Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə51/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   47   48   49   50   51   52   53   54   ...   189

vaxtlarda  Yazıçılar  İttifaqına  rəhbərlik  edən  insanların  xidmətlərini  unutmaq  olmaz. 

Mən  böyük  hörmət  və  ehtiramla  onların  adlarını  çəkmək  istəyirəm:  Məmmədkazım 

Ələkbərli,  Seyfulla  Şamilov,  Səməd  Vurğun,  Rəsul  Rza,  Süleyman  Rəhimov,  Mirzə 

İbrahimov, Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı. 

Təşkilatımızın  75  illik  tarixinə  nəzər  salarkən  Azərbaycan  Yazıçılar  İttiifaqının 

keçmişində  şərəfli,qürur  doğuracaq  səhifələrlə  yanaşı,uğursuz  illərin  acıları  da  yada 

düşür.30-a qədər Azərbaycan yaşıçısı 37-ci ilin repressiya qurbanları olmuş,güllələnmiş, 

sürgün  edilmişlər.  Bu,  İttifaqşımızın  o  vaxtki  üzvlərinin  üçdə  biridir.  1988-ci  ildə 

keçmiş  Sovet  İttifaqında  ilk  olaraq  biz  Yazıçılar  Birliyində  respressiya  qurbanları 

yazıçıların  -xatirə  lövhəsini  asdıq.Bu  lövhədə  -27  yazıçımızın  adları  həkk  olunub. 

Amma o dövrün mətbuatını vərəqlədikdə görürük ki, repressiya olunanlar arasında həm  

millətçilikdə, pantürkizmdə, antisovetçilikdə ittiham olunan şəxslərin adları var,həm də 

onlara  bu  ittihamları  verən  bəzi  tənqidçilərin.  Elə  həmin  ildə  başqalarına  ittiham 

verənlərin  bir  çoxu  həmin  ittihamlarla  tutuldular,  sürgün  edildilər,  güllələndilər.Çünki 

repressiyaları  heç  bir  məntiqlə  izah  etmək  mümkün  deyil.  Cavidi,  Cavadi 

millətçilikdə,pantukrçülükdə  ittiham  edirdilər,  amma  bu  iltihamçıların  özləlri  də 

repressiya  qurbanı  oldular,  «oxu  tar,  səni  kim  unudar»  şeirini  yazan  istedadlı  şair 

Mikayıl Müşfiqi də güllələdilər, tarı qadağan edən Xalq komissarını da… 

Taleyin  qismətiylə  ədəbiyyatımıza  vurulan  bu  ağır  zərbələrə  rəğmən,  istedadlı 

şairlərimizin,  yazıçılarımızın  böyük  bir  qismi  ədəbiyyatımızı  sönməyə,  məhv  olmağa 

qoymadılar, bütün çətinliklərə sinə gərərək dilimizi,  mənəviyyatımızı, milli varlığımzı 

yaşada,  ədəbiyyatımızı  poemalarla,  romanlarla,  dram  əsərləriylə,  şeir  və  hekayələrlə, 

tənqidi məqalələrlə, publisist yazılarla zənginləşdirdilər.  

Kəsərli  yazıçı  sözü    İkinci  Dünya  müharibəsi  illərində    bütün  xalqlara  qənim 

kəsilmiş  faşizm  təhlukəsiylə  mübarizədə  mühüm  rol  oynadı.  Yazıçılarımızın  bir  çoxu 

əlində  silah  müharibə  cəbhələrində  vuruşdu,bir  qismi  hərbi  müxbir  kimi  cəbhə 

qəzetlərində çalışdı,bəziləri də əsgərlərlə görüşlərdə onları döyüşə ruhlandırdı. 

1945-1946-cə illərdə Azərbaycan yaşıçıları Gənubu Azərbaycanda   milli şüurun 

oyanmasında  böyük  xidmətlər  göstərdilər.Qısa  bir  müddətdə  elə  bir  şərait  yaranmışdı 

ki, Sovet  




Azərbaycanının şairləri,yazıçıları Gənub mövzularına müraciət edərkən ən dərunu 

milli  duyğularını,vətənpərvərlik  hisslərini  parlaq  və  səmimi  şəkildə  ifadə  edə 

bilirdidilər. 

Müharibədən sonra ədəbiyyatımıza bir sıra istedadlı yazıçılar nəsli gəldi.  

Sovet dövründə əhəmiyyətli dönüş illəri  60-cı illərdən sonra başlandı.Bu zaman 

bütün  sovet  cəmiyyətindəki  ilıq  əsintilər,  buzların  əriməsi  ədəbiyyata,sənətə  təsir 

etməyə  bilməzdi.  Əlbəttə  ədəbiyyatın  yeni  mövzulara,  yeni  qəhrəmanlara,  yeni  ifadə 

vasitələrinə  müraciət  etməsini  yalnız  60-cı  illərdə  ədəbiyyata  gələn  nəsillərin 

yaradıcılıqlarıyla  bağlamaq  düz  olmaz.  Daha  yaşlı  nəsldən  olan  yazıçılar  da  bu 

yeniləşmə  prosesisndə  fəal  iştirak  edirdilər.  Sanki  onların  da  ikinci  nəfəsi  açılmışdı. 

Amma təbii ki,bu yeniləşmə prosesinin əsas yükünü altımışıncılar nəsli daşıyırdı. 

Nə  yazıq  ki,  az  sonra  bu    siyasi-ictimai  ab-hava  yeni  «buz  dövrüylə»,  sonralar  

durğunluq  adlandırılan  dövrlə  əvəz  olundu.  Nə  forma,nə  məzmun  baxımından  ötən 

dövrlərə qayıtmaq istəməyən yazıçılar - yeni çətinliklərlə qarşılaşdılar.  

Bu  proses  Moskvada  müəyyən  dərəcədə  dissident  hərəkatına  təkan  verdi. 

Azərbaycanda  bu  dövrdə    Moskvadakı  kimi  ənənəvi  anlamda  dissident  ədəbiyyatı 

adlana  biləcək  prosesin  nəzərə  çarpmamasının  bir  səbəbi  o  idi  ki,paytaxtda  bu 

yazıçıların  hər  addımı,hər  hərəkəti  dünya  mətbuatının  diqqət  mərkəzində  idi. 

Azərbaycanda belə hərəkətlər xəbər-ətərsiz ötüşə bilərdi.  

Amma  ikinci,daha  vacib  səbəb  o  idi,  bu  dövrdə  Azərbaycana  rəhbərlik  edən 

Heydər  Əliyevin    uzaqgörən  siyasəti  nəticəsində  Azərbaycanda    bütün  danoslara  və 

deyicilərə baxmayaraq heç kəs dissident elan olunmadı.Artıq müstəqillik dövründə bu 

barədə  açıq  danışan  Heydər  Əliyev  xatırlayırdı  ki,ona  vaxtilə  nə  qədər    xəbərçilik 

edirlərmiş,  «flan  şair  -  millətçidir,filan  yaşıçı  pantür-kistdir,flankəsin  özü  də 

antisovetdir,babası  da  sovet  hakimiyyətinin  düşməni  olub  və  s.  H.Əliyev  isə  bu 

şeytançılıq  edənlərə,çuğulçulara  deyil,haqqında  danos  verilən  mətnlərlə,  -  əsərlərlə, 

jurnallarla,  tamaşalarla  tanış  olurdu  və  özü  dediyi  kimi,  görürdü  ki,  burada  deyilənlər 

deyil, xalqa, onun milli şüurunun yetişməsinə yönəlmiş gərəkli fikirlər və meyllər var. 




Doğrudan  da,  Sovet  dövründə  ən  nüfuzlu  ictimai  təşkilat  olan  Yazıçılar  İttifaqı 

hər zaman dilimizin, mənəviyyatımızın, milli varlığımızın keşiyində durub, xalqımızın 

mühüm taleyüklü məsələləri meydana çıxanda ən gur səslənən yazıçı sözü olub. 

1990-91-ci  illərdə  Azadlıq  meydanına  gedən  yollar,  Milli  müstəqillik,  Azadlıq 

uğrunda mübarizənin ilk addımları Yazıçılar təşkilatından başlanırdı. 

Hazırki dövrdə siyasi partiyaların fəaliyyət göstərdiyi,müxtəlif ictimai qurumların 

bolluğu,mətbuat  və  söz  azadlığı  dövründə  Yazıçılar  Birliyi  xalqımızın  taleyüklü 

problemlərindən yayınmadan əsas diqqətini yaradıcılıq məsələlərinə yönəldir. Yazıçılar 

Birliyi  öz  üzvlərinə  də  onların  partiya  mənsubiyyəti    və  siyasi  əqidələri  baxımından 

deyil,  yaradıcılıq  nöqteyi-nəzərindən  yanaşır.  Elə  buna  görə  də  Mosvanın,  Rusiyanın, 

əksər  keçmiş  sovet  respbilkalarının  Yazıçılar  təşkilşatlarından  fərqli  olaraq  bizim 

Birliyimiz dağılmadı, parçalanmadı, əmlakı hərraca çıxarılmadı. 

Ara-sıra  Yazıçılar  Birliyinə  yersiz  iradlar  tutmağı  əsas  məqsədlərinə  çevirmiş 

bəzi  qəzetlərdə  «Yazıçılar Birliyi  lazımdırmı»yaxud  «Yazıçılar  Birliyi  kimə  lazımdır» 

kimi mənasız suallar gündəmə çıxarılır. Özü də ən qəribəsi odur ki, bu sualları ortaya 

atanlar ya Yazıçılar Birliyindən çıxdıqlarını bəyan edən-lərdir ya  heç vaxt bu təşkilatın 

üzvü olmayanlar.Əgər bu təşkilata heç bir dəxliniz olmadığınizi iddia edirsinizsə onun 

hər işi niyə sizi bu qədər maraqlandırır,narahat edir? 

Hələ  1997-ci  ildə  X  Qurultayımız  ərəfəsində  belə  söz-söhbətlər  qızışdırılarkən 

Ümummilli liderimiz Heydər Əliyevin gənc Yazıçılarla görüşdə dediyi sözlər bütün bu 

iddialara ən tutarlı cavab oldu. Heydər Əliyev deyirdi: 

«Yazıçılar İttifaqı xalqımıza nə qədər böyük fayda verib.İndi durub deyək ki,bu 

Yazıçılar Birliyi lazımdır,ya lazım deyil? Şübhəsiz ki,indi sərbəstlikdir, hərə öz fikrini 

deməlidir,bu da tam təbiidir.Amma mən öz fikrimi deyirəm, əlbəttə ki,Yazıçılar Birliyi 

lazımdır….Mən hesab edirəm ki, Azərbaycan Yazıçılar Birliyi keçən qurultaydan indiyə 

qədər  çox  iş  görübdür.Yazıçılar  Birliyini  qoruyub  saxlayıb,onun  parçalan-

masına,dağılmasına yol verməyibdir. Axı Yazıçılar Birliyi də böyük sınaqlardan keçib. 

Görürsünüz bu altı ildə Azərbaycanın başına nə işlər gəlibdir, Yazıçılar Birliyi də bütün 

bu  sınaqlardan,imtahanlardan  keçibdir.Ona  görə  də  şəxsən  mən  belə  hesab  edirəm  ki, 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə