|
Xaçmaz rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi
XAÇMAZ RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ
Metodika-biblioqrafiya şöbəsi
SƏNİ KİM UNUDAR...
( M. Müşfiqin anadan olmasının 105 illiyi münasibıti ilə)
Metodiki tövsiyyələr
Xaçmaz – 2013
Bu il Azərbaycan poeziyasının yaradıcılarından biri olan Mikayıl Müşfiqin 105
illiyini qeyd etməyə hazırlaşırıq.
M. Müşfiq poeziyasının gücü və qüdrəti müasir, xəlqi humanist olmasıdır. Yeni
həyat quruculuğu azad əmək, vətənpərvərlik və qadın azadlığının tərənnümü Müşfiq
poeziyasının başlıca pafosudur. Yaradıcılığına əsas coşqun hiss, həyacan, gələcək
arzusu ilə qanadlanan xəyal onun əsərlərinə romantik bir vüsət vermişdir.
Müşfiq elə ilk gənclik illərindən poeziya yoluna qədəm qoymuşdur. Lakin bu
poeziya yolu Müşfiq üçün ağır və məşəqqətli olmuş 1937-ci il – şəxsiyyətə pərəstiş
illərində haqsız güllələnmişdir.
Cəmi 29 il ömür sürən şair olduqca böyük bir ədəbi irs qoyub getmiş, bədii və
sənətkarlıq cəhətdən yüksək səviyyədə duran, bu gündə müasir səslənən şerlər və
poemalar yaratmışdır. Onun şerə qırılmaz tellərlə bağlılığı aşağıdakı misralarda çox
gözəl təsvir edilmişdir:
Ey şer yazmaqla köçən günlərim,
Siz ki. ən vəfalı günlərimsiniz.
Müşfiqin ilk mətbu əsəri – “Bir gün” şeri Azərbaycan Sovet hakimiyyətinin
qurulmasına həsr olunub. Şer 1926-cı ildə nəşr olunmuşdur.
“Bir gün” şerində şair xalqımızın azadlığa çıxmasını tərənnüm edərək yazırdı:
Bu gün. Bizə buldunsa bu aləmdə səadət
Hörmət sənə, hörmət sənə,hörmət sənə, hörmət
İlk şerləri ilə diqqəti cəlb edən Müşfiqin bir-birinin ardınca “Küləklər”(1930),
“Günün səsləri”, “Pambıq”, “Bir May”, “Buruqlar arasında”, “Şəngül, Şüngül,
Məngül”(1934), “Qaya”(1935), “Kəndli və ilan” kitabları nəşr olunur.
Azərbaycan xalqının ağar keçmişindən və yeni həyat quruculuğundan bəhs
edən “əfşan”, “Çoban”,”Dağlar faciəsi”(1933, “Səhər”, “Sındırılan söz”(1935) və s.
poemalarında lirika daha qüvvətlidir.
Müşfiq uşaqların yaxın dostu idi. Uşaqlara böyük məhəbbətini onlar üçün
(“Pambıq”, “Məktəbli sərgisi”, “Pioner”, “Zəhra üçün”, “Pioner sarayı”) şerləri,
“Vuruşmalar”, “Qaya” kimi poemalar və “Şəngül, Şüngül Məngül”, “Kəndli və ilan”
adlı mənzum nağılları ilə bitirmişdir.
Müşfiqin tərcüməçiıik işi haqqında da danışmaq yerinə düşərdi. Bununla o
müntəzəm məşğul olmuşdur. O, dilimizə Firdovsinin, Ömər Xəyyamın, A.S.Puşkinin,
M.Y.Lermantovun, t,Q,Şevçenkonun, S,Y,Marşakın şerlərini və pomalarını yüksək
ilham və böyük sənətkarlıqla tərcümə etmişdir.
Müşfiq yaradıcılığında məhəbbət lirikası mühüm yer tutur. Lirik şerlərində
“Sənin gözlərin”, “Ulduzlar”, “Şirin qız”, “Yenə o bağ olaydı”, “Ürək”, “Maral”,
“Sənin gülüşlərin”, “Nə deməkdir?” və s. məhəbbətin şirin cəfası, hicrandan yaranan
həsrət, vüsal şirinliyi, cavan aşiqin ürək çirpıntılarını, sevdalı gənclərin ülvi hisslərini
yüksək poeziya dili ilə qələmə almışdır. Bunlar “Yenə o bağ olaydı” şerində ustalıqla
təsvir edilmişdir:
Yenə o bağ olaydı, yenə yığışaraq biz
O bağa köçəəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq
Sizə qonşu olaydıq
Yenə o bağ olaydı, səni tez-tez görəydim:
Qələmə söz verəydim,
Hər gün bir yeni nəğmə, hər gün yeni
Ilham,
Yazaydım səhər-axşam,
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə ürəyincəmi?
Xaçmaz rayon MKS-nin nəzdində yerləşən bütün kitabxanalar M.Mişfiqin 105
illik yubileyinə hazırlıq işləri görməlidirlər. Kitabxana işçiləri gənclər arasında
M.Müşfiqin əsərlərinin təbliğinə maraq göstərməlidirlər. Metodik vəsaitin
hazırlanmasında əsas məqsəd kitabxanada M.Müşfiq əsərlərini geniş təbliğ etmək,
onun böyük hisslərini tərənnüm edən şerlərini gənc oxuculara tanıtmaq, qısa ömür
payını faciə ilə başa vuran bir şairi sevdirməkdir.
Bu məqsədlə biz kitabxanaçılar M.Müşfiqin yaradıcılığından bəhs edən kitab
sərgiləri təşkil etməli, kitabxana plakatı, kitab müzakirəsi və şifahi jurnal keçirməli,
ədəbi-bədii gecələrə hazırlaşmalıyıq.
Yubiley ərəfəsində M.Müşfiqin əsərlərinin təbliğində yaxşı olardı ki, ilk növbədə
kitab sərgilərindən istifadə olunsun. Sərginin təşkilində müxtəlif başlıqlardan istifadə
etmək olar: “Həyat aşiqi”, “Mənim könlüm deyir ki...”, “Sevgim mübarizə, sevgilim
həyat” və s.
Aşağıda “Həyat aşiqi” mövzusunda sərgi ilə tanış ola bilərsiniz:
1
2
I
1
2
3
4
5
6
II
1
2
3
4
5
6
III 1
2
3
4
5
IV 1
2
3
4
5
6
7
Başlıq: “Həyat aşiqi” (M.Müşfiqin anadan olmasının 105 illiyi münasibətilə (1908-
1988)
Sitat: Mənim könlüm deyir ki,
hələ bunlar nədir ki...
Böyük günlər, şanlı günlər, şən günlər
Yoluna düşən günlər
hələ qarşımızdadır.
M.Müşfiq.
1-ci bölmə: Müşfiqin sənət dünyası
1. I sitat: Müşfiq qısa bir zamanda sovet quruluşunun bütün əzəmətini dərindən
dərk
etmiş, həm də onun ehtiraslı bir carçısı olmuşdur.
M. Arif
2. II sitat: Pislər zaman-zaman pislədi səni
Onları almadan saya fəqət sən
Ölmüşlər öldürmək istədi səni,
Ölmüşlər bilmədi əbədiyyətsən.
R. Zəka.
3. Müşfiq M. Vuruşmalar. -B.; Gənclik, 1987. -38s.
4. Müşfiq M. Yenə o bağ olaydı. –B.; Gənclik, 1976. -165s.
5. Müşfiq M. Əbədiyyət nəğməsi. –B.; Yazıçı, 1978. -310s.
II bölmə: Sevgim mübarizə, sevgilim həyat.
1. I sitat: Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim.
M. Müşfiq
2. II sitat: Xoşdur gözəl görüb bütün elləri
Çalışmaq, yaşamaq, sevmək, sevilmək.
Xoşdur xilqətdəki hər gözəlliyi
Ürək duyaraq anlaya bilmək.
M. Müşfiq.
3. MüşfiqM. Əsərləri. 3 c-də. C-I. Şerlər 1925-1937.-B.; Azərnəşr, 1968. -385s.
4. MüşfiqM. Əsərləri. 3 c-də. C-II. Şerlər, mənzum oçerklər, poemalar. -B.;
“Aazərnəşr”, 1970. -380s.
5. . MüşfiqM. Əsərləri. 3 c-də. C-III. Uşaqlar üçün əsərlər, məktub, müsahibə,
məqalələr, tərcümələr. –B.; Azərnəşr, 1973. -353s.
III bölmə: Yenə o bağ olaydı.
1. I sitat: Qarşımda nazlanıb yenə gülürsən,
Bilsın gülüşlərin nəyə bənzəyir?
Mən desəm artıqdır özün bilirsən
Lalə yarpağında şahə bənzəyir.
M. Müşfiq
2. Müşfiq M. Yenə o bağ olaydı. –B.; Gənclik, 1976. -165s.
3. Müşfiq M. Duyğu yarpaqları. –B.; Azərnəşr, 1965. -68s.
4. Müşfiq M. Seçilmiş əsərləri. B.; Maarif, 1983. -211s.
IV bölmə: Müasirləri M.Müşfiq haqqında.
1. I sitat: M.Müşfiq dünyanın ən inqilabi, ən ideyalı ədəbiyyatı bədii cəhətdən də
birinci cərgədə görmək istəyirdi.
C. Xəndan
2.
II sitat: “Ürəyi fərəhlə dolandı, gözlərində sevinc, yazardı, yaradardı sakit və
dinc
Nə dilində giley qalmadı, nə gözlərində kədər. Oxşayırdı könlünü
dillərdə,
Dodaqlarda gəzən Mikayıl Müşfiq imzalı nəğmələr”.
R. Rza
3.
III sitat: “Müşfiq böyük istedad idi. On bir ildə o nə qədər gözəl şer nümunələri
yaratmışdır. Onda rahatlıq, həyat eşqi ilə sənət elmi ilə daima çırpınan
bir ürək vardı.”
M.İbrahimov.
4. Rza R. Seçilmiş əsərləri. 5cilddə. C-5. –B.; 1983. -274s.
5. Ağasəfa. Fikir dünyası. –B.;Yazıçı,1981. -54s.
6. Hüseynoğlu G. Müşfiq: həyat və yaradıcılığı. –B.; Azərnəşr, 1968. -106s.
ƏBƏDİYYƏT NƏĞMƏSİ
(Musiqili ədəbi-bədii gecə)
Bu tədbiri keçirmək üçün kitabxanaçı ilk növbədə bir sıra başlıqlardan istifadə
edə bilər. Məs: “Oxu tar”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları”, “Sındırılan söz”,
“Həyat sevgisi” və s. Kitabxanaçı tədbir iştirakçılarını “M.Müşfiq 105” başlığı altında
kitab sərgisi ilə tanış edir.
Tədbiri xalq artisti Z. Xanlarovanın ifasında Ə.Tağıyevin M.Müşfiqin sözlərinə
bəslədiyi “Sənə qurban” mahnısının səsləndirilməsi ilə başlayır. Mahnı bitdikdən sonra
səhnəyə tədbiri hazırlayan kitabxanaçı daxil olur. O, tədbir iştirakçılarına M.Müşfiqin
həyat və yaradıcılığı haqqında məlumat verir, onun sənət aləmində keçdiyi yoldan
söhbət açır. Sonra kitabxanaçı gecənin aparıcılarına söz verir:
I aprıcı:
Ey insan çarpdıqca ürəyin sənin,
Açıldıqca əməl çiçəyin sənin,
Çılğın təbiəti rəm eylədikcə
Özünə uğurlu əməyin sənin
Almaz külüngünü vurub dağlara,
Çıxdıqca daşlardan çörəyin sənin,
Dünyanı hey duyub, hey düşünməyə
Bir nəğmə olduqca gərəyin sənin,
Dünya qaldıqca son yarpaq, sonam
Yenə sönmədikcə istəyin sənin
Şair yeni-yeni sözlər bulağı
Kainat olduqca şer olacaq.
II aparıcı:
Mən əzilən sinifin hayqıran
Haq bağıran sədasından yarandım
Ölümlərin pəncəsindən hıçqıran
Məzlumların həvasından yarandım.
İnsan oğlu, uzaqlaşma, gəl yaxın:
Başqa yoldan alınmasın sorağın
Bir günəşin, bir məsləkin, bir elin
Ən həqiqi mənasından yarandım.
III aparıcı:
Oxu, tar, oxu, tar...
Səsindən ən lətif, şerlər dinləyim
Oxu, tar, bir qədər...
Nəğməni su kimi alışan ruhuma çiləyim
Oxu, tar.
Səni kim unudar?
Ey geniş kütlənin acısı, şərbəti-
Alovlu sənəti.
(musiqi səslənir)
Tədbir iştirakçıları Azərbaycanın xalq artisti G.Məmmədovun “Oxu, tar”
mahnısını disk vasitəsi ilə dinləyirlər.
I aparıcı:
Əgər bu günkü Azərbaycan şerində bir məlahət, bir səmimiyyət, bir ülviyyət
varsa,əgər bu gün yazıb-yaradan şairlərin əsərlərində bir alov, bir ilham, bir çağlayış
parlarsa, əgər fikirlərimizdən qələmlərimizə gedən yol üfüqlər kimi günəşlənərsə
burada sənin də inkaredilməz, danılmaz böyük xidmətlərin vardır.
II aparıcı:
Müşfiqin ən böyük amalı Azərbaycan ədəbiyyatının zənginləşməsinə, inkişafına xidmət
etmək idi. Xalqına sonsuz məhəbbət bəsləyən şairin ürəyi həyat sevgisi ilə çırpınırdı.
Şerlərinin birində dediyi kimi:
Ah, mən gündən-günə gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim.
III aparıcı:
Müşfiq lirikası özünün yalnız ictimai əxlaqi-tərbiyəvi məzmunu ilə deyil, orijinal
sənətkarlıq cəhətləri ilə də diqqəti cəlb edir. O, şer, sənət və sənətkarlıq haqqında
ayrıca məqalə yazmasa da bir sıra əsərlərində maraqlı fikirlər irəli sürmüşdür ki,
bunlar da onun ədəbi mülahizələrini, estetik görüşlərini müəyyənləşdirməyə oxuculara
kömək edir:
Keçən günlərimi vərəqləyirkən
Sevdalı dillərin yadıma düşdü.
Xəyalım qarşımda canlandı birdən
Göyərçin əllərin yadıma düşdü
Deyildir eşq odu məni yandıran
Ruhumun şəhrini işıqlandıran,
Pozğun şəfəqləri mənə andıran
Ziyali tellərin yadıma düşdü.
O gün də bir gündü, ey üzü döyünmüş,
Sandım içində bir qaplan döyünmüş
Bir anda köpürmüş, bir anda sönmüş
Xırçın əməllərin yadıma düşdü.
(Musiqi səslənir)
Tədbir iştirakçıları disk vasitəsi ilə Azərbaycanın xalq artisti Ş.Ələkbərovanın
ifasında “Yaşa könül” mahnısını dinlıyirlər.
Pərdə açılır. M.Müşfiqin “Sındırılan saz” poemasının qəhrəmanları Duman və
Sərin səhnəyə çıxırlar. Bu rolları oxucular ifa edirlər.
Duman
Sərin,ay qız, Sərin.
Sərin
Sənmisən, aman.
Gün günorta çağı, ayıbdır,Duman.
Çıx get.
Duman
Qorxma, Sərin bir kimsə yoxdur.
Bu qədər ürəyin niyə soyuqdur?
Sərin
Ayıbdır, ay Duman, görən söylər?
Bilsə anam məni, abırdan eylər.
Duman
Mən neçin tələsik bura yüyürdüm?
Sərin
Yetər ki, bir qədər üzünü gördüm.
Duman
Bəs haçan görüşək?
Sərin
Gecə gələrsən,
Burda, burda səni gözləyərəm mən.
Duman
Camalını görən, aya dalarmı?
Ulduzlar gözlərin kimi olarmı?
Gözlərin bəzənib süzməsin məni.
Bu qədər süzülüb üzməsin məni.
Qəm kəsib sinəmi budamaqdadır.
Neçin gözəl yarım bu damaqdadır?
Sərin
Mən səndən küsmüşəm, orda-burda sən
Niyə hər yetəni tərifləyirsən?
Duman
O şənlikdə, bu şənlikdə
Şirin-şirin dil mənimdir.
Ötmə,bayquş,çəmənlikdə
Mən bülbüləm, gül mənimdir.
Sənsiz könlüm ağlr mənim,
Göz yaşlarım çağlar mənim,
Fərhad olsam dağlar mənim,
Məcnun olsam çöl mənimdir.
Duman uymaz sarsaq sözə,
Məhəl qoymaz axmaq sözə,
Kim nə deyir basağ sözə,
Mən elinəm, el mənimdir.
(Musiqi səslənir)
İştirakçılar Disk vasitəsi ilə müğənni F.Kərimovanın ifasında “Sənin gülüşlərin”
mahnısını dinləyirlər.
I aparıcı:
Müşfiqin lirikasında duyulan əsas cəhət onun şerlərinin qüvvətli olmasıdır. Şairin sönməz
ilhamı, hissi, duyğusu, gələcək arzusu ilə qanadlanan xəyalına elə qaynayıb qarışır ki, bu da
onun şerlərinə sönməz bir nəfəs verir. Lirik şerlərində şair oxucularına bu günü göstərməklə
sabah baş verəcək hadisələri onların təsəvvüründə canlandırır.
II aparıcı:
Ah, nə böyük şərəfdir sənətkar olmaq,
Könüllər dünyasında xəbərdar olmaq.
Nə xoşdur bir hiss kimi-qəlblərə girmək
Səssiz-sorğusuz
Bütün fənalıqları yıxıb devirmək
Qara-qorxsuz.
Kitabxanaçı ədəbi-bədii gecənin ssenarisini bu üsulla davam etdirə bilər.
Ədəbiyyat siyahısı
Əsərləri
Müşfiq, Mikayıl. Seçilmiş Əsərləri. –Bakı, “Şərq-Qərb”, 2004. -352s.
Müşfiq, Mikayıl. Həyat sevgisi. –Bakı, “Yazıçı”, 1988. -304s.
Müşfiq, Mikayıl. Könlümü al, oxu! –Bakı, “Maarif”, 2002. -96s.
Müşfiq, Mikayıl. Əbədiyyət nəğməsi. –Bakı, “Yazıçı”, 1978. -309s.
Müşfiq, Mikayıl. Əsərləri. Üç cilddə. 3-cü cild. –Bakı, “Azərnəşr, 1973. -356s
Müşfiq, Mikayıl. Seçilmiş əsərləri. Üç cilddə. I cild. -Bakı, “Avrzsiya press”, 2008. -244s.
Müşfiq, Mikayıl. Seçilmiş əsərləri. Üç cilddə. II cild. -Bakı, “Avrzsiya press”, 2008. -248s.
Müşfiq, Mikayıl. Seçilmiş əsərləri. Üç cilddə. IIIcild. -Bakı, “Avrzsiya press”, 2008. -256s.
Küləklər (şeirlər). -Bakı: "Azərnəşr", 1930, 121 səh.
Yenə o bağ olaydı.- Bakı: " Gənclik", 1976.-166 səh.
Əbədiyyət nəğməsi.- Bakı: "Yazıçı", 1978.- 309 səh.
Qaya. -Bakı: "Maarif", 1978.- 118 səh.
Kəndli və ilan. -Bakı: "Gənclik", 1984.-13 səh.
Şəngül, Şüngül, Məngül. -Bakı: "Gənclik", 1983.- 16 səh.
Kəndli və ilan. -Bakı: "Gənclik", 1984.- 16 səh.
Könlümün dedikləri (şeirlər). -Bakı: "Gənclik", 1988.- 56 səh.
Həyat sevgisi (şeirlər, poemalar, mənzum oçerklər, mənzum nağıllar). -Bakı:" Yazıçı",
1988. -304 səh.
Tərcümələri
Yeqişe Çarens. Şeirlər. -Bakı: "Azərnəşr", 1934.- 54 səh.
Taras Şevçenko. Kobzar. -Bakı: "Azərnəşr", 1934.- 85 səh. (şərikli).
A.S.Puşkin. Qaraçılar. -Bakı: "Azərnəşr", 1930.- 30 səh. (şərikli).
Marşak. Huşsuza bax, huşsuza.- Bakı: "Azərnəşr", 1935.- 10 səh.
A.S.Puşkin. Qaraçılar. -Bakı: "Azərnəşr", 1937.- 30 səh. (şərikli)
Marşak. Huşsuza bax, huşsuza.- Bakı: "Azərnəşr", 1936.- 14 səh.
M.F.Axundov. Şərq poeması. -Bakı: "Azərnəşr", 1937.- 31 səh.
Tərtib edəni: Əşrəfova Esmira
Redaktoru: Həsənova Pəricahan
Dostları ilə paylaş: |
|
|