nişininin müavini general Malamaya ermənilər münaqişəni
kəsmək haqqında söz versələr də, noyabrın 23-ü gecəsi azər
baycanlılara qəflətən basqın etmişlər.
M.S.Ordubadi «Qanlı illər» əsərində ermənilərin azərbay
canlılara qarşı törətdikləri qırğınların ardıcıllıqla icmalını ver
mişdir. Həmin icmaldan məlum olur ki, hələ noyabrın 8-də
«Daşnaksütyun» firqəsinin 4 üzvü Bəhmənli sakini Abbas Hə
sən oğlunu Dərəbağ bağında öldürmüşdür. Sonra Qoşaçinar
adlanan erməni hissəsində heç bir səbəb olmadan Əmiras-
lan Əlipaşa oğlunu, Cabbar Hüseyn oğlunu, Rüstəm İsmayıl
oğlunu, Rza Cəbrayıl oğlunu və Molla Cəlilli kəndinin digər
sakinlərini gıilləbaran etmişlər. Canilər isə Avetis Oqanesov,
papaqçı Qrişa, Vaso Amospirov və başqalarının olduğu müəy
yənləşdirilmişdir. Bu hadisədən bir neçə gün sonra kazaklar
bədəni başsız, qolları dalından bağlanmış bir iranlının cəsə
dini tapmışlar. General Malamaya bu barədə məlumat verilsə
də, o, bununla bağlı heç bir tədbir görməmişdi. Yenə həmin
ərəfədə Məşədi Sadıq adlı bir müsəlmanın ermənilər tərəfin
dən doğranmış bədəni tapılmışdır. Noyabrın 12-də ermənilər
Amospirovun dəyirmançısı Kərbəlayı Fərəc Həsən oğlunu öl
dürürlər. Canilər «Daşnaksütyun»un əsgərləri imiş. Noyabrın
16-da Azad kəndinin yuxarı hissəsində Böyük Koloniya küçə
sində Zurnabatandan gələn iki nəfər Qasım Böyükkişi oğlu
nu və bir Bəhmənli sakinini tutub olmazın işgəncələr verirlər.
Noyabrın 18-də ermənilər Toğanlı kəndinin sakini Bayram
Məşədi Məhəmmədəli oğlunu öldürürlər. Bütün bunlardan
məlum olur ki, Gəncədə kütləvi qırğınlara başlamazdan əvvəl
ermənilər tərəfindən 30 nəfər silahsız və günahsız müsəlman
öldürülmüşdür. Evlər yandırılmış, azərbaycanlıların dükanları
qarət edilmiş, talanlar törədilmişdir.
1918-ci ildə isə Bakıdan sonra Şamaxı şəhərini odlara düçar
edən ermənilər (erməni məhəlləsindən və iki kilsədən savayı)
Gəncə istiqamətində irəliləməyə başlamışlar.
123
Erməni M illi Şurası quldur dəstələrini Hacıqabul, Kürdəmir
və Göyçay, eləcə də Salyan və Lənkəran istiqamətlərinə gön
dərərək yerli əhalini - azərbaycanlıları qırmaq barədə əmrlər
hazırlamışdılar. Şamaxı və Göyçay istiqamətində göndərilən
silahlı dəstələrə S.Şaumyanın yaxın dostları Stepan Lalayev və
Tatevos Əmirov başçılıq edirdilər.
Gəncədə azərbaycanlıların kütləvi qırğınlarını təşkil etmək
üçün ermənilər çox böyük hazırlıq işləri aparırdılar. Məsələn,
S.Şaumyan Bakı Sovetinin sədri kimi belə bir göstəriş vermişeli
ki, Bakıda olduğu kimi, Gəncədə də hərbi alayların ixtiyarında
olan bütün silahlar ermənilərin əlində cəmləşdirilsin. Əslində,
o vaxtlar Zaqafqaziya Seymi belə qərar çıxarmışdı ki, Gəncə
də yerləşən 216-cı və Bakıda yerləşən 219-cu alaylar özlərinin
bütün silahlarını və sursatlarını müvafiq olaraq yeni yaradılan
Gəncə və Bakı müsəlman alaylarına versinlər. Amma ermə
nilər bununla heç razılaşmırdılar. Onlar hər vasitədən, hiylə
və üsuldan istifadə edərək 216 və 219-cu alayların silahlarını
əllərində saxlamağa müvəffəq oldular.
Gəncədə ermənilərin bu hərəkətləri çox böyük narazılıqla
ra səbəb oldu. Azərbaycanlılarla ermənilər arasında qanlı toq
quşmalar başlandı. Vəziyyətin getdikcə ağırlaşması həm Bakı
da, həm də Tiflisdə ciddi narahatlıq doğurdu. Yaranmış gərgin
likdən çıxış yolu tapmaq məqsədi ilə Zaqafqaziya Seymindən,
müsəlman və erməni milli şuralarından, habelə «Müsavat»
partiyasından səlahiyyətli nümayəndələr Gəncəyə göndərildi.
Danışıqlardan sonra azərbaycanlılar M illi Ordunun yaradılma
sı işində xeyli fəallıq göstərdilər. Ermənilərin hər cür maneçi
liklərinə, fitnə-fəsadlarına baxmayaraq, qısa müddət ərzində
həm Gəncədə, həm də Azərbaycanın digər yerlərində Milli
Ordunun yaradılması sahəsində bir sıra konkret işlər görüldü.
Bütün bu məsələlərin müqabilində ermənilər həm gizlində,
həm də aşkar bir çox əks-tədbirlərə əl atdılar. S.Şaumyan Bakı
Xalq Komissarları Soveti adından 1918-ci il iyunun 6-da ermə
124
nilərdən ibarət hərbi hissələrin Gəncə üzərinə hücumu barə
də əmr hazırladı və daşnak əsgərlərinə xüsusi tapşırıqlar verdi.
Şamaxı şəhərini və onun ətraf kəndlərini viran qoyan,
müsəlman əhalini ucdantutma qıran vəhşi daşnaklar Gəncə
istiqamətində irəliləməyə başladılar. Erməni silahlı qüvvələri
əgər Bakıdan Şamaxıya üç günə gedib çıxmışdılarsa, onlar iki
gün ərzində Ağsu və Göyçayı da zəbt etməyə imkan tapdılar.
Vəziyyət çox ağırlaşırdı. Bütünlükdə həm yeni yaradılmış
Azərbaycan Xalq Cümhuriyyətinin, həm də bir millət kimi
azərbaycanlıların taleyi məsələsi ortaya çıxmışdı. Faciənin
qarşısını almaq üçün qəti tədbirlər görmək vaxtı çatmışdı. Hə
min günlər barədə qocaman müəllim M.Axundovun xatirələri
çox maraqlıdır. O yazırdı: «Bu vaxt bizim milyonçular İrana
müraciət edib kömək istəyirdilər. İran isə ancaq üçüncü müra
ciətdən sonra cavab verdi ki, biz sizin daxili işinizə qarışmırıq.
Bundan sonra H.Z.Tağıyev Türkiyəyə, Ənvər paşaya müraciət
edir. Ənvər paşa dərhal İstanbulun müdafiəsindən seçmə türk
diviziyalarını çıxarıb Azərbaycana köməyə göndərir. Bu za
man Tovuzda atamgil qiymətdən ağır, çəkidən yüngül əşyaları
yığıb qaçmağa hazırlaşırlar. Bir azdan xəbər çatır ki, türklər
eşelonla köməyə gəlirlər. Atamgil əllərində duz-çörək, gözlə
rində yaş türkləri qarşılamaq üçün vağzala çıxırlar».
Türk diviziyaları Göyçayda ermənilərin qarşısını kəsir və
onları məğlub edərək Bakıya daxil olurlar. Hər stansiyada
bir zabit, 5-6 əsgər qoyurlar ki, yerli azərbaycanlılardan özü
nümüdafiə dəstələri yaratsınlar.
1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti
yarandı. İyun ayının 4-də, yəni bir həftə sonra Azərbaycan
Respublikası ilə Türkiyə dövləti (Osmanlı imperiyası) arasında
dorştluq və qarşılıqlı yardım barədə müqavilə imzalandı. M illi
Şura Tiflisdə təxminən üç həftəlik fəaliyyətdən sonra iyun ayı
nın 16-da Gəncə şəhərinə köçdü. Azərbaycan milli dövlətinin
yaradılması və hökumətin müvəqqəti olaraq Gəncədə yerləş
125
Dostları ilə paylaş: |