“Xalq qəzeti”. 011. 27 dekabr. №287. – S. Azərbaycan Prezidenti İlham Əliyevin İtar-tass-ın baş direktorunun birinci müavini Mixail Qusmana İtar-tass agentliyi və “Rossiya 24” telekanalı üçün müsahibəsi



Yüklə 187,9 Kb.

səhifə1/7
tarix04.11.2017
ölçüsü187,9 Kb.
  1   2   3   4   5   6   7


“Xalq qəzeti”. - 2011.- 27 dekabr. - № 287. – S.3-5. 

 

Azərbaycan Prezidenti İlham Əliyevin İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail 

Qusmana İTAR-TASS agentliyi və “Rossiya 24” telekanalı üçün müsahibəsi 

  

Bakı, 26 dekabr (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İTAR-TASS-ın 



baş direktorunun birinci müavini Mixail Qusmana İTAR-TASS agentliyi və “Rossiya 24” telekanalı üçün 

müsahibə vermişdir. AzərTAc həmin müsahibənin mətnini təqdim edir.  



-Cənab Prezident, Sizinlə görüşmək imkanına görə çox sağ olun.  

İcazə versəniz, söhbətimizi adətən bizim “Hakimiyyət formulu” adlanan proqramın sonunda 

verilən  sual  ilə  -  hakimiyyət  haqqında  sual  ilə  başlamaq  istərdim.  Siz  səkkiz  ildir  ki, 

hakimiyyətdəsiniz.  Hakimiyyətin  ləzzətini  və  onun  bütün  cəhətlərini  artıq  bilirsiniz.  Bu  gün, 

Prezident  vəzifəsində  səkkiz  il  işlədikdən  sonra  Sizin  üçün  hakimiyyət  nədir  və  Sizin  fikrinizcə, 

hakimiyyətin hansı alətləri daha vacibdir?  

-İlk növbədə deməliyəm ki, mən Prezident hakimiyyətini və gördüyüm işləri xalq qarşısında böyük 

məsuliyyət  və  ölkənin  taleyi  üçün  məsuliyyət  kimi  qəbul  edirəm.  Prezident  respublikalarında  bu 

hakimiyyət yəqin ki, ikiqat məsuliyyətli olmalıdır. Bundan əlavə, hakimiyyət, əlbəttə dövləti qurmaq və 

yaratmaq,  möhkəmlətmək,  siyasi  təsisatları  inkişaf  etdirmək,  insanların  günbəgün  daha  yaxşı  yaşaması 

üçün şərait yaratmaq imkanı verir. Mən xalqın mənə verdiyi səlahiyyətləri məhz bu baxımdan  – böyük 

məsuliyyət  kimi  və  öz  ölkəsi  üçün  bəlkə  hər  kəsdən  artıq  iş  görmək  imkanı  kimi  qəbul  edirəm. 

Deməliyəm  ki,  bu  vəzifədə  olduğum  səkkiz  ildə  mənim  hakimiyyət  haqqında  təsəvvürlərim 

dəyişməmişdir. Deyim ki, mən bu qiymətləri özümün prezidentliyimin ilk dövrlərində də söyləmişəm. Bu 

gün hakimiyyət haqqında bu anlayış məndə yalnız möhkəmlənmişdir.  



-Amma hər halda yada salmağa çalışın, bu səkkiz ildə hansı qərarları qəbul etmək Sizin üçün 

daha çətin olmuşdur, belə qərarlar isə yəqin ki, olmuşdur. Məsələn, hansı qərarların qəbul edilməsi 

Prezident İlham Əliyevə yuxusuz gecələr bahasına başa gəlmişdir?  

-Deməliyəm  ki,  yuxusuz  gecələrim  olmamışdır.  Dövlətimizin  inkişafında  mürəkkəb  dövrlər 

olmuşdur.  Xüsusən  mən  Prezident  vəzifəsinə  seçiləndə  mürəkkəb  dövr  idi,  müəyyən  qüvvələr  şəraitin 

sabitliyini pozmağa cəhdlər göstərirdi. Prezident seçkilərindən sonra, 2005-ci ildə keçirilən ilk parlament 

seçkiləri və istər ölkənin daxilində, istərsə də onun hüdudlarından kənarda müəyyən dairələrin sabitliyi 

pozmağa cəhdləri. Bu iki mürəkkəb dövrdən başqa tarixi prosesin qalan hissəsi kifayət qədər sakit, rəvan 

keçmişdir. Buna görə də mən elə bir mürəkkəblik hiss etməmişəm.  

Qəbul edilmiş mühüm qərarlara gəldikdə isə, mən onların arasında Azərbaycanın strateji inkişafına 

təsir göstərənləri qeyd etmək istərdim. Bu, ilk növbədə ölkənin regional inkişafı proqramıdır. Bu, mənim 

ilk ciddi siyasi addımlarımdan, təşəbbüslərimdən biri idi. Çünki aydın idi ki, paytaxt ilə regionlar arasında 

qeyri-mütənasibliyi  azaltmaq  və  tamamilə  aradan  qaldırmaq  zəruridir.  Bu  proqram  konkret  maliyyə 

resursları ilə, əlbəttə, qəbul edilmiş qərarların icrasının idarə edilməsi və onlara nəzarət üzrə çox səmərəli 

siyasətlə  dəstəklənmişdi.  Lakin  bu  proqram  dövlətin  ümumi  inkişafı,  Azərbaycanın  artıq  postsovet 

ölkəsindən  gələcək  üçün  çox  böyük  perspektivləri  olan,  dinamik  inkişaf  edən  ölkəyə  rəvan 

transformasiyasının  və  strateji  inkişafının  proqramına  çevrildi.  Əslində  Azərbaycanın  bütün  gələcək 

inkişafı məhz 2004-cü ildə qəbul edilmiş bu proqramla müəyyən olunmuşdur.  

Əlbəttə,  həyat  bir  yerdə  dayanmır  və  bu  gün  biz  elə  layihələr  haqqında  düşünürük  ki,  səkkiz  il 

bundan əvvəl onları bəlkə heç xəyala da gətirmək mümkün deyildi. Bu, onu göstərir ki, ölkə irəliyə doğru 

inkişaf  edir.  Beləliklə,  keçən  dövrü  mən  belə  səciyyələndirərdim.  Əlbəttə,  həm  daxili  həyatda,  həm  də 

xarici  siyasət  sahəsində  qəbul  edilməli  qərarlar  çox  idi.  Bu  illərdə  Azərbaycan  öz  müstəqil  fəaliyyət 

xəttini həyata keçirən ölkə kimi möhkəmlənmişdir. Bu, çox xoşdur, lakin heç də həmişə asan deyil. Buna 

görə də xarici siyasi təşəbbüslər, ətrafımızda baş vermiş və baş verən hadisələrə münasibət, əlbəttə, dürüst 

ölçülüb-biçilmiş xarici siyasət kursu, habelə bizim milli mənafelərin qorunmasında kifayət qədər cəsarət 

tələb edir.  



-Siz dəf edilməli çətinliklərdən danışdınız. Amma hər halda hamı etiraf edir ki, Azərbaycanın 

uğurları  çox  güclü  təsir  bağışlayır  –  sənayedə,  iqtisadiyyatda,  kənd  təsərrüfatında,  beynəlxalq 

aləmdə. Sizin fikrinizcə, bu uğurların rəhni, əsas amili nə olmuşdur? Siz necə hesab edirsiniz, bu 

uğuru təmin edərkən nəyə güvənirdiniz?  

-Şübhəsiz,  bu  uğurun  və  bütövlükdə  Azərbaycanın  bu  uğurlu  tarixinin  rəhni,  ilk  növbədə  siyasi 

kursun varisliyidir. Mən prezident vəzifəsində işə başlayanda və hətta ondan əvvəl, seçkiqabağı dövrdə 

elan etmişdim ki, mənə etimad göstəriləcəyi təqdirdə atamın siyasətini davam etdirəcəyəm. Zaman sübut 

etmişdir  ki,  bu,  yeganə  düzgün  siyasətdir.  Bu  siyasət  Azərbaycanı  hərc-mərclik,  nizamsızlıq  və  faktiki 



parçalanma dövründən çıxarmışdır. Bu siyasətə sadiqlik yeganə düzgün seçim idi və Azərbaycan xalqı, o 

cümlədən 2003-cü ildə də bu seçimi dəstəklədi.  

Bununla  yanaşı,  hakimiyyətin  varisliyi  və  rəvan  tərzdə  keçməsi  faktı  Azərbaycan  xalqının  böyük 

əksəriyyəti  tərəfindən  dəstəkləndi  və  həm  də  bu  fakt  müasir  Azərbaycanın tarixində  yeni  məqam  oldu. 

Buna  görə  də  bu,  uğurun  əsas  rəhni  idi.  Lakin  təbii  ki,  həyat  bir  yerdə  dayanmır.  Yerində  saymaq  və 

yalnız bugünkü günlə yaşamaq olmazdı. Buna görə də Azərbaycanın hərtərəfli inkişafı strategiyası işlənib 

hazırlandı.  Qarşıya  olduqca  iddialı  məqsədlər  qoyuldu.  Birinci  mərhələdə  onlar  bəlkə  də  həyata 

keçirilməsi  mümkün  olmayan,  hətta  qeyri-real  və  vaxtından  əvvəl  müəyyənləşdirilmiş  məqsədlər  kimi 

görünürdü.  Mən  isə  belə  hesab  edirdim  ki,  məhz  əlçatmaz  görünən  hədəfə  daha  asanlıqla  nail  olmaq 

mümkündür.  Ölkənin  inkişafının  düzgün  seçilmiş  strategiyası,  əlbəttə,  Azərbaycandakı  şəraitin  bütün 

müsbət  və  mənfi  cəhətləri  ilə  bərabər,  düzgün  təhlilinə,  habelə  dövlətin  səmərəli  idarə  edilməsinə  və 

qəbul  olunmuş  qərarların  həyata  keçirilməsinə  çox  təsirli  nəzarətə  əsaslanırdı.  Əlbəttə,  gizli  deyil,  çox 

vaxt  elə  olur  ki,  düzgün  qərarlar  qəbul  edilir,  sonra  onlar  unudulur,  ya  da  bürokratiya  onları  bir  növ 

pərdələyir.  Buna  görə  də  qərarların  qəbul  edilməsi,  onların  yerinə  yetirilməsi,  nəzarət  mexanizmi,  ən 

başlıcası, bizim bütün proqramlar və qərarlar həm maliyyə bazası ilə, həm də reallaşdırılma mexanizmi 

ilə  möhkəmləndirilmişdi.  Uğurlu  inkişaf  üçün  imkan  yaradan  da  bunlar  olmuşdu.  Güclü  artım  prosesi 

başlanan kimi inersiya qüvvəsi işə düşdü. Yəni, artıq yerlərdən yeni təşəbbüslər irəli sürülməyə başlandı, 

onlar  bizim  proqramları  tamamlayır,  gücləndirirdi.  Cəmiyyətdə  tamamilə  nadir  quruculuq  ruhu 

yaranmışdı, hər bir vətəndaş öz sahəsində, öz həyətində, öz küçəsində həyatı daha yaxşı və daha gözəl 

etməyə  çalışır.  Bax,  bu  cür  ictimai  ruh  yüksəkliyi  bizə  çox  kömək  edir.  Əvvələn,  biz  bütün 

təşəbbüslərimizin  dəstəklənməsini  hiss  edirik,  digər  tərəfdən,  bu  proseslərdə  bütün  cəmiyyətin  iştirakı 

olmadan uğur qazanmaq mümkün deyil. Düşünürəm ki, mənim qeyd etdiyim bu strateji istiqamətlər bu 

gün belə deməyə imkan verir ki, Azərbaycan həqiqətən çox dinamik və səmərəli inkişaf edir.  

-Siz  Azərbaycanın  beynəlxalq  aləmdə  uğurunu  xatırlatdınız.  Bu  yaxınlarda  Azərbaycan 

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu, çox böyük nailiyyətdir. Özü də çox 

dramatik,  bir  neçə  turdan  ibarət mübarizə  gedirdi  – məncə  16 tur  oldu.  Azərbaycana  azarkeşlik 

edənlərin  hamısı  bu  mübarizəni  onlayn  rejimdə  izləyirdi.  Lakin  reputasiya  hissəsindən  əlavə, 

praktiki  baxımdan  Siz  Azərbaycanın  Təhlükəsizlik  Şurasının  qeyri-daimi  üzvü  kimi  vəzifələrini, 

imkanlarını nədə görürsünüz?  

-Əvvələn, deməliyəm ki, bu qələbə müstəqil Azərbaycanın bütün tarixi ərzində bəlkə də ən vacib, 

ən  əhəmiyyətli  və  sanballı  qələbədir.  Bu  qələbə  bizim  həm  ölkə  daxilində,  həm  də  beynəlxalq  aləmdə 

gördüyümüz bütün işləri əks etdirir. Müstəqilliyin 20 ili ərzində biz buna nail olmuşuq ki, 155 ölkə, sizin 

dediyiniz  kimi,  gərgin  mübarizədə  bizim  namizədliyimizi  dəstəkləmişdir.  Lakin  deməliyəm  ki, 

Azərbaycan  bu  mübarizədə  ilk  turdan  başlayaraq  liderlik  edirdi  və  bütün  mərhələlərdə  böyük  fərqlə 

irəlidə gedirdi. Nəticədə biz beynəlxalq birliyin çox böyük dəstəyini qazandıq. Məhz beynəlxalq birliyin - 

çünki  yalnız  bu cür format  elə  dünya  birliyi,  beynəlxalq  birlik  deməkdir.  Bu,  çox  böyük  siyasi  qələbə, 

diplomatik qələbə, çox böyük məsuliyyət, həm də ölkəmizə, siyasətimizə hörmətin ifadəsidir.  

Açığını  deyim  ki,  bu  155  ölkənin  heç  də  hamısı  ilə  bizim  çox  fəal  münasibətlərimiz  yoxdur. 

Əksəriyyəti  ilə  var,  lakin  bəzi  ölkələr  sadəcə  olaraq  bizə  inanmış  və  etimad  göstərmişdir.  Onlar 

inanmışlar  ki,  Azərbaycan  Təhlükəsizlik  Şurasında  və  bütövlükdə  xarici  siyasətdə  müstəqil  xətt 

yeridəcəkdir.  Onlar  inanmışlar  ki,  biz  orada  ədalət  ideallarını  müdafiə  edəcəyik.  Mənim  fikrimcə,  ilk 

növbədə buna çox böyük zərurət var – bugünkü aləmdə ədalət və beynəlxalq hüquq ideallarını müdafiə 

etmək  lazımdır.  Əlbəttə,  bu  məsuliyyət  bizim  üzərimizə  yeni  funksiyalar  qoyur.  Bu,  ilk  təcrübədir,  biz 

hələ  başlamamışıq,  biz  yenicə  hazırlaşırıq.  Əminəm  ki,  sizin  dediyiniz  kimi,  reputasiya,  imic 

xarakterindən  əlavə,  bizim  Təhlükəsizlik  Şurasında  üzvlüyümüzün  praktiki  səmərəsi  olacaqdır.  Özü  də 

təkcə ölkəmizin maraqlarını təmin etmək üçün yox. Hərçənd, əlbəttə, biz çalışırıq ki, qarşıdakı iki ildən 

maksimum  səmərə  ilə  istifadə  edək,  maraqlarımızı,  o  cümlədən  bizim  üçün  ən  mürəkkəb  və  çətin 

məsələdə - Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində maraqlarımızı təmin edək. Əlbəttə, 

biz bu mövzunu daim Təhlükəsizlik Şurasının diqqət mərkəzində saxlayacağıq. Lakin biz həm də qlobal 

miqyasda sülhün, təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsi işinə töhfəmizi verməyə çalışacağıq. Bu 

gün beynəlxalq birliyin bu yeri bizə etibar etməsi faktının özü ona dəlalət edir ki, Azərbaycan dünyada 

baş verən qlobal proseslərə töhfə verən və daha çox töhfə verə biləcək bir ölkə kimi qəbul edilir.  



-Siz,  mənim  başa  düşdüyümə  görə,  ən  ağrılı  problemə  -  Dağlıq  Qarabağ  probleminə 

toxundunuz. Siyasi problemlərin, əlbəttə, həlli tələb olunan mürəkkəb düyününə. Sizin fikrinizcə, 

bu, ipləri bir-bir dartmaqla açmaq mümkün olan düyündür, yaxud kəsib doğramaq mümkün olan 

qordi düyünüdür?  




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə