Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə26/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   22   23   24   25   26   27   28   29   ...   87

şübhə   yaradır   və   Onu   yalan   danışdığına   görə   ittiham
edir. Məsih   isə Müjdədən bildiyimiz kimi: «İman etsən,
bu   çörək   Mənim   Bədənim   olacaq»   yaxud   «Bu,   Mənim
Bədənim   kimidir»   demir,   lakin   aydın   və   sadə   deyir:
«Yeyin...   bu   Mənim   Bədənimdir.   İçin...   bu   Mənim
Qanımdır».   Xilaskarı   sevən,   Onun   sözlərini   dəyişməz,
anlaya bilməsə də, təvazökarlıqla qəbul edər.
Bir   protestant   Londonda   on   yaşlı   qızı   ilə   Katolik
Kilsəsinə getdi. Müqəddəs yerdə olan sakitlik və əzəmət
dua   əhval-ruhiyyəsini   yaradırdı.   Mehrabda   yanan
qırmızı   qəndili   görən   qız   atasından   soruşdu:   «Ata,   nə
üçün orada qırmızı lampa yanır?» «Çünki katolik imanı
öyrədir   ki,   mehrabda   gördüyün   bəxşişxanada
Liturgiyadan sonra qalan çörəkdə İsa Məsih var». Uşaq
dedi:   «İsanı   görməyi   çox   istəyirəm,   burada   olmaq   və
dua   etmək   mənim   çox   xoşuma   gəlir».   Sonra   onlar
protestant   Kilsəsinə   getdilər.   «Ata,   nə   üçün   burada
qırmızı lampa yanmır?» – deyə qız soruşdu. Sual atanı
çaşdırdı və o, qızına başa salmağa başladı ki, protestant
imanı   başqa   cür,   belə   öyrədir   ki,   İsa   Evxaristiya
çörəyində yalnız  iman edəndə olur və s. Lakin qız sadə
sual verdi: «Yəni elə çıxır ki, burada İsa yoxdur?» Daha
böyük çaşqınlığa düşən ata cavab verdi: «Elə çıxır ki...
yoxdur». Onda uşaq dedi: «Burada İsa yoxdursa, onda
gəl   buradan   gedək».   Uşağın   bu   sözləri   protestantın
vicdanını   narahat   etdi.   O   çox   düşündü,   katolik   və
protestant   imanını   öyrəndi,   sonra   arvadı   və   qızı   ilə
birlikdə katolik oldu.
Yepiskop Mermilod öz həyatından bir hadisəni yadına
~ 129 ~
129


salırdı.   O   hələ   Cenevrədə   keşiş   olanda   hər   axşam
yatmazdan əvvəl Kilsədə Müqəddəs Bəxşişlər qarşısında
dua   etməyi   və   məbəddə   hər   şeyin   qaydada
olub-olmamasını yoxlamağı adət etmişdi. Bir dəfə duanı
bitirəndən   sonra   və   onu   heç   kimin   görmədiyini
düşünərək   əyildi   və   bu   yerdə   olan   İsaya   böyük
ehtiramını göstərərək mehrabın qarşısında yeri öpdü. Bu
an   o,   Kilsədə   xışıltı   eşitdi.   Keşiş   arxaya   baxıb   tövbə
hücrəsinin   arxasında   gizlənən   bir   qadını   gördü.   «Siz
burada nə edirsiniz?» – deyə keşiş soruşdu. Qadın cavab
verdi:   «Mən   protestantam,   amma   Böyük   oruc   zamanı
Evxaristiya   barədə   vəzlərinizi   dinləyirdim.   Sözlər   məni
inandırdı,   lakin   bir   şübhəm   qalmışdı:   adamlara
söylədiyinizə   özünüz   iman   edirsinizmi?   Buna   görə   də
mən   sizi   heç   kim   görməyəndə   özünüzü   mehrab
qarşısında   necə   aparmağınızı   görmək   istəyirdim.   Xahiş
edirəm,   məni   bağışlayın;   ibadətdən   sonra   mən   tövbə
hücrəsinin   arxasında   gizləndim   və   heç   kim   sizə
baxmayanda   Müqəddəs   Bəxşişlər   qarşısında   diz
çökməyinizi görmək istəyirdim. İndi sonuncu şübhəm də
yox oldu. İndi mən iman edirəm». Bundan az sonra o,
katolik imanını qəbul etdi.
Zahid   Avva   Arseni   bir   qoca   kişi   barədə   danışır.   Çox
mömin   olan   bu   adam   iman   həqiqətləri   barədə   kifayət
qədər   biliyə   malik   deyildi   və   Müqəddəs   Sirrlər   barədə
səhv düşünərək deyirdi: «Evxaristiya zamanı daddığımız
çörək Məsihin həqiqi Bədəni deyil, Onun rəmzidir». Onun
pis   niyyətlə   deyil,   biliksizlikdən   səhv   etdiyini   bilən   iki
başqa   qoca   zahid   onun   yanına   gəldi   və   dedi:   «Ata,
eşitmişik,   bizim   yerlərdə   kim   isə   deyir   ki,   daddığımız
~ 131 ~
131


Çörək Məsihin həqiqi Bədəni deyil, Onun rəmzidir». Qoca
onlara   cavab   verdi:   «Mən   belə   deyirəm».   Onlar   isə
ondan   xahiş   etməyə   başladılar:   «Ata,   elə   demə,
bundansa,   Ümumdünya   Kilsəsinin   etiraf   etdiyi   təlimi
qəbul   et,   çünki   biz   hamımız   iman   edirik   ki,   bu   Çörək
yalnız   rəmz  deyil,   həqiqətən,   Məsihin  Bədəni,   Kasa  isə
həqiqi Məsihin Qanıdır». Qoca cavab verdi: «Bu işin özü
məni inandırmasa, mən buna inana bilmərəm». Onlar isə
cavab verdilər: «İmanın bu sirri barədə bütün bu həftə
ərzində Allaha  yalvaracağıq  və  Allahın bizi  eşidəcəyinə
ümid edəcəyik». Qoca onlarla razılaşdı və belə dua etdi:
«Rəbb Allah,  Sən bilirsən ki, məndə  pis  niyyət  yoxdur,
lakin   bilmədiyimə   görə   səhv   iman   etməməyim   üçün
həqiqəti   mənə   aç».   İki   başqa   qoca   isə   öz   hücrələrinə
qayıdıb dua edirdi: «Rəbb İsa Məsih, ona bu sirri aç ki, o
iman  etsin  və  onun  bütün  xilas cəhdləri,  cismin  bütün
ehtiraslarının   öldürmə   cəhdləri,   əziyyəti,   duaları   və
orucları   nahaq   olmasın».   Allah   onları   eşitdi.   Həftə
keçəndən   sonra   onlar  
bazar  
günü   Kilsəyə   gəldilər,
mehrabın   yaxınlığında   birlikdə   əyləşdilər,   şübhə   edən
qoca   isə   onların   arasında   əyləşmişdi.   Allah   onların
gözlərini   açdı.   Keşiş   Çevrilmə   ayininin   əsrarəngiz
sözlərini   deyəndə   onlar   müqəddəs   taxtın   üzərində
Körpəni   gördülər.   Keşiş   mərasimə   uyğun   olaraq   çörəyi
bölmək   üçün   əlini   uzadanda   Mələk   gəldi   və   qılıncla
Körpəni qurban kimi ikiyə böldü, Onun Qanını isə kasaya
tökdü. Keşiş Məsihin Bədənini kiçik hissələrə böləndə isə
Mələk   də   bunu   edirdi.   Nəhayət,   onlar   Müqəddəs
Birləşməyə   başlayanda   şübhə   edən   qoca   keşişin
əllərində   qanlı   Bədəni   gördü.   O,   dəhşətlə   nida   etdi:
«İman edirəm, Rəbb, bu Çörək Sənin həqiqi Bədənin, bu
~ 133 ~
133


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə