Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə13/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   51

45
buyurulur  ki,  cəhənnəm  əhli  əzab  mələyinə  ölüm  arzusu  ilə
müraciət edərlər. Amma onların istəyi rədd edilər.
HANSı DÜNYA? 
İnsan dünyanı axirətlə müqayisə etməli, onlar arasındakı fərqi
müəyyənləşdirməlidir.  Dünya  ləzzətləri  xatirinə  axirət
səadətindən  keçməyə  dəyərmi?  Tutaq  ki,  insana  fir’onlar
səltənəti  nəsib  oldu,  özü  üçün  ehram  ucaltdı,  Harun  Ərrəşidin
hakimiyyətini  əldə  etdi,  xəzinəsinin  açarlarını  daşımaq  çətin
oldu,  xəstəlik  və  narahatlıqdan  amanda  qaldı.  Məgər  istənilən
xoşbəxt dünya həyatını əbədi axirətlə bir tutmaq olarmı?! Axı
dünya həyatı nə qədər ləzzətli ötüşsə də, müvəqqətidir. 
İnsanı  dünya  həyatını  üstün  tutmağa  vadar  edən,  dünyaya
məftunluqdur.  İnsan  dünya  ne’mətlərinə,  dost-tanışlara  nə
qədər bağlı olarsa, dünyadan ayrılmaq da bir o qədər çətin olar.
Əlbəttə ki, insan heç bir hazırlıq olmadan, tanımadığı bir yerə
getmək  istəmir.  Amma  ağılı  heyrətə  gətirən  əbədi  ləzzətləri
qoyub,  ötəri  dünya  ne’mətlərinə  uymaq  insaf  deyil.
Qur’ani-kərim  buyurur:  “Əməllərinin  mükafatı  olaraq,
mö’minlər üçün necə göz oxşayan ne’mətlər saxlandığını kimsə
bilməz.”  Məgər  müvəqqəti  ləzzətə  görə  əbədi  ne’mətlərə  arxa
çevirmək ağıllı işdirmi?! İnsan bütün dünya ne’mətlərinə sahib
olsaydı  belə,  yenə  də  dünya  axirətlə  müqayisədə  dəyərsiz
olardı.  Çünki  dünyada  nə  varsa,  müvəqqətidir.  Bundan  əlavə,
dünya  ləzzətləri  ilə  çiyin-çiyinə  dünya  bəlaları  dayanır.  Bu
məsələ  o  qədər  mühümdür  ki,  ona  diqqətsizlik  insanı  əbədi
cəhənnəmdə sakin edə bilər. 
Bilirik  ki,  axirət  aləmi  əbədidir  və  hər  birimiz  ona
qovuşasıyıq.  Vəsiyyətnamənin  müraciət  etdiyi  şəxs  axirətə
inamlı  şəxsdir.  Amma  o  bu  məsələni  arabir  xatırlayır.  Onu
yaddan  çıxarmamaq  üçün  hansısa  bir  iş  görülməlidir.  Bu
e’tiqadı  diri  saxlamaq  üçün  keçmişdəkilərin  həyatını,  tarixi
mütaliə etmək lazımdır. İnsanın bütün vücudu təsdiq etməlidir
ki,  dünya  müvəqqəti  dayanacaqdır.  Ona  görə  də  Həzrət  (ə)


46
“qədimdəkilərin  xəbərlərini  qəlbinə  ərz  et”  –deyə buyurur.
Keçmişdəkilərin  həyatından  ibrət  götürməklə  büdrəmələrdən
qorunmaq  lazımdır.  Vəsiyyətin  mehvəri  qəlbdir.  İnsan  üçün
əsas  da  qəlbdir.  Səadətə  çatmaq  istəyirsinizsə,  qəlbinizi  islah
etməlisiniz.  Problemlərinizi  həll  etmək  üçün  qəlbinizin
problemlərini  həll  etməlisiniz.  Həzrətin  (ə)  nə  üçün  qəlbi
mehvər  seçməsini  bilməyimiz  yaxşı  olar.  Nə  üçün  qəlb
keçmişdə baş verənlərdən xəbərdar olmalıdır?
Bə’zən  insan  bir  şeyi  oxuyub  eşitsə  də,  ona  səthi  yanaşır,
dərindən  düşünmür.  Məsələn,  qəbir  ziyarətinə  getsə  də,  ölülər
haqqında  dərindən  düşünmür.  Sözsüz  ki,  bu  sayaq  müşahidə
heç  vəchlə  qəlbə  sirayət  etmir.  İnsan  elə  baxmalı,  elə
dinləməlidir  ki,  bu  gedişdə qəlb iştirak etsin.  İnsan gördükləri
və  eşitdikləri  barədə  düşünməli,  həqiqəti  dərk  etməlidir.  Ona
görə də keçmişin xəbərlərini qəlbən dinləmək tövsiyyə olunur. 
ƏTRAFA VƏ ÖZÜNƏ SƏFƏR
Vəsiyyətin ötən cümlələrində imam (ə) keçmişin xəbərləri ilə
tanış  olmağı  tövsiyyə  etdi.    Sonra  buyurulur:  “...Diyarlarını
seyr et, nişanələrindən ibrət götür. Gör nə ediblər, haradan
qalxıb,  haraya  düşüblər...”  Keçmişdən  danışan  şəhərləri
gəzmək,  keçmişin  qalıqlarından  ibrət  götürmək  tapşırılır.
Onların  haraya  getdiklərini,  harada  məskən  saldıqlarını
öyrənmək tövsiyyə olunur. Bəli, insan diri iman üçün çalışmalı,
bu  yolda  göz  və  qulaqdan  istifadə  etməli,  tarixlə  tanış  olmalı,
tarixin nişanələrini seyr etməlidir. Qədim insanların hansı işlər
gördüyünü,  hansı  nəticələr  əldə  etdiyini,  bir  ömür  zəhmətdən
sonra  haraya  getdiyini,  kimlərdən  ayrıldığını  bilmək  lazımdır.
Onlar  bir  an  ayrıla  bilmədikləri  əzizlərindən  çox-çox  uzaq
düşdülər.  Həzrət  (ə)  buyurur:  “...Onda  görərsən  ki,  öz
dostlarından  ayrılmış,  tənhalığa  çəkilmişlər.”  Keçmişin
nişanələrini  gördükdən  sonra  anlayırsan  ki,  onlar  ən  əziz
adamlarından  ayrılmış,  qərib  olmuşlar.  Axı  onlar  əvvəllər
yalnız  dünya  əhli  ilə  ünsiyyətdə  olmuş,  axirət  əhlini


47
tanımamışdılar.  Yalnız  dünya  ilə  əlaqədə  olduqlarından  indi
tənhadırlar. Onlar qərib müsafir tək, düşdükləri yerdə heç kimi
tanımırlar. Bütün bu səhnələri görüb, dərk etdikdən sonra sual
yaranır  ki,  indi  nə  etməliyik?  Onların  aqibətinə  düçar  olmalı,
yoxsa  çıxış  yolu  axtarmalıyıq?  Həzrət  (ə)  qaçılmaz  aqibət
barədə  xəbərdarlıq  edir:  “Sanki  sən  də  tezliklə  onlardan
olacaqsan.” Dünya həyatının sonu həmin nöqtədir.
HƏYAT YOLUNDAN ÖTÜŞMƏ
İnsan  tarixi  mütaliə  etməklə,  dünyanın  vəfasızlığından,  öz
aqibətindən  xəbərdar  olduqdan  sonra,  şübhəsiz  ki,  çarə
axtarmağa  başlayır.  İnsan  həyat  yolundan  ötüb-keçməyə
məcbur olduğunu anlayır. Bu yolda heç bir e’tibarlı dayanacaq
yoxdur. Varlıq aləmi yarandığı gündən bu yolu gedir. Zamanın
dövrü  insan  əlində  deyil.  İnsan  istəsə  də,  istəməsə  də  zaman
hərəkətdədir.  Bəs  daim  hərəkətdə  olan  insan  haraya  üz  tutub?
Ey  insan,  harada  dayanmaq  istəyirsən?  Sənin  aqibətin  necə
olasıdır?  Yolun  ortasında  sərmayəni,  qazancı  əldən  vermək
ağıllı  işdirmi?  Bu  yoldakı  çətinliklər  hamıya  aiddir.  Həyat
çətinliksiz  ötüşmür.  Xoş  gün  hamı  üçün  müvəqqətidir.
Bəşəriyyətin  taleyi  belədirsə,  kim  özünü  kənara  çəkə  bilər?!
Həzrət (ə) buyurur: “ Yerini islah və abad et, axirətini dünyaya
satma.”
AXIRƏT DÜNYADAN ÜSTÜNDÜR
Dünyanı  tanıdıqdan,  onun  müvəqqətiliyini  bildikdən  sonra
əbədi  axirəti  bu  ötəri  dünyaya  satmaq  olarmı?!  Araşdırma
aparan  hər  bir  insan  bu  müamilənin  zərər  olması  qənaətinə
gələsidir.  Doğrudan  da,  əbədi  axirəti  beş  günlük  dünyaya
satmaq ağılsızlıq olardı.
Maraqlıdır ki, insanın görüb eşitməsi ilə onun qəlbi arasında
nə kimi əlaqə vardır? Həzrət Əli (ə) keçmişdəkilərin başlarına
gələnləri  eşidib  görməyi  tövsiyyə  edirsə,  demək,  bu  iş  qəlb
üçün  çox  tə’sirlidir.  E’tiraf  etməliyik  ki,  bu  bağlılığı  olduğu
kimi dərk etməkdə acizik. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə