Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə54/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   50   51   52   53   54   55   56   57   ...   67

187 
 
-Əsas onun üzün deyil. Daxili gözəl olsun. Çirkinliyini 
bəzəyib  gizlədə  bilər,  itirdiyi  hörməti,  sevgiyi  heçnə  ilə 
gizlədə bilməz.  
-DanıĢdı qaynana.  
-Mən o qaynanalar kimi olsa idim çoxdan özü gəlmiĢdi 
məni görməyə. 
RövĢən  qalxaraq  –  çay  qaynayar,  gedim  çay  süzüm 
sizə - deyə ayağa qalxdı. Elə bu an qapı döyülür. – gəldi.  
Qapını açanda arxadan həyəcandan əsən bir qız gördü. 
Gülür, gülərkəndə bədəni əsirdi.  
-Evdədilər? 
-Çöl soyuqdu?  
-Yox.  
-Niyə əsirsən? – RövĢən gülməyə baĢladı. 
-HəyəcanlanmıĢam biraz.  
-Keç, qapıda gözləmə.  
Ġçəri  keçərək  qonaq  otağına  utana  –  utana  yaxınlaĢıb 
salam  verir.  Dənizin  gəldiyin  görən  Gülnaz  ayağa 
qalxaraq  qarĢısında  həyəcanın  gizlədə  bilməyən  qızı 
görüb  onu  gözü  ilə  süzdü.  Sonra  yaxınlaĢaraq,  salam, 
qızım. – deyərək qucaqlayıb yanağından öpdü. 
-XoĢ  gəlmisiniz.  BağıĢlayın,  sizi  qarĢılamağa  gələ 
bilmədim. Dərsim var idi.  
-Heçnə olmaz. Nə olacaq ki? Əsas odur görüĢdük.  
RövĢən  keçərək  Nərgizi  ayağa  qaldırıb  bu  da  bacım 
Nərgizdi. 
-Salam,  necəsən,  Nərgiz?  –  Dəniz  Nərgizi  qucaqlayıb 
öpdü. Nərgizdə qarĢılıq verərək onu qucaqladı. 
-YaxĢıyam.  Səni  tanıdım  daha  yaxĢı  oldum.    – 
ürəyində öz – özünü yeyirdi.  QıĢqırmaq, mən niyə bu anı 
görə bilmirəm deyə özünü didim – didim edirdi.  
-Keç əyləĢ. Məndə çaya baxım. – RövĢən dedi.  
-Sən  otur  mən  baxaram.  –  ayağa  qalxaraq  RövĢəni 
otuzdurub mətbəxə qaçdı.  
-Bax  buna  deyərəm  afərin.  –  Gülnaz  gülümsəyərək 
oğluna baxdı. 


188 
 
Dəniz  sini  qabda  stəkanları  gətirərək  təqdim  elədi. 
RövĢənə  baxaraq  Nərgizə  çay  içməsində  yardım  edib  – 
etməyəcəyin soruĢdu. Gülnaz Nərgizi çağıraraq Dənizdən 
çayı almasını istədi. Dənizə çevrilərək – qürurludu. Ġcazə 
verməz ki, kimsə ona kömək eləsin.  
-QardaĢına oxĢayıb. – gülümsəyir.  
-Atalarna oxĢayıb bu xasiyətində. 
Ortalığa sökən sakitçiliyi Gülnaz pozur.  
-Özündən  danıĢ  biraz.  Tanıyaq  səni.  Düzdü,  RövĢən 
danıĢıb, yenə də səndən eĢitmək istərdim. 
-Nə  deyib  ki,  haqqımda?  –  RövĢənə  baxaraq 
gülümsədi.  
-Rayona  gələndə  hər  iki  sözündən  biri  elə  sənsən.  Bir 
ara  səni  qısqanmağa  baĢlamıĢdım.  –  Nərgiz  əlindəki 
stəkanı  anası  tərəfə  uzadaraq  masaya  qoyması  üçün  iĢarə 
elədi. 
-Burda da səndən danıĢır. UĢaqlıqdaki oyunlarınızdan, 
məktəbdə elədiyiniz davalardan.  
-Oları belə danıĢıb?  
-Hə. – Dəniz gülümsədi. 
-RövĢən  çətin  birisidi.  Bilmirəm  bəlkə  bura  gələndən 
dəyiĢib,  ya  sən  onu  dəyiĢmisən,  amma,  mən  tanıdğım 
RövĢən biraz insandan uzaq birisidi.  
-Hiss  olunur.  Əvvəl  biraz  baĢa  düĢməkdə  çətinlik 
çəkirdim. Amma tanıdığca nə qədər tərsliyi olsa da bir o 
qədər yaxĢı tərəflərin gördüm. 
-Özündən  danıĢ  biraz.  Sən  necəsən?  Yəni    RövĢənə 
baxanda səni fərqli edən nə xasiyət var? 
-Mənim?  –  özünə  bu  yöndən  heç  baxmamıĢdı. 
Sevgilisi  ilə  onun  arasındaki  fərq  haqqında  heç 
düĢünməmiĢdi.  –  RövĢən  bəzən  elədiklərini  düĢünməzdi. 
Sadəcə  istəyir  deyə  edər,  ya  ağlına  ilk  o  gəlib  deyə. 
DüĢünməyi bəlkə baĢqa cür olar deyə düĢünməyi sevmir. 
Sonra,  məndən  fərqli  olaraq,  tez  küsəndi  biraz.  Bunda 
dəqiq əmin deyiləm. Çünki indi ağlıma gəldi. Sən deməsə 


189 
 
idin  fərqli  yanlarımız  haqqında  düĢünmək  ağlımada 
gəlməzdi.  
-Bundan sonra düĢünərsən.  
Otağa yenə sükut çökdü. Çayların içərək bir – birlərinə 
baxır, nədən söhbət edək deyə düĢünürdülər.  Gülnaz evə 
nəzər yetirərək otağın səliqəliyinə fikir verib : 
-Arada gəlib evə əl gəzdirirsən deyəsən. Hə? 
-Durub qıza ev təmizlətməyəcəm ki. Özüm edirəm. 
-Sən və ev iĢi görmək? Inana bilmirəm. Görsəm bəlkə 
inanaram.  
-Adətən,  evi  biraz  dağınıqlı  olur.  Bəzi  əĢyaları 
ortalığda  olur.  Ona  baxmayaraq  elədə  dağınıq  deyil.  Bu 
gün yəqin  xüsusi ilə sizə görə hazırlıq görünüb.  
-Məndə  elə  düĢünürəm.  –  gülüĢürlər.    –  dərsləriniz 
necə gedir? 
-Bu söhbəti niyə açırsan ki? Gözəl söhbətimiz vardı. – 
RövĢən gülərək mövzunu dəyiĢərmiĢ kimi. 
-DanıĢ görüm. BoĢlayırsan dərsləri? 
-Yox. Pis deyil.  
-Düz dediz. Bu aralar biraz zəifləyib. – Dəniz RövĢənə 
baxaraq onu satarcasına cavab verdi. 
-Səndə?  
-Ummadığın  daĢ  baĢ  yarar deyiblər  –  Nərgiz  gülməyə 
baĢladı. 
-Qızla  iĢin  olmasın.  –  Gülnazda  Nərgizin  tərəfin 
saxlayır. 
-Satıldım ki. Elə olsun. Nə deyirəm.  
-Açıq  danıĢaq,  Dənizdə  özgə  sayılmaz.  Mən  hər  Ģeyə 
normal  baxıram.  Hər  Ģeyin  öz  vaxtı  var.  Sevəcəksizdə, 
gəzəcəksizdə.  Bundan  öncə  düĢünməli  olduğunuz  Ģey  isə 
təhsilinizdi. Təhsilinizi alın, qarĢınızda uzun bir ömür var. 
Ġstədiyinizi eləməyə vaxt qalacaq. Əmin olun. 
RövĢənlə  Dəniz  nəsə  deyə  bilməyərək  baĢların  aĢağı 
salaraq Gülnazın sözünə tabe oldular.  


190 
 
Dəniz  iki  saatda  oturub  Nərgizlə  söhbət  elədi.  Nərgiz 
Dənizdən  onu  RövĢənin  otağına  aparmasın  xahiĢ  elədi. 
Qızları otaqda tək buraxaraq anasının yanına keçdi.  
Söhbəti  iĢə  gətirib  gecə  iĢlədiyini  anasına  demək 
istəyirdi.  
-Ana,  sənə  bir  etiraf  edəcəm.  –  deyərək  mövzunu 
uzatmamağa qərar aldı. 
-EĢidirəm.  
-Mən iĢləyirəm.  
-Bunda nə var ki. Əvvəldə iĢləyirdin.  
-Orası düzdü də. Ġndi gecə iĢləyirəm.  
-Gecə? – gözləri qərəlmiĢdi. 
-QarĢı  çıxarsız  deyə  sizədə  demədim.  Əslində  yenə 
deməyəcəkdim də gəldiniz deyə gizlədə bilməyirəm. 
-QarĢı  çıxaram  əlbətdə.  Biz  səni  bura  iĢləməyə  yox, 
oxumağa göndərmiĢik. 
-Bilirəm. 
Dərslərimədə 
çalıĢıram. 
Sadəcə 
iĢləməliydim.  Səndən  pul  istəyə  bilməyirəm.  Babamada 
yetərincə  yük  oluram.  Hər  pul  lazım  olanda  ona  deyə 
bilməyirəm.  Ġstədim  ən  azından  bir  müddətəcən  çalıĢım 
biraz pulum olsun.  
-Yenə  razı  deyiləm.  Sən  pulu  niyə  dərd  eləyirsən. 
Dərslərini oxu. BaĢqa Ģeyi problem eləmə. 
-Ana,  xahiĢ    edirəm.  Sənə  sadəcə  xəbərin  olsun  deyə 
dedim. Babamın yada nənəmin xəbəri olmasın.  
-Babandan gizlətmə.  
-Desəm  qarĢı  çıxacaq.  ĠĢləməyə  qoymayacaq.  Məndə 
bunu istəmirəm. YaxĢı? 
Oğlunun dediklərini doğru görüb razılaĢdı.  
 
*** 
 
Səhərisi  gün  RövĢən  tezdən  qalxıb  anasını  mətbəxdə 
görüb köhnə günləri xatırladı. Neçə il idi ki, anasını belə 
görməmiĢdi. Səhər anası onu güclə oyadar, yeməyi güclə 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə