Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə18/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   14   15   16   17   18   19   20   21   ...   48

56 
 
heç kəs olmayırdı. Həmişə iki otağın ağzı bağlı olurdu. Orada 
Hüseynqulu  ağanın  babadan  qalma  ətiq  şeyləri  saxlanırdı. 
Ancaq  üçüncü  otağı  qədim  yaraqlar  və  zinətli  şeylər  ilə 
bəzənib,  Hüseynqulu  ağa  üçün  açıq  saxlanırdı.  Burada 
Hüseynqulu ağa nahardan sonra uzanıb bir az rahətlik edərdi. 
Bu otağın bircə dənə pəncərəsi var idi. O da qeyri pəncərələr 
kibi,  yana  açılmayıb  yuxarı  çəkilinirdi.  Onun  rəngbərəng 
xırda şüşələri içəriyə bir o qədər işıq buraxmazdı, ona görə də 
otağın içi qaranlıq idi. Bu otaq ağalarda “baba otağı” namı ilə 
məşhur idi. Axır vaxtlarda Ağca  xanım  müqəssir olanda onu 
tənbih üçün bu otağa salırlardı.  
Qaraca  qız  çəpər  uzunu  gəlib  evin  başına  çatdıqda 
gözləri nəql etdiyimiz “baba otağı”na sataşdı. Pəncərənin abı, 
yaşıl, qırmızı,  sarı... şüşələri Qaraca qızın diqqətini cəlb etdi. 
Çəpər  hündür  olduğundan  bu  evi  yaxşı  görə  bilmədi,  onun 
üçün  də  bir  ağacın  başına  çıxdı  ki.  evə  yaxşı  baxsın; bunu 
Ağca  xanım  içəridən  görürdü.  Barmağı  ilə  şüşəni  döydü  ki, 
özünün orada olduğunu Qaraca qıza bildirsin; birdən şüşənin 
biri  sınıb  yerə  töküldü.  Bundan  hər  ikisi  qorxuya  düşdü. 
Qaraca  qız  ağacdan  yerə  düşmədi  isə  də,  yarpaqların  qalın 
yerlərində  özünü  gizlətdi.  Bir  azdan  Ağca  xanım  sınan  şüşə-
nin yerindən baxıb yavaşdan Qaraca qızı çağırdı. O da özünü 
ona göstərib dedi: 
-
 
Ağca xanım, səni orada rus arvadımı dustaq etdi? 
-
 
Bəli, onu sən haradan bildin?  
-
 
Bən  bayaq  çəpərin  arasından  güllü  bağçaya  baxırdım, 
sən də kitab oxuyurdun, rus arvadının sənə acığı dutdu. Sonra 
da  əlindən  dutub  apardı.  Doğru  deyirsən,  anamın  və  Mariya 
İvanovna  “bona”mın  acığı  dutanda  bəni  buraya  salırlar.  Ah, 
Qaraca  qız,  sən  nə  xoşbəxt  insansan:  bənim  kibi  dustaq  ol-
mayıb özün üçün bağda azad gəzirsən!  
-
 
Sən  də  həmişə  dustaq  olmayırsan  ki,  qeyr  vəqtlərdə 
sən də bənim kibi azad gəzirsən!... 


57 
 
-
 
Yox, bəni heç kəs ilə oynamağa qoymayırlar, gəzmək-
də  də  həmişə  Mariya  İvanovna  yanımda  olur.  Mən  isə  onun 
ilə gəzməgi əsla sevməyirəm.  
-
 
Nə etməli, xanım, səni bənim ilə oynamağa qoymayır-
lar.  
-
 
O qucağındakı nədir? 
Qaraca qız xal-xal pişigi ona göstərib dedi:  
-
 
Bu pişigi bu sabah bağdan tapmışam! 
-
 
Amma nə gözəl pişikdir!.. 
-
 
İstəyirsən, sənə bağışlyım? 
-
 
Çox yaxşı, gətir bu deşikdən ver! 
-
 
Oraya  nə  tövr  ilə  gələyim?  Qapıdan  gəlsəm,  məni 
görərələr və qoymazlar!..  
-
 
Gör çəpərdən keçə bilərsənmi? 
-
 
Yaxşı, görüm keçə bilərəmmi?  
Qaraca qız ağacdan düşüb çəpəri aşağı, yuxarı gəzdi ki, 
çəpərdən  keçməyə  bir  yer  tapsın.  Gəzərkən  çəpərin  altından 
su  arxının  yolunu  gördü;  Bu  deşikdən  Qaraca  qızxeyli 
çətinlik ilə evin dal tərəfinə çıxdı. Sonra gizlincə gəlib pəncə-
rənin qabağına çıxdı. Ağca xanım sevinə-sevinə dedi: 
-
 
Hardan keçdin? 
-
 
Su  arxının  deşiyindən!  Al,  bəni  gəlib  görməsinlər! 
Ağca  xanım  pişigi  alıb  sevinə-sevinə  bağrına  basdı.  Qaraca 
qız deşikdən içəri baxıb dedi: 
-
 
Nə gözəl otaqdıır! Nə çox yaraq asılmışdır?!  
Ağca xanım dedi: 
-
 
Bən buranı sevməyirəm, özüm də qorxuram. Pəncərəni 
aça bilsə idim, sən də gələrdin, burada söhbət edərdik. Ancaq 
onu  yuxarı  qalxızmaq  lazımdır,  bənim  də  gücüm  çatmayır. 
Qoy  görüm  Mariya  İvanovna  qapını  daldan  bağlamışdır,  ya 
yox?  –  bunu  deyib  Ağca  xanım  qapını  çəkdi,  o  da  açıldı.  – 
Bağlamamış  imiş,  tez  ol,  gəl!  Qaraca  qız  ətrafına  baxa-baxa 
gizlincə  içəri  girdi.  Hər  ikisi  sevinərək  biri-birini  qucaqladı. 


58 
 
Sonra  şirin  söhbət  etməyə  başladılar.  Bu  vəqt  Mariya 
İvanovnanın oxuduğu kitab xeyli şirin və ləzzətli olduğundan 
başı  qarışıb,  Ağca  xanımı  bir  saət  əvəzinə,  üç  saət  dustaq 
etdiyindən  bixəbər  qalmışdı.  Lakin  Ağca  xanım  bu  dəqiqə 
bonasının  onu  unutmasına  çox  şad  idi.  Ağca  xanım  vaxtında 
Qaraca  qızı  qaçırtmaq  üçün  tez-tez  qapıya  çıxıb  baxırdı  ki, 
görsün  bonası  gəlirmi?  Bir  dəfə  də  Ağca  xanım  çıxanda 
anasını  yanında  hazır  gördü.  Bu  ittifaqdan  Ağca  xanımın 
rəngi qaçıb bədəninə ditrətmə düşdü. Özünü öylə itirmişdi ki, 
anasının sualına cavab verə bilməyirdi. Pəricahan xanım baba 
otağını açıq görüb fikir etdi ki, Hüseynqulu ağa içəridə olar, 
bu  qəsd  ilə  də  içəri  girmək  istədikdə  Ağca  xanım  lap  özünü 
itirib  –  “Ana,  buraya  girmə,  girmə,-  deyə  anasının  qabağını 
kəsdi və özü də ağlamağa başladı. Pəricahan xanım təəccübdə 
ikən  Mariya  İvanovna  gəlib  çıxdı  və  ondan  burada  qızının 
dustaq olduğunu bildi. Pəricahan xanım qabaqca, bona onun 
dalınca otağa girdilər. Pəricahan xanım pişigi görüb soruşdu: 
-
 
Ha,  qızım,  bundanmı  qorxurdun?  Qorxma,  gəl  içəri! 
Nə  gözəl  pişikdir!  Bunu  saxlamağa  sənə  izn  verirəm.  Bu 
halda Ağca xanım hələ qorxa-qorxa içəri keçdi və Qaraca qızı 
görməyib bir qədər  yürəkləndi. Qaraca qız isə divanın altına 
girib gizlənmişdi. Bunlar hər üçü otaqdan çıxıb qapını bağla-
dılar və nahar etməyə getdilər. Qaraca qız da qapısı bağlı evin 
içində qaldı. 
Adamlar  baba  otağından  gedəndən  sonra  Qaraca  qız 
cəld  divanın  altından  çıxıb  qapıya  tərəf  yügürdü  ki,  bir  kəs 
gəlməmiş  buradan  çıxıb  qaçsın.  Lakin  qapını  daldan  bağlan-
mış  görüb  məyus  qaldı.  Sonra  Qaraca  qız  pəncərəni  çəkib 
oradan  çıxmaq  fikrinə  düşdü,  amma  nə  qədər  çalışdısa,  bir 
şey  bacarmadı,  çünki  pəncərəni  yuxarıda  iki  nazik  mil  ilə 
bağlı  olduğunu  anlamayıb,  ancaq  var  gücü  ilə  onu  yuxarı 
çəkirdi.  Xeyli  çalışdıqdan  sonra  Qaraca  qız  ümidsiz  divanın 
üstündə  oturdu.  O,  xeyli  təşvişdə  idi.  Çünki  bilirdi  ki,  bu 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə