Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


İnhalyasiya dərman maddələrinin hansı yolla orqanizmə daxil edilmə



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə20/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

71. İnhalyasiya dərman maddələrinin hansı yolla orqanizmə daxil edilmə 
üsuludur? 
A) Əzələ daxili 
B) Tənəffüs yolu ilə 
C) Mədə-bağırsaq yolu ilə 
D) Vena daxili 
E) Dəri altı
 
İnhalyasiya aparmaq üçün xüsusi aparatdan istifadə edilir. Bu aparatda dərman 
məhlulları xüsusi toz halına salınır və xəstə bu tozla nəfəs alır, bəzən dərman 
maddələri buxar halında da udulur, bunun üçün xüsusi buxar inhalyatorundan 
istifadə edilir. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat 
kitabı”. Səh. 50 “ Çıraq” 2008. 
72. Kişilər üçün istifadə olunan kateterin uzunluğu nə qədərdir? 
A) 15 sm 
B) 10 sm 
C) 40 sm 
D) 5 sm 
E) 30 sm 
 
Kişilərdə sidik kanalının uzunluğu 25-30 sm-dir, ona görə də sidik kanalının 
uzunluğuna müvafiq olaraq 30 sm-lik kateterdən istifadə olunur. Ədəbiyyat:
N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 56 “ Çıraq”
2008 
73. Aşağıda sadalananlardan hansı böyük tibb bacısının vəzifəsinə aid deyil? 
A) Xəstəxananın ümumi mətbəxindən gətirilən yeməyə nəzarət etmək. 
B) Şöbənin iş cədvəlini tərtib etmək 
C) Şöbəyə dərman almaq 
D) Orta və kiçik tibb işçilərinə rəhbərlik etmək 
E) Xəstənin analizlərini laboratoriyaya aparmaq
Xəstənin analizlərini laboratoriyaya palatanın tibb bacısı aparır, sadalanan digər 
vəzifələr isə böyük tibb bacısının səlahiyyətinə aiddir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 89 “ 
Çıraq 2008. 
74. Öd kisəsinin rentgen müayinəsi üçün göstərilən maddələrdən hansı istifadə 
edilmir? 
A) Bilitrast 
B) Xolevid 
C) Biliqnost 
D) Barium
E) Biliqrafin 
Xolesistoqrafiya yolu ilə orqanizmə kontrast maddə yeritmək və sonra rentgen şəkli 
çəkməklə öd kisəsinin və öd yollarının formasını, funksiyasını öyrənilir. Öd kisəsinin 


22 
rentgen müayinəsi üçün tərkibində yod olan maddələrdən- xolevid, biliqnost və s. 
istifadə edilir . Barium bu zaman istifadə olunmur. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” . Səh. 102 “ 
Çıraq 2008. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə