“Xalq qəzeti”. 011. 27 dekabr. №287. – S. Azərbaycan Prezidenti İlham Əliyevin İtar-tass-ın baş direktorunun birinci müavini Mixail Qusmana İtar-tass agentliyi və “Rossiya 24” telekanalı üçün müsahibəsi



Yüklə 187,9 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix04.11.2017
ölçüsü187,9 Kb.
#8441
1   2   3   4   5   6   7

-Siz öz sualınızda diqqəti məhz mövcud yollar üzərində çox düzgün cəmləşdirdiniz. Doğrudan da 

yalnız  iki  yol  vardır.  Sizin  dediyiniz  yol  beynəlxalq  hüquqa  əsaslanan  qarşılıqlı  məqbul  həll  tapmaq 

cəhdidir.  Ya  da  yenə  beynəlxalq  hüququn  norma  və  prinsipləri  çərçivəsində  başqa  vasitələrdən  istifadə 

edilməlidir. Azərbaycan buna çox ciddi tərəfdardır. Üçüncü yol yoxdur və bunu hamı başa düşməlidir – 

həm qarşı tərəf, həm də, əlbəttə, əminəm ki, vasitəçilər də bunu başa düşürlər. Üçüncü yol – staqnasiya, 

konservasiya, dondurulma yoludur. Bu, mümkün deyil və elə şey yoxdur. Bu gün biz Minsk qrupunun 

həmsədr  ölkələrinin,  –  bunlar  isə  Təhlükəsizlik  Şurasının  üç  daimi  üzvüdür,  –  rəhbərlərinin  ən  yüksək 

tribunalardan  çıxışlarında  eşitdiyimiz  status-kvonun  qəbuledilməz  olması  və  onun  dəyişdirilməməsi 

barədə  fikirlər  belə  ümid  doğurur  ki,  siyasi  tənzimləmə  yolları  vardır.  Biz  bu  yolun  tərəfdarıyıq.  Əks 

halda  Azərbaycan  20  ilə  yaxın  müddətdə,  1992-ci  ildən  danışıqlar  prosesində  olmazdı.  Münaqişənin 

tənzimlənməsi  yolları  beynəlxalq  hüquq  müstəvisindədir.  Bizim  indi  iştirak  edəcəyimiz  BMT 

Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi təmin edilməlidir. Bu cür dörd qətnamə vardır. 

Onlar  Ermənistanın  işğalçı  qüvvələrinin  işğal  edilmiş  ərazilərdən  dərhal  və  qeyd-şərtsiz  çıxarılmasını 

tələb  edir.  Avropa  Şurasının,  Avropa  Parlamentinin  qətnamələri,  ATƏT-in  qərarları,  İslam  Əməkdaşlıq 

Təşkilatının,  digər  təşkilatların  qətnamələri  vardır.  Onların  hamısı  eyni  şeyi  tələb  edir  –  Azərbaycanın 

ərazi  bütövlüyü  bərpa  edilməlidir.  Bu,  bizim  suveren  hüququmuzdur,  dövlətimizin  ərazi  bütövlüyünün 

siyasi  vasitələrlə  deyil,  açıq  deyək,  hərbi  vasitələrlə  bərpa  edilməsi  də  bizim  suveren  hüququmuzdur. 

BMT  Nizamnaməsinə  uyğun  olaraq  bizim  belə  hüququmuz  vardır.  Biz  sadəcə  olaraq  bundan  istifadə 

etmək  istəmirik.  Ümid  edirik  ki,  sağlam  düşüncə  qalib  gələcək,  Ermənistan  tərəfi,  nəhayət  qəti  başa 

düşəcəkdir  ki,  münaqişə  tənzimlənməsə  onların  bu  regionda  olması  getdikcə  mürəkkəbləşəcəkdir.  Biz 

həm  də  vasitəçilərin  –  Minsk  qrupunun,  həmsədrlərin  səylərinin  fəallaşacağına,  münaqişənin  mümkün 

qədər tezliklə həll edilməsinə və vətəndaşlarımızın öz torpaqlarına qayıda biləcəyinə ümid edirik.  



-Siz  dediniz  ki,  lap  əvvəldən  öz  siyasətinizin  əsas  xətlərindən  biri  olan  regional  siyasəti 

seçmisiniz.  Siz  ölkədə  çox  səfərdə  olursunuz.  Mənim  fikrimcə,  Siz  hər  həftə  regionların  birində, 

uzaq  kəndlərdə,  sənaye  obyektlərində,  humanitar  sahəyə  aid  obyektlərdə  olursunuz.  Bunu  hamı 

görür. Mən başa düşürəm ki, bu regional siyasətə neft rentası kömək edir. Bu, aşkardır. Amma hər 

halda  indiki  mərhələdə,  regionların  diqqətə  ehtiyacı  olduğu,  qarşıda  isə  yeni  məqsədlər  durduğu 

bir vaxtda magistral hədəf, strateji xətt nədən ibarətdir?  

-Çox  qısa  desək,  bu,  Azərbaycanı  tam  transformasiya  etmək  və  onu  inkişaf  etmiş  ölkəyə 

çevirməkdir. Yəni, bizim qarşımızda duran məqsəd budur. O, olduqca çoxşaxəlidir, bütün sahələri əhatə 

edir. Bizim həyata keçirdiyimiz modernləşmə də məhz bütün sahələri əhatə edir. İqtisadiyyat öz yerində, 

Azərbaycan iqtisadi inkişaf üzrə böyük uğurlar qazanmışdır və bütün aparıcı beynəlxalq iqtisadi qurumlar 

bunu etiraf edir. Siyasi transformasiya da belədir. Əgər siyasi islahatlar iqtisadi islahatlardan geri qalarsa, 

biz inkişaf etmiş ölkə ola bilmərik. Buna görə də məqsədimiz siyasi və iqtisadi islahatları paralel olaraq 

həyata keçirmək, regionda, habelə qlobal miqyasda, dünyada qonşularımızla əlaqələri möhkəmlətməkdir.  

Bunun  üçün  bizim  imkanlarımız  vardır.  Son  səkkiz  ildə  biz  iqtisadiyyatı  üç  dəfə  artıra  bilmişik, 

ÜDM  300  faiz  artmışdır.  Bunlar  onu  göstərir  ki,  potensial  vardır.  Bu  gün  bizim  qarşımızda  başqa 

məsələlər durur. Əlbəttə, neft amili bizə çox kömək etmişdir. Lakin bu da bizim xidmətimizdir. Axı, çox 

ölkələrin nefti vardır. Nefti bizdəkindən qat-qat çox olan ölkələr də çoxdur. Lakin resurslardan düzgün 

istifadə  edilməsi,  xalqın  sərvətinin  ədalətli  bölgüsü,  habelə  vəsaitlərin  xərclənməsində  və 

akkumulyasiyasında  maksimum  şəffaflıq  elə  vəziyyətə  nail  olmağa  imkan  vermişdir  ki,  valyuta 

ehtiyatlarımız  ilbəil  artır  və  8  ildə  yoxsulluq  səviyyəsi  5  dəfə  azalaraq  49  faizdən  9  faizə  düşmüşdür. 

Yəni,  neft  amili  bu  gün  sabitləşdirici  amildir,  lakin  artıq,  məsələn,  beş  il  əvvəl  olduğu  dərəcədə 

əhəmiyyətli  deyildir.  Bu  gün  müasir  texnologiyaların  inkişafı,  informasiya-kommunikasiya 

texnologiyaları sahəsi prioritetdir. Gələn il biz Azərbaycanın ilk telekommunikasiya peykini buraxacağıq. 

Biz kosmik sənaye yaradırıq. Yəni, biz bəzilərinin fikrincə, Azərbaycanın baxmalı olduğundan çox-çox 

uzağa  baxırıq.  Bizim  planlarımız  kimlərinsə  düşünə  biləcəyi  kimi  Azərbaycanın  malik  olduğu 

imkanlardan  bəlkə  də  qat-qat  geniş  və  əhatəlidir.  Qlobal  mənada  bu,  yüksək  həyat  səviyyəsinə,  inkişaf 

etmiş sənayeyə və regionda daha da möhkəmlənmiş mövqelərə malik olan müasir, dinamik inkişaf etmiş 

ölkədir.  

- Zənnimcə, ölkənin uğurla inkişaf etməsi üçün daxili aləm çox vacibdir. Azərbaycan ənənəvi 

olaraq multimilli, multimədəni ölkədir. Hərçənd multikulturalizm mövzusunun özü siyasi lüğətdə 

25 il əvvəl yer almışdır. Elə bu yaxınlarda Sizin həmkarlarınız Kansler Merkel, Prezident Sarkozi, - 

bir  az  əvvəl  Hollandiyanın  Baş  naziri  Ryutte  ilə  söhbət  etmişəm,  -  onların  hamısı  əlbir  olub 

multikulturalizm anlayışının özünü “dəfn” etməyə başladılar. Sizcə, bu anlayışdan imtina etməyin 

vaxtı nə dərəcədə çatmışdır? Ümumiyyətlə, multikulturalizm Azərbaycana nə dərəcədə xasdır?  



Yüklə 187,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə