- 79 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
FƏRİDƏ SƏFƏROVA
Naxçıvan Dövlət Universiteti
UOT: 57.8
ZƏHƏRLİ BİTKİLƏRİNİN ARICILIĞA TƏSİRİ
Açar sözlər: Zəhərli bal, zəhərli bitki, Ranunculaceae Adans., Aconitum L.
Key words: Toxic honey, poisonous plant, Ranunculaceae Adans., Aconitum L.
Ключевые слова: Токсичные мед, ядовитые растение, Ranunculaceae Adans.,
Aconitum L.
Azərbaycanda arıçılıq qədim tarixə malikdir. Hələ eramızdan əvvəl IX-VIII əsrlərdə
Zaqafqaziyada, əhali arıçılıqla məşğul olmuşlar. X-XII əsrlərdə Azərbaycanda arıçılıq daha da
inkişaf etmiş, hətta xarici ölkələrə də arıçılıq məhsulları (bal, mum) satılmışdır.
Sirli şüura malik olan bu həşərat güllər üzərinə qonaraq onların şirəsini özünəməxsus şəkildə
çəkir və insan üçün ən faydalı olan şirəni – balı hazırlayır. Təbii bal 2 cür olur: gəzəngi bal və
çiçək balı. Bal arıları təbiətdə quraqlıq vaxtı gəlir olmadıqda bəzi bitkilərin yarpaq və gövdələrinin,
yaxud bitkilər üzərində olan həşəratın ifraz etdiyi şirin şirələrdən toplayırlar ki, buna da gəzəngi bal
deyilir. Belə balı bir il saxladıqdan sonra onun zərərliliyi itir və yemək üçün yararlı olur. Gəzəngi
bal başqa ballara nisbətən güclü bakteriosid (mikrob öldürən) təsirə malikdir. Dadına görə aşağı
keyfiyyətlidir. Gəzəngi bal arılar üçün zərərli olduğuna görə o, arıların qış yemi üçün yaramır.
Gəzəngi balın təyini: Balın tərkibində gəzənginin olduğunu müəyyən etmək üçün sınaq
şüşəsinə bir qədər bal tökülür, üzərinə bir qədər distillə su əlavə edilir və güclü çalxalanıb
qarışdırılır. Alınmış məhlula özü qədər əhəng suyu əlavə edilir və qaynayanadək qızdırılır. Əgər
məhlul bulanıqlaşıb qonur rəngli köpüklü çöküntü əmələ gəlirsə, bu balın tərkibində gəzənginin
olduğunu göstərir.
Çiçək balı götürüldüyü çiçəkdən asılı olaraq müxtəlif ola bilər. Bunlardan cökə, yonca,
qaratikan, akasiya, günəbaxan, zeytun və s. çiçəklərdən götürülən bal yüksək keyfiyyətli, şabalıd,
dəfnə və s. bitkilərin balı isə aşağı keyfiyyətli, zəhərli bitkilərin nektarlarından alınan bal isə zəhərli
və ya kefləndirici bal hesab olunur. Bal əsasən mənşəyinə görə iki böyük qrupa bölünür. Bu
qruplara monoflor (bir növ çiçəkdən: məs. cökə, akasiya və s.) və poliflor (müxtəlif çiçəklərdən:
məsələn çəmənlik çiçəklərindən toplanmış) bal daxildir. Cökə balını arılar cökə ağacının
çiçəklərindən toplayırlar. Öz ətrinə və yaxşı dadına görə yüksək qiymətləndirilir. Cökə balı şəffaf
yaxud açıq sarı rəngdə olur. Akasiya balı olduqca şəffaf, ətirli və dadlı olur. Gec xarlanan və yüksək
keyfiyyətli bal sayılır. Günəbaxan balının rəngi tünd sarı, dadı xoşagələndir. Bu bal tez xarlanır.
Pambıq balının isə rəngi şəffaf olmaqla bərabər özünə məxsus tamı və ətri var. Tez xarlanır və
xarladıqca rəngi ağarır, iri dənəcikli çöküntü verir. Arılar şabalıd balını yeməli şabalıddan və
atşabalıdının çiçəklərindən toplayır. Atşabalıdı çiçəklərindən toplanan bal rəngsiz – sulu, yeməli
şabalıd çiçəyindən toplanan bal isə tutqun rəngli – çox duru və acı olduğuna görə ondan yalnız
şirniyyət sənayəsində istifadə edilir. Balın rənginin, ətrinin və dadının müxtəlifliyi onun hansı növ
və hansı rəngdə çiçəklərdən toplanması ilə əlaqədardır. Balın rəngi tam şəffafdan tutmuş sarı,
qonur, tutqun bənövşəyi və s. müxtəlif çalarlı olur.
Zəhərli və ya kefləndirici balı arılar dağlarda xüsusi efir yağlı, zəhərli bitki nüvlərindən
toplayırlar. Dünyada yayılan Rhododendron ponticum, Echium plantagineum, Coriaria arborea,
Brachyglottis repanda, Cyrilla racemiflora, Euphorbia geniculata, Aesculus pavia, Astragalus
lentiginosus, Caltha patustris, Allium cepa, Ledum palustre, Stachys arvensis, Solanum nigrum,
Datura stramonium, Aconitum nasutum, Papaver somniferum, Veratrum album, Ledum palustre,
Ranunculus rivularis, Astragalus bolanderi, Nicotiana tabacum və s.bu kimi zəhərli bitkilərin
nektarından alınan bal zəhərlidir. Görünən ağır simptomlar alkoqolla zəhərlənəmə əlamətləri ilə
- 80 -
eyni olduğu ücün kefləndirici bal adlanır. Belə balı yedikdə insana keyfləndirici təsir göstərir və
zəhərlənmələrə səbəb olur. Bəzən temperatur qalxır, ürək bulanma, təngənəfəslik, baş gicəllənmə,
zəiflik və hətta şüur itkisi müşahidə olunur. Qədim zamanlardan bəri insanlara zəhərli bal tanışdır
və bu baldan kimyəvi silah kimi istifadə edilmişdir. Bizim eradan 400 il əvvəl Qara Dəniz
bölgəsində yerli əhali tərəfindən Yunan əsgərlərinin bal ilə zəhərlənməsi tarixdən məlumdur. Bal
yeyən əskərlərin mədə bağırsaq sistemi pozulmuş, sərxoş olmuş və asanlıqla əsir düşmüşlər. Bir
qədər acı və ağız büzücü dadı olan zəhərli bal, ancak qaynadıldıqda zəhərlilik xüsusiyyətini itirir.
Naxçıvan Muxtar Respublikasında aparılan tədqiqat zamanı 302 bitki növünün zəhərli
olduğu müəyyən olmuşdur. Tədqiqat zamanı muxtar respublika otlaqlarında zəhərli bitkilərin 5
bitkilik tipi, 4 yarımtip, 19 formasiya sinfi, 39 formasiya və 53 assosiasiyada dominantlıq etdiyi
araşdırılmış, bioekoloji xüsusiyyətləri, yüksəklikdən asılı olaraq yayılma qanunauyğunluqları və
heyvandarlığa təsiri öyrənilmişdir
.
Muxtar respublikasında yayılan Akonit
- Aconitum L.
,
Dəlibəng
- Datura L.
,
Batbat – Hyoscyamus L.,
Mahmızçiçək - Delphinium L., Ranunculus L.- Qaymaqçiçək
bitkilərindən götürülən nektarda
tanin, uçucu yağ, erikolin, terpen, dihydroxycoumari, akonarin və
arbutin toksinləri olduğundan alkoloidlər balın tərkibinə kecir
Aconitum L.- Akonit cinsinin Şimal yarımkürənin mülayim zonalarında yayılmış 60
növündən Qafqazda 6, Azərbaycanda 3 və o cümlədən Naxçıvan MR- də isə 2 növünə rast gəlinir.
Bu cinsə aid olan bütün növlər otlaqların ən zəhərli bitkilərindəndir. Onun bütün hissələri yaş və
quru ot halında zəhərlidir. Akonitlərin bütün inkişaf fazalarında çoxlu miqdarda ən zəhərli hesab
olunan akonitin tipli alkaloidlər vardır. Heyvanların bir kiloqram diri çəkisinə görə onun 0,02 - 0,05
mq miqdarı heyvanın, 3-4 mq isə insanın ölməsi üçün kifayətdir. Zəhərlənmə zamanı heyvanların
əsəb sistemi və ürəyin fəaliyyəti pozulur. Bu isə ölümlə nəticələnir. Bundan zəhərlənmiş mal-
qaranın ətini də yemək təhlükəlidir. Aconitium confertiflorum (DC) Gayer – Sıxçiçək akonit və
Aconitium nasutum Fisch. ex Reichenb - Burunlu akonit növləri arılar üçün də təhlükəli hesab
olunur, çünki arıların akonitdən hazırladığı bal zəhərlidir. 1926-ci ildə Çində Bombus arısı
yuvasından alınan Acotinum balının insanları öldürdüyü tarixi faktlarla izah olunmuşdur. Balı və
çiçək tozu zəhərlidir. Akonitdən alınan bal diterpenoid alkoloidləri daşıyır,
zonqorin alkaloidinə
oxşar
zəhərli tsiklik birləşmə əmələ gətirir. Bu isə arının özü ücün də təhlükəlidir. (Şəkil 1.).
Delphinium L.- Mahmızçiçəyi. Bu cinsin 150 növü Şimal yarımkürəsinin mülayim
qurşağında yayılmışdır. Onlardan Qafqazda 23, Azərbaycanda 13 və Naxçıvan MR ərazisində isə
12 növü var və zəhərlidir. Bunlar 10-70 sm hündürlüyündə çoxillik bitkilərdir. Çiçəkləri göydür,
çiçəkyanlığı yarpaqcıqları 10-13 mm uzunluğunda, uzunsov-ellipsvari, uzunsov- neştərvari və ya
tərsyumurtavaridir. İyun-avqust aylarında çiçəkləyir və toxum verir. İlk dəfə Freyn
mahmızçiçəyinin (Delphinium freynii Conrath) yerüstü hissələrində alkaloidlərin olmasını P.M.
Abbbasov və N.M. İsmayılov (1955) müəyyən etmişlər. Ə.M. Quliyev və B.Ş. Quliyevin
“Azərbaycan yaylaqlarının zəhərli və zərərli bitkiləri və onlarla mübarizə tədbirləri” əsərində D.
araraticum (N.Busch) Grossh. - Arğıdağ mahmızçiçəyi zəhərli bitki kimi göstərilmir [1, s. 149],
lakin araşdırmalar nəticəsində müəyyən oldu ki, Naxçıvan MR-də subalp çəmənliklərdə bitən bu
növün tərkibində çiçəkləmə dövründə 2,78% alkaloid olur [2, s. 148]. Naxçıvan MR florasında
mahmızçiçəyinin 6 növü çiçəkləmə və toxumlama zamanı bütün orqanlarında, xüsusilə çiçək və
toxumunda çoxlu miqdarda alkaloidlər saxlayır. Bitki quruduqda alkaloidlərin miqdarı xeyli azalır.
Delphinium foetidum Lomak. - Ağıriyli mahmızçiçəyi və D. szowitsianum Boiss. – Soviç
mahmızçiçəyinin tərkibində, hələ də dəqiq öyrənilməyən delfinin alkaloidi vardır. Otlaqlarda onlar
çiçəkləmə və toxumlama vaxtı daha zəhərli olur, mal-qaranın ölümlə nəticələnən zəhərlənmələrinə
Dostları ilə paylaş: |