Xaçmaz rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix01.07.2018
ölçüsü2,28 Mb.
#52746
  1   2   3   4   5   6   7


XAÇMAZ RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

 

             (



METODİKA və BİBLİOQRAFİYA ŞÖBƏSİ)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



          

 

 



 

 

 



 

 

       



 

XALQ ŞAİRİ SƏMƏD VURĞUNUN

 

ANADAN  OLMASININ 110 İLLİK

 

YUBİLEYİ  İLƏ ƏLAQƏDAR

 

 

 



                                         ( 

metodiki tövsiyələr

 ) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


                             

XAÇMAZ  

-  2016 

Səməd  Yusif  oğlu  Vəkilov  1906

-

cı  il  martın  21



-

də  Qazax  rayonunun 

Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub bir ailədə anadan olmuşdur. 

Vəkilağalılar,  sonralar  isə  Vəkilovlar  adlanan  nəslin  300  illik  tarixi 

məlumdur. Şairin anası da həmin nəsildəndir. Vəkilağalılardan çox cürətli 

hərbiçilər,  maarifçilər,  həkimlər,  şairlər  yetişmişdir.  Onlar  çar  Rusiyası 

dövründə Qazaxda, Tiflisdə, başqa yerlərdə yaşamış və işləmişlər. Şa

irin 


atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazaxda yaşamışdır. O, 

çox  səxavətli  olduğundan  öz  var

-

dövlətini  əlində  saxlaya  bilməmiş, 



yoxsullaşmışdır.

 

Balaca Səmədin  uşaqlığı  çox  acınacaqlı  olmuşdur. 6  yaşı  olanda anası 



Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana 

nənəsi Aişə xanımın himayəsində yaşayır. Aişə xanımın əri

-

şairin babası 



Mehdixan ağa öz dövründə elində, obasında Kuhənsal ləqəbi ilə tanınan 

şair  idi.  Görkəmli  Azərbaycan  şairi,  Qarabağ  xanı  İbrahim  xanın  vəziri 

M

olla Pənah Vaqif (1719



-

1797) də bu nəslə mənsub olmuşdur.

 

Şair  uşaqlıq  illərini  doğma  kəndində  keçirmiş,  ilk  təhsilini  kənd 



məktəbində almışdır.

 

1918-



ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori 

müəllimlər  seminariyasının  Azərbaycan

 

şöbəsini  Qazaxa  köçürərək 



Qazax  müəllimlər  seminariyasını  təşkil  edir.  Seminariya  mütərəqqi  bir 

maarif  ocağı  idi.  Bu  məktəbə  qəbul  olunan  kənd  uşaqları  arasında 

Səməd  və  Mehdixan  Vəkilov  qardaşları  da  var  idilər.  Firudin  bəy 

Köçərlinin  həyat  yoldaşı  Badisəba  xanım  Vəkilova  (Köçərli)  şairin  yaxın 

qohumu idi. 

Səməd  Vəkilov  gəncliyində  o  hər  şeylə  maraqlanan,  həssas,  şıltaq, 

bədəncə zəif, bununla yanaşı çox cürətli, möhkəm iradəli, hazırcavab idi. 

Təhsilə  başladığı  ilk  günlərdən  ondakı  fitri  istedad  özünü  göstərməyə 

başlamışdı.  Bu  illərdə  o,  Vaqif,  Vidadi,  Zakir  və  Sabir  yaradıcılığı  ilə 

yanaşı,  A.S.Puşkinin,  Y.M.Lermontovun  və  türk  yazıçılarından  Tofiq 

Fikrətin, Namiq Kamalın, Məhməd Əminin əsərləri ilə də tanış olur. Səsi 

olduğundan  gözəl  oxuyur,  məharətlə  şeir  deyir,  həvəskar  tamaşalarda 

çıxış edirdi.

 

1922-



ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat 

edir.  Bundan  sonra  Səmədə  və  qardaşı  Mehdixana  onların  bibisi  qızı 

Xanqızı Vəkilova qayğı göstərir.

 

Seminariyada  o,  ilk  şeirlərini  qələmə  alır.  Bunlar  xalq  poeziyası 



formasından  biri  olan  lirik  qoşmalar  idi.  Yazdığı  şeirlər  seminariyanın 

divar qazetində çıxırdı.

 

Şairin ilk çap əsəri olan «Cavanlara xitab» şeiri 1925



-

ci ildə Tiflisdə çıxan 

«Yeni  fikir»  qazetində  dərc  olunmuşdur.  Bu  şeiri  o,  seminariyanı 

qurtarması münasibətilə yazmışdı.

 

Seminariyanı  bitirdikdən  sonra  Səməd  Vəkilov  Azərbaycanın  bir  sıra 



kənd və rayonlarında, o cümlədən Qazaxda, Qubada və dahi Nizaminin 

vətəni Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır.

 

Poeziya get-



gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz 

xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün 

«Vürğün» təxəllüsünü götürür. 

 

1929-



cu  ildə  Səməd  Vurğun  İkinci  Moskva  Universitetinin  ədəbiyyat 

fəkültəsinə  daxil  olur.  Moskvadakı  təhsil  illərində  o,  fəal  yaradıcılıqla  da 

məşğul olur.

 



Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930

-

cu ildə çap 



olunmuş «Şairin andı» adlı ilk kitabında toplanmışdır.

 

1930-1940-



cı illər

-

Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 



1934-

cü ildə şairin «Könül dəftəri» və 1935

-

ci ildə «Şeirlər» adlı kitabları 



nəşr  olunmuşdur.  Bu  dövrdə  şair,  poeziyamızın  dilini  bir  çox  əcnəbi 

sözlərdən  təmizləyərək,  ədəbiyyatımızı,  dramaturgiyamızı  yeni  əsərlər 

hesabına zənginləşdirmişdir. Yalnız 1935

-

ci ildə Səməd Vurğun 7 poema 



və 100

-

ə yaxın şeir yazmışdır. 1934



-

cü ildə yazılmış «Azərbaycan» şeiri 

Azərbaycan 

ədəbiyyatının 

incilərindəndir. 

Bu 


şeirdə 

doğma 


Azərbaycanın  qədim  tarixi,  təbii  gözəlliyi,  nemətləri,  xalqımızın 

xeyirxahlığı,

 

açıqürəkliyi və qonaqpərvərliyi öz əksini tapmışdır:



 

Elə  həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş vermişdir.  O, 

Abdulla  Şaiqin  baldızı  Xavər  xanım  Mirzəbəyova  ilə  ailə  həyatı 

qurmuşdur.

 

Səməd  Vurğun  1936



-37-

ci  illərdə  yeni  əsərlər  yazmaqla  yanaşı 

tərcüməçiliklə  də  məşğul  olaraq,  A.  S.  Puşkinin  «Yevgeni  Onegin» 

mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir:

 

Bu  mənzum  romanın  tərcüməsinə  görə  şairə  Puşkin  komitəsinin  «A.  S. 



Puşkin  medalı»  təqdim  olunmuşdur.  Bu  illər  şair  Şota  Rustavelinin 

«Pələng dərisi geymiş pəhvəlan» əsərinin bir hissəsisini böyük ustalıqla 

tərcümə etmiş, bunun üçün Gürcüstan SSR MİK

-

in fəxri fərmanı ilə təltif 



edilmişdir.  Eləcə  də  şair  Taras  Şevçenkonun,  İlya  Çavçavadzenin, 

Cambulun bir çox şeirlərini dilimizə tərcümə etmişdir.

 

1937-


ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini –

 

«Vaqif»i  yazır.  «Vaqif»  dramını  3



-

4  həftə  ərzində,  heyrətləndirici  bir 

sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair 

böyüklüyünü,  insanlıq  kamilliyini  ustalıqla,  məhəbbətlə  əks  etmişdir. 

«Vaqif»  dramına  görə  Səməd  Vurğun  1941

-

ci  ildə  «Stalin  mükafatı 



laureatı» adına layiq görülmüşdü.

 

1937-1938-



ci illərin məlum hadisələri 

qanlı represiyalar Səməd Vurğunu 



da «unutmamışdı». Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq 

məhəbbətinə  qısqanan  adamlar  şairi  millətçilik  böhtanları  ilə  ləkələmək 

və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə «onun 

məsələsinə»  baxılmış,  böyük  şair  «olum  və  ya  ölüm»  dilemması 

qarşısında qalmalı olmuşdur. Şairi «lazımi idarələrə» tez

-

tez çağırırdılar. 



Lakin  Səməd  Vurğun  mənəvi  iztirab  keçirsə  də,  əyilməz  iradəsi,  cürəti, 

məntiqi və təsirli danışıqları ilə əleyhdarlarının planlarını pozmuşdu.

 

Nizami  Gəncəvinin  800  illik  yubileyinə  hazırlıq  işində  fəal  iştirak  edən 



Səməd  Vurğun  1939

-

cu  ildən  başlayaraq  Nizami  haqqında  məqalələr 



yazmış, elmi məruzələrlə çıxış etmiş, onun «Leyli və Məcnun» poemasını 

məharətlə dilimizə çevirmişdir.

 

1939-


cu  ildə  şair  inqilabçı  Xanlar  Səfərəliyevin  həyatından  bəhs  edən 

ikinci  mənzum  dram  əsəri  olan  «Xanlar»ı  yazmışdır.  Həmin  il  onun 

«Azad ilham» kitabı nəşr edilir.

 

1941-



ci  ildə  Səməd  Vurğun  Nizaminin  «Xosrov  və  Şirin»  poemasının 

motivləri  əsasında  «Fərhad  və  Şirin»  mənzum  dramını  yazır.  Muharibə 

dövründə  yazılmış  bu  dramda  böyük  vətənpərvərlik  duyğularının 

tərənnümü  xüsusi  məna  kəsb  edirdi.  Səməd  Vurğun  1942

-

ci  ildə  bu 



əsərə görə ikinci dəfə «Stalin mükafatı layuratı» adına layiq görülür.

 

Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tütür. 



 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə