Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə63/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   59   60   61   62   63   64   65   66   ...   243

m. 

Axır sən niyə hər zadı özünə  d ə r d  e l ə y i b,   ü r ə y i n ə  s 

a l ı r s a n?.. 

(26) 


Obrazların nitqini fərdiləşdirmək, onların xarakterinə uyğun 

ifadələr işlətmək frazeoloji sinonimləri bədii dilə gətirən mühüm 

səbəblərdəndir. İçərisində yaşadığı ictimai  mühitin müxtəlif sinif 

və   təbəqələrinin   həyat   tərzinə,   düşüncə   və   davranışlarına 

yaxından   bələd   olan   Ə.Haqverdiyev   «Dağılan   tifaq»   pyesi   ilə 

həmin sinif və təbəqələrin nümayəndələrini səhnəyə çıxararkən, 

təbii olaraq, hər birini öz dilində danışdırmalı, onların nitqini şüur 

və təfəkkür tərzi ilə bağlamalı, hər obrazın xarakterinə uyğun 

ifadələr   seçib   işlətməli   idi.   Dramaturq   bu   cəhətə   diqqətlə 

yanaşmış,   ona   görə   də   kiçik   uşaqlardan   köhnə   bəylərə, 

ruhanilərə, kapitalizm ünsürlərinə, avam və hüquqsuz qadınlara, 

adi   ovçulara   və   yoxsul   şəhərlilərə   qədər   bütün   cəmiyyət 

nümayəndələrini   spesifik   dil   xüsusiyyətləri   ilə   danışdırmış, 

obrazların     psixologiyasına   və   davranışına   müvafiq   ifadələr 

işlətmişdir.  Bütün   bunlar   eyni   bir   anlayışın   müxtəlif   surətlərin 

dilində, hətta daxili inkişaf və dinamika ilə bağlı olaraq eyni bir 

obrazın   dilində   də   müxtəlif   şəkildə,   müxtəlif   rəngdə   ifadəsinə 

səbəb   olmuşdur.   Bunun   ən   yaxşı   nümunəsini  

ölüm,   ölmək, 

öldürmək


 anlayışlarının frazeoloji ifadə formalarında görmək olar.

Ölüm


  anlayışı bəylərin dilində nisbətən qaba şəkildə ifadə 

olunmuşdur. Doğrudur, ilk monoloqda Nəcəf bəyin dilində 

başını 

yerə   qoymaq,   baş   gora   aparmaq



  kimi   evfemistik   ifadələr   də 

vardır   və   göründüyu   kimi,   həmin   ifadələr   təbii   ölüm   anlayışı 

ifadə   edir,   lakin   Nəcəf   bəy   dinamik   və   dəyişkən

125


  surət 

olduğundan onun dilindəki ifadələr də tədricən dəyişir, obrazın 

mənəvi inkişafına, keçirdiyi böhran və sarsıntılara uyğun olaraq 

gah   vulqarlaşır,   qabalaşır,   gah   da   onun   acizliyini   andırır, 

yalvarışlara çevrilir.

125


  Сон  тядгигатында  Т.Мцтяллимов  да  ядибин  траэик 

гящряманлары  Фярщад  вя  Гаъардан  фяргли  олараг  (онлар  щансы 

амал  иля  сящняйя  эялирся,  щямин  амал  иля  дя  сящняни  тярк 

едирляр),  Няъяф  бяйин  динамик  сурят  олдуьуну  хцсуси  гейд  ет-

мишдир (бах: М у т а л л и м о в Тахсин Муталлим оглы. «Мастерство 

А.Ахвердова", автореферат докторской дис., Баку, 1975, сящ.27)

181



Canı (ağzından) çıxmaq

  - haqqında danışılan anlayışın elə 

ifadə formasıdır ki, dramaturq onun vasitəsilə təkcə Nəcəf bəyin 

deyil,  Səlim  bəyin  də həyatdan  narazı qaldığını,  ümumiyyətlə, 

mülkədarlığın qürubunun çatdığını və mülkədarların bunu duyub-

hiss   etdiklərini   verə   bilmişdir.   İş   o   yerə   çatmışdır   ki,   indi 

mülkədarın ov quşunu vurub öldürürlər, o isə dinməz-söyləməz, 

«ac,   susuz,   it   günündə»   evinə   qayıdır.   Pyesdə   qadınların, 

ovçuların, zəhmət adamlarının dili bu cəhətdən bəylərin dilindən 

fərqlənir. İnsani məhəbbət və humanizmdəndir ki, ovçular 

ölüm 

sözünü dillərinə gətirmək istəmirlər, buna görə də başqa şəkildə, 



yumşaq formada ifadə edirlər. Ağır yaralanmış Süleyman bəy su 

istəyərkən birinci   ovçu   öz   yoldaşına   deyir:     

Su istəyirsə 

vermə, yoxsa  bu saat  t a m a m   o l a r.

 (46)

Sona   xanımın   dilindəki  



nəfəsim   gedər   qayıtmaz,   ürəyim 

qırılar


 ifadələri ölüm anlayışı ilə yanaşı, onun cismən son dərəcə 

zəifləmiş  olduğunu,  

canı  çıxmaq

  ifadəsi  isə həm  də həyatdan 

bezmiş olduğunu göstərir; IV məclisdə Sona xanım Nəcəf bəyin 

hərəkətlərinə, pis əməllərinə qarşı bir növ üsyan edir, lakin onun 

ifadələri yenə də vulqarlaşmır

: Gərək danışam, o qədər danışam  

ki, bu sinəmdə qalan bir xırda quru n ə f ə s  d ə  ç ö l ə  ç ı x ı n c a.  

Di qulaq ver!.. Mən bu gün-sabah öləcəyəm, amma mənim  ruhum 

sən  bir  qiyamətli,  yağışlı, tufanlı gündə a l l a h ı n  ö z  o d u n a  

y a n ı n c a sənin dalınca gəzəcək

. (52-53)

Biz   əsərin   sonunda   Nəcəf   bəyin,   doğrudan   da,   belə   bir 

tufanlı, yağışlı gündə «allahın öz oduna yanaraq» öldüyünün – 

ildırım vurması ilə həlak olduğunun şahidi oluruq.

Ədib   yoxsulların   insanpərvərliyini   göstərməklə   yanaşı, 

onların mübarizliyini, tədricən ayılmaqda olduqlarını da unutmur. 

Bacısı Süleyman bəy tərəfindən qaçırılmış Kərim heç bir şeydən 

çəkinmir, intiqam alacağını açıq söyləyir:

K ə r i m.  

Hanı  o  arvad  kimi  qaçıb  gizlənən  tülkü?  Bircə 

onu  bana verin c ə r c ə n ə y i n i   a y ı r ı m…  And   olsun  allaha,  

o  mənim  bacımı  biabru eləyib,  mən  də  onun  qarnını  balıq  qarnı 

kimi  cırıb   b a g ı r s a q l a r ı n ıı    a y a q l a r ı n a dolamasam, at-

amın oğlu deyiləm

. (34-35)

182



Süleyman bəyin də özünəməxsus ifadə xüsusiyyətləri vardır. 

Onun ölüm ayağında işlətdiyi 

axırını eləmək

 ifadəsində mülkədar 

jarqonunun izləri vardır:

S ü l e y m a n  b ə y. 

Kimsən, a danışan? Yoxsa mənim a x 

ı r ı - m ı  e l ə m ə y ə gəlibsən? 

(44)

Cavan ömrü paymal olmaq, bada getmək, canı çıxmaq



 ifadələri 

onun sonsuz təəssüf və peşmançılıqla dolu son dəqiqələrini yaxşı tə-

cəssüm etdirir:

S ü l e y m a n   b ə y.  

Öldürdü məni namərd oğlunun 

gülləsi… cavan ö m r ü m     p a y m a l   o l d u! …Təqsir  

özümdədir, dostumu tanımadım, düşmənimi tanımadım, axırda b 

a d a   g e t d i m.  C a n  yığılıb boğazıma, beş dəqiqədən sonra 

ç ı x a r. 

(46)


Beləliklə,   obrazların   fərdi   nitq   xüsusiyyətləri   ilə   əlaqədar 

əsərdə:  

baş   gora   aparmaq,   cərcənəyini   ayırmaq,   başını   yerə 

qoymaq,   canı   çıxmaq,   kəlləsini   ağartmaq,   axırını   eləmək, 

canından   keçmək,   tamam   olmaq,   nəfəsi   qayıtmamaq,   ürəyi 

qırılmaq,   oda   yanmaq,   ömrü   paymal   olmaq,   bada   getmək, 

bağırsaqlarını  ayaqlarına dolamaq

  və  s.   kimi  rəngarəng   məna 

incəliklərinə   malik   olan   sinonim   frazeoloji   vahidlər   işlənmişdir. 

M.F.Axundovun   təkcə   «Hacı   Qara»   əsərində   həmin   anlayışla 

əlaqədar   20

126


,   N.Nərimanovun   nəsr   əsərlərində   12

127


  sinonim 

ifadə müəyyən edilmişdir. «Dağılan tifaq»dakı ilə birlikdə 50-yə 

qədər ifadənin içərisində yalnız 

canı çıxmaq

 ortaqlıdır. Bu hal, bir 

tərəfdən, canlı dilin bir xəzinə olduğunu, digər tərəfdən, həmin 

xəzinədən istifadə edənin – yazıçının ustalıq və məharətini, xalq 

dilindən nəyi, necə seçib işlətdiyini qabarıq göstərir. Bu, Mirzə 

Fətəlinin   və   Ə.Haqverdiyevin   zəmanəyə,   insanlara   real 

münasibətlərindən, dövrün nəbzini tuta bilməkdən irəli gəlmiş, 

«Dağılan tifaq»ın müəllifi öz görkəmli müəlliminin işini ləyaqətlə 

davam etdirmişdir.

126

  Б.  А  б  д  у  л  л  а  й  е  в.  М.Ф.Ахундов  комедийаларынын 



синонимикасы, Азярб. ССР ЕА хябярляри, иът. елмляр серийасы, 1962, 

10, 


№ сящ.53.

127


  .   .               .   «

   


 

М Б М а м е д о в Лексика и фразеология прозаических 

  .

произведений Н На



», 



., 

, 1964, 


.20.

риманова автореф канд дис Баку

сящ

183



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə