Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə28/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   24   25   26   27   28   29   30   31   ...   55

məqsəd  diaxron  təkamül  sxemini  izləmək, yaxud  semantik «fenomeni»
digər  təhlil  müstəvilərinə  daşımaq  yox,  onu  malik  olduğu  öz  sinxron
məkan-zaman modeli çərçivəsində anlamaqdır.
Sinxroniya  təhlil  olunan  materiya  fraqmentinin  eninə  kəsilməsi
(diskret təhlil) yolu ilə onun keçdiyi tarixi-mədəni inkişaf yolunun bütün
zamanlarını ağacın en kəsiyində olduğu kimi, vahid müstəvidə izləmək
imkanı  verir. Ağacın  tarixi  zamanla  böyüməsi  diaxron  baxımdan  onun
ucalmasında  ifadə  olunduğu  kimi,  yaşadığı  zamanlar  eninə  böyümədə
sinxronlaşır.  Ağacı  eninə  kəsdikdə  onun  böyüməsinin  sinxron  zaman
sxemini (qatbaqat quruluşunu) müşahidə edirik. M.Kazımoğlunun aşkar-
ladığı «fraqment» folklor dünya modelinin funksional strukturunun, yəni
düşüncənin işləmə mexanizmlərinin sinxron strukturuna aid sxemdir.
Müəllifin aşkarladığı sxemin reallığın illüzion görüntüsü deyil, özünün
olması onun bərpa etdiyi fraqmentin bağlı olduğu daha iki formulu aşkarla-
ması ilə də təsdiq olunur. Bunlardan birincisi – folklor dünya modelində
semantik qütblərin qovuşması, ikincisi – həmin qütblərin paralelləşməsidir.
M.Kazımoğlu  «semantik  qütblərin  qovuşması»  fenomeninə  münasi-
bətdə  yazır:  «Məsələnin  mürəkkəbliyini  göstərən  əlamətlərdən  biri  də
eyni folklor nümunəsində hər hansı bir obrazın xeyir və şər qütblərini bir-
ləşdirməsi, özündə həm müsbət, həm də mənfi cəhətləri ehtiva etməsidir.
Əgər  belədirsə,  onda  folklor  obrazlarındakı  xeyir-şər  yerdəyişmələrinə
xüsusi diqqət vermək lazımdır» (2, 3).
Müəllifin yanaşmasında məsələnin mürəkkəbliyi, başqa sözlə, fenom-
enallığı  ondadır  ki,  «hər  hansı  bir  obrazın  xeyir  və  şər  qütblərini  bir-
ləşdirməsi» folklor materiyasının müxtəlif sahələrində (fərqli mətnlərdə)
yox, məhz eyni mətn kontinuumunda baş verir.  
Digər  tərəfdən,  alimin  öz  yanaşmasında  bütünlüklə  folklor  mate ri -
yasının məntiqindən çıxış etməsi mətnin tədqiqatçı bərpasında aşkarlanan
poetik qanunauyğunluqlarına söykənməsində, məntiqi təfəkkürün işləmə
mexanizminə  («əgər  belədirsə»    mühakimə  formuluna)  əsaslanmasında
ifadə  olunur.  O,  öz  idraki  energetikasını  folklor  materiyasının  struktur
dərinliklərinə yalnız artıq əldə edilmiş təcrübəni təhlilin məntiqi qanuna -
uyğunluğuna çevirmək yolu ilə yönəldə bilir (yaxud yönəldir).
M.Kazımoğlu «semantik qütblərin paralelləşməsi» fenomeninə müna-
sibətdə  yazır:  «Amma  məsələ  xeyir-şər  yerdəyişmələri  ilə  də  bitmir.
Xeyiri, yaxud şəri təmsil etməsindən, mənfi, yaxud müsbətliyindən asılı
olmayaraq, müxtəlif obrazların folklorda  tez-tez paralellik yaratmasının
2011/
IV
82
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


şahidi  oluruq.  Qardaş  qardaşla  (yaxud  bacı  ilə),  ata  oğulla,  qəhrəman
köməkçi ilə, ağa nökərlə paralellik yaradır. Bu cür paralellik şəri təmsil
edən qüvvələr arasında da müşahidə edilir. Şəri təmsil edən qüvvələrin öz
aralarında paralellik yaratmasının folklorda ən geniş yayılmış nümunəsi
böyük qardaş və ortancıl qardaşın (yaxud böyük bacı və ortancıl bacının)
eyni funksiya daşıması, vahid bir mövqe nümayiş etdirməsi, kiçik qardaşa
(yaxud bacıya) qarşı dayanmasıdır» (2, 3-4).
Bəs müəllif problemi necə həll edir?
O,  bu  məsələdə  aydın  və  başlıcası,  semantik  yayğınlıqdan,  qeyri-
müəyyənlikdən uzaq təhlil-dəyərləndirmə modelini ortaya qoyur.
Struktur modelləşdirmənin ideyası və metodu
Müəllif folklor materialının poetik materiya modelində təhlilini oriji-
nal  ideyada  təcəssüm  etdirir.  Bu  ideya  onun    bütün  tədqiqatını,  təhlil
təcrübəsini  öz  içərisinə  alan      «ikiləşmə»    konseptidir:  «İlkin  mənbədə
xeyirlə  şər  qardaşdır.  Xeyirlə  şər  arasında  toqquşma  məhz  iki  qardaşın
toqquşmasıdır. Toqquşma hər halda  qardaşları qardaşlıqdan çıxarmır və
doğma adamlar arasında baş verən toqquşma olaraq qalır. Bu doğmalıq
əsas verir ki, əks qütblərdə dayanan tərəflər arasında da  ikiləşmə axtaraq,
mənfi tərəfi bəzən müsbət tərəfin «dvoynik»i kimi qiymətləndirək» (2, 4).
M.Kazımoğlu  evristik  ideyanın  idrakına  münasibətdə  folklor
materiyasının semantik nüvəsinə doğru skeptik aprobasiya (şübhəni idra-
ki  təcrübə  modelinə  gətirmək)  modelində  yanaşmanı  ən  uyğun  təhlil
metodu hesab edir. Problemin həllinə kreativ modeldə yanaşmanın bun-
dan özgə metodunu, haqlı olaraq, görmür: «Bir-birini tamamlayan müsbət
obrazlarda və bir-birini tamamlayan mənfi obrazlarda ikiləşmə axtarmaq,
bir obrazı ona yaxın olan başqa obrazın «ikinci nüsxəsi» hesab etmək ilk
baxışda şübhə doğurmaz. Amma əks qütblərdə dayanan obrazlardan biri-
ni o birinin «ikinci nüsxəsi» hesab etmək ilk baxışda şübhə doğura bilər.
Şübhəni  dağıtmağın  yolu  arxaik    qatlara  enmək,  ilkin  mənbəni  nəzərə
almaqdır» (2, 4).
İkiləşmə invariantının «ciddi» paradiqmalar cərgəsi
M.Kazımoğlu  ikiləşmə  invariantının  folklor  materiyasında  yaratdığı
dörd paradiqma cərgəsini aşkarlamışdır:
2011/
IV
83
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


1. «Dəyişən libas, dəyişən ad» paradiqması;
2. «Qəhrəmanın oxşarı» paradiqması;
3. «Mənfi əvəzedici» paradiqması;
4. «Yalançı qəhrəman» paradiqması.
Folklorda bir obrazın ikiləşməsini, mahiyyətcə, vahid obraz arxisemi-
nin dual sxemlə aktual üzvlənmə keçirməsi kimi şərh edən M.Kazımoğlu
«ikiləşmə»  formulunu  sanki  molekulyar  qurumda  olduğu  kimi,  nüvə
(mərkəz) və onun ətrafındakı elementlərin (qabığın) yaratdığı vahid sis-
tem şəklində modelləşdirir: «Folklorda obrazın ikiləşməsi mahiyyətcə bir
obrazın  iki  obraz  kimi  göstərilməsidirsə,  onda  bu  məsələnin  araşdırıl-
masına, ilk növbədə, libas dəyişmədən başlamaq lazımdır. Çünki folklor-
da  libas dəyişmə,  bildiyimiz kimi, özünü gizlədib bambaşqa şəxs vücud-
unda görünmək,  bambaşqa ad altında  (kursivlər bizimdir – S.R.) tanın-
maqdır» (2, 5).  
Müəllifin ikiləşmə invariantının folklor materiyasında yaratdığı məna
cərgələrindən biri kimi aşkarladığı «Qəhrəmanın oxşarı» paradiqmasında
mətnin  hərəkət  halı,  funksional  dinamika  sahəsi  modelləşdirilmişdir:
«Folklorda hər hansı obrazın ikiləşməsi bir tərəfdən libas dəyişib baş qa -
laşmaqdırsa, digər tərəfdən də eyni mətn daxilində obrazın oxşarının ya -
radılmasıdır.  Obrazın oxşarı həmin obraza aid funksiyanı yerinə yetirir
(kursiv  bizimdir  –  S.R.)  və  bununla  da  əvəzediciyə  çevrilir.  Odur  ki,
obrazın oxşarını əvəzedici də adlandırmaq olar» (2, 17).
M.Kazımoğlu ikiləşmə invariantının «mənfi əvəzedici» paradiqmasını
əkizlər mif modeli ilə əlaqələndirərək yazır: «Folklorda qəhrəmanın müs-
bət əvəzedicisi kimi, mənfi əvəzedicisi də mənşəcə əkizlər mifinə gedib
çıxır» (2, 36).
Müəllifin əkizlər mifini folklor dünya modelində mənfi-müsbət əvəz -
edicilərin  yaratdığı  yarusun  arxetipik  invariantı  kimi  götürməsi  tədqiq
etdiyi materiya sahəsinə diaxron inkişaf müstəvisində yanaşmasının mən-
tiqi nəticəsi kimi meydana çıxır.
Alimin  yaradıcılığında  tədqiqatdan  tədqiqata  faktoloji  baxımdan  –
zənginləşməkdə, semantik aydınlatma baxımından – dərinləşməkdə olan
«yalançı qəhrəman» paradiqması onun təhlilində artıq «komik» və «cid -
di» böyümə planlarına şaxələnmiş semiotik (işarəvi) təhlil modelinin içə -
risindədir: «Biz bu başlıq altında komik yalançı qəhrəmandan yox, «cid -
di» yöndə təqdim edilən yalançı qəhrəmandan danışmağı nəzərdə tuturuq.
Nəzərə  alırıq  ki,  «ciddi»  yöndə  təsvir  edilən  yalançı  qəhrəman  komik
2011/
IV
84
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə