“Xalq qəzeti”. 011. 27 dekabr. №287. – S. Azərbaycan Prezidenti İlham Əliyevin İtar-tass-ın baş direktorunun birinci müavini Mixail Qusmana İtar-tass agentliyi və “Rossiya 24” telekanalı üçün müsahibəsi



Yüklə 187,9 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix04.11.2017
ölçüsü187,9 Kb.
#8441
1   2   3   4   5   6   7

-Əlbəttə,  bütövlükdə  elitalar  mövzusunda  çox  deyilmiş,  çox  müdrik  sözlər  yazılmış  və  təhlillər 

aparılmışdır.  Hər  hansı  fəlsəfi  mühakimələr  yürütmək  istəmirəm,  hərçənd  elitanın  nə  demək  olması  və 

ölkələrin, xalqların, bütövlükdə bəşəriyyətin inkişafında onun rolu haqqında öz təsəvvürüm vardır. Yəni, 

bu,  hər  bir  ölkə  üçün  tərəqqinin  hərəkətverici  qüvvəsidir.  Ölkənin  uğurlarını  müəyyən  dərəcədə,  bəzən 

həlledici  dərəcədə  onun  elitası  müəyyən  edir.  Cəmiyyətin  inkişafı  da  elitanın  hazırlıq  və  motivasiya 

dərəcəsindən asılıdır. Mənim fikrimcə, əsas məsələ odur ki, tarazlıq, çox düzgün tarazlıq gözlənilsin və 

elita  özünü  bütövlükdə  cəmiyyətdən  təcrid  olunmuş  hiss  etməsin.  Ona  görə  ki,  elita  bu  cəmiyyətin  bir 

hissəsidir. Ən peşəkar, hazırlıqlı, istedadlı hissəsidir və buna görə ən məsuliyyətli hissə olmalıdır. Hesab 

edirəm  ki,  bizim  cəmiyyətdə  tarazlığa  riayət  olunmuşdur.  Əvvələn,  bizdə  istər  siyasi  idarəçilikdə,  istər 

biznes  strukturlarında,  istərsə  də  hər  hansı  başqa  sahədə  ayrı-seçkilik  yoxdur.  Biz  maksimum  dərəcədə 

çalışırıq  ki,  hamı  bərabər  olsun  –  həm  qanun,  həm  də  cəmiyyət  qarşısında.  Buna  görə  də  tarazlıq 

pozulmamışdır.  Toxunulmazlar  yoxdur.  Xüsusi  statusa  malik  adamlar  da  yoxdur.  Elitanın  davranışına 

gəldikdə  isə  onun  ideya  və  tərəqqi  daşıyıcısı  kimi  yerinə  yetirdiyi  funksiyadan  əlavə,  mənim  fikrimcə, 

əsas məsələ budur ki, o özünü cəmiyyətdən ayrılmış hiss etməsin, özündən bədgüman olmasın, yetərincə 

təvazökar  və  vətənpərvər  olsun.  Bu  halda  bütövlükdə  cəmiyyətin  elitaya  münasibəti  müsbət  olacaqdır. 

Mənim fikrimcə, görürəm ki, Azərbaycanda vəziyyət belədir. Yəni, bizim cəmiyyətdə uğur qazananlara 

münasibət  əsasən  müsbətdir.  Hər  hansı  böyük  maddi  nemətlərə  nail  olmuş,  yaxud  çoxlu  pul  qazanmış 

adamlara,  yaxud  işləri  uğurla  gedən  biznesmenlərə  münasibət  müsbət  ehtiramlıdır.  Əlbəttə,  hisslər  çox 

rəngarəngdir. Lakin mənim fikrimcə, bu hisslər arasında paxıllıq hissi Azərbaycan cəmiyyətində birinci 

yerdə deyildir.  

Mənə  belə  gəlir.  Bəlkə  də  hörmət  hissi  birinci  yerdədir.  Hərçənd  müxtəlif  adamlar,  müxtəlif 

yanaşmalar  vardır.  Elitanın  nümayəndələri  də  müxtəlifdir.  Qınanmağa,  bəzən  cəzalandırılmağa  layiq 

olanlar  da  var  və  bu,  təbii  ki,  qanun  çərçivəsində  olur.  Buna  görə  bütün  bunlar  üzvi  şəkildə  əlaqəli 

olmalıdır,  elita  təkəbbürlü  olmamalıdır  və  belə  deyək,  hələ  elita  olmayanların  da  mənfi  və  narazılıq 

hissləri olmamalıdır.  

-Siz beynəlxalq münasibətlər üzrə təhsil almısınız. Bu, Sizin diplomunuzda göstərilmişdir və 

mən  deyə  bilərəm  ki,  Siz,  həqiqətən  bu  sahənin  mütəxəssisisiniz.  Sizin  bütün  həyatınız  bunu 

göstərmişdir. Burada əlimdə daha bir kiçik qovluq var. Mən söhbətə hazırlaşmışam. Bu qovluğu 

tanıyırsınız? Yox?  

-Yox.  


-Bu,  Sizin  dissertasiyanızdır.  Burada  onun  referatı  var.  Bu  dissertasiya  müasir  mərhələdə 

Böyük  Britaniyada  müharibə  əleyhinə  hərəkata  və  siyasi  partiyaların  ona  münasibətinə  həsr 

edilmişdir.  

-Bu ad yadımdadır.  



-Bəli, bu həmin dissertasiyadır. Yeri gəlmişkən, ona tələbat olmuşdur. Burada mənim əlimdə 

kitabxana  kartı  var.  Mən  onu  MDBMİ-nin  kitabxanasından  götürmüşəm.  Sizin  dissertasiyanı 

oxumaq üçün tez-tez götürmüşlər. Görünür, iş aktual olub, onunla maraqlanıblar. Yeri gəlmişkən, 

bundan əvvəl Siz Leyboristlərin parçalanması haqqında diplom işi yazmısınız.  

-Tamamilə doğrudur. Mən Folklend münaqişəsi haqqında da yazmışdım.  

-

Bununla əlaqədar, mənim Sizə xarici siyasətlə bağlı bir sualım var. Belə başa düşürəm ki, o, 

peşəkarlıq  baxımından  Sizə  yaxındır.  Əlbəttə,  Azərbaycan  nadir  geosiyasi  məkanda  yerləşir. 

Burada çox müxtəlif tarixi amillər vardır. Sizin üçün öz ölkənizə tətbiqən geosiyasət nə deməkdir? 

Geosiyasi amillər Sizin siyasətə necə təsir göstərir?  

-Bu,  bizim  təbii  varlığımızın,  mövcudluğumuzun  tərkib  hissəsidir.  Yəqin  ki,  bu  sözlər  bəlkə 

qonşuları olmayan adalar istisna olmaqla hər bir ölkə üçün aktualdır, lakin onlar da siyasətə cəlb olunur.  

-

Siz onlar haqqında da iş yazmısınız. Folklend adaları haqqında.  

-Əlbəttə,  biz  regionun  bir  hissəsiyik  və  regionda  baş  verən  proseslər  istədik-istəmədik  bizə  təsir 

göstərir. Lakin prezident kimi mənim vəzifəm regional xarakterli proseslərin Azərbaycana mənfi təsirini 

minimuma endirmək və əksinə, Azərbaycanın regional proseslərə təsir göstərmək imkanlarını maksimum 

artırmaqdır.  Əlbəttə, buna nail  olmaq  üçün  xarici  siyasət  oriyentirlərini  çox  dürüst  başa  düşmək,  xarici 

siyasət təşəbbüslərini düzgün seçmək zəruridir. Bəzən onlar iqtisadi, nəqliyyat xarakterli olur. Lakin son 

nəticədə  bu,  bizim  xarici  siyasət  proqramının  və  ya  paketinin  bir  hissəsidir.  Azərbaycanın  beynəlxalq 

miqyasda rolunu və yerini möhkəmlətməliyik. Regional formata gəldikdə isə deməliyəm ki, bu gün bizim 

regionla  məşğul  olan  mütəxəssislərin, analitiklərin  əksəriyyəti  artıq  başa  düşür ki,  Azərbaycan  regional 

planda  xüsusi  yer  tutur.  İqtisadiyyata  gəldikdə,  Azərbaycan  iqtisadiyyatı  bütün  Cənubi  Qafqaz 

iqtisadiyyatının  83  faizini  təşkil  edir.  Gələcəkdə  bu  rəqəm  yalnız  artacaqdır,  çünki  bizim  planları, 

investisiyaları  və  iqtisadi  inkişaf  proqramlarını  nəzərə  alsaq,  yəqin  ki,  bu  rəqəm  haçansa  90-na  da 



Yüklə 187,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə