- 52 -
sanki barışmaz uçurum görərək, Sənanın tamamilə yeni fəl-
səfi mövqeyə keçdiyini gözləyir.
1
Halbuki, Cavid eşqin din üzərində deyil, dinlə bir-
likdə qələbəsinə nail olmasına çalışır; sadəcə dinin ilahiyyat
çərçivəsindəki anlamından kənara çıxaraq, onun fəlsəfi ma-
hiyyətini üzə çıxarmağa çalışır.
Cavid «Maral»da yazır:
Bir könülə iki sevgi yaraşmaz,
Könül bir, sevgi bir, böyük Tanrı bir…
2
Şair burada da sevginin ülviyyətini, ilahi mənasını,
Tanrıya gedən yolun da məhz könüldən keçdiyini bir daha
təsdiqləyir. Yəni söhbət hər hansı bir sevgidən deyil, ilahi
eşqdən gedir. Bu eşqin isə aparıb çıxara biləcəyi ancaq bir
yüksək məqam var – o da Tanrıdır.
Parlamış hər kimdə ənvari-dəha,
Aləmi-əsrara olmuş aşina.
3
Biz burada təsəvvüfdən gələn, xüsusən İbn Ərəbi fəl-
səfəsində və poeziyasında yüksək səviyyədə tərənnüm olu-
nan bir xəttin davamını görürük. Bu xətt Nəsimi poeziya-
sında da ifadə olunmuşdur:
Səni bu hüsni-camal ilə, kamal ilə görüb
Qorxdular Həqq deməyə, döndülər insan dedilər.
1
Фялсяфя вя сосиал-сийаси елмляр ъурналы. 2007, № 4, с. 34.
2
Щ. Жавид. Ясярляри 3 жилддя, Ы жилд, Бакы, Азярбайжан
Мядяниййят Фонду, 2003, с. 301.
3
Щ. Жавид. Ясярляри 5 жилддя, Ы жилд, 2005, с. 110.
- 53 -
Cavid də insan gözəlliyini «hüsnü-eşqlə» müqayisə
edir:
Hüsnü-eşq eyləsə təcəssüm əgər,
Böylə bir qız qiyafətində gəzər.
1
Burada biz İbn Ərəbi və Nəsimi poeziyasında tez-tez
rast gəlinən Haqqın eşqlə, eşqin gözəlliklə, Gözəlliyin məhz
insan gözəlliyi ilə əlaqələndirilməsinin daha bir nümunəsini
görürük. Səbəb isə budur ki, burada «qız», «insan» əslində
bütövlükdə cismani aləmin bir parçası kimi götürülməklə
bərabər, ilahi ruhun daşıyıcıları kimi də götürülür. Bir dün-
yadakı gözəllik başqa dünyadakı daha yüksək gözəlliyin
proyeksiyası, güzgü əksi kimi üzə çıxır.
Görünür, burada yenə də Əbu Turxanın «qütblər zir-
vədə birləşir» fikri nəzərə alınmalıdır. Belə ki, eşq və din
aşağı səviyyədə əks qütblər olsa da, hər ikisinin ən yüksək
məqamda eyni bir mahiyyəti ifadə etdiyi ortaya çıxır. Dini
duyğunun eşq məqamı və eşqin müqəddəslik zirvəsi!
Əlbəttə, böyük fəlsəfi təlimlərdən çıxış edib, əksliklə-
rin vəhdəti ideyasını nəzəri səviyyədə də izah etmək müm-
kündür. Lakin Cavid təkcə filosoflar üçün yox, hamı üçün,
hətta gənclər və uşaqlar üçün yazdığına görə, bu dərin və
mürəkkəb ideyanı da olduqca sadə və anlaşıqlı şəkildə ifadə
etməklə bütün tərəddüdlərə son qoyur. «Qız məktəbində»
adlı şeirində sevginin zirvəsinin məhz Allah sevgisi olduğu
uşağın dili ilə çox gözəl ifadə olunur.
1
Йеня орада, с. 127.
- 54 -
– Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
– Ən çox sevdiyim ilkin
O Allah ki, Yeri, Göyü, insanları xəlq eylər.
1
Sevməyən insan xoşbəxt ola bilməz. Heç nəyə inan-
mayan, müqəddəslik duyğusundan məhrum olan insan da
xoşbəxt ola bilməz. Caviddə bu amillər xoşbəxtliyin iki
fərqli şərti kimi deyil, eyni bir şərtin iki fərqli görünüşü
kimi təqdim olunur. Belə ki, Cavid sevgi ilə dini hissin ey-
niyyət məqamından çıxış edir:
Sevgidədir ancaq Allah rizası,
Sevgisiz bir könül, şeytan yuvası.
2
Düzdür, Şərqin qızıl dövründə, mənəvi yüksəliş zə-
manəsində intişar tapmış sufi fəlsəfəsi millət və ya vətən
mərhələsində dayanmadan, birbaşa ilahi eşq mərhələsini
vəsf edir. Allaha ünvanlanan sevginin isə reallıqdan qorxu-
su yoxdur, çünki o, maddi dünyanın, reallığın fövqündədir.
Lakin təəssüf ki, Şərq poeziyasında çox vaxt eşq dini hissin
gücləndirilməsi və təlqini üçün bir vasitə olmaqdansa, Al-
lah ideyası eşqin böyüklüyünü ifadə etmək üçün bir vasitə
kimi istifadə olunur. Miskin aşiqin dini hissi də vüsal həsrə-
tindən qaynaqlanır və burada yenə nazlı yar, nigar obrazla-
rından istifadə olunur:
1
Йеня орада, с. 66.
2
Щ. Жавид. Ясярляри 3 жилддя, Ы жилд, Бакы, Азярбайжан
Мядяниййят Фонду, 2003, с. 302.
- 55 -
Canımı yandırdı şövqün, ey nigarım, qandasan?
Gözlərim nuri, iki aləmdə varım, qandasan?
1
Yaxud:
Ağıl onun yollarında heyran gəzir hər zaman,
Ürək isə ayağına baş qoyaraq verir can.
Hüsnün tərif etmək üçün sözü çatmaz hikmətin,
Aşiq özü, məşuq özü, budur sirri qüdrətin.
2
Yaxud:
Eşidirəm sözünü,
Görəmmirəm üzünü,
Üzünü görmək üçün
Canım verməyim gəlir.
3
Göründüyü kimi, Nəsimi də, Əssar Təbrizi də, Yunus
İmrə də ilahi obrazı insanlar üçün nəzərdə tutulan epitet-
lərlə təqdim edir, Allahı insan qiyafəsində təsəvvür edirlər.
Bu, bir növ yunanların gözəllik allahına münasibətini xatır-
ladır.
Lakin yunan mifologiyasından və panteizmdən fərqli
olaraq, Allahı insan və ya təbiət simasında deyil, belə möh-
təşəm varlıqların, əsrarəngiz gözəlliyin yaradıcısı olmaqla
onlardan yüksəkdə dayanan və daha möhtəşəm olan bir var-
lıq kimi təsvir etmək təşəbbüsləri də vardır. Əssar Təbrizi
poemasının girişində, məhz Allaha ithaf bölməsində bu eşqi
1
Нясими. Сечилмиш ясярляри, Бакы, Азярняшр, 1973, с. 149.
2
Яссар Тябризи. Мещр вя Мцштяри, Б., «Йазычы», 1988, сящ.
8-9.
3
Йунус Имря. Эцлдястя, Б., «Йазычы», 1992, сящ. 67.
Dostları ilə paylaş: |