M ə ş ə d i S ə f d ə r q u l u . O barədə arxaym ol.
Ş ö v k ət ilə P ə rica h an daxil olurlar.
K ə r b ə l a y ı N ə b i . Qızım, Şövkət, bizim şəriətimizdə arvad tayfası
naməhrəm kişilərə üzü açıq görükə bilməz. M ən sənə naməhrəməm, belə açıq
mənim yanıma girib çıxanda həm sən, həm də mən günah edirik. İndi gərək bu
molla bizə siğə oxuya ki, biz bir-birimizə məhrəm olaq.
Ş ö v k ə t. Siğə nədir?
K ə r b ə l a y ı N ə b i . Siğə bir duadır ki, bu molla oxuyacaq, onda biz bir-
birimizə ər-arvad kimi olacağıq.
Ş ö v k ə t. Ər-arvad? Yox, mən onu istəmirəm.
M o 1 1 a R ə h i m. Qız, kərbəlayı səhv dedi, yəni sən ər-arvad kimi
kərbəlaymm yanm a üzü açıq girib-çıxa bilərsən.
Ş ö v k ə t. Pəricahan, sənə də belə dua oxuyublar.
P ə r i c a h a n . Bəli.
Ş ö v k ə t. Onda mən də razıyam.
K ə r b ə l a y ı N ə b i . Ay sağ ol, mənim gül balam, bülbül balam. A kişilər
bilirsinizmi, necə bu mənim məzəlim, gözəlimdir. İndi get, Pericahan sənə aldığım
paltan və qeyri şeyləri göstərsin.
G edirlər.
M o 11 a R ə h i m. İndi vəkillər və şahidlər lazımdır.
M ə ş ə d i S ə f d ə r q u l u . Onlarm hamısmı mən bu gecə hazır edərəm.
K ə r b ə l a y ı N ə b i . A kişi, sən nə yaxşı adamsan. Ala bu pulu cibinə qoy.
(.Pul verir.) Ədə birdən, evi bərbad oğlu, gedib içib m əst olarsan, işləri xarab
edərsən.
M ə ş ə d i S ə f d ə r q u l u . Xeyr, arxaym ol, içməyin də vaxtı var.
M o 11 a R ə h i m. İndi mürəxxəs olaq!
K ə r b ə l a y ı N ə b i . Buyurun, işinizdə olun. Bu axşam məxsusi burada bir
balaca kef çəkərik.
M e ş ə d i S ə f d ə r q u l u . Kərbəlayı, sənin bu gecəki kefin kaş məndə
olaydı. Xudahafiz.
K ə r b ə l a y ı N ə b i . Adə, bu Ərdəbil lotusu nə deyir?
M ə ş ə d i S ə f d ə r q u l u . O söz.
G edirlər.
K ə r b ə l a y ı N ə b i . Adə nə əcəb ih oldu. (Çırtıq vura-vura oynayır.)
Məzəlim, ay məzəlim,
Gözəlim, ay gözəlim.
Gözəlim, ay gözəlim.
Səni mən çox sevirəm.
Pərdə
İKİNCİ ŞƏKİL
H əm in o taq d a gecə. P ə ricah an süfrə salıb m asay a b o sq ab d ü zü r, y an ın d a Şövkət.
P ə r i c a h a n . M ən stolu hazır edirəm, sən də o şamları yandırıb düz.
Ş ö v k ə t. Lap toya oxşayır.
P ə r i c a h a n . Toy deyil, bəs nədir?
Ş ö v k ə t. Bu kimin toyudur?
P ə r i c a h a n . Sənin.
Ş ö v k ə t. A qız nə danışırsan? Məni kimə verirlər?
P ə r i c a h a n . Ağaya, özün mollanm yanm da razı olmadmmı?
Ş ö v k ə t. M ən dua oxumağa razı oldum, o duanm adı nə idi?
P ə r i c a h a n . Siğə.
Ş ö v k ə t. Hə, siğə.
P ə r i c a h a n . Nə təfavütü var? O da o birisinin tayıdır.
Ş ö v k ə t. Sən allah doğru deyirsən?
P ə r i c a h a n (gülür.) Yox, zarafat edirəm.
Ş ö v k ə t. Sənə də siğə oxunanda belə qonaqlıq oldu?
P ə r i c a h a n . Əlbəttə, hətta oxuyan, çalan da vardı. M ən də o qədər oynadım
ki, ayaq üstə durmağa taqətim qalmadı.
Ş ö v k ə t. Ah, oynamağı mən çox sevirəm.
P ə r i c a h a n . Sən də ağaya de, M əşədi Səfdərqulu qonşusu Şirəlini çağırsm,
o çalsm, sən də belə nə qədər kefin istəyir oyna.
Ş ö v k ə t. Pəricahan, sən allah doğru deyirsən? Yəni ağaya desəm, gətirdər?
P ə r i c a h a n . Əlbəttə, gətirdər.
Ş ö v k ə t. Yaxşı, sən de oynayacaqsanmı?
P ə r i c a h a n . Əlbəttə, oynayacağam. İndi gəl gedək səni geyindirim.
G edirlər, so n ra K ərb əlay ı N ə b i, M əşəd i S əfd ərq u lu daxil olurlar.
K ə r b ə l a y ı N ə b i . Sənə dedimki, bu zəhriman içmə, yoxsa işləri xarab
edərsən. Genə qulaq asmadm. İndi bu gecə iç nə qədər qam m tutur.
M ə ş ə d i S ə f d ə r q u l u (yarımməst). Kərbəlayı biyol bunu bil ki,
müsəlman arvadı döyülməyə yaranıbdır. Başı yarılmağa, qabırğaları smmağa.
K ə r b ə l a y ı N ə b i . Elə gərək mənim xeyir işimdə bunu edəydin?
M ə ş ə d i S ə f d ə r q u l u . Axı, a kişi, mən nə edim? Sən verdiyin pula bir az
zəhrimar alıb evdə içirdim. Arvad da tutdu ki, bəs bu pulu haradan almısan? Bu söz
biləmə toxundu, dedim arvad necə? M ən kişi deyiləm? M ənim cibimdə pul olmaz?
Dedi yox, sən kişi deyilsən, kişi olsaydm mən arvadm pulu ilə dolanmazdm, yəqin
yenə mənim şeylərimdən satmısan.
K ə r b ə l a y ı N ə b i . Ədə deyəydin, pulu mənə Kərbəlayı Nəbi veribdir,
dava qurtarardı.
M e ş ə d i S ə f d ə r q u l u . Bəs demədim, ondada tutduki, sən yalan deyirsən.
Sən kərbəlayıya pul verməkdən kərbəlayı sənə nə səbəbə pul versin. M ən əhvalatı
nağıl etdim. Yenə bidin qızı inanmayıb dedi: sən məni aldadırsan. O qocalıqda kişi
on bir yaşmda qulluqçusunu almaz.
K ə r b ə l a y ı N ə b i . Yəni belə dedi? O qocalıqda kişi?
M ə ş ə d i S ə f d ə r q u l u . Bəli!
K ə r b ə l a y ı N ə b i . Onda əcəb etmisən ki, onun qol-qıcmı smdırmısan.
M ən qocayam?
M ə ş ə d i S ə f d ə r q u l u . Bu söz mənim lap biləmə toxundu. Ağacı götürüb
nə yem isən turşulu aş. Başını yardım, qolunu smdırdım, ağlaya-ağlaya birbaş çıxıb
getdi.
K ə r b ə l a y ı N ə b i . Ədə,birdən Qızxanım gedib şikayət-zad edər.
M ə ş ə d i S ə f d ə r q u l u . Allah vurub onu, küsüb yenə xalasıgilə gedər. A
kişi, onları boşla getsin, kefini pozma. Kərbəlayı, süfrədə şüşə görünmür.
K ə r b ə l a y ı N ə b i . Qorxma, almışam, ancaq molla Rəhim gələcəkdir, onun
yanm da mən içə bilməyəcəyəm. Qoy gəlsin, onu yedirdək, yola salaq, sonra öz
kefimizdə.
Dostları ilə paylaş: |