qısaldılmış variantı belədir:
İnsan türk mifologiyasında cənnət və ya ölməzlərin məskəni olaraq
bilinən Aruun-Suyudyun deyilən məkandan yer üzünə qovularkən Ülgen
ona acıdı və yeyilə biləcək bütün faydalı ot və meyvələri göstərdi və belə
dedi:
– Bax və sənə xoş gələn şeyləri ye.
Ülgenin Targın-Nama adlı köməkçisi bütün bitkiləri, meyvələri və ot -
ları yoxladıqdan sonda onların hamısının yemək üçün əlverişli oldu ğunu
gördü. Yay aylarında otların, bitkilərin və meyvələrin təzə olduğu bir za -
manda insan, möhkəm, təzə və sağlam olurdu. Ancaq payızın və qışın gəl -
məsi ilə bitkilərin quruması başladı və insan da möhkəmliyini, tə zə liyini
və qismən də sağlamlığını itirdi.
Beləcə insan ilk qışı çox çətin, ölümdən güclə xilas olmuş bir vəziyyət-
də keçirmiş oldu. Bu acılı-ağrılı təcrübə ilə həyatını davam etdirən insan,
ikinci il qışa hazırlıq körməyə başladı və təzə bitki və meyvələri qış üçün
bir yerə yığdı. Bununla da başqa canlıların qidasını əllərindən almış oldu.
O səbəbdən qış qapıya dayandığnda insanın bir yerə topladığı təzə meyvə
və bitkiləri yemək üçün heyvanlar da gəlməyə başladı. İnsan bitki və
meyvələrin tükənəcəyini görərək heyvanları əlindəki ağacla vurmağa və
qovmağa başladı. Bundan incimiş heyvanlar quşları çağıraraq onların
şikayətlərini Ülgenə çatdırmalarını istədilər. Ülgen insanla heyvanların
şikayətini dinləmək üçün onların hamısının Targın-Namanın yanında
toplanmasını əmr etdi. Ülgen onların şikayətlərini və bir-birini günah lan -
dırmalarını dinləyərək belə dedi:
– Balıqlar və quşlar onlara faydalı olan şeyləri yesinlər. Siz heyvanlar,
ot yeyin.
Sən isə insan, buğda əkməyi öyrən və heyvan əti ye. Heyvanlara
lazım olanları sən onların əlindən alma. Siz də insana lazım olanlara tox-
unmayın. Sən insan, heyvanları öldür, dərisini çıxar, ondan özünə paltar
tik, ətini də bişirərək ye.
Bu yığıncaqdan qorxu ilə ayrılan heyvanlar, o zamandan insanlara
düşmən kəsildilər.
İnsan bitki və meyvələrlə dolanışığını təmin etdiyi zaman oda ehtiyacı
yox idi və bu səbəbdən də odu, atəşi tanımırdı. İnsana başqa bir yemək
verən Ülgen, göydən ağ və qara rəngli iki daş gətirərək əlinə qurumuş otu
alıb onları ovucunun içində əzdi və sonra əzilmiş otu daşlardan birinin
üstünə qoydu, digəri ilə vurdu. Qığılcım çıxdı və ot alovlandı. Bu yolla ilk
atəşi yaxan Ülgen insana belə dedi:
2011/
IV
57
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com