edə
bilər və ya hətta onu enerji ilə təmin edə bilər. Mövcud ekosistemlərin göstərilən energetik xüsusiyyətlərinə
əsaslanıb, Y.Odum (1986) onların təsnifatını təklif edərək, dörd «fundamental ekosistem» tipi ayırır:
1.
Günəşlə hərəkətə gətirilən təbii ekosistemlər;
2.
Günəşlə hərəkətə gətirilən və digər təbii mənbələrlə yardım olunan ekosistemlər;
3.
Günəşlə hərəkətə gətirilən və insan tərəfindən yardım olunan ekosistemlər;
4.
Yanacaqla (yeraltı qazıntılar, üzvi və ya nüvə) hərəkətə gətirilənlər.
Bu təsnifat prinsipcə biom təsnifatından fərqlənib mühitin xassələrinə əsaslandığından ekosistemin
strukturuna əsaslanır. Bununla belə, bu təsnifat biom təsnifatını tamamlayır. 1-ci və 2-ci tipləri təbii
ekosistemlərə, 3-cü və 4-cü tipləri isə antropogen ekosistemlərə aid etmək lazımdır.
Birinci ekosistem tipinə okeanlar, yüksək dağlıq meşələri aid olub Yer Planetində həyatın təmin
olunmasının əsası hesab edilir (enerji axını orta hesabla ildə 0,2 kkal/sm
2
).
İkinci ekosistem tipinə dənizlərin estuariləri, çay ekosistemləri, «yağışlı» meşələr aiddir. Onlar qabarma
dalğalarının, axınların və küləyin enerjisi ilə də qidalanırlar (yararlanırlar). Enerji axını orta hesabla ildə 2
kkal/sm
2
təşkil edir.
Birinci tip ekosistemlər fauna və floranın yüksək sıxlığını saxlamağa qabil olmasalar da, onlar olduqca
böyük sahə tutur. Yalnız okeanlar Yer kürəsinin 70% ərazisini zəbt edir. Onlar tərəfindən yalnız Günəşin
enenjisi hərəkətə gətirilir və Planetdə həyatın təminat şəraitini stabilləşdirici və saxlayıcısının əsası sayılır.
İkinci tipə aid olan ekosistemlər yüksək təbii məhsuldarlığa malikdir, çünki burada yaşayan orqanizmlər
(məsələn estuarilərdə) qabarma və axınların, yağışlı meşələrdə isə külək və yağışın əlavə enerjisindən istifadə
etməyə uyğunlaşmışlar. Bu sistemlərin «istehsal etdiyi» ilkin biokütlə onların özlərini saxlamaqlarına çatmaqla
yanaşı, bu məhsulun bir hissəsi digər sistemlərə aparılır, yaxud toplanır.
Beləliklə, təbii ekosistemlər insan tərəfindən heç bir qayğı göstərilmədən və xərc çəkilmədən öz həyat
qabiliyyətini saxlayır və inkişaf edir. Bununla belə, bu ekosistemlərdə xeyli miqdarda qida məhsulları və digər
materiallar yaranır, bu isə insanın özünün həyatı üçün zəruridir. Ən başlıcası isə, məhz burada havanın böyük
həcmi təmizlənir, dövrana şirin su qayıdır, iqlim formalaşır və s.
Antropogen ekosistemlər isə tamamilə başqa cür fəaliyyət göstərir. Bura 3-cü tipə aid olan
ekosistemlər yalnız Günəş enerjisi hesabına deyil, həmçinin insan tərəfindən təşkil edilmiş (verilmiş) yanacaq
formasında dotasiyanın hesabına qida məhsulları və lifli materiallar istehsal edən aqroekosistemlər,
akvakulturlar daxildir.
Bu sistemlər təbii sistemlərə oxşayır, çünki vegetasiya dövründə mədəni bitkilərin inkişafı təbii proses olub
onlara təbii Günəş enerjisi ilə həyat verilir. Lakin torpaq hazırlığı, səpin, məhsulun yığılması və s. insanın enerji
sərfidir. Həm də, insan praktiki olaraq təbii ekosistemi bütövlüklə dəyişir, hər şeydən əvvəl ekosistemi
sadələşdirir, yəni növ müxtəlifliyi azalır və bəzən güclü sadələşmiş monokultura sisteminə çevrilir (cədvəl 9.1).
120
Cədvəl 9.1
Təbii və sadələşmiş antropogen ekosistemlərin müqayisəsi
(Millerə görə, 1993)
Təbii ekosistemlər
(bataqlıq, çəmən, meşə)
Antropogen ekosistemlər
(tarla, zavod, ev)
Günəş enerjisini alır, dəiyşdirir, toplayır
Qazıntı və nüvə yanacağının enerjisini qəbul edir
Oksigen hasil edir və kabon qazından istifadə
edir
Oksigendən istifadə edir və qazıntı yanacağı yandıqda
karbon qazı hasil edir
Münbit torpaq yaradır
Münbit torpağı kasatlaşdırır və ya onun üçün təhlükə
yaradır
Rütubət toplayır, onu təmizləyir və tədricən
ondan istifadə edir
Çox sü sərf edir və onu çirkləndirir
Yabanı
təbiətin
müxtəlif
növləri
üçün
məskunlaşma şəraiti yaradır
Yabanı təbiətin bir çox növlərinin yaşama yerini dağıdır
Çirkləndirici və tullantıları heç bir xərc çəkmədən
süzür
Çirkləndirici
və
tullantılar
hasil
edir,
onların
zərərsizləşdirilməsinə xərc tələb olunur
Özünüsaxlama və bərpa olunma qabiliyyətinə
malikdir
Saxlanması və bərpasına daima böyük xərc tələb olunur
Müasir kənd təsərrüfatı ilbəil ekosistemləri suksessiyanın daim erkən mərhələlərində saxlamağa imkan
yaradaraq, bir və ya bir neçə bitkidən (məsələn, qarğıdalı, buğda, noxud və s.) maksimal ilkin məhsul əldə
etməyə cəhd göstərir. Kəndli baha qiymətə yüksək məhsul əldə edə bilir. Belə qiymət alaqlarla mübarizə,
mineral gübrələr, torpaq hazırlığı və b. işlərlə əlaqədardır (enerji axını orta hesabla 20 kkal/sm
2
⋅ il).
Yeni davamlı növlərin, məs., ot növlərinin peyda olması təbii suksessiya proseslərinin nəticəsidir. Biz alaq
adlandırdığımız «pioner» bitki növləridir, ziyanvericilər – həşəratlar və digər heyvanlardır, xəstəlik törədicilər
isə – mikroorqanizmlərdir. Alaq otları, ziyanvericilər və xəstəlik törədicilərlə aktiv mübarizə aparılmazsa, bütün
məhsul məhv olar.
Heyvandarlıq da ekosistemin sadələşməsinə gedən bir yol sayılır, insan özü üçün faydalı kənd
təsərrüfatı heyvanlarını (inək, camış, toyuq və s.) qoruyub, qida resurslarına rəqib çıxan otyeyən vəhşi
heyvanları və ev heyvanlarını məhv edən yırtıcıları yoxa çıxarır.
Qiymətli balıq növlərinin ovlanması su hövzələrinin ekosistemlərini sadələşdirir. Hava və su hövzələrinin
çirklənməsi də ağacların, balıqların məhv olmasına səbəb olur və təbii ekosistemlər «talanır».
Ümumiyyətlə, əhalinin sayı artdıqca insanlar bütün yetkin (klimaks) ekosistemləri sadə cavan
ekosistemlərə (məsələn, tropik meşələri, yetişmiş fıstıq, palıd meşələrini məhv edərək, bataqlıqları qurudaraq
və s.) çevirir. Bu sistemləri «cavan» yaşında saxlamaq üçün yanacaq-energetik resurslarından istifadə
artacaqdır. Bununla yanaşı, növ (genetik) müxtəlifliklərində və təbii landşaftlarda itki baş verəcəkdir (cədvəl
9.1).
Cavan, məhsuldar ekosistemlər monotip növ tərkibinə malik olduğu üçün çox zəif olur. Belə ki, hər hansı
bir fəlakətli hadisə, məsələn, quraqlıq baş verərsə, genotip dağıldığından belə ekosistemlər bir də bərpa
olunmur. Lakin bəşəriyyətin həyatı üçün onları saxlamaq vacibdir. Odur ki, vəzifəmiz, sadələşdirilmiş
antropogen ekosistemlər və onunla qonşuluqdakı daha mürəkkəb, zəngin genofonda malik olan təbii
ekosistemlər arasında balansı saxlamaqdır.
Dördüncü ekosistemlərdə, yəni sənaye-şəhər sistemlərində hadisə tamamilə başqa cür baş verir.
Burada yanacaq enerjisi Günəş enerjisini bütvölüklə əvəz edir, təbii ekosistemlərlə müqayisədə enerji axınının
sərfi iki-üç dəfə artıqdır. Adambaşına illik qidaya olan tələbat – 1 mln. kkal-a yaxındır. Əgər enerji sərfi
əhalinin sayına görə hesablanarsa, bu 10 dəfə yüksək olar (məs. ABŞ-da o, 86 dəfə çoxdur). Müxtəlif ölkələrdə
enerji sərfi müxtəlifdir. Varlı ölkələrlə inkişaf etməkdə olan ölkələrin müqayisəsində bu sərflərin fərqi xüsusilə
böyükdür (bir neçə on dəfələrlə, bəzən 100 dəfəyə qədər). Bu ölkələr elə bil ki, hələ birinci-ikinci tip
ekosistemlər mərhələsindədir, lakin inkişaf etmiş ölkələr bütün dörd mərhələni artıq keçmişlər.
Dostları ilə paylaş: |