“Xalq qəzeti”. 011. 27 dekabr. №287. – S. Azərbaycan Prezidenti İlham Əliyevin İtar-tass-ın baş direktorunun birinci müavini Mixail Qusmana İtar-tass agentliyi və “Rossiya 24” telekanalı üçün müsahibəsi



Yüklə 187,9 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix04.11.2017
ölçüsü187,9 Kb.
#8441
1   2   3   4   5   6   7

möhkəmləndirilməsinə  söykənən  düzgün  strateji  seçim  və  müasir  inkişaf,  əslində,  bu  gün  ona  gətirib 

çıxarmışdır ki, Azərbaycan artıq dünyada daha dinamik inkişaf edən ölkə kimi qəbul edilir. Növbəti 20 il 

üçün  qarşıda  duran  vəzifələr  bundan  ibarət  olacaqdır  ki,  dediyim  kimi,  bu  müsbət  təcrübəyə  əsaslanan 

inkişaf  etmiş  dövlət  yaradaq.  Demokratikləşmə,  şəffaflıq,  qanunun  aliliyi  olmadan  inkişaf  etmiş  ölkə 

yaratmaq  qeyri-mümkün  olacaqdır.  Əlbəttə,  Azərbaycanın  iqtisadi  potensialı,  təbii  ehtiyatları,  insan 

potensialı  və  coğrafi  vəziyyəti  elədir  ki,  siyasi  yolun  seçimindən  asılı  olmayaraq,  Azərbaycan  həmişə 

inkişaf edəcəkdir. Buna heç bir şübhəm yoxdur. Lakin məsələ bundadır ki, necə? Hansı sürətlə?  Biz bu 

inkişafın  nəticəsində  nə  əldə  edəcəyik?  Mən  ölkəmizi  qanunun  aliliyinin  bərqərar  olduğu,  çox  güclü 

sosial siyasəti, inkişaf etmiş iqtisadiyyatı və regionda möhkəm mövqeləri olan müasir və demokratik bir 

ölkə kimi görürəm. Dediklərimin böyük hissəsi  artıq əldə edilmişdir. Lakin, necə deyərlər, təkmilləşmə 

sərhəd tanımır. Gözümüzün qarşısında inkişaf etmiş ölkələrin müsbət təcrübəsi vardır və əlbəttə, biz bu 

təcrübəni öyrənirik, lazım gəldikdə tətbiq edirik. Açığını deyim ki, kor-koranə istifadə etmirik, məhz bizə 

uyğun  gələni  və  doğru  saydığımızı  tətbiq  edirik.  Buna  görə  də  əminəm  ki,  yaxın  perspektivdə  qarşıya 

qoyduğumuz  məqsəd  və  vəzifələr  həyata  keçiriləcəkdir.  Əgər  8  ildə  ümumi  daxili  məhsulun  üç  dəfə 

artırılmasına  nail  olmuşuqsa,  indi  artıq  üçqat  artırılmış  ÜDM-i  2013-2023-cü  illərdə  iki  dəfə  artırmaq 

vəzifəsini  qarşımıza  qoyur  və  ona  hazırlaşırıq.  Yəni,  bu  vəzifə  artıq  qarşıya  qoyulmuşdur.  Hazırda 

hökumətdə  həmin  vəzifənin  konsepsiyasının  hazırlanması  və  həyata  keçirilməsi  istiqamətində  iş  gedir. 

Əgər  üçqat  artırılmış  ÜDM-i  iki  dəfə  artırmaq  kimi  iddialı  bir  vəzifə  qarşıya  qoyulursa,  onda  həm 

ehtiyatlar,  həm  vasitələr,  həm  elmi  fikir,  həm  də  intellektual  potensial  –  hər  şey  bu  vəzifəyə  uyğun 

səfərbərliyə alınır. Odur ki, belə gözəl iqtisadi göstəricilərə malik olduğumuz halda, biz siyasi sistemin 

transformasiya edilməməsini özümüzə rəva görə bilmərik və biz bunu edirik. Axı, Azərbaycan 10 il əvvəl 

Avropa  Şurasına  təsadüfən  daxil  olmamışdır.  Axı,  həmin  quruma  daxil  olanda  başa  düşürdük  ki,  bu, 

üzərimizə böyük məsuliyyət qoyur və biz sərt tənqid atəşinə məruz qalacağıq.  

- Avropa baxışı altında... 

-  Bəli,  monitorinq  ilə  və  bu  tənqid  heç  də  həmişə  xoş,  heç  də  həmişə  ədalətli  deyildir.  Biz  buna 

şüurlu  surətdə  getdik.  Bu  təşkilatın  üzvü  olmayan  çox  ölkələr  vardır,  lakin  bu,  onların  seçimidir.  Biz 

ölkəmizi transformasiya etmək istəyirik. İstəyirik ki, həm ictimai şüurun səviyyəsi, həm də mövcud tarixi 

təcrübə  siyasi  sistemin  bizim  düşündüyümüz  meyarlarına  cavab  versin.  Çünki  Azərbaycan  müsəlman 

Şərqində  demokratik  respublika  qurmuş,  demokratik  parlament  yaratmış,  bir  çox  Avropa  ölkələrindən 

xeyli  əvvəl  qadınlara  seçmək  hüququ  vermiş  ilk  ölkədir.  Yəni  ölkəmizdə  müasirlik  və  maarifçilik 

ənənələrinin  dərin  kökləri  vardır.  Biz  müasir  dövlətimizi  bu  baza  üzərində  qururuq  və  onu  mütləq 

quracağıq.  

-Azərbaycan müstəqilliyinin 20 illiyini “Eurovision”da qazandığı böyük uğurla bayram etdi. 

Bu,  həqiqətən  böyük  qələbə  idi.  Həmin  gecə,  demək  olar,  bütün  gənclərin  küçəyə  axışdığını 

müşahidə etmək olardı. Yeri gəlmişkən, elə Moskvada da gənclər - Azərbaycandan olan tələbələr 

bayram edirdilər. Əlbəttə, belə hadisələr cəmiyyəti çox birləşdirir. Onlar ölkəyə bayram gətirir və 

bir növ əhval-ruhiyyəni daha da yaxşılaşdırır. Belə hadisələr nə dərəcədə vacibdir. Axı, prinsipcə, 

heç  nə  göydən  düşmür,  bu,  böyük  zəhmətin  nəticəsidir.  İnsanları  birləşdirən  belə  bayramları, 

hadisələri yaratmaq üçün hazırda hansı istiqamətlərdə işlər aparılır? 

- Bilirsiniz ki, bu, həqiqətən də böyük qələbədir. Bu, ilk növbədə Azərbaycanın tanınmasıdır. Mənə 

çox xoşdur ki, ictimai səsvermənin nəticələri bizim üçün daha əlverişli olmuşdur. Çünki bildiyiniz kimi, 

“Eurovision”da qələbə iki komponentdən – münsiflər heyətinin səs verməsindən və ... 



- Demək olar, bütün tamaşaçıların səs verməsindən asılıdır.  

- Bəli. Yəni, bütün Avropa bizə səs vermişdir. Demək olar, bütün Avropa. Biz böyük fərqlə qalib 

gəldik. Bu, olduqca vacib məqamdır. Əlbəttə, bu, bizim ifaçıların qələbəsidir. Gözəl mahnı, gözəl ifa və 

ifaçılarımızın  obrazı  –  məhz  gənc,  müasir  dövlətimiz  kimi  müasir,  gənc  obraz.  Lakin  eyni  zamanda, 

həmin qələbə burada, əlbəttə, daha geniş mənada qələbə kimi qəbul edilir. Heç şübhəsiz, belə qələbələr 

birləşdirir.  

Deməliyəm ki, biz, əslində, hər ay qələbələr əldə edirik. Lakin bəzən onlar görünmür, çünki cüzi və 

ya  quru,  cansıxıcı  statistik  məlumatların  arxasında  gündəlik  həyatımızda  ölkənin  inkişafında  nail 

olduğumuz böyük qələbələr dayanır. Lakin elə qələbələr də var ki, onları hamı görür. İndiki halda musiqi 

müsabiqələrində qələbələrin, əlbəttə, xüsusi əhəmiyyəti vardır. Mən, həmçinin idmandakı qələbələri qeyd 

edərdim.  Burada  idmançılarımızın  hər  bir  qələbəsi  böyük  milli  bayrama  çevrilir.  Bizim  Olimpiya 

çempionlarımız,  dünya  çempionlarımız  vardır.  Bizdə  hər  bir  idman  qələbəsi  cəmiyyətdə  müsbət 

emosional  təkan  yaradır.  Həmçinin  BMT-nin  Təhlükəsizlik  Şurasına  seçilməyi  qeyd  edərdim.  Çünki 

iqrisadiyyatdakı  qələbələri  də  təbii  ki,  idmandakı  kimi  olmasa  da,  amma  hər  halda  həm  görmək  və 

toxunmaq, həm də ailə büdcəsində hiss etmək olar. Lakin xarici siyasətdə bu, gözdən sanki daha uzaqdır. 



Yüklə 187,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə