Vii siNİf azərbaycan tariXİ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə24/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

Azərbaycan  ustaları  nadir  metal  məmulatları  hazırlamaqda  da  mahir  idilər.  Belə  sənət  incilərindən  biri  də 

Gəncənin məşhur qala qapıları hesab olunur.  

 

 



   

 

Qız qalası. Mərdəkan qalası 

   

       

      

 

Gülüstan və Buğurd qalalarının qalıqları 

 

 

 

 

 

Əcəmi Naxçıvaninin memarlıq abidələri. Cümə məscidi. Qoşaminarə. Yusif ibn Küseyr və Möminə Xatun türbəsi.  

 

 

 



XRONOLOGİYA 

 

1038-1157 

Böyük Səlcuq imperatorluğunun mövcud olması 

1038-ci il 

 

1040-1063 

Səlcuq sultanı I Toğrulun hakimiyyəti 

1048  18 sentyabr 

Səlcuq – Azərbaycan türk qoşunlarının Bizans, erməni və gürcü feodallarını məğlub 

etməsi 

1054 

Rəvvadilər və Şəddadilər dövlətinin Səlcuqlardan asılı vəziyyətə düşməsi 



1055 

Səlcuqların Bağdadı Abbasilər xilafətini özündən asılı vəziyyətə salması. 



1066 

 Səlcuqların Şirvanşahlar dövlətini  özlərinə tabe etməsi. Azərbaycan torpaqlarının Böyük 

Səlcuq imperatorluğunun tərkibinə qatılması prosesinin başa çatması 



1118-1194 

İraq Səlcuq sultanlığının mövcud olması. 



1136 

Şəmsəddin Eldənizin Arran hakimi təyin edilməsi ilə Eldənizlər dövlətinin əsasının 

qoyulması 

1136-1225 

Eldənizlər (Atabəylər) dövlətinin mövcud olması 



1136-1175 

Şəmsəddin Eldənizin hakimiyyəti. 



1160 

Şəmsəddin Eldənizin “Böyük atabəy” titulu alması. 



1175-1186 

Məhəmməd Cahan Pəhlavanın hakimiyyəti. 



1175 

Məhəmməd Cahan Pəhlavanın paytaxtı Naxçıvandan Həmədana köçürməsi 




1186-1191 

Atabəy Qızıl Arslanın hakimiyyəti 



1190 

Həmədan döyüşü. Qızıl Arslanın III Toğrul üzərində qələbə qazanması 



1191 

Qızıl Arslanın Xəlifə ən-Nasirin razılığı ilə özünü sultan elan etməsi. Atabəylərin sultan 

titulunu ələ keçirməsi 

1191-1210 

Atabəy Əbu Bəkrin hakimiyyəti. 



1194 

Şəmkir və Beyləqan vuruşması. Gürcüstan və Şirvanşahların birləşmiş qoşunlarının Əbu 

Bəkri məğlubiyyətə uğratması 

1210-1225 

Atabəy Özbəyin  hakimiyyəti. 



XI əsrin ortaları  

Azərbaycan xalqının formalaşmasının başa çatması. Azərbaycan türk dilinin bütün ölkə 

ərazisində vahid ünsiyyət dilinə və ədəbi dilə çevrilməsi 

XII əsr 

Memar Əcəmi tərəfindən

 

Yusif İbn Küseyr və Möminə xatun türbəsinin, Qoşaminarə. 



Cümə məscidi və Eldənizlər sarayının inşa edilməsi 

XII əsr 

 Azərbaycanın intibah memarlıq abidələri olan Qız Qalası, Mərdəkan qalası, Gülüstan 

qalası və Buğurd qalasının inşa edilməsi 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



AZƏRBAYCAN XIII-XIV ƏSRLƏRDƏ. MONQOLLARIN AZƏRBAYCANDA 

HAKİMİYYƏTİ 

 

Monqolların Azərbaycana birinci yürüşü (1220-1222) 



 

Monqol yürüşləri ərəfəsində siyasi vəziyyət 

1206-cı 


ildə  Çingiz  xan  (1207-1227)  

tərəfindən  Mərkəzi  Asiyanın  şərqində  yaradılmış 

Monqol dövləti ilk  vaxtdan  hərbi yürüşlərə  başladı. 

Monqol  ordusu  geniş  əraziləri  tutaraq  Azərbaycana 

doğru  irəlilədi.    XIII  əsrin  əvvəllərində    monqol 

yürüşləri 

ərəfəsində 

Azərbaycanda 

vəziyyət 

aşağıdakı kimi idi: 

 

Daxili  və  xarici  vəziyyət  gərgin  idi,  feodal 



pərakəndəliyi höküm sürürdü. 

 



Monqollara  ciddi  müqavimət  göstərəcək  vahid 

mərkəzi dövlət yox idi. 

 

Azərbaycan  dövlətlərindən  heç  biri  təhlükədən 



qorumağa qadir deyildi. 

 



Eldənizlər dövləti əvvəlki qüdrətini itirmişdi. 

 

Monqol yürüşləri ərəfəsində Azərbaycanda 



mövcud olan dövlətlər 

 

 

Monqolların Azərbaycana birinci yürüşünün başlanması. Təbrizin müdafiəsi 

1220-ci  ildə  Cəbə  və  Subutayın  rəhbərliyi  ilə  monqol  qoşunlarının  Azərbaycan  torpaqlarına  birinci  yürüşü 

başladı. Monqolların birinci yürüşünün məqsədi kəşfiyyaxarakteri daşıyırdı. 



Cəba    Sabutay  əvvəl  Zəncan,  Ərdəbil  və  Sərab  şəhərlərini  tutaraq  dağıtdıqdan  sonra  Təbrizə  hücum 

etdilər.  Təbriz  şəhəri  möhkəm  qala  divarları  ilə  əhatə  olunduğundan  monqollar  danışıqlar  apardılar.    Bu  zaman 

Eldəniz  hökmdarı  Özbək,  Təbrizin    müdafiəsinə  arxayın  olmadığı  üçün  monqollarla  sazişə  girərək  Cəba  ilə 

Sabutayın yanına elçilər və xərac göndərdi. Beləliklə, Azərbaycana monqolların birinci yürüşü zamanı 1220-ci ildə 



Təbriz şəhəri  xərac verərək talan və qarətdən xilas oldu.  

Monqollar Təbrizdən xərac aldıqdan sonra qışlamaq üçün 



Muğana  getdilər  və  buradan  Gürcüstan  istiqamətində  hücum 

etdilər.  Monqolların  Muğandan  Gürcüstan  istiqamətinə  hücuma 

keçməsinin  səbəbi  -  gürcü  çarı  IV  Georgi  ilə  Atabəy  Özbəyin 

monqollara  qarşı  hərbi  ittifaq  bağlandığ  barədə  məlumat 

alması  idi.  Bu  hücum  nəticəsində    gürcü  çarı  məğlubiyyətə 

uğradıldı. 

1221-ci  ilin  əvvəllərində  Cəba  və  Sabutayın  dəstələri 

Gürcüstandan  yenidən  Azərbaycana  qayıtdılar  və  ikinci  dəfə 

Təbrizə hücum etdilər. Bu zaman Təbriz hakimi olan  Şəmsəddin Tuğyari monqollara xərac verərək şəhəri ikinci 

dəfə qarətdən xilas etdi. Monqollar Təbrizdən xərac aldıqdan sonra Marağaya hücum etdilər. 

Əhali monqollara ciddi müqavimət göstərdi. Lakin, monqolların Marağaya hücumu nəticəsində:  

 

Marağa şəhəri tutularaq qarət olundu 



 

Şəhər əhalisinə qanlı divan tutuldu 

Eldənizlər

 

Ağsunqurilər  



 

Şirvanşahlar  

 

Monqolların yürüşü zamanı 

 

Qafar Seyfullayevin «Monqolların Şamaxıya hücumu» 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə