100
öz növbəsində həyatı itirməyə də aparıb çıxarırdı. Onlar ümumiyyətlə barbarları
nəzakət qaydalarından xəbəri olmayan, qeyri-adi adamlar kimi qəbul edirdilər,
xristian dininin mənəvi prinsiplərini də bəyənmirdilər. İisus Xristin «Bir-birinizi
sevin» çağırışına istehza edir, çünki bu normada adamlara borc və şərəf haqqında
heç nə öyrədilmədiyini, yalnız sevginin təbliğ edildiyini vurğulayırdılar.
Xristianların dini cərəyanlara görə bir-birlərinə düşmən kəsildiyindən
təəccüblənsələr də, özlərindəki buddist sektaları da bir-birilə düşmənçilik edirdilər.
Daymyo Yabu qardaşı oğlu Omiyə dənizçilərlə necə lazım bilirsə elə
davranmağa icazə verdikdən sonra ona həvalə etdi ki, onlardan faydalı bir şey
öyrənə bilsə, məlumatı ona çatdırsın. Beləliklə, Bləksorn kənddə digər
yoldaşlarından ayrı məskunlaşdırıldı. Onun müşahidə imkanları daha böyük idi,
çünki ona kənddə sərbəst gəzməyə icazə vermişdilər. Samurayların özlərini necə
apardığını gördükdən sonra belə qənaətə gəldi ki, xidmət onların borcudur, borc
özü samuray deməkdir, Samuray-ölməzdir. Onu təəccübləndirən xüsusiyyətlərdən
biri, burada heç bir zəncirin, qandalın və heç bir qulun olmaması idi. Qərblilər
Şərqi nə qədər qəddar adamlar məskəni kimi qələmə verməyə çalışsalar da,
tarixçilər sübut etmişlər ki, Şərq ölkələrində quldarlıq ötəri xarakter daşıyırdı,
inkişaf etməmişdi, hətta iri imperiya olan Çinin özündə də çox az sayda qul var idi.
Avropada isə quldarlıq qədim tarixə malik idi. XVII əsrdən başlayaraq isə qul
ticarəti Afrika zəncilərinin Amerikaya daşınması hesabına yeni vüsət aldı, həmin
biabırçı ticarət və quldarlıq praktikası yeni tarixin ən qara səhifələrindən biri hesab
olunur.
Lakin adamlara qarşı haqsızlıq, zorakılıq bu ölkədə öz xüsusiyyətlərinə, öz
standartlarına malik idi. Yaponiyada ən aşağı dərəcəli samuray belə, istənilən
samuray olmayan adamı, kişi, qadın və uşaq olmasından asılı olmayaraq öldürə
bilərdi. Bu vaxt hansısa səbəb ola da, olmaya da bilərdi. Bütövlükdə samuraylar
hindlilər kimi kastalara bölünürdü. Samuray yüksəkdə dayanırdı, kəndlilər isə
mühümlük ierarxiyasında sonrakı pillədə idi. Yalnız kəndlilər torpağa sahib ola
bilərdi. Lakin samuraylar istehsal edilən məhsulun hamısına sahib olurdu. Onlar
düyünün bir hissəsini kəndlilərə geri qaytarırdılar. Yalnız samuraya əvvəllər icazə
verilirdi ki, özü ilə ox gəzdirsin. Sonra onu əvəz edən qılınc samurayın ruhu, könlü
idi, onu yaddan çıxarsa və ya itirsə o, heç vaxt bağışlanmazdı.
Yaponların qidalanması da avropalılarınınkından tam fərqli idi. Onların
hamısı çiy balıq, şirin sirkədə saxlanmış çiy tərəvəz yeyirdilər.
Yaponlar indi də dəniz məhsullarına başqa xalqlara nisbətən üstünlük
verirlər. Dünyada yapon restoranlarında və öz adı altında yayılan xüsusi barlarda
çox satılan suşi də belə qədim ənənəyə əsaslanır. Qiymətli okean balığı olan
tunesin dünya üzrə ovunun bütün həcminin 80 faizini yaponlar istehlak edirlər.
Müxtəlif qadağalara baxmayaraq balina ətinə də həvəs bu ölkədə azalmır.
Buna görə onlar avropalılara həm də ət yemələrinə görə nifrət edirdilər.
Düyü yaponların həyatında mühüm rol oynayırdı, əsas ərzaq idi. İlahə Amaterasu
öz nəvəsini göndərmişdi ki, yaşıl düyü tarlaları olan ölkəni idarə etsin. Düyü bu
adamlara yeyilmək üçün qida, yatmaq üçün tatami (həsir), ayağa geyinmək üçün
səndəl, yağışdan və soyuqdan qorunmaq üçün paltar verirdi. Küləşdən düzəldilən
101
dam yaponların evlərini isti saxlayırdı, düyü həm də yazmaqdan ötəri olan kağız
istehsalı üçün xammal verirdi. Onlar düyüsüz mövcud ola bilməzdilər.
Həmin dövrdə Yaponiya çox əhalisi olan ölkə hesab edilə bilərdi.
Bütün İngiltərədə bu vaxt üç milyondan artıq adam yaşamadığı halda, burada 12
milyon adam var idi. Kyuşu adasında isə əhalinin sayı 3-4 milyona çatırdı. Çində
isə o vaxtkı bütün dünyada olduğundan daha çox əhali yaşayırdı.
Bləksornun bəxti onda gətirmişdi ki, tayfun vaxtı ölümdən xilas etdiyi ispan
dənizçisi Rodriges və Osakada dustaqxanada olarkən məhbus avropalı rahib yerli
xalq barədə çox şeylər danışmış, onu bəzi məsələlər barədə agah etmişdilər. İspan
şturmanı ona demişdi ki, yaponların altı sifəti və üç ürəyi vardır. Əlbəttə, ispan da
yaponları eyni qaydada təqlid edərək əvəzində onlara yuxarıdan aşağı baxdığına
görə bu qənaətə gəlmişdi. Öz fikrini izah etmək üçün əlavə etmişdi ki, belə deyirlər
ki, onlar bütün dünyanın görməsindən ötəri ağızlarındakı saxta ürəyə, tam xüsusi
dostlarına və ailələrinə göstərmək üçün döş qəfəslərindəki digər bir ürəyə və həm
də özlərindən başqa heç kəsə məlum olmayan, gizləndiyi yeri yalnız Allahın
bildiyi, real, həqiqi və gizli bir ürəyə malikdirlər. Bununla yanaşı xəbərdar edirdi
ki, yaponlarla sən kral kimi hərəkət etməlisən. Öz ləyaqətinin qayğısına
qalmayanları onlar heç adam hesab etmirlər. Onların səsi isə intonasiyanı və daxili
mənanı biruzə verən fövqəltəbii bir güzgüdür. Yaponların dilində «l» səsi yoxdur.
Həmin
il
iki
böyük daymyo
– Toranaqa
və
İşido
şoqunluğa yüksəlmək uğrunda bir-birilə kəskin mübarizə aparır, amansız
düşmənçilik edirdilər. İşidonun təsiri yanğın kimi yayılırdı. Toranaqa isə
Makiavelli kimi ağıllı, hun sərkərdəsi Attila kimi rəhmsiz idi. O, düşmənlərini və
dostlarını yaxşı tanıyırdı. Əvvəlki ağalarına xəyanət etməklə, cəbhədən cəbhəyə
keçməklə şoqunluğun kandarına gəlib çıxmışdı. İşido isə güman edirdi ki, öz
düşmənlərini hökmən əzəcəkdir. Qəti qələbə çalmaq üçün yalnız bircə vacib həmlə
qalırdı, ölkənin səkkiz əyalətinə nəzarət edən Toranaqa yeganə maneə idi. Ona
görə də iki düşmən Osakada görüşdükdə İşido özünü nəzakətdən kənar apardıqda,
onu vurmaq üçün irəli yeriyən mühafizəçi samurayı ev sahibi Toranaqa ona aid
olmayan söhbətə qulaq asdığına görə cəzalandırmağı qərara aldı: «Bu Adam
səhvən samuray kimi doğulmuşdur. Onun adına son qoyulmalıdır». Ən yaxın
silahdaşının kürəkəni olan bu samuraya seppuku etməyə icazə verildi və onun
körpə oğlu da cəzanın bir hissəsi kimi öldürüldü.
Yaponlara görə həyat yalnız şehcik daxilindəki şehcikdir. Axı şeh günəş
çıxan kimi yoxa çıxır. Bu xalqa məxsus olan əxlaq qaydalarından birində deyilirdi
ki, «Yaddan çıxarma ki, tale və talesizlik göydən və təbii qanundan asılıdır. Onları
dua etməklə və ya istənilən adamın və ya özünəməxsus müqəddəsin düşüncəsindən
yaranan hiyləgər icadla satın almaq mümkün deyildir». Hind sözü olan «karma»
yaponlar tərəfindən özününküləşdirilmişdi. Buddizm fəlsəfəsinin bir hissəsi
olmaqla o şəxsin bu həyatdakı taleyini müəyyən edir, bu sarsılmaz bir qaydada
fiksasiya edilirdi, çünki insanın əməlləri əvvəlki həyatda baş vermişdi, yaxşı
əməllər bu həyat plastına ən yaxşı mövqe kimi verilmiş, bəd əməllər isə əks
qaydada keçmişdi. Yalnız bu həyatın əməlləri tam şəkildə sonra gələn yeni
doğulmaya verilir. Şəxs o vaxta qədər bu dünyada göz yaşları içərisində
Dostları ilə paylaş: |