Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə27/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   23   24   25   26   27   28   29   30   ...   45

 
125 
         Bu  sahədə  Elçin  İsgəndərzadə  ancaq  mürəkkəb  riyazi 
düsturlar  yazmaqla  kifayətlənməyib.  Həmin  düsturlarda 
aparılan  əməliyyatların  yeni  üsulla  tədqiqini  yüksək  sinifli 
mexanizmlər  sahəsinə  yönəldib.  O,  bu  sahəyə  professor 
Vaqif  Məmmədovla    müştərək  qaydada    “VEKTOR”  üsulu 
deyilən yeni bir metodun qaydalarını tətbiq edib...  
         Professor  90-cı  illərdə  həmin  metodla  təyyarə 
təkərlərinin açılıb-yığılma  mexanizmləri üzərində xeyli uğur 
əldə edib. Bu sahədə SSRİ-nin ən gənc alimi kimi 27 yaşında 
elmlər  namizədi  adına  layiq  görülüb.  Müqayisə  üçün  deyək 
ki,  bu  sahə  üzrə  o  zaman  SSRİ-də    ən  erkən  yaşda  elmlər 
namizədi olanların yaşı 45-dən yuxarı idi... 
         1991-ci  ildə  Elçin  İsgəndərzadənin  elmi  fəaliyyəti 
akademik, 
SSRİ 
xalq 
deputatı, 
Qazaxıstan 
Dövlət 
Universitetinin  rektoru  U.A.  Coldasbəyovun  diqqətini  cəlb 
edir.  Böyük  alim    professor  haqqında  yazır:  “  Elçin 
İsgəndərzadənin  yüksək  sinifli  mexanizmlərin  analiz  və 
sintezi məsələlərinə həsr olunmuş namizədlik dissertasiyasını 
vərəqləyərkən ağlıma gələn ilk fikir bu oldu ki,  o, gələcəyin 
çox məhşur alimlərindən biri olacaq...” 
         Elçin  İsgəndərzadə  yüksək  sinifli  maşın  mexanizmləri 
sahəsində  48  ixtiranın  müəllifidir.  Bu  ixtiraların  xeyli  qismi 
istehsalatda tətbiq olunub. Yeri gəlmişkən bu məqamda qeyd 
etmək yerinə düşür ki, iki cür alim var: bir var yaradan alim, 
bir də var yaradılanı tətbiq edən alim. Birincilər elmin ustası, 
 
126 
ikincilər  isə  fəhləsidirlər.  Elçin  İsgəndərzadə  həm  yaradan, 
həm də yaratdığını həyata tətbiq edən alimdir. Deməli o, həm 
elmin ustası, həm də fəhləsidir... 
         Elçin  İsgəndərzadənin  elmi  yaradıcılığını  3  mərhələyə  
bölmək  olar.  Bu  yaradıcılığın  birinci  mərhələsi  “yüksək 
sinifli  maşın  mexanizmlərinin  “VEKTOR”  üsulu  ilə 
tədqiqinə,  həmin  yaradıcılığın  ikinci  mərhələsi,  “müasir 
kombinə 
edilmiş 
kənd 
təsərrüfatı 
maşınlarının 
təkmilləşdirilməsinə” həsr edilb. Bu sahədə bir maşının eyni 
zamanda  bir  neçə  funksiyanı  yerinə  yetirə  bilməsi 
problemləri  araşdırılıb  və  müsbət  mənada  öz  təsdiqini  tapıb. 
Yaradıcılığın  üçüncü  mərhələsi  “ümumi  maşınqayırmada  
keyfiyyət 
problemlərinin 
həlli”nə 
yönəldilib. 
Artıq 
maşınqayırma  sənayesində  demək  olar  ki,  bu  problem  ən 
aktual  məsələyə  çevrilib.  Hazırda  yeni  kəşflər  sorağında 
axtarışlar  aparmaqla  yanaşı,  var  olan  kəşflərin  keyfiyyət 
baxımından  təkmilləşdirilməsi  üzərində  də  baş  sındırır 
professor... 
         Elçin  İsgəndərzadənin  uğurlarının  bir  səbəbi  də  onun 
daimi hərəkətdə olmasına,  böyük yaradıcı mühitə qovuşmaq 
təşnəsinə  əsaslanıb.  SSRİ  dağılmamışdan  əvvəl  professor 
həmin  böyük  elmi  mühitə  SSRİ  məkanında  keçirilən  elmi 
konfranslar, 
simpoziumlar, 
həmin 
konfranslarda, 
simpoziumlarda  tanış  olduğu  alimlər,  yaradıcı  şəxsiyyətlər 
vasitəsilə    daxil  olmağı  bacarıb.  SSRİ  dağıldıqdan  sonra  bir 


 
127 
müddət  belə  bir  elmi  mühitə  düşmək  imkanı  artıq  yox 
olmuşdu.  Azərbaycan  elmi  mühiti,  o  cümlədən  Elçin 
İsgəndərzadə bu sahədə 5-6 illik bir durğunluq dövrü yaşadı. 
Ancaq hərəkət edən səxs dayana bilməzdi. Yeni bir mühitə - 
dünya    elmi  mühitinə  çıxmaq  lazım  idi.  Elçin  İsgəndərzadə 
bunun yolunu uzun axtarışdan sonra tapdı. Türkiyə vasitəsilə 
dünya  elmi  mühitinə  qovuşmaq  arzusu  onu  vətən  
torpağından  ayırıb  bir  təyyarədən  düşüb  başqa  bir  təyyarəyə 
minmək    vərdişinə  yiyələndirdi.    Bu  vərdiş  professorun 
həyatında dönüş yaratdı.  Artıq o, böyük elmi  mühitin-dünya 
elmi  mühitinin  içərisindədir.  Hazırda  professor  həmin  elmi 
mühitin  havasını  Azərbaycan  elmi  mühitinin  içərisinə  
daşımaqla məşğuldur... 
      Elçin  İsgəndərzadə  imanlı  alimdir.  Onun  kəşfləri 
dağıtmağa  yox,    qurub  yaratmağa  stimul  verir.  Qurub 
yaradan elm qeylü-qal ola bilməz. Füzuli ”Elm bir qeylü-qal 
imiş”    deyərkən  qurub  yaradan  yox,  vurub  dağıdan  imansız 
elmi nəzərdə tutub...” 
      Professor  Elçin  İsgəndərzadənin  Dünya  elminə  gətirdiyi 
yeniliklər sırasında aşağıdakıları da qeyd etmək olar:  
      1.  Torpağın  kombinə  olunmuş,  minimal  və  sıfır,  hamar, 
çizelli  və  yaruslu  becərilməsi  üçün  maşın  quruluşlarının  və 
proqressiv 
texnologiyaların 
inkişaf 
tendensiyalarının 
ümumiləşdirilmiş  təhlili,  texnoloji  torpaqqoruyucu  maşın 
 
128 
komplekslərinin  təhlili  onun  tərəfindən  aparılmışdır.  Bunlar 
aşağıdakıların təmin olunmasına istiqamətlənmişdir:  
- torpağın su və külək eroziyasından qorunmasına;  
- enerji sərfinin azalmasına;  
- torpağın fiziki xassələrinin və quruluşunun yaxşılaşmasına; 
- məhsuldarlığın artmasına və məhsulun istehsalına xərclərin 
azalmasına;  
-  nəmliyin  yığılmasının  və  saxlanmasının  yaxşılaşmasına, 
torpağın aerasiyasının artmasına;  
-  torpağın  məhsuldarlığının  və  onun  ekoloji  təmizliyinin 
saxlanmasına.  
2.  Praktiki  istifadə  və  rəhbərlik  üçün  bütün  mövcud 
kotanların  quruluş  tiplərinin  qruplarına  görə  torpağın  əsas 
becərilməsinin  intensivləşməsi  ilə  kotanların  ümumiləş-
dirilmiş təsnifat sxemi tərtib olunmuşdur.  
 3.  Kənd  təsərrüfatı  bitkilərinin  becərilmə  aqrotexnikası  və 
torpağın  əsas  və  kombinə  olunmuş  becərilmə  alətlərinə  olan 
yüksək  aqrotexniki  tələblər  respublikanın  əkinçiliyinin 
torpaqqoruyucu  sistemində  şum  və  kombinə  olunmuş 
aqreqatların istifadə perspektivi üzrə əsaslandırılmış təkliflər 
verməyə stimullaşdırılmışdır.  
4.  Nəzəri  olaraq  kinematik  və  dinamik  parametrlərə  görə 
yeni  quruluşlu  bağ  və  üzümçülük  maşınları  və  innovasiya 
texlogiyaları işlənib əsaslandırılmışdır:  


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə