“Xalq qəzeti”. 011. 27 dekabr. №287. – S. Azərbaycan Prezidenti İlham Əliyevin İtar-tass-ın baş direktorunun birinci müavini Mixail Qusmana İtar-tass agentliyi və “Rossiya 24” telekanalı üçün müsahibəsi



Yüklə 187,9 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix04.11.2017
ölçüsü187,9 Kb.
#8441
1   2   3   4   5   6   7

-  Bizim  üçün  bu,  yüz  illər,  min  illər  boyu  təşəkkül  tapmış  təbii  mühitdir.  Müasir  Azərbaycanın 

ərazisində  həmişə  müxtəlif  dinlərə  etiqad  edən  müxtəlif  etnik  mənşəli  insanlar  yaşamışlar.  Bütün 

tariximiz  ərzində  ictimai-siyasi  vəziyyətdən  və  ya  yaşadığımız  quruluşdan  asılı  olmayaraq  ölkəmizdə 

məskunlaşan  xalqlar  arasında  həmişə  sülh  olmuşdur.  Bu,  Azərbaycan  Rusiya  imperiyasının  bir  hissəsi 

olmamışdan  əvvəl  də,  həmin  dövrdə  də,  Sovet  İttifaqı  zamanında  da  belə  idi  və  müasir  dillə  desək, 

multikulturalizmin həmin ənənələri müstəqillik dövründə daha da möhkəmlənmişdir. Yəni bu, bizim üçün 

təbii həyat tərzidir və biz bunu başqa cür təsəvvür etmirik. Sadəcə, müəyyən mərhələdə başa düşdük ki, 

bu,  heç  də  hər  yerdə  belə  deyildir  və  çox  təəccübləndik.  Yəqin  ki,  elə  bu  məqsədlə,  bunun 

mümkünlüyünü göstərmək üçün biz müxtəlif beynəlxalq tədbirlər təşəbbüsü ilə çıxış etdik. Azərbaycanda 

dünya  dinlərinin  liderlərinin  zirvə  görüşü  böyük  müvəffəqiyyətlə  keçdi.  Rusiya-Azərbaycan  Humanitar 

Forumu çox böyük uğurla keçdi və bu yaxınlarda keçirilən Beynəlxalq Humanitar Foruma çevrildi. Bütün 

bu  tədbirlər  gözdən  pərdə  asmaq  üçün  keçirilmir,  onların  böyük  praktiki  əhəmiyyəti  və  mütərəqqi 

ictimaiyyətin  multikulturalizmə  təbii  yaşayış  mühiti  kimi  baxan  hissəsinin  səylərini  birləşdirmək 

əhəmiyyəti vardır.  

Əgər Azərbaycan tarixinə nəzər salsaq, - dünyada belə ölkələr az deyildir, - birmənalı şəkildə deyə 

bilərəm  ki,  multikulturalizm  yaşayır.  Belə  hesab  edirəm  ki,  Azərbaycan  yalnız  onun  daha  məşhur 

ünvanlarından  biridir.  Digər  tərəfdən,  bu  prosesləri  və  sizin  danışdığınız  məsələni  –  Avropa 

ictimaiyyətinin  həmin  proseslərdə  iştirakının  müəyyən  məyusluq  doğurduğunu  təhlil  edərkən  soruşmaq 

lazımdır  ki,  “bəs  alternativ  nədir?”.  Multikulturalizmin  alternativi  varmı?  Əgər  onu  “dəfn”  edirlərsə, 

deməli,  alternativ  olmalıdır.  Bəs  bu  hansı  alternativdir?  Əgər  bu,  multikulturalizm  deyilsə,  bəs  nədir? 

Əgər məntiqi düşünsək, deməli, özünütəcriddir. Deməli, ictimaiyyətin qəbul etmədiyi müxtəlif dinlərin, 

xalqların  nümayəndələrinin  deportasiyası,  rədd  edilməsidir.  Bu,  heç  bir  yerə  aparmayan  yoldur.  Bu  yol 

çox  təhlükəlidir.  Təəssüf  ki,  bəşəriyyət  tarix  boyu,  o  cümlədən  XX  əsrdə  belə  səhv  siyasətin  və  mən 

deyərdim ki, cinayətkar diqqətsizliyin, yaxud da irqi, etnik və dini zəmində ədavət toxumlarının şüurlu 

şəkildə  səpilməsinin  nəticələri  ilə  üzləşmişdir.  Bu,  çox  təhlükəli  meyildir.  Hesab  edirəm  ki,  humanitar 

xarakterli  beynəlxalq  tədbirlərin  məhz  Bakıda  və  əlbəttə  ki,  digər  yerlərdə  keçirilməsi  ona  gətirib 

çıxaracaqdır  ki,  bizim  kimi  multikulturalizmin  yaşadığını,  onu  qorumaq,  müdafiə  və  çox  təbliğ  etmək 

lazım  gəldiyini  düşünən  insanların  siyasi  elitada  çox  olmasına  və  bunun  ictimai  şüurda  üstünlük  təşkil 

etməsinə kömək edəcəkdir. Ona görə də bəzən, deyək ki, multikulturalizmin qəbul edilməməsi üzrə siyasi 

təşəbbüslər ictimaiyyət tərəfindən qəbul edilməmək kimi inspirasiya olunur. İctimaiyyət tərəfindən qəbul 

edilməmə  öz  növbəsində  bəzi  kütləvi  informasiya  vasitələri  tərəfindən  təbliğ  olunur.  Həmin  KİV-lər 

xeyirxahlığı  təbliğ  etmək  əvəzinə,  irqi  dözümsüzlüyü,  nifrəti,  müxtəlif  fobiyaları  təbliğ  edir.  Bu,  çox 

təhlükəli yoldur. Tarixən, əsrlər boyu təşəkkül tapmış multimədəni, çoxmillətli, çoxkonfessiyalı bir ölkə 

olan Azərbaycan üçün belə təhlükəli meyillər, sadəcə, milli təhlükəsizliyimizə təhdiddir. Əlbəttə, dünyada 

nələr  baş  verdiyinə  baxmayaraq,  biz  həm  öz  siyasətimiz,  həm  də  təşəbbüslərimizlə  həmin  proseslərdə 

Azərbaycanda multikulturalizmi möhkəmləndirəcəyik. Çalışacağıq ki, ölkəmizdə bütün dinlərin və etnik 

qrupların nümayəndələri bundan sonra da özlərini vahid ailə kimi hiss etsinlər, mehribanlıq, qardaşlıq və 

qarşılıqlı anlaşma şəraitində yaşasınlar. Yenə də təkrar edirəm ki, bizim üçün bu, təbii yaşayış mühitidir 

və qoruyacağımız dəyərlərimizdir.  

- Müstəqil Azərbaycanın 20 illiyidir. Bu, çox böyük hadisədir. Bütün ölkə tərəfindən təntənə 

ilə qeyd edilmişdir. Lakin tarixi planda, əlbəttə, bir göz qırpımıdır. Sizcə, müstəqil Azərbaycanın 

hansı dövlət təsisatlarını möhkəmləndirmək, inkişaf etdirmək tələb olunur. Sirr deyildir ki, kimsə 

bir  dövlət  mexanizmində,  fərz  edək,  korrupsiyanın,  digərində  süründürməçiliyin  baş  alıb 

getməsindən şikayətlənir. Bütün bunlar gənc dövlət üçün bir növ normal haldır. Ölkədə real dövlət 

hakimiyyəti təsisatlarının möhkəmləndirilməsi vasitələri, yolları haradadır?  

-  Hər  şey  siyasi  iradədən  və  qəbul  edilən  qərarların  düzgünlüyündən  asılıdır.  Əgər  siyasi  iradə 

varsa,  hər  şeyə  nail  olmaq  mümkündür.  Ölkəmizə  gəldikdə  isə  axı,  20  il  əvvəl  Azərbaycanın  inkişaf 

yollarını əvvəlcədən görmək mümkün deyildi.  



- Xaotik idi. 

-  Tamamilə  doğrudur. Müstəqilliyin  ilk  illəri  hamımızın  yaddaşında  faciəli  illər, itkilər,  müəyyən 

mənada  milli  rüsvayçılıq  illəri  kimi  qalmışdır.  Yəni,  müstəqilliyimizin  ilk  iki  ilində,  təəssüf  ki, 

hakimiyyətdə  olanlar  bütün  bu  məsuliyyəti  başa  düşməmiş  və  bəlkə  də  başa  düşmək  istəməmişlər, 

əslində,  ölkəmizi  fəlakətə,  demək  olar,  parçalanmaya  doğru  sürükləmişlər.  Heydər  Əliyevin  ölkəyə 

başçılıq  etdiyi  1993-cü  ildən  Azərbaycanın  davamlı  inkişafı  başlanmışdır.  Lakin  elə  o  vaxt  da  ölkənin 

necə inkişaf edəcəyi əhalinin böyük əksəriyyətinə bəlkə də aydın deyildi. Onda yollar və seçimlər olduqca 

çox  idi.  Azərbaycan  hansı  yolla  gedəcəkdir?  Azərbaycan  necə  bir  ölkəyə  çevriləcəkdir?  Məhz  siyasi 

təsisatların  təşəkkülünə,  siyasi  sistemin  yaradılmasına,  demokratik  təsisatların,  bazar  iqtisadiyyatının 



Yüklə 187,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə