X fəSİL. Beynəlxalq vergi HÜququ


Beynəlxalq vegi hüququnun prinsip və metodları



Yüklə 40,16 Kb.
səhifə3/5
tarix27.12.2022
ölçüsü40,16 Kb.
#97953
1   2   3   4   5
vergi huququ

10.3. Beynəlxalq vegi hüququnun prinsip və metodları
373. Hər bir hüquq sahəsinin özünəməxsus prinsipləri və standartları mövcuddur. Bu prinsiplər sırf həmin sahədə başlanğıc müddəalar kimi çıxış edirlər. Müvafiq qayda beynəlxalq vergi hüququ üçün də xaraqterikdir. Digər tərəfdən, beynəlxalq hüququn dövlətlərin suveren bərabərliyi, daxili işlərə qarışmamaq, insan hüquq və azadlıqlarına hörmət etmək, mübahisələrin dinc yolla həll olunması, ayrı-seçkiliyə yol verməmək, əməkdaşlıq və s. ümumtanınmış prinsipləri digər sahələrdə olduğu kimi beynəlxalq vergi hüququnun da əsasında dayanır.
Beynəlxalq vergi hüququnun xüsusi prinsiplərinə gəldikdə isə, mütəxəssislər bu prinsiplərin sistemini müxtəlif qaydada təsbit edirlər. Beynəlxalq vergi hüququn beynəlxalq iqtisadi hüququn tərkibində hesab edən, daha doğrusu onun bir institutu kimi qiymətləndirən müxtəlif beynəlxalq iqtisadi hüququn spesifik prinsiplərini də beynəlxalq vergi hüququna aid edirlər.
Beynəlxalq vergi hüququnun yalnız dövlətlərarası ikiqat vergiqoymanın aradan qaldırılmasına yönəlmiş hüquq sahəsi kimi qiymətləndirən mütəxəssislər (məsələn, V.N.Lisovskiy, İ.İ.Kuçerov və d.) beynəlxalq vergi hüququnun xüsusi prinsipləri sırasında ikiqat vergiqoymanın aradan qaldırılması prinsipinə xüsusi önəm verirlər. Bununla yanaşı, ədəbiyyatda rezidentlik və qeyri-rezidenlik prinsipi də fərqləndirilir. Bəzən isə sonuncu prinsiplər ikiqat vergiqoymanın aradan qaldırılmasının metodları kimi göstərilir. Lakin bu fikirlə razılaşmaq olmaz. Əvvala rezidentlik, qeyri-rezidentlik, ərazilik prinsip kimi yox, beynəlxalq ikiqat vergiqoymanın aradan qaldırılmasımeyarı kimi çıxış edir. Digər tərəfdən, qeyd etmək lazımdır ki, beynəlxalq vergi hüququnun tənzimlədiyi münasibətlər arasında digər məsələlər də mövcuddur. Bura dövlətlər arasında və ya dövlətlə xarici hüquqi və ya fiziki şəxslər arasında yaranan, lakin ikiqat vergiqoyma ilə bağlı olmayan münasibələr də aiddir. Prinsiplər isə spesifik norma olduğundan həmin sahədə yaranan münasibətlərin bütün istiqamətlərində iştirak etməlidir.

374. Daha maraqlı və təqdirəlayiq mövqe üçün qrup müəlliflərə (məsələn, S.Q.Pepelyayevə) məxsusdur. Beynəlxalq vergi hüququnu kompleks sahə kimi qəbul edərək onun prinsiplərinə həm dövlətdaxili vergi hüququnda, həm də beynəlxalq vergi hüququnda ehtiva olunan prinsipləri aid edirlər. Bura beynəlxalq vergi münasibətlərində tətbiq olunan konkret prinsiplər, məsələn, funksional meyar, vergi suverenliyindən doğan vergi yurisdiksiyası və s. ilə yanaşı dövlətdaxili vergi hüququnda (məsələn, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3-cü maddəsində) ifadə edilən
- vergilər iqtisadi cəhətdən əsaslandırılmışdır;
- vergilərlə bağlı qanunvericilik ümumi, bərabər və ədalətli olmalıdır;
- heç kəs əldə etdiyi gəlirdən (mənfəətdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz;
- vergilər siyasi, etnik, dini və s. xüsusiyyətlərə görə tətbiq edilə bilməz və diskiriminasiya xaraqteri daşıya bilməz;
- vergi sistemi sahibkarlığı və investisiya qoyuluşunu təşviq edir;
- vergilər haqqında qanunvericilikdə mövcud olan ziddiyyətli və qeyri-müəyyən maraqlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir və s. bu kimi prinsiplər şamil edilir.
Sadaladığımız prinsiplər yalnız dövlətdaxili deyil, həm də beynəlxalq vergi münasibətləri ilə də əlaqədardır. Doğrudur, bu prinsiplər müxtəlif dövlətlərin qanunvericiliyində formal baxımdan tam üst-üstə düşməyə bilər. Lakin unudmaq olmaz ki, bir tərəfdən, beynəlxalq vergi münasibətlərinin əsas hissəsinin ikitərəfli vergi münasibətlərinə aid olması, digər tərəfdən, həmin münasibətlərin, bütövlükdə, beynəlxalq (iqtisadi) hüququn ümumtanınmış normalarının təsiri altında formalaşdığından münasibət iştirakçıları, tərəflər hər iki ölkənin qanunvericiliyində təsbit olunan prinsiplərə riayət etməlidir. Ziddiyyətli məqamlar isə onların qarşılıqlı razılığı ilə vergi yurisdiksiyası, vergi ayrı-seçkiliyinin qadağan edilməsi, əməkdaşlıq, insan hüquqlarına hörmət prioriteti əsasında aradan qaldırılmalıdır.
Beynəlxalq vergi hüququnun prinsipləri haqqında hüquq ədəbiyyatında konkret fikirin formalaşdırılması beynəlxalq iqtisadi münasibətlərin özünün beynəlxalq hüquqi tənzimlənməsinin bərqərar olması ilə bağlı izah edilə bilər. Eyni zamanda beynəlxalq vergi münasibətlərinin beynəlxalq hüquqi tənzimetmə qaydalarının formalaşdırılması da ləng getməkdə olan bir prosesdir. Bununla yanaşı beynəlxalq iqtisadi hüququn istənilən sahəsində inkişaf tendensiyası nəzərə alınmalıdır. Bu tendensiya özünü həmin sahələrin prinsiplərində də göstərir. Yəni iqtisadi inkişaf tələblərindən irəli gələrək bu və ya digər prinsipə dialektik kontekstdə baxılmalıdır.


375. Beləliklə, beynəlxalq vergi hüququnun prinsiplərinin sistemini, nisbi də olsa, növbəti qaydada ifadə etmək olar:
- vergi suverenliyindən doğan vergi yurisdiksiyası;
- eyni növ verginin bir dəfədən artıq ödəməyə cəlb edilməsi (və ya ikiqat verginin aradan qaldırılması);
- vergi ayrı-seçkiliyə yol verməmək;
- qarşılıqlı razılıq və əməkdaşlıq;
- funksional meyar;
- vergi qiymətləndirilməsinin beynəlxalq ticarətə maneə olmaması (368);
- ləğv edilmiş gömrük maneələrinin yeni vergi məhdudiyyətləri ilə əvəzlənməməsi (369) və s.


376. Hər bir dövlət özünün suverenliyinə əsaslanaraq iqtisadi sistemini, vergi mexanizmlərini müstəqil müəyyən etmək səlahiyyətinə malikdir. Lakin dövlət suverenliyi beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərdiyindən və beynəlxalq iqtisadi, ticarət əməkdaşlığı zərurət yaratdığı qədər, son nəticədə isə istehlakçıların seçim hüququnun tələb etdiyi çərçivədə vergi səlahiyyətləri istiqamətləndirilir. Bu zaman dövlətin suveren vergi yurisdiksiyası qarşılıqlı razılıq və əməkdaşlıq əsasında eyni əmtəələrin vergiyə cəlb edilməsində paylanmış olur. Eyni əmtəələrin ikiqat, üçqat və s. vergiyə cəlb edilməsi istisna edilir.
Ikiqat vergiqoyma beynəlxalq hüquqda qeyri-diskriminasiya prinsipini pozaraq investisiya, sahibkarlıq fəaliyyətinin, əmlak münasibətlərinin sərbəst həyata keçirilməsinə maneə olur. Ikiqat vergiqoyma elə bir vəziyyət yaradır ki, burada eyni subyekt eyni bir obyektə münasibətdə iki və daha çox ölkədə müəyyən bir zamanda vergi ödəməyə məruz qalır.
Ona görə də, ikiqat vergiqoyma probleminin və onun nəticələrinin aradan qaldırılması və minumuma endirilməsi prinsip etibarilə bütün dövlətlər üçün əhəmiyyətli olan ümumi problemdir. Hər bir dövlət öz imkanları daxilində ikiqat vergiqoymadan yayınmaq haqqında ikitərəfli müqavilələr imzalayaraq bu problemi həll etməyə çalışır.


Yüklə 40,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə