Xaçmaz rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix01.07.2018
ölçüsü2,28 Mb.
#52746
1   2   3   4   5   6   7

1955-

ci  ilin  oktyabr  ayında  Səməd  Vurğun  SSRİ  nümayəndə  heyəti 

tərkibində  Vyetnama  gedərkən  yolda  xəstələnir  və  səfərini  yarımçıq 

s

axlamalı  olur.  Çində  onu  Pekin  xəstəxanasında  müayinə  edirlər.  Şair 



xəstəxanada  olduğu  müddətdə  tezliklə  sağalmaq  və  fəal  həyata 

qayıdmaq arzusu ilə yaşayır. 

 

Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir…



 

1956-


cı ilin mart ayında

 

Səməd Vurğunun 50 yaşı tamam olur. Xalqımız 



şairin  yubileyinin  keçirilməsinə  hazırlaşır.  Azərbaycanın  rəhbərliyi 

tərəfindən  «Azərbaycanın  xalq  şairi»  adı  təsis  edilir  və  ilk  dəfə  bu  ada 

Səməd Vurğun layiq görülür. May ayının 12

-

də opera və balet teatrında



 

SSRİ


-

nin  ədəbi  ictimaiyyətinin  və  xarici  qonaqların  iştirakı  ilə  şairin 

təntənəli  yubiley  gecəsi  keçirilir.  Yubiley  təntənəsindən  iki  həftə  sonra 

1956-


cı il may ayının 27

-

də, saat 19:30



-

da şairin gözləri əbədi yumulur. 

Amansız  ölüm  şairin  həyat  eşqilə  çırpınan  ürəyini,  yaradıcılıq  atəşi  ilə 

odlanan  qəlbini  əbədi  susdurur.  May  ayının  28

-

dən  30


-

na  kimi  şairin 

cənazəsi  Azərbaycan  Dövlət  Filarmoniyasının  binasında  qoyulur.  O 

günlər  bütün  Azərbaycan  matəm  içərisində  idi.  Üç  gün  xalqımız  şairlə 

vidalaşmağa gəlir, izdihamlı insan axının arda

-

arası kəsilmirdi. Şair may 



ayının 30

-

da Bakıda Fəxri xiyabanda dəfn edilir.



 

Matəm  günlərində  şairin  ailəsinin  adına  ölkəmizin  bütün  guşələrindən 

baş sağlığı teleqramları gəlirdi. Ürək ağrısı ilə yazılmış belə teleqramların 

bir


ində: «Təsəlliniz o olmalıdır ki, Səməd Vurğunun öldüyü gündən onun 

yeni həyatı –

 

şair ölümsüzlüyü başlanır» –



 

sözləri yazılmışdı. Bu həqiqət 

idi…

 

Şairin  adı  ölümündən  sonra  müxtəlif  yerlərdə  əbədiləşmişdir.  Bakıda 



şairin  möhtəşəm  heykəli  ucaldılmış,  meydana  və  mərkəzi  küçələrdən 

birinə şairin adı verilmişdir. Bundan başqa Azərbaycan Rus Dram Teatrı, 

Dənizkənarı  parkdakı  yay  kino

-

teatrı,  neft  tankeri  də  Səməd  Vurğunun 



adını  daşıyır.  Mossovetin  qərarı  ilə  Moskva  küçələrindən  biri,  Kiyev 

şəhərində  kitabxana,  Düşənbə  şəhərində  57  saylı  məktəb  və 

Bolqarıstanda texnikum şairin adını daşıyır.

 

Respublikamızın  bütün  rayonlarında  Səməd  Vurğun  adına  onlarla 



məktəb,  mədəniyyət  evi,  küçə,  park  vardır.  Vaxtilə  respublikada  bir  çox 

kolxoz və sovxozlar da şairin adını daşıyırdılar. Şəhər və kəndlərdə şairin 

heykəlləri,  büstləri  qoyulmuşdur.  Müxtəlif  yerlərdə  şairə  həsr  olunmuş 

güşələr və kiçik muzeylər yaranmışdır. Bunların içərisində Qax şəhərində 

müəllim  Məmməd  Aşurovun  öz  həyətində  inşa  etdiyi  evdə  yaratdığı 

«Səməd Vurğun muzeyi» xüsusi yer tutur.

 

1975-


ci  ildə  Bakıda  «Sovet  ədəbiyyatı  günləri»ndə  ölkənin  ədəbi 

ictimayətinin iştirakı ilə «Səməd Vurğunun ev

-

muzeyi»nin təntənəli açılışı 



olmuş  və  bir  il  sonra,  1976

-

cı  ildə  şairin  doğma  kəndi  Yuxarı  Salahlıda 



ev-muzeyinin fili

alı –


 

«Səməd Vurğunun poeziya evi» yaradılmışdır.

  

 

                                       



Şə

kill

ə

ri 

 



     

      


       

 

                                                                        Ailəsi ilə                                       Dostları ilə  



 

     


      

          

 

                   İstirahətdə                        İctimai fəaliyyət                         Xaricdə səfərlərdə 



 

     


          

 

         Adının əbədiləşməsi                               Muzey 



 

 

HƏR



  

BÖYÜK

  

DÜHANIN

  

XƏZİNƏSİNDƏN 

  

SADƏ

  

BİR

  

İNCİ

  



  

DÖVLƏTDİR

  

BİZƏ!

 

Səməd Vurğun

                

 

               

Məmməd Əmin Rəsulzadə («Çağdaş Azərbaycan ədəbiyyatı» 

əsərindən):

 

«Vaqif» XVIII yüzillikdə yaşamış məşhur Azərbaycan şairi Mola Pənah 



Vaqifin  həyat  və  əsərlərindən  ilham  almaqla  yazılmışdır…  Azərbaycan 

vətənpərvərliyinə rəvac verən bu pyes çağdaş Azərbaycan səhnəsinin ən 

uğurlu  əsəri  sayılır.  Səmədin  dili,  şairlik  qüdrəti  və  vətənpərvərliyi  necə 

anlaması haqqında bir fikir yaratmaq üçün onun bu mənzuməsindən bəzi 

y

erləri birgə gözdən keçirək…



  

*** 



Üzeyir Hacıbəyov

 

Mən poeziyanı musiqisiz təsəvvür edə bilmirəm. Bu mənada Səmədin 



şerləri əvəzsizdir.

  

*** 



Lui Araqon (Fransa): 

Mən Səməd Vurğunun Sovet  Yazıçılarının II Ümumittifaq qurultayında 



nitqini  dinlədikdə  dünyada  baş  verən  böyük  dəyişikliklər  barədə 

fikirləşirdim…  …O,  necə  də  böyük  bir  ilham  və  ehtirasla  böyük  sovet 

şairlərini  epik  poemalar  və  mənzun  romanlar  yaratmağa  ruhlandırırdı. 

Səməd Vurğun müasir dünya ədəbiyyatının iftixarıdır.

  

*** 


Uolter Mey (İngiltərə):

 

Füsunkar  Azərbaycanı,  ağ  saçlı  Qafqazı  vəsf  edən  Səməd  Vurğun 



təkcə bizim yox, bütün dairələrin və gələcək nəsillərin müasiri olaraq qalır 

və  qalacaq.  Mən  onun  poeziyasını  hədsiz  dərəcədə  sevirəm.  Dünyaya 

belə bir ilhamlı nəğməkar bəxş etmiş torpağa –

 

Azərbaycan torpağına və 



xalqına minnətdarlığımı bildirirəm.

  

*** 



Bilfrid Brants (Almaniya): 

Mən  Səməd  Vurğunun  ədəbi  şöhrəti,  onun  ədəbiyyatda  mövqeyi 



haqqında  onu  deyə  bilərəm  ki,  bu  «Vətən  sevgisi  ilə  yanan  sənətkar» 

müasir  Azərbaycan  ədəbiyyatının  milli  ənənələri  ilə  müasirliyi  özündə 

birləşdirən ən görkəmli nümayəndəsidir.

  

*** 



Xorxe Espinosa (İspaniya):

 

Gözəl  Bakı,  Odlar  yurdu  bir  dürdür,  Burda  gördüm  xoşbəxtliyi,  sevinci. 

Səməd Vurğun vulkan kimi püsgürdü,

O dahiyə həray verdim birinci.



  

*** 


Nazi

m Hikmət (Türkiyə):

 

Səməd Vurğun poeziyamızın planetidir. Bu planetin günəşi, ulduzları 



sönməzdir. Səməd Vurğun 

qardaş dillərimizin böyük xalq şairi, dillərimiz 



yaşadıqca əbədi yaşayacaqdır.

  

 



*** 

A.Sivalinqam (Hindistan): 

Mən görkəmli Azərbaycan şairi Səməd Vurğunun poeziyası ilə tanışam. 



O  mənim  çox  sevdiyim  şairlərdən  biridir.  Səməd  Vurğunun  əsərlərini 

oxuduqdan  sonra  Azərbaycan  poeziyasına  maraq  göstərirəm  və  əlimə 

düşən  almanaxlarda,  qazet  və  jurnallarda  Azərbaycan  şerlərini 

axtarıram.

  

*** 


İlham

i Emin (Yuqaslaviya): 

Şer yaşadıqca, söz yaşadıqca, Vurğun kəsiləcək Vurğuna hər kəs.

  

*** 


A. Zayonçkovski (Polşa):

 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə