60
UOT 336.6
MATERİAL EHTİYATLARININ VƏ MƏSRƏFLƏRİNİN
QİYMƏTLƏNDİRİLMƏSİ METODLARI
ƏHMƏDZADƏ MEHMAN İMAMVERDİ oğlu
Sumqayıt Dövlət Universiteti, dosent
e-mail: azmexim18@gmail.com
Açar sözlər: vergi yükü, material ehtiyatları, material məsrəfləri, alternativ qiymətləndirmə üsulları.
İstehsal fəaliyyətini həyata keçirmək üçün sahibkarlar əsas və köməkçi materiallar, yanacaq,
komplektləşdirici məmulatlar, ehtiyat hissələri və digər material ehtiyatları alır və hesabatda onların
faktiki maya dəyəri üzrə uçotunu aparırlar.
Nəzərə alsaq ki, müəssisələrdə və təşkilatlarda mühasibat uçotu və hesabatı ilə bağlı
münasibətlər “Mühasibat uçotu haqqında” Qanunla və “Büdcədən maliyyələşən idarə, müəssisə və
təşkilatlarda mühasibat uçotunun planı və onun tətbiqinə dair “Təlimat”la tənzimlənir, onda bu
qurumlarda material ehtiyatlarının və məsrəflərinin uçotunun aparılması qaydalarını
müəyyənləşdirən qanunvericilik müddəalarını da məhz həmin mənbələrdə axtarmaq lazımdır. Hələ
1995–2004-cü illərdə tətbiq edilmiş “Mühasibat uçotu haqqında” birinci Qanunun 10-cu maddəsinə
və Təlimatın “Material ehtiyatları” adlanan 2-ci bölməsinə uyğun olaraq, istehsala silinən material
məsrəflərinin uçotu ehtiyatların qiymətləndirilməsinin metodlarından biri ilə (orta maya dəyəri üzrə;
vaxta görə birinci alınanların maya dəyəri üzrə; vaxta görə sonuncu alınanların maya dəyəri üzrə)
aparılır. Lakin həmin qanunun 1995-ci ildən və təlimatın isə 1998-ci ildən qüvvədə olmasına
baxmayaraq, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müəssisələr və büdcədən
maliyyələşən təşkilatlar material ehtiyatlarının və məsrəflərinin qiymətləndirilməsinin yeni
üsullarının məzmununu və tətbiqi mexanizmini aydınlaşdıra bilmirlər. Mühasibat uçotunun
beynəlxalq standartlar əsasında yenidən qurulduğu müasir dövrdə materialların yeni üsullarla
qymətləndirilməsinə maraq daha da artır.
Yuxarıda qeyd olunduğu kimi, material ehtiyatları və məsrəfləri uçotda və hesabatda onların
faktiki maya dəyəri üzrə əks etdirilir. Faktiki maya dəyərinin müəyyənləşdirilməsi qaydası material
qiymətlilərınin növündən, onların təşkilata daxil olması qaydasından və qiymət səviyyəsinin
dinamikasından bilavasitə asılıdır. Bazar iqtisadiyyatı şəraitində müəssisə tələb olunan materialları
fasiləsiz surətdə dəyişilən bazar qiymətləri üzrə əldə edir. Material məsrəflərinin orta maya dəyəri
üzrə uçota alınması hesabat gostəricilərinin təhrif olunması və mənfəətin məbləğinin süni surətdə
azaldılması ilə nəticələnir [1, 25].
Yuxarıda göstərildiyi kimi, “Mühasibat uçotu haqqında ”Qanunla material ehtiyatlarının və
məsrəflərinin vaxta görə birinci alınanların maya dəyəri və ya FİFO, habelə vaxta görə sonuncu
alınanların maya dəyəri və ya LİFO üzrə qiymətləndirilməsi nəzərdə tutulmuşdur.
FİFO metodu (“First-in , first out”) mühasibat dilində “birinci daxil oldu – birinci satıldı”
kimi başa düşülür. Bu metotdan istifadə ona əsaslanır ki, əvvəl alınan əmtəə-material ehtiyatları tez
satılır və ya sərf olunur.
LİFO (“Last-in, first out”), yəni “axırıncı alındı-birinci satıldı” metodu axırıncı alınan
vəsaitlərin birinci satılması və ya sərf olunması ideyasına əsaslanır.
Göstərilənlərlə yanaşı, Qərb fırmalarında materialların qiymətləndirilməsi üçün daha iki
metotdan (HİFO və LOFO) istifadə olunur. Məsələn: bu metodların tətbiq edilməsinə dair
Almaniyanın Ticarət Məcəlləsində müvafıq müddəalar vardır. HİFO metodu ən baha qiymətə alınan
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 13 № 3 2017
61
materialların, LOFO isə ən ucuz alınan materialların birinci növbədə sərf olunması fərziyyəsinə
əsaslanır [4, 74].
Göstərilən metodların tətbiqolunma mexanizmini aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki,
rüb və il ərzində müxtəlif qiymətlər üzrə alınan və istehlak olunan materiallar neftayırma və sement
zavodlarının, un dəyirmanlarının, çörək zavodlarının, tikinti müəssisələrinin və tikinti abadlaşdırma
tədbirlərini həyata keçirən təşkilatların anbarlarına və ya yeraltı çənlərinə fasiləsiz surətdə daxil olur
və istehsal məqsədləri üçün sərf edilir. Buna uyğun olaraq, rüblük və ya illik hesabatlarda faktiki
material məsrəflərinin və hesabat dövrünün sonunda material üzrə qalığın yuxarıda nəzərdən
keçirilən metodlarla qiymətləndirilməsi qaydasını benzindoldurma məntəqəsinin timsalında
aydınlaşdıraq. Nəzərə alınmalıdır ki, inflyasiya şəraitində müxtəlif qiymətlər üzrə alınan yanacaq
məntəqənin çənlərinə axıdılır və oradan satılır. Satılacaq yanacağın maya dəyərinin hesablanması
üçün hesabat dövrünün əvvəlində və sonunda yanacağın çəndəki qalığının həcmi müəyyənləş-
dirilməlidir. Yekun məlumatlar cədvəl 1-də verilmişdir.
Cədvəl 1.
İlkin məlumatlar
Tarix
Əməliyyatlar
Miqdar (ton)
Vahidin maya dəyəri
(min man.)
Ümumi maya dəyəri
(min man,)
1 iyul
Qalıq
20
950,0
19000
10 iyul
Alınmışdır
200
980,0
196000
28 iyul
Alınmışdır
210
920
193200
9 avqust
Alınmışdır
150
1010
151500
25
avqust
Alınmışdır
200
1120
224000
10 sentyabr
Alınmışdır
220
1050
231000
25
sentyabr
Alınmışdır
250
1100
275000
III rüb
Satış üçün cəmi
1250
X
1289700
30 sentyabr
Qalıq
120
X
X
Tələb olunur: yuxarıdakı məlumatlar əsasında yanacaq materialları məsrəflərinin və qalığının
maya dəyərini, orta maya dəyərini, FİFO, LifO, HİFO LOFO metodları ilə hesablamaq.
Ən əvvəl rüb ərzində satılan yanacağın miqdarını hesablayırıq, yəni:
20+(200+210+150+200+220+250)-120= 1130 ton
III rüb ərzində satılan yanacağın maya dəyərinin hesablanması.
a) Orta maya dəyəri üzrə: 1 ton yanacağın orta maya dəyərini rüb ərzində satılan yanacağın
həcminə vurmaq lazımdır, yəni:
1) 1289700:1250=1031,76 man
2) 1130x1031,76=1165888,8 min man.
b) FİFO üzrə: (20x950)+(200x980)+(210x920)+(150x1010)+(200x1120)+(220x1050)+
+(130x1100)= 1157700 min man.
c) LİFO üzrə: (250x 1100)+(220x 1050)+(200x 1 120)+( 150x1010)+(210x920)+( 100x980)=
=1172700 min man.
ç) HİFO üzrə: (200x 1120)+(250x 1100)+(220x 1050)+( 150x 1010)+(200x980)+(20x950)+
(90x920)=l 179300 min man.
d) LOFO üzrə: (210x920)+(20x950)+( 1020x980)+( 150x1010)+(220x 1050)+(250x 1 100)+
+(80x1120)= 1 155300 min man.
III rübün sonunda satılmış yanacaq qalığının maya dəyərinin hesablanması:
a) Orta maya dəyəri üzrə:
120x1031,76=123811,2 min man.
b) FİFO üzrə: 120x1100=132000 min man.
Əhmədzadə M.İ.