Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

 
75 
 
xarakterizə edirdi. Dinin həqiqətindən meydana gələn 
dövlət  azadlıq  anlayışının  gerçəkləşməsinə  xidmət 
etməlidir.   
Hegel  ümumbəşər  tarixində  ilahi  zəkanın 
mücəssəməsini  göstərərək,  zəkanı  dünyanın  ilahi 
mahiyyəti  kimi  nəzərdən  keçirmişdi.  Hegelin  dövlət 
fəlsəfəsinin  və  onun  prinsiplərinin  obyektiv  cəhətdən 
qiymətləndirilməsi, obyektiv ruh  mərhələsində  dünya 
ruhunun inkişaf vəziyyəti «Ruh fəlsəfəsi» əsərində öz 
əksini tapmışdır. 
Hegel  dövləti  bütöv  və  canlı  ruh  kimi 
götürərək, «hələ anlayış kimi də olunmayan tək ağıllı 
iradə»  anlayışından  yaranan  ayrı-ayrı  funksiyalardan 
ibarət  olduğunu  yazırdı.  Bir  mahiyyət,  məzmun  kimi 
obyektiv  azadlığı  ifadə  edən  qanunların  üç  növünü 
göstərirdi.  Birincisi,  şəxsin  subyektin  birbaşa  sərbəst 
iradəsindən  və  xüsusi  maraqlarından  yaranan  şəraiti 
məhdudlaşdır və qadağan edir.  
Hegelin  «mütləq  son  və  ümumi  iş»  deyə 
adlandırdığı qanunun ikinci növündə universaldan, ən 
ümumi  olandan  ayrılaraq  artan,  ictimai  təbəqələrin 
funksiyalarından,  ayrı-ayrı  şəxslərin  fəaliyyəti  əks 
olunur.  Qanunun  üçüncü  formasında  qanunlar  azad 
iradənin  mahiyyəti  və  dəyişilməz  əxlaq  qaydaları 
sistemində  ayrı-ayrı  şəxslərin  dünyagörüşü  forması 
yaranır. 
 Hegel  hər  bir  obyektiv  ruhun  yer  tapdığı 
azadlıqda həqiqi qanunun olduğunu deyirdi. İnsanları 
öz hüquqlarına görə üç imtiyazlı təbəqəyə bölürdü: 


 
76 
 
1). Zadəganlar. 
2). Burjuaziya. 
3). Bürokratiya. 
Cəmiyyətin  bu  imtiyazlı  silklərindən  kənarda 
qalan,  uzaq  olan  hissəsini  isə  Hegel  formasız  kütlə 
adlandırırdı.  Bu  kütlədən  yaranan  əməllərin  isə 
dəhşətli,  ağısız,  kortəbii  və  vəhşi  nəticələr  verdiyini 
vurğulayırdı. 
Monarxiyalı  dövlət  qurluşunu  zəkaya  uyğun 
qurluş  adlandıran  filosof  onu  «gözəl  Afina 
demokratiyası»nın  sonrakı  inkişaf  forması  kimi  başa 
düşürdü.  
Hegel  obyektiv  ruh  deyə  adlandırdığı 
mənəviyyat  və  dövlətçilik  haqqında  fikirləri  «Ruh 
fəlsəfəsi»nin  sonuncu  bölümünə  keçməsinə  şərait 
yaratmışdı. 
Mütləq  ruh.  Və  ən  nəhayət  bizim  gəlib 
çıxdığımız  «Mütləq  ruh»  adlanan  sonuncu  bölümdə 
idrak,  «mütləq  ruh»  özünü  dərk  edir.  Təfəkkürün 
təfəkkürü  deyə  adlandırılan  ruhun  qanunauyğun 
inkişafının  bu  sonuncu  mərhələsində  öz  mahiyyətini, 
öz  barəsindəki  biliyi,  yəni  «mütləq  ideyanın 
anlayışını» əldə edir. Sonlu ruhu əharə edən «Mütləq 
ruh» bölümü əvvəlki iki bölümdən fərqlidir. 
«Mütləq  ruh»  adlanan  bu  sonuncu  və  ən  ali 
bölümdə  onun  üç  forması,  pilləsi  nəzərdən  keçirilir. 
Ruhun  aşağı  forması  kimi  bütünlüklə  dinin 
tələbatından yaranan incəsənət, bəşarət və özünü açma 
dini  və  məntiq  şəkilində  təcəssüm  edən  fəlsəfə 


 
77 
 
bölmələrində  «mütləq  ruh»un  pilləli  formada  şərhi 
verilir. 
Hegel  ifadə  etmişdi  ki,  «mütləq  ruh»un 
mərhələsinə  qədər,  ruhun  heç  bir  əvvəlki  iki 
mərhələsində ruhun özü haqqında olan fikirləri ruhun 
özü  söyləmir.  Yalnız  «mütləq  ruh»  pilləsində  ruh 
özünüdərk səviyyəsinə, mərhələsinə çata bilmişdir. 
Hegel  qeyd  etmişdi  ki,  ruhun  dərk  olunması 
prosesi  ondan  xəbərsiz  olaraq  filosoflar,  yəni  Hegel 
tərəfindən  həyata  keçirilir.  Hegel  fəlsəfi  sistemində 
«mütləq ideya» kimi göstərilən Allah «mütləq ruh»un 
ən  yüksək  və  ən  ali  bir  formasıdır.  «Mütləq  ruh»un 
müəyyən  bir  formaya  düşüb,  təşəkkül  tapması  isə 
ictimaiyyətin fəaliyyəti və insan başında yaranan dərk 
etmə  prosesi  nəticəsində  meydana  çıxır.  Buradan 
yaranan 
«insan  Allahdır»  nəticəsinə  filiosof 
xristianlığın  təsirini  göstərsə  də,  nifrət  bəslədiyi 
Şərqdə yaranmış olan sufizm cərəyanı bu ideyaya təsir 
göstərməyə bilməzdi. «Xalis ağılın gücünü» əsas tutan 
spekulyativ  fəlsəfi  dünyagörüşünə  baş  vuran  Hegel 
idealist  nəzərilik,  mücərrədlik  və  açıq  teologiya 
sistemini yaratmışdı. 
Hegelin  düşüncəsi  nöqteyi-nəzərindən  Allahın 
Allah  kimi  çıxış  etməsinə,  Allah  formasına  almasına 
səbəb  yalnız  özü-özünü  dərk  etməsidir.  Özü  özünün 
mənasını başa düşməsini özünüdərk adlandıran Hegel 
qeyd  etmişdi  ki,  «insanın  Allah  haqqındakı  biliyi  isə 
sonradan  insasnın  özünün  Allahda  dərkinə  qədər 
inkişaf edir.»  


 
78 
 
Allah  və  insan  arasında  o  qədər  də  çox  fərq 
olmadığını düşünən mütəfəkkir ruhu Allahın oxşarı və 
insanda  ilahi,  mənəvi  olan  kimi  mənalandırırdı.  Bu 
fikrin  təkcə  xristianlıqda  olduğunu  iddia  edən  Hegel 
insanın  bu  anlayışının  nə  Şərqdə,  nə  Platonda,  nə  də 
Aristoteldə,  eyni  zamanda  stoiklərdə  də  olmadığını 
xüsusi bir şəkildə qeyd etmişdi. 
«Mütləq  ruh»  haqqındakı  şərhindən  sonra 
Hegel  «mütləq  ruh»un  ən  alt  və  ilk  forması  olan 
incəsənətin şərhinə başlayır. İncəsənəti daha çox dinlə 
bağlayan  filosof  xalqlarda  incəsənətin  inkişafı  ilə 
dinin inkişaf tempinin eyni olduğunu iddia edirdi. 
Dialektik  və  məntiqi  inkişafı  burada  da  tətbiq 
edən  filosof  incəsənətin  inkişafını  təkmilləşən 
formalar  pilləkəninə  bənzədirdi.  Elə  bu  cəhətdən  də 
incəsənətin inkişafında üç sahə göstərilirdi: 
1). Simvolik incəsənət. 
2). Klassik incəsənət. 
3). Romantik incəsənət. 
İncəsənəti ilk forması olan simvolik incəsənətdə 
formaya  mənfi  münasibətdə  çıxış  edən  incəsənətdə 
«ideyaya uyğun tərtibat hələ tapılmayıb.» İncəsənətin 
ikinci forması olan klassik incəsənətdə antik dövrdəki 
Allahın  insan  şəkilində  olması  ideyası  özünü  biruzə 
verir.  Qədim  Yunanıstanda  və  Romada  yaranmış  bu 
incəsəntdə hissilik elementləri hökm sürür. 
İncəsənətin  sonuncu  və  ən  ali  forması  olan 
romantik  incəsənət  mənəviyyat  baxımından  digər 
növlərdən  yüksəkdə  durur.  Bu  baxımdan  dinə  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə