Xaçmaz rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix01.07.2018
ölçüsü2,28 Mb.
#52746
1   2   3   4   5   6   7

Bütün  dünya  xalqları  kimi,  Polşa  xalqı  da  Azərbaycan  şairi  Səməd 

Vurğunun  poeziyasını  çox  sevir.  Elə  təkcə  «Azərbaycan»  şerinə  görə 

ona xa


lq nəğməkarı demək mümkündür. Çünki S.Vurğun burada Vətənin 

ən əlamətdar keyfiyyətlərini ümumiləşdirir.

  

*** 


Miroslav İvanoviç (Çexoslovakiya):

 

Vurğun bizə ona görə əzizdir ki, onun poeziyasında xalqın ruhu, doğma 



torpağın ruhu yaşayır. Məhz buna görə də

 

o, həqiqi xalq şairidir və daim 



xalq şairi olaraq qalacaqdır.

  

*** 



Georgi Strumski (Bolqarıstan):

 

«Vurğun»  ləqəbi  seçib  əsərlərini  belə  imzalamaq  necə  də  gözəl,  həm 



də  cəsur  bir  addımdır.  Özü  də  Şərq  poeziyası  üçün  ənənəvi  gözəlliyin 

vurğunu yox, yaradıcısı olduğun yeni həyatın vurğunu…

  

*** 


Yan Sudrabkaln (Litva): 

…  Səməd  Vurğunun  şerlərini  oxuyarkən  biz  onun  özünü  görür,  səsini 

eşidir,  qəlbinin  hərarətini  duyuruq.  Elə  bil  şəffaf  güzgüdə  bütün  geniş, 

hüdudsuz səmanı əks etdirən mavi gölə baxırsan. Mənə  elə gəlir ki, isti 

yay  gecəsində  eyvana  çıxmışam.  Hər  tərəfdən  növbənöv  güllərin, 

növbənöv meyvələrin insanı məst edən ətri gəlir.

  

*** 


Andris Veyan (Latviya): 

Mən Səməd Vurğunun sözlərini indi də yada salıram, xüsusən qələmim 



çətin  işləyəndə.  Budur,  195

6-

cı  ildir…  Xəzər  sahilindəyəm.  Bakıda 



küləklər oynaşır. Bahar fəslidir. Amma qəlbimiz kədərlidir. Axı, biz Səməd 

Vurğuun  «son»  yubiley  məclisinin  qonaqlarıyıq.  Danışmaqdan  çox 

susuruq, həyat haqqında, əbədiyyat haqqında düşüncələrə dalırıq…

  

*** 



Antanas Venslova (Litva): 

Mən Səməd Vurğunla Moskvada, Yazıçılar İttifaqında, İttifaqın plenum 



və  iclaslarında,  Azərbaycan  ədəbiyyatı  və  incəsənəti  ongünlüyündə, 

SSRİ Ali Sovetinin sessiyalarında, ümumdünya sülh konqresində tez

-tez 

görüşmüşəm. Onu həmişə sadə, xeyirxah və nəcib, səmimi dost və gözəl 



şair  kimi  görmək  olardı.  Poeziyanı  o,  qədər  sözün  əsl  mənasında  nə 

qədər  sevmək  mümkümdürsə,  bir  o  qədər  böyük  məhəbbətlə  sevirdi. 

Poeziyasız  onun  həyatını  təsəvvür  etmək  çətin  idi.  O,  qardaş  xalqları 

yaxından tanıdığı

 

və alqışladığı böyük istedad idi… …Səməd Vurğunun 



nəğmələri,  onun  adı,  bəli,  şair  və  insanın  adı  şərəfli  əbədiyyətə 

qovuşacaqdır…

  

*** 


Aleksandr Fadeyev (Rusiya): 

Onun  ülvi  poeziyası  xalqımızın  poeziyasının  ən  yaxşı  əsərləri 



kəşkəşanında  parlaq  ulduz  kim  şəfəq  saçır.  Müxtəlif  millətlərə  mənsub 

olan  milyonlarla  bu  poeziyanı  sevir.  Mən  çoxdan  bu  poeziyanın 

məftunuyam…  Dostlar

-

həyatımızda  ən  böyük  səadətdir  və  nə  yaxşı  ki, 



dünyada Səməd Vurğun var!

  



*** 

Mixail Şoloxov (Rusiya):

 

Elə təkcə onun xarici görünüşünün özu bədii əsər üçün müdrik bir obraz 



idi.  O,  gözəl  və  əvəzsiz  insan  idi.  Onun  ölümü  biz  yazıçıların  qəlbinə, 

ürəyinə dağ çəkdi…

 

*** 


 

Konstantin Simonov (Rusiya): 

Səməd  gözəl  şair,  mərd  insan  və  sədaqətli  dost  idi.  O,  həqiqi  xalqlar 



dostluğunun, şairlər arasındakı dostluğun nə demək olduğunu çox gözəl 

bilirdi.  Məhz  buna  görə  də  ölkəmizin  hər  yerində  və  onun  hüdudları 

xaricində Səmədin çoxlu dostları vardı…

  

*** 



Yemilian Bukov (Moldaviya): 

Səməd  Vurğun  böyük  hərflərlə  yazılan  əsl  insan  idi.  O,  həyatı,  insanı 



çox  yüksək  qiymətləndirirdi  və  buna  görə  də  hamının  ürəyinə  tez  yol 

tapırdı. Bəzən sənə o qədər sadə görünürdü ki, belə bir nəhəng istedad 

sahibi  olduğunu  təsəvvürə  gətirə  bilmirdin…  …Azərbaycan  xalqına  eşq 

olsun ki, adı böyük hərflərlə yazılan bir İnsanı

-

mənim Səməd Vurğunumu 



dünyaya gətirmişdir!

  

*** 



Maksim Rılski (Ukrayna):

 

Səməd  Vurğun  ədəbiyyatda  həmişə  yüksək,  romantik,  poetik  üslubu 



bəzi  ədəbiyyatçıların  qanadsız  təsvirçiliyinə  qarşı  qoymuş  və  bu  üslubu 

ehtirasla müdafiə etmişdir...O, yalnız böyük poetik istedada deyil, həm də 

parlaq, dərin zəkaya və böyük ürəyə malik insan idi.

  

*** 



Boris Oleynik(Ukrayna): 

Mən  Səməd  Vurğundan  danışanda  onu  cismən  saf  bilirəm,  axı  həqiqi 

şairlər heç vaxt ölmür, onlar yalnız həyatdan yaddaşlara köçürlər

  

*** 



Maksim Tank (Belorusiya): 

O, xalqına təkcə şeri ilə deyil, qəlbinin bütün hərarəti ilə şairliyin bütün 



nəğməkarlıq  qüvvəsi  ilə  xidmət  etmişdir.  Onun  ecazkar  orijinal  lirikası, 

dramları  misilsiz  qiymətə  malikdir.  Bu  əsərlər  Azərbaycan  poeziyasının 

üslubunun  və  dilinin  formalaşmasında  böyük  rol  oynamış,  bütün 

çoxmillətli ədəbiyyatımızın inkişafına müsbət təsir göstərmişdir.

  

*** 


Petrus Brovka (Belarusiya): 

O,  təkcə  qardaş  Azərbaycanın  yox,  bütün  sovet  xalqlarının  şairi  idi. 



Onun müdrik ağlı, həssas, xeyirxah ürəyi vardı və buna görə də dostları 

Səməd Vurğuna dərin məhəbbət bəsləyirdilər.

  

*** 


Damdinsurengiyn Urianxay (Monqolustan): 

Səməd  Vurğunla  mən,  minlərlə  yaşıdlarım  kimi,  hələ  uşaqlıq 



çağlarından  tanışam.  Monqol  dilinə  tərcümə  edilmiş  «Zəncinin  arzuları» 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə