49
1944-cü il fevralın 9-dan 10-na keçən gecə Dnepr çayını keçdiyinə və martın 23-də
Nikolayev şəhərini azad etdiyinə görə diviziya Ali Baş Komandanın
təşəkkürnaməsini aldı. Aprelin 10-da diviziya qızıl ordunun digər birləşmələri ilə
birgə Odessa şəhərini azad etdi. Odessa uğrunda döyüşlərdə 416-cı diviziya
tərəfindən düşmənin 2000-dən çox əsgər və zabiti əsir alınmış, 150 vaqon, 18
lokomotiv, 8 döyüş sursatı anbarı qənimət götürülmüşdü. Diviziyanın
minaaxtaranları Odessa şəhərinin nadir memarlıq incisi olan Opera Teatrı binasını
partlayışdan xilas etmişdilər.
SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Odessanın düşməndən azad
edilməsində göstərdiyi döyüş nailiyyətlərinə görə 416-cı Taqanroq diviziyası II
dərəcəli Suvorov ordeni, diviziyanın 500-dən artıq döyüşçüsü isə SSRİ orden və
medalları ilə təltif olunmuşdu.
84
Sağ sahil Ukraynasının alman-faşist işğalçılarından azad olunmasında 223-
cü diviziya da fəal iştirak etmişdi. 1944-cü ilin yanvar-fevral aylarında diviziya
döyüşçüləri Verblojok ətrafında şiddətli əks-hücumun qarşısını alaraq düşmənin
900 əsgər və zabitini, 101 top, 23 minomyot və 45 pulemyot atəş nöqtəsini
dağıtmışlar.
85
1944-cü ilin mart-aprel aylarında 223-cü diviziya Qızıl Ordunun
digər birləşmələri ilə Kirovoqrad və Kaxovka şəhərlərini azad edərkən 4000
hitlerçi, çoxlu tank və top, digər hərbi texnika məhv etmiş, 1944-cü ilin yazı
ərzində 950 kv.km ərazini düşməndən təmizləmiş, 90-a yaxın kənd və qəsəbəni
azad etmişdi.
86
223-cü diviziya sovet qoşunlarının məşhur Yassı-Kişinyov əməliyyatında
bilavasitə iştirak etmişdi. Diviziyanın B.Mehdiyevin komandanlıq etdiyi 1041-ci
alayı Saratov-Qalbena ətrafındakı döyüşdə sıralarında dörd general olan 2500
hitlerçini məhv etmiş və əsir götürmüşdü.
Ümumiyyətlə,
Ukraynanın
azad
olunması
uğrunda
döyüşlərdə
Azərbaycanın 20 igid oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, yüzlərlə
döyüşçü orden və medallarla təltif olunmuşdu.
Azərbaycanın fəxri olan 416-cı diviziya avqustun 24-də qızıl ordunun digər
birləşmələri tərkibində Moldaviya SSR-in paytaxtı Kişinyovu azad etmişdi. 416-cı
diviziyanın döyüşçüləri Ali Baş Komandanın təşəkkürünə layiq görülmüşdülər.
Kişinyov uğrunda döyüşlərdə 223-cü diviziyanın döyüşçüləri də fərqlənmişdilər.
Onlar 4000 düşmən əsgər və zabitini məhv etmiş, 3835-ni əsir almışdılar. Topçu
serjant X.Hüseynov üç döyüşçü ilə 7 faşist tankının hücumunu dəf edərkən
onlardan beşini sıradan çıxarmış, 30 hitlerçini öldürmüşdü. Cəsur topçu I dərəcəli
Vətən müharibəsi və II dərəcəli Şöhrət ordenləri ilə təltif olunmuşdu.
88
Faşistlərin Sağ sahil Ukraynasında məğlubiyyəti Krımın azad edilməsini
yaxınlaşdırırdı. 1944-cü il aprelin 8-də sovet qoşunları Perekopun şimalından
hücuma keçdilər. Krımın azad olunmasında 77-ci və 227-ci diviziyalar əsil
50
qəhrəmanlıq nümayiş etdirdilər. 77-ci diviziya və 19-cu tank korpusu Tyumaşevsk
ətrafında güclü həmlə ilə düşməni Cankoy dəmir yol qovşağından çıxararaq
Simferopola yol açdı. Suran-Barık, Maryanovka və Yekaterinovka yaşayış
məntəqələri uğrundakı şiddətli döyüşlərdə 77-ci diviziyanın əsgərləri 5 min
hitlerçini öldürmüş, 410-nu əsir almış, 29 top, 25 avtomobil və 50 vaqonu sursatla
ələ keçirmişlər. 1944-cü il aprelin 13-də 77-ci diviziya 19-cu tank korpusu ilə
birlikdə düşməni Simferopoldan çıxarmış, minlərlə faşisti əsir almışdı. SSRİ Ali
Soveti Rəyasət Heyətinin 1944-cü il 24 aprel tarixli Fərmanı ilə 77-ci diviziyaya
fəxri "Simferopol" adı verilmişdi.
89
1944-cü il mayın 7-də diviziya Sapun-dağı ələ keçirdi. Tikanlı məftillə
əhatə olunmuş, dəmir-beton örtüklü bir neçə pulemyot və minomyot atəş
mövqeyini susduran Əmir Piriyevin dəstəsi düşmənə yaxınlaşaraq qumbaralarla 20
hitlerçini öldürmüşdü. Komandirin yaralandığını görən Ə.Piriyev qvardiya rotasını
hücuma aparmış, Sapun-dağın zirvəsində düşmənin mühüm atəş nöqtəsini ələ
keçirərək şəxsən özü 16 hitlerçini məhv etmişdi. Döyüş şücaətinə görə Ə.Piriyevə
Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.
90
Sapun-dağ uğrunda döyüşlərdə Məmməd Dadaşov düşmən müdafiə xəttinə
birinci olaraq çatdı və 17 faşisti öldürdü. Komandanlıq onu "Qırmızı Ulduz" ordeni
ilə təltif etdi.
91
Əbdüləziz Qurbanov bir qrup avtomatçı ilə düşmən səngərlərinə
yaxınlaşıb qumbara ilə onlarla hitlerçini məhv edərək, Sapun-dağın zirvəsinə
qələbə bayrağı sancmışdı. Ə.Qurbanov "Qırmızı Bayraq" ordeninə layiq
görülmüşdü.
92
Qvardiya baş leytenantı Əhməd Ağamirov bir qrup topçu ilə
Sevastopol ətrafında mühasirədən çıxmağa cəhd göstərən faşistlərin yolunu
kəsərək, bir generalı, altı zabiti, 230 əsgəri əsir almış, xeyli qənimət ələ keçirmişdi.
Ə.Ağamirov I dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunmuşdu.
93
77-ci diviziya Sevastopola birinci daxil oldu. 1944-cü il mayın 7-8-də
diviziyanın 105 və 276-cı alayları faşistlərin şiddətli müqavimətini qıraraq
Malaxov Kurqanı ələ keçirdi. Mayın 9-da diviziyanın 324-cü alayı şəhərin
mərkəzində, dəmir yol vağzalında möhkəmləndi və əsas qüvvələrin gəlişinə qədər
tutduğu mövqeləri saxladı. Krımın azad olunması uğrunda döyüşlərdə diviziya
düşmənin 3 min əsgər və zabitini məhv etdi, 1652 faşisti əsir aldı. Sevastopolu
düşməndən azad edərkən Sapun-dağ ətrafında döyüşdə nailiyyətlərinə görə
diviziya I dərəcəli Suvorov ordeninə layiq görüldü. Krımın azad edilməsi uğrunda
döyüşlərdə 3141 əsgər və zabit SSRİ orden və medalları ilə təltif olundu. Ay-Petri
uğrunda döyüşdə topçu Süleymanov və dostu Tereşşenko düşmənin çoxlu hərbi
texnikasını, 90 əsgər və zabitini məhv edib, topları ilə Ay-Petriyə qalxaraq dənizdə
faşistlərlə dolu bərəni batırdılar.
94
1944-cü ilin aprelində 227-ci diviziya Feodosiya və Yalta uğrunda
vuruşlarda 5 mindən artıq düşmən əsgər və zabitini məhv etdi, 8 min nəfəri əsir