- 136 -
d) antigen spesifik limfosit tranfarmasiyon və ya limfosit köçürmə üsulu- antigen axtarmağa
yönəlmiş təcrübələr zamanı həm T.gondii ekstaktlarında həm də yaxın vaxtda infeksiyaya yoluxmuş
xəstələrdə yüksək reaktivliyə malik bir antigen tapılıb və gələcəkdə daha çox istifadə olunması
gözlənilən bir ELİSA üsuludur.
2. Dolayı üsullarla diaqnostikası – toksoplazmoza malik antigenləri görmək üçün istifadə olunan
serolojik testlərdir. İnsanlarda toksoplazma antigenləri yüksək səviyyədə illərcə qala bilər. Serolojik
testlərdə hemolizli, lipemik plazmalar istifadə olunmamalıdır. Qan plazmaları 2-8 derecede 5 gündən
artıq saxlanılmamalı, daha uzun müddətdə saxlanılacaqsa -20 dereceye qaldırılmalıdır.
Toksoplazmoz diaqnostikasında istifadə olunan antitellər:
1.
İg M antitelləri- toksopazmoz infeksiyasında birinci əmələ gələn olub , bir çox xəstədə bir neçə
ay sonra neqativləşir. İmmunokompresiv şəxslərdə düzgün nəticə verən test ilə kəskin
infeksiyanı inkar edecək bir əlamətdir. Ancaq təkcə pozitiv olması kəskin infeksiyanı
göstərməyə bilər. Bəzi kəskin xəstəliklərdə pozitivlik aylar bəzən illərcə davam edə bilər, ancaq
bunun klinik bir mənası yoxdur və xəstəlik xroniki olaraq qəbul edilməlidir(4).
2.
İg G antitelləri –bunun kantitasyonu Sabin-Feldman testi və toksoplazmoz üçün beynalxalq
standart plazmanın inkişaf etdirilməsindən sonra mümkün olmuşdur. İg G antitelləri əsasən
infeksiyanın 2-ci həftəsində əmələ gəlir, 6-8 həftədə ən yüksək səviyyəyə çatır və müxtəlif
miqdarlarda aşağı düşərək həyat boyu pozitiv olur. Titri xəstəliyin şiddəti ilə eyni deyildir.
Sabin-Feldman testi, ELİSA, İHA, İFA testlərindən istifadə edilərək İg G antitelləri aşkar oluna
bilər.
3.
İg A antitelləri – T.gondii infeksiyasında ilk vaxtlarda əmələ gəlir və səviyyəsi 3-9 aya aşağı
düşür. ELİSA və ya İSAGA ( immunosorbent agglutination assay) metodlarından istifadə
edilərək kəskin infeksiyalarda, aktiv xəstəliyin olan şəxslərdə və transplasentar yolla yoluxmuş
yenidoğanlarda aşkar olunur. Yetkin şəxslərdə İg M-da olduğu kimi aylarca davam edə bilər.
Bəzi anadangəlmə toksoplazmozlarda İg M antitelləri aşkar edilməsə də İg A və İg G ilə
diaqnoz qoyula bilər(5).
4.
İg E antitelləri-kəskin infeksiyalarda və transplasentar yolla yoluxmuş yenidoğulanlarda ELİSA
üsulu ilə aşkarlanır. İg M və İg A antitellərindən daha qısa müddətlidir.
Serolojik üsullar:
1.
Sabin-Feldman testi- Sabin və Feldman tərəfindən 1948 -ci ildə bir boyama üsulu olaraq kəşv
edilmişdir. Sabin-Feldman testi (SF) və Toxoplasma lizis testi indiki dövrdə də qızıl standart
olaraq qəbul edilir. Son dərəcə dəqiq və düzgün nəticə verir. Test taxizoidlərin Toxoplasma
antiteli ilə lizisinə əsaslanır. Sınaq şüşələrində və ya əşya şüşəsində aparıla bilər. Seyrədilmiş
qan plazmaları və taxizoidlər 37 dərəcədə inkubasiya edilir. Taxizoidlərin 50 % -nin canlılığını
itirdiyi dilüsyon axırıncı dilüsyon hesab edilir. Taxizoidlərin canlılığı kontrast mikroskopda
araşdırılaraq və ya metilen mavisi ilə boyanaraq görülə bilər. Mikroskopda qara görünən ölü
taxizoidlər alkali metilen mavisi ilə boyanmırlar. Nəticələr titr ilə qarşılaşdırılaraq “iu”
cinsindən verilə bilər. Pozitiv test xəstənin parazit ilə qarşılaşdığını göstərir. Bu testlə tapılan
antitel İg G infeksiyaya yoluxmadan 1-2 həftə somnra meydana çıxır , 6-8 həftə sonra ən yüksək
titrə çatır, 1-2 ilə isə titri nisbətən düşür və aşağı titrlərdə ömür boyu qalır. Negativ SF testi isə
xəstə əgər hipoglobulinemik deyilsə toksoplazmoza yoluxmadığını göstərir. Sabin- Feldman
boya testi BOS-nda plazmadan daha yuxarı titrdə olsa kıskin infeksiyadan şübhələnmək olar.
2.
Ayirdedici Aqlutinasiya (AC,HS) testi – birində kəskin infeksiyanın ilk mərhələsindəki (AC),
digəri isə sonraki mərhələlərdəki (HS) tərkibində antigen determinantları olan 2 antigen
preparasyonlarından istifadə olunur. AC testi aseton və ya metanol ilə aşkarlanmış taxizoidlərdə
istifadə olunarkən, HS testi isə formalin ilə aşkarlanmış taxizoidlərdə istifadə olunur. Plazmalar
tərkibində merkaptoetanol olan tamponla sulandırılır və birbaşa aqlutinasiya testi edilir. Əgər
test pozitiv olsa ayirdedici aqlutinasiya testinə başlanılır. Bu test digər testlərlə birgə istifadə
olunduqda kəskin xəstəliyi xronikidən ayıra bilən yararlı bir üsuldur.
3.
İndirekt immunofloresan antitel testi ( İFAT) – edilməsi asan, dəqiq, ekonomik bir testdir. SF
testi ilə eyni tip antitelləri ölçür və titrləri paralel göstərir. Bəzi plazmalarda yalançı pozotiv
nəticələr verə bilər. Aşağı titrli İg G plazmalarında isə yalançı neqativ nəticələr verə bilər.
4.
İndirekt Hemagglutinasyon Testi (İHA)- Sabin- Feldman testi və İFA testinə görə daha gec
müsbət nəticə verdiyi üçün hamilələrdə kəskin infeksiyanın diaqnostikasında, mənfi nəticə
verdiyi üçün isə konjenital toksoplazmoz diaqnostikasında istifadə olunmur.
- 137 -
5.
Anti- Toxoplasma İg M ELİSA (immun tutma)- Nümunədəki IgM sinfi antitel əsasən, əvvəlcə
vala örtülmüş olan antiinsan IgM antitelləri ilə tutulur. Plazmada tərkibində əsasən İg G olan
bütün maddələr yuyulur. Yuyulduqdan sonra xəstəliyə məxsus İg M antitellərinin digər bütün İg
M antitellərindən ayırmaq üçün fermentlə konyuqə olmuş monoklonal antitel ilə işarətli
antigenlər mühitə əlavə olunur. İnkubasiya dövründən sonra bağlanmayan konyuqatı mühitdən
uzaqlaşdıraq üçün bunlar yuyulur və xromogen-substrat mühitə əlavə olunur. Əgər ferment
olarsa rəngsiz olan substrat rəngli bir maddəyə çevrilir və nümunədəki xəstəliyə məxsus İg M
antitelləri ilə mütənasib olan optik dansitesi ölçülərək nəticə müəyyən olunur.
6.
İg M İmmunosorbent Aglutinasyon Testi (İg M İSAGA)- xəstəyə məxsus İg M antitellərinin
bərk bir səthə yapışdırılmış, formalinlə aşkarlanmış orqanizma və ya antigenlə örtülmüş lateks
parçalarıyla qarşılaşdırılması prinsipinə əsaslanır. Eyni üsulla İg A və İg E antitelləridə
aşkarlana bilər. Digər İg M aşkarlayan testlərə görə daha həssas nəticə verir. Buna görə
hamilələrdə istifadəsi məsləhət görülmür(6).
7.
Anti-Toxoplasma İg G ELİSA –sulandırılmış plazma nümunələri antigenlə örtülmüş olan
quyucucuqlarda xəstəliyə məxsus antitelləri bağlaması üçün inkubasiya edilir. Bağlanmayan
antitellər və digər plazma elementləri yuyulduqdan sonra T.gondii məxsus antitellər fermentlə
konyuqə edilmiş anti-insan İg G antitellərindən istifadə edilərək tapılır. İnkubasiya dövründən
sonra bağlanmayan konyuqat yuyularaq uzaqlaşdırılır və mühitə substrat əlavə olunur. Əgər
antitel varsa rəng reaksiyası əmələ gəlir. Reaksiya dayandırılaraq optik dansiteləri cihazda
oxudulur.
8.
Anti-Toxoplasma İg G Avidite- Toxoplazmaya məxsus İg G antitellərinin avidliyinin
ölçülməsinə əsaslanır. Antigen ilə qarşılaşmadan sonra əmələ gələn antigenlərin ortalama
avidliyi əsasən aşağı olur. İmmun sistemin inkişafı vaxtı həftələr və aylar içində antitel avidliyi
də inkişaf edir. Antitelin antigenə bağlanması hidrogen rabitəsi və ya elektrostatik Van der
Waals qüvvələri ilə olur. ELİSA vaxtı antigenə bağlanan aşağı avidliyə malik İg G sidik
cövhərinin təsiri ilə antigendən asanlıqla ayrılır, yüksək avidliyə malik olanlar isə ayrılmır. Bu
səbəblə avidliyi iki qrup halında Toxoplasma İg G ELİSA ilə müəyyən edilir. Bunlar arasındakı
fərq ilk inkubasiya dövründən sonra bir qrupun sidik cövhərli tampon ilə digər qrupun isə sidik
cövhərsiz tamponla yuyulmasıdır. Bu iki qrupun optik dansitliyi müqayisə edilərək avidlik
indeksi (Aİ) tapılır. Bu avidlik indeksi sidik cövhərinə davamlı və İg G-nin cəmini göstərir(7).
Müxtəlif klinik vəziyyətlərdə fərqli materiallardan və testlərdən istifadə olunur. Anada şübhə
edilən bir infeksiya varsa qan plazmasından və aminyon mayesindən nümunə götürülüb S-F testi, İg
M və A İSAGA ilə İg G və İg M antitelləri axtarılmalıdır. Orqan transplantasiyası əvvəlində isə İg
G, İg M ELİSA və S-F testi ilə antitellər axtarılmalıdır(8).
Serolojik testlərin nəticələrinin qiymətləndirilməsi:
Müxtəlif serolojik testlər xəstəlikdən sonra müxtəlif səviyyələrdə artıb azalan antitell’ri ölçür.
Xəstələrdə immun sistemin vəziyyətini bilmək məqsədilə birinci növbədə İg G baxılmalıdır. İg G
müsbət olan şəxs keçmişdə bu xəstəliyi keçirmişdir. Üç həftə ara ilə edilən analizin nəticəsində İg G
titri artmayırsa bu xəstəliyin 2 ay əvvəl keçirildiyini göstərir. Əgər titr artarsa vəya İg M müsbət
olarsa infeksiyanın yeni olduğunu göstərir, İg G titri artar İg M mənfi olarsa isə xəstəliyin yenidən
aktivləşdiyini göstərir. Kəskin toksoplazmozu olan bir şəxsdə həm İg G həm İg M müsbət olduğu
halda, yenidən aktivləşən infeksiyada isə İg M mənfi, İg G titrində isə artış olmaya bilər. Bu səbəblə
diaqnozu qoymaqda çətinləşir. Toksoplazmoz diaqnostikasında əsasən gec vaxtlarda serolojik testlər
aparıldığı üçün antitellərin titri yüksək səviyyədə olur və uzun müddət yüksək səviyyədə qaldığı
üçün müxtəlif fasilələrlə alınan qan plazmasında işləmənin heç bir əhəmiyyəti yoxdur. Xəstə şəxsin
yenimi yoxsa əvvəldən mi infeksiyaya yoluxduğunu müəyyən etmək üçün bir neçə testi serolojik
testdən birgə istifadə edilməlidir. Müsbət İg M nəticəsinin səhv oxunma ehtimalı olduğu üçün
doğrulayıcı testlərdən də istifadə edilməlidir. İg M testlərində revmatoid faktor və anadakı
immunoqlobulinlərə qarşı fetal İg M antitelləri səbəbi ilə həm yalançı müsbət həm də yalançı mənfi
nəticələr alına bilər. İg M tutma testi bu xəstəliyə məxsus olmayan reaksiyaların qarşısını alır. Bəzi
xəstələrdə İg M antiteli 1 ildən artıq müddətdə müsbət olaraq qala bilir. Amerikada FDA təsdiqli
dərmanlarla aparılan analizlərdə İg M müsbət olan plazmaların referans laborotoriyalarda yenidən
yoxlanılması vaxtı xəstələrin 60 % kəskin infeksiya olmadığı aşkarlanmışdır. Amerikada FDA
təsdiqli dərmanlarla aparılan testlərdə əksəriyyətinin müsbət nəticə verdiyinə görə FDA bu testlərin
dəqiqliyinin və həssaslığının təkrar yoxlanılması üçün Amerikadakı referans laborotoriyalara dəstək
Dostları ilə paylaş: |