5
Avropa Şurası Nazirlər Komitəsi AİHM-in yuxarıda qeyd edilən seçki qərarları ilə bağlı 2013-cü ilin
sentyabrında xüsusi icraata başlayıb. Komitə hesab edir ki, Azərbaycandakı seçki pozuntuları
kompleks məsələdir, seçki komissiyaları və məhkəmələr hüquqların əsassız məhdudlaşdırılmasına
qarşı səmərəli hüquqi müdafiə vasitələri olmadığından hökümətdən bununla bağlı tədbirlər həyata
keçirməlidir.
5
Təşkilat barədə
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda azad və ədalətli
seçkilərin keçirilməsi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı sahəsində fəaliyyət göstərən
qeyri-hökumət təşkilatıdır.
SMDT qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri və üzvləri tərəfindən
yenidən təsis edilib. Qeyd edək ki, 24 iyul 2001-ci ildə təsis olunmuş SMM-nin qeydiyyatı 14 may
2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qanunsuz iddiası əsasında Xətai rayon
məhkəməsi tərəfindən ləğv edib.
SMM 2001-2013-cü illərdə Azərbaycanda keçirilən referendum, prezident, bələdiyyə və parlament
seçkilərini müşahidə edib.
SMDT üzvləri Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsi (ENEMO), Demokratik
Seçkilər üzrə Avropa Platforması (EPDE) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosunun Müşahidə Missiyaları tərkibində ATƏT-ə üzv ölkələrdə keçirilən seçkiləri müşahidə
ediblər.
III.
Seçki tövsiyələrinin icra vəziyyəti
SMDT Azərbaycanda seçki prosesinin mühüm aspektləri üzrə beynəlxalq təşkilatların tövsiyyələrini
ümumiləşdirərək, onların icrası ilə bağlı vəziyyətin dəyərləndirilməsini aparıb. Ancaq
ATƏT/DTİHB-in Seçki Müşahidə missiyası tərəfindən 9 oktyabr 2013-cü il prezident seçkisi üzrə
Yekun hesabatı yaxın 5 il ərzində ən son və kompleks tövsiyələr olduğundan daha geniş nəzərdən
keçirilib.
1.
İfadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlığı üzrə milli qanunvericiliyin
beynəlxalq standartlara uyğunlaşdırılması
Tövsiyyə:
Milli qanunvericiliyin beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması naminə toplaşmaq, ifadə
və birləşmək azadlığı üzrə mövcud hüquqi çərçivə nəzərdən keçirilməlidir. Mövcud qanunvercilik və
tələb olunan dəyişikliklərlə əlaqədar məsləhələşmələr ictimaiyyətin iştirakı ilə bütün maraqlı
tərəflərin iştirakı ilə təşkil olunmalıdır.
İcra vəziyyəti:
İfadə azadlığı sahəsində mövcud olan hüquqi və praktiki maneələr aradan qaldırılmayıb. Belə ki,
AİHM-in Fətullayev qərarının, eləcə də Mahmudov və Ağazadə qərarının icrası ilə əlaqədar AŞ
5
AŞ Nazirlə
r Komit
ə
sinin 1179
saylı toplantısı,
24-26 sentyabr 2013 -
http://hudoc.exec.coe.int/eng?i=CM/Del/Dec(2013)1179/2
6
Nazirlər Komitəsi hökumətin üzərinə diffamasiya qanunlarını dəyişmək öhdəliyi qoyub.
6
Bu
öhdəliyə əsasən hökümət diffamasiyanı dekriminalizasiya etməli və mülki diffamasiya ilə bağlı
aydın müddəalar müəyyən etməlidir. Ancaq hökümət yeni diffamasiya qanunu qəbul etməyib və bu
istiqamətdə atılan bütün addımlar yığışdırılıb. Əksinə hökümət internetdə ifadə azadlığını
məhdudlaşdıran bir sıra addımlar atıb. Əvvəl, məxsusi olaraq (expressis verbis) internet
diffamasiyası, daha sonra isə internetdə, ələlxüsus sosial şəbəkələrdə yazılan anonim şərhlərdə
diffamasiya halları kriminallaşdırılıb.
7
2017-ci ilin martında isə Parlament internet saytlarını bloklamağa imkan verən qanuna düzəliş edib.
Bu düzəlişlə hökümətə və məhkəmələrə internet saytlarını bloklamaq üçün qeyri-məhdud
səlahiyyətlər verilib.
8
Beləliklə, 2013-cü ildən sonra ifadə azadlığı sahəsində yeni hüquqi
məhdudiyyətlər gətirilib. Bu hüquqi məhdudiyyətlər əlavə praktik sahədə də vəziyyət pisdir.
İnternetdə, xüsusən də sosial şəbəkələrdə höküməti və yüksək siyasi rəsmiləri, o cümlədən Prezident
ailəsini tənqid edən şəxslərə qarşı hüquq-mühafizə orqanları tərəfindən digər bəhanələrlə (narkotik,
xuliqanlıq, polisə tabe olmama və s) cinayət və inzibati xəta işləri başlanır və bu çərçivədə
tənqidçilərin azadlıqdan məhrum edilməsi davam edir.
Sərbəst toplaşmaq azadlığı sahəsində də köhnə çətinliklərlə yanaşı yeniləri də meydana çıxıb. Yerli
icra başçıları şəhərin münasib yerlərində toplantı keçirməyə icazə verməməyə davam edirlər. Bunun
əvəzinə toplantı üçün ucqar və əlverişsiz yerləri təklif edirlər. Bundan əlavə, Parlament toplantıların
keçirilməsinə dair cinayət və inzibati sanksiyaları qeyri-mütənasib qaydada sərtləşdirib. Xüsusilə
yeni inzibati sanksiyalarla inzibati xəta kimi toplanış qaydalarının pozulması 3 ay müddətinə qədər
həbs sanksiyası və yüksək məbləğdə cərimə ilə nəticələnir.
9
Son 4 ildə Birləşmə azadlığına qoyulan məhdudiyyətlət ifadə və toplanış azadlıqlarına qoyulanlardan
daha dramatik olub. 2013-cü ilin sonundan başlayaraq, Azərbaycanda QHT-lərin fəaliyyəti de facto
qadağan edilib. İlk növbədə, Baş Prokurorluq QHT-lərin fəaliyyəti ilə bağlı bir neçə cinayət işi
başlayıb və bu cinayət işləri çərçivəsində bir neçə mühüm QHT funksioneri həbs edilib, onlarla
QHT-nin bank hesabları dondurulub, QHT funksionerlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub,
QHT-lərin ofislərində axtarış və götürmələr aparılıb. Bundan əlavə, Parlament qanun düzəlişləri
edərək QHT-lərin əsas maliyyə mənbəyi olan xarici maliyyələşməni həddən ziyadə çətinləşdirib və
bu cür maliyyələşməni Ədliyyə nazirliyinin mülahizəsindən asılı edib. Bu düzəlişlə QHT-lərin
fəaliyyəti faktiki olaraq iflic olub. Həmçinin Parlament QHT-lərin hesabatlılığına dair inzibati
sanksiyaları sərtləşdirib.
10
Bu düzəlişlər Ədliyyə nazirliyinə QHT-ləri yoxlamaq üçün qeyri-məhdud
səlahiyyətlər verib. Bundan əlavə, QHT-lərin qeydiyyatı sahəsində problemlər qalmağa davam edir.
Ədliyyə nazirliyi əsassız olaraq QHT-ləri qeydiyyata almaqdan imtina etməyə davam edir.
11
6
AŞ Nazirlə
r Komit
ə
si, Mahmudov v
ə
Agazad
ə
Az
ərbaycana qarşı
-
http://hudoc.exec.coe.int/eng?i=004-1709
7
Cinay
ə
t M
ə
c
ə
ll
ə
sin
ə
ə
lav
ə
l
ə
r (may 2013 v
ə
noyabr 2016), Madd
ə
147, 148 v
ə
148-1
http://e-qanun.az/code/11
8
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə qanun
-
http://www.meclis.gov.az/?/az/legislation/view/3548
9
İnzibati Xə
talar M
ə
c
ə
ll
ə
sin
ə
d
əyişikliklə
r (mart, 2016)
http://e-qanun.az/code/24
10
SMDT-
nin araşdırma
s
ə
n
ə
di
–
http://smdtaz.org/az/siyasi-huquqlar/birl%C9%99sm%C9%99ks%C9%99rb%C9%99st-toplasmaq-
azadligi
11
Hazırda AİHM qarşısında Ə
dliyy
ə
Nazirliyinin QHT-l
ərin qeydiyyatından imtinası ilə
bağlı
kommunikasiya m
ə
rh
ə
l
ə
sind
ə
olan 50-d
ə
k
bel
ə
şikayə
t var.
http://hudoc.echr.coe.int