Ramazan hüseynov



Yüklə 409,55 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix01.02.2018
ölçüsü409,55 Kb.
#22967
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

24 

 

qurtardığı  «Quran»  kitabının  nəfis  toxunmuş,  üstündə  qılınc  şəkli  olan  dəsmala 



bükülü bir nüsxə əlyazmasını Sultanbəyə bağışladı. 

1917-ci  ilin  may  ayının  10-da  Sultanbəy  döyüşə  rəhbərlik  etmək  üçün 

Çınqıllı  dağın  döşündə  tikilmiş  alaçığın  qabağında  atdan  düşüb  dürbünlə 

daşnakların  qərargahına  və  ətraflara  bir  qədər  baxdıqdan  sonra  Sultanbəylə 

görüşməyə  hazır  dayanmış  Çal  Aslana  əl  uzatdı.  Çal  Aslan  iki  əllə  Sultanbəylə 

görüşüb  səngərlərdən  yenicə  gəldiyini  bildirdi.  Əlavə  etdi  ki,  hər  şey  öz 

qaydasındadır. Lazımlı bütün tədbirlər görülmüşdür. Hamı sizin işarənizi gözləyir. 

Sultanbəy  cib  dəsmalını  çıxarıb  alaçığın  qabağındakı  daşın  üstünə  sərdi.  Sol  döş 

cibindən  Bəhlul  Behcətin  Azərbaycan  dilində  verdiyi  «Quran»ı  dəsmalın  üstünə 

qoyub üzü qibləyə doğru dedi: «Ey «Quran», haqq işimizə görə bizə kömək elə». 

Sonra  ehtiramla  «Quranı»  götürüb  yenə  döş  cibinə  qoydu.  Şad  təbəssümlə  Çal 

Aslana  baxıb  qaranlıq  dərədə  yerləşən  topçulara  tərəf  bir  fişəng  atdı.  Bir  anda 

topların səsi dağları lərzəyə gətirdi. Sərrast nişanlanmış topların mərmiləri düşdüyü 

yerlərdə daşnakların bütün sursatlarını torpaqla birlikdə göylərə sovurdu. Güclü top 

atəşinə  məruz  qalmış  daşnaklar  səhərin  ala  qaranlığında  nəinki  müqavimət 

göstərməyə imkan tapa bilmirdilər, hətta qaçmağa belə yer yoxuydu.  Hansı səmtə 

üz tuturdularsa, güllə yağış kimi yağırdı. Topların səsinə Gorus şəhərinin və ətraf 

kəndlərin camaatı da oyanmışdı. 

Qaragöl  döyüşündə  Sultanbəy  9  uzaqvuran,  5  yaxınvuran  toplardan,  40 

pulemyotdan, 3 min müxtəlif növ tüfəngdən, 120 qılıncdan, 50-dən çox gürzdən, 9 

minə yaxın adamdan istifadə edirdi. Döyüş axşama qədər davam elədi. Demək olar 

ki, düşmənin əsas hərbi sursatı məhv edilmişdi. Əsir alınanların sayı 600-dən çox 

idi. Böyük düz qırılan və yaralananlarla dolu idi. Qaranlıq düşənə yaxın Sultanbəy 

topları  döyüş  meydanından  çıxartdırıb  Gorusun  qaşına  apartdırdı.  Bir  qədər  sonra 

Gorus  şəhəri  toplardan  atəşə  məruz  qaldı.  Şəhərdə  ciddi  qarmaqarışıqlıq 

yaranmışdı.  Bu  vaxt  Xınzirək  kəndinə  tərəf  qaçanların  sayı  daha  çox  idi.  Çal 

Aslanın göstərişi ilə Ağaməmməd Minkənd alayı ilə Xınzirək kəndini mühasirəyə 

aldı. 


Ağaməmməd dəfələrlə ağır döyüşlərdən zəfərlə çıxmışdı.  Ona  Zəngəzurun 

dişli  qartalı  deyərmişlər.  Ağaməmmədin  adam  gəmirən  atları  çox  daşnak  başı 

qopartmışdı. 

Sabahısı günü Sultanbəyin Qaragöl ətrafındakı dəstələri bəzi işləri sahmana 

saldıqdan  sonra  qələbə  mahnıları  oxuya-oxuya  Xınzirək  kəndini  mühasirədə 

saxlayan  Ağaməmmədin  dəstələrinə  köməyə  gəldilər.  Xınzirək  kəndinin  camaatı 

müqavimətsiz  Ağaməmmədin dəstələrinə  qoşularaq daşnakları  kənddən qovdular. 

Bununla  Zəngəzur  yaylaqlarındakı  bütün  təhlükələr  aradan  qaldırıldı.  Sultanbəy 

Araz çayı ətrafındakı tərəkəmə ellərinə adam göndərdi ki, yaylaqlara arxayın köçə 

bilərsiniz. 



 


25 

 

Sahil əməliyyatı 

 

Sultanbəyin  qəfil  zərbələrinə  tab  gətirməyib  İrana  qaçmaq  istəyən  silahlı 



daşnak dəstələri Araz çayı sahilindəki qamışlıqlara doluşaraq gecələr fürsət tapan 

kimi  çaya  tökülüb  o  taya  adlayırdılar.  Sahil  əməliyyatında  Həkəri  və  Bərgüşad 

çaylarının vadilərindəki kəndlərin camaatı fəallıq göstərirdilər. 

Qaçaq dəstələri Arazın sahilində sol cinaha Diri dağı, Xudafərin körpüsünü, 

sağ cinahda isə Mincivanadək sahil boyunu nəzarət altında saxlayıb Araza tökülən 

daşnak dəstələrini gülləbaran edib axırlarına çıxırdılar. 

Qaçaqlar donuzları neftləyib, od vurub qamışlıqlarda yanğınlar    törədərək    

düşmənləri  məhv  edirdilər.  Yanğından  qaçan  erməniləri  Zəngilan,  Məmmədbəyli 

kəndlərinin  ətrafındakı  dərələrdə  kütləvi  şəkildə  qırırdılar.  Daşnakların  xaricə 

aparmaq istədikləri var-dövləti əllərindən alıb Azərbaycan kəndlərinə paylayırdılar. 

Sahil  əməliyyatı  zamanı  ermənilərdən  alınmış  silahlarla  Çaytumas,  Ağalı, 

Alaqurşaq, Xanlıq kəndlərində güclü silahlı dəstələr yaradırdılar. 

 

Sultanbəyin qızı Bəyim xanımın xatirələrindən 

 

Uzun  illər  sürgünlərdə  olmuş  Bəyim  xanım  ailələrinin  faciəli  taleyindən 



belə nəql edir: 

-  Qırmızı  Ruslar  Zəngəzura  gəldikdən  sonra  atama  ardı-arası  kəsilmədən 

sui-qəsdlər təşkil edirdilər. Qəsdlərin birində atama güllə də atdırdılar. İncəvardan 

güllə  kişinin  başından  yox,  çənəsinə  dəyərək  az  yaralamışdır.  Atam  vəziyyətin 

gərginliyini  başa  düşmüşdü.  Düşmənlərdən  qoruduğu  vətənində  özünün 

qorunmağına heç bir ümid qalmamışdı. 

Atam  gələcəkdə  vətəni  yenə  düşmənlərdən  xilas  etmək  üçün  xarici 

mühacirətə  getmək  qərarına  gəldi.  Bundan  sonra  bizim  indiki  Laçın  rayonundakı 

mülklərimizdə  yaşamağa  imkan  vermədilər.  Anam  Qarabağ  xanlarının  nəslindən, 

şair Natəvanın nəslinin ziyalı qızlarından biri idi. Bu günkü Xan kəndi mənim Ana 

babalarımın  torpaqlarıdı.  Biz  bir  qədər  Qarabağdakı  qohumlarımızın  himayəsində 

yaşadıqdan sonra Bakıya köçməli olduq. 

Anam ziyalı, qoçaq və bir qədər də diplomat qadın olduğundan xeyli vaxt 

məsul vəzifələrdə işlədi. Bir müddət Bakı şəhər sovetinin deputatı da oldu. 

Otuzuncu  illərin  həyəcanlı  gecələrinin  birində  qapımız  döyüldü.  Anam 

qapını  açdı.  Hərbi  formada  bir  neçə  adam  icazəsiz  evə  girib  başladılar  evi 

axtarmağa. Evi alt-üst etdilər. Biz hələ də məəttəl qalmışdıq ki, bunlar nə axtarırlar. 

Demiyəsən,  NKV-də  işləyən  daşnak  agentlər  çoxdan  bizim  evi  nəzarət 

altında  saxlayıb güdürmüşlər. Bir azdan atamın şəkli,  «Quran»ı,  müxtəlif, lazımlı 

sənədləri,  qiymətli  əşyaları  saxlanan  boxçanı  yükün  arasından  götürüb  açdılar. 

Gələnlərdən  biri  erməni  idi.  O  atamın  şəklini  görən  kimi  həyəcanla:  «vot,  vot, 

Sultanbek» deyib şəkli onunla gələnlərə göstərdi. Bir neçə dəqiqədən sonra anama 




Yüklə 409,55 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə