“Xalq qəzeti”. 011. 27 dekabr. №287. – S. Azərbaycan Prezidenti İlham Əliyevin İtar-tass-ın baş direktorunun birinci müavini Mixail Qusmana İtar-tass agentliyi və “Rossiya 24” telekanalı üçün müsahibəsi



Yüklə 187,9 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix04.11.2017
ölçüsü187,9 Kb.
#8441
1   2   3   4   5   6   7

çatacaqdır.  Lakin  əsas  məqsəd  bu  deyil.  Biz  heç  vaxt  qarşıya  belə  məqsəd  qoymamışıq.  Sadəcə, 

gördüyümüz 

işlər 

avtomatik 



olaraq 

buna 


gətirib 

çıxarmışdır.  

Regional  təşəbbüslərə  gəldikdə,  biz  nəqliyyat,  energetika,  təhlükəsizlik  məsələləri  ilə  əlaqədar  əsas,  ən 

mühüm regional proqramların təşəbbüsçüləri olmuşuq. Bu gün Azərbaycanın iştirakı olmadan regionda 

heç  bir  layihə  mümkün  deyildir.  İstər  energetika,  istər  nəqliyyat,  istərsə  də  xarici  siyasət  sahəsində. 

Nisbətən yaxın keçmişdə baş vermiş hadisələr göstərmişdir ki, kimin nə qədər səy göstərməsindən asılı 

olmayaraq,  Azərbaycanın  mənafeləri  nəzərə  alınmadan  regionda  xarici  siyasi  layihələr  həyata  keçirilə 

bilməz. Biz buna nail olmuşuq. Fikrimcə, indi artıq hamı bunu başa düşür. Əlbəttə, hər bir ölkə çalışır ki, 

onun ölkə hüdudlarından kənarda təsiri daha çox olsun. Biz bu məsələyə həm də regional əməkdaşlığın 

möhkəmlənməsi  baxımından  yanaşırıq.  Yəni,  biz  ölkənin  xarici  siyasət  təşəbbüslərinə  və  geosiyasi 

mövqeyinə  müsbət  yanaşırıq.  Təzyiq  göstərmək,  şantaj,  mənfi  münasibət  vasitəsilə  deyil,  müsbət 

münasibət vasitəsilə. Biz həmhüdud ölkələrdə investisiya qoyuluşunu həyata keçiririk. Qonşu ölkələrdən 

qaynaqlanan,  məqbul  hesab  etdiyimiz  təşəbbüsləri  müəyyən  qədər  dəstəkləyirik.  Bizim  iqtisadi 

təşəbbüslərimiz və Azərbaycanın hüdudlarından kənarda realaşdırdığımız investisiyalar sərmayə qoyulan 

ölkələrə  kömək  edir.  Bununla  da  Azərbaycanın  rolu  daha  da  artır.  Təsadüfi  deyildir  ki,  həm  regionda, 

həm  də  Avropada  dostlarımızın  və  tərəfdaşlarımızın çoxu  Azərbaycanı  özlərinin  strateji  sərmayədarları 

sırasında  görmək  istəyir.  Bizə  sənayenin  strateji  sahələrinə,  energetikaya,  nəqliyyata  sərmayə 

qoyuluşunda iştirak etmək təklif olunur və biz bu təklifləri çox diqqətlə nəzərdən keçiririk. Yəni, bunlar 

bizə  etimadın  dərəcəsinə  dəlalət  edir.  Bu,  o  deməkdir  ki,  Azərbaycan  etibarlı  dost,  tərəfdaş  kimi  qəbul 

edilir. Bununla da biz regionda öz mənafelərimizi geniş mənada təmin edirik və gələcəkdə bizim iqtisadi 

potensialın  bir  hissəsi  bu  gün  Azərbaycanın  hüdudlarından  kənarda  qoyduğumuz  sərmayələr  hesabına 

formalaşacaqdır. Bu, bizim artıq həyata keçməkdə olan yeni iqtisadi siyasətimizin tərkib hissəsidir. Son 

dövrün bəlkə də ən xoş mövzusuna – Təhlükəsizlik Şurasına seçilməyimizə qayıdaraq demək istəyirəm 

ki,  bu  da  məhz  bizim  həyata  keçirdiyimiz  siyasətin  bir  hissəsi  və  dünyada  Azərbaycanın  rolunun  başa 

düşülməsi göstəricisidir. Biz regionda, Xəzər regionunda, Qafqaz regionunda və daha geniş regionda real 

sabitləşdirici amilik. Güman edirəm və əminəm ki, gələcəkdə nüfuzumuz yalnız artacaqdır.  

-  Biz  artıq  bu  barədə  danışmışıq.  Siz  həyatınızın  müəyyən  hissəsini  Moskvada  yaşamısınız. 

Sovet İttifaqının paytaxtı, indi isə Rusiyanın paytaxtı Moskvada oxumusunuz. Siz institutdan sonra 

da orada yaşamısınız. Hazırda rəsmi və qeyri-rəsmi səfərlərlə tez-tez Rusiyada olursunuz. Rusiya 

Azərbaycanın qonşusudur. Sizin Rusiya Federasiyasının həm keçmiş prezidenti Vladimir Putinlə, 

həm də hazırkı Prezidenti Dmitri Medvedevlə müəyyən siyasi, peşəkar əlaqələriniz yaranmışdır. Siz 

də MDBMİ-də bu movzu ilə bağlı deyildiyi kimi, “personal chemistry” vardır. Rusiya-Azərbaycan 

əməkdaşlığının  perpektivlərini  necə  görürsünüz?  Orada  ağrılı  nöqtələr  və  ya  hansısa  açılmayan 

düyünlər varmı? Digər tərəfdən, bu inkişafın hansı perspektivləri vardır? 

- Perspektivlər mənə çox müsbət görünür. Münasibətlərin tarixi, həmçinin. Son on ilin tarixi, belə 

deyək, çox müsbətdir. Qeyd etdiyiniz kimi, mənim Rusiyanın həm Prezidenti, həm də Baş naziri ilə çox 

sıx  qaşılıqlı  əlaqələrim,  münasibətim  vardır.  Əlbəttə,  bu  şəxsi  münasibətlər  də  ikitərəfli  və  regional 

xarakterli bir çox məsələlərin həll olunmasına kömək edir. Deməliyəm ki, Rusiya və Azərbaycan arasında 

münasibətlərin inkişafının yeni mərhələsi elə 2000-ci illərin əvvəlində - Vladimir Putin Rusiyaya başçılıq 

edəndə  başlanmışdır.  O,  Rusiya  Prezidenti  kimi  ilk  rəsmi  səfərini  Azərbaycana  etmişdir.  Bununla  da 

1990-cı illərin heç də həmişə bizim istədiyimiz kimi alınmayan münasibətləri dövrünə yekun vurulmuş və 

münasibətlərin  yeni  səhifəsi  açılmışdır.  Bu  10  il  ərzində  çox  iş  görülmüşdür.  Lakin  əgər  lap  müxtəsər 

desək,  ikitərəfli  münasibətlərdə  bütün  ağrılı  və  ya  mürəkkəb  məsələlər  həll  edilmişdir.  Hamısı.  Biri  də 

qalmamışdır. Sonuncu məsələ Prezident Dmitri Anatolyeviç Medvedevin Azərbaycana son səfəri zamanı 

həll edilmişdir. Dövlət sərhədi haqqında müqavilə imzalanmışdır. Bu, tarixi sənəddir. Zənnimcə, həmin 

sənəd  bu  illər  ərzində  razılaşdırılmış  və  imzalanmış  bütün  sənədlərin  zirvəsidir.  Bizim  gözəl  qarşılıqlı 

siyasi fəaliyyətimiz, siyasi əlaqələrimiz vardır. Əmtəə dövriyyəsi 10 faizlərlə artmaqdadır. Zənnimcə, bu 

il  az  qala  50-60  faiz  olmuşdur.  Mədəniyyət  sahəsində,  humanitar  əməkdaşlıqda  vəziyyət,  deyərdim  ki, 

idealdır.  Bu  həm  bizim,  həm  də  Rusiya  tərəfinin  qiymətidir.  İstisnasız  olaraq  bütün  hüquq  mühafizə 

strukturları  arasında  əməkdaşlıq  çox  səmərəli  və  təsirlidir.  Bu  da  bizim  ümumi  qiymətimizdir.  Əgər 

soruşsanız ki, daha nə etmək lazımdır, mənə cavab vermək çətin olacaqdır, çünki biz hər şeyi həll etmişik. 

Əlbəttə,  növbəti  mərhələdə  müsbəti  artırmaq,  əməkdaşlığı  maksimum  möhkəmləndirmək,  regionda 

təhlükəsizliyin  möhkəmləndirilməsi  məsələlərinə  maksimum  kömək  etmək  lazım  gələcəkdir.  Biz  iki 

qonşu ölkə, sizin də qeyd etdiyiniz kimi, iki Xəzər ölkəsi, iki Qafqaz ölkəsiyik. Yəni, bunlar bizim ümumi 

problematikamızdır.  Biz  ikimiz  də  elektrik  enerjisi,  neft  və  qaz  hasilatçısıyıq.  Təbii  ki,  təchizatçı  kimi 

maraqlarımız üst-üstə düşür. Biz burada da əməkdaşlıq yolları tapırıq. Rəqabət deyil, məhz əməkdaşlıq.  

- Qarşıdurma deyil.  



-  Tamamilə  doğrudur,  məhz  əməkdaşlıq.  Bu  isə  tamamilə  mümkündür  və  biz  buna  artıq  nail 

olmuşuq. Odur ki, mən perspektivləri bugünkü kimi müsbət görürəm. Hesab edirəm ki, əgər 20 illik bütün 

qarşılıqlı fəaliyyət dövrünü təhlil etsək, görərik ki, bu gün Rusiya ilə Azərbaycan arasındakı münasibətlər 

daha  səmərəli  və  daha  yüksək  səviyyədədir.  Bu  da,  həmçinin  özlüyündə  beynəlxalq  siyasətin  mühüm 

amilidir. 

-Siz  Rusiya  MDBMİ-də  gözəl  təhsil  almısınız.  Lakin  Sizin  siyasətdə,  diplomatiyada,  həyata, 

dünyaya  baxışda  əsas  dərsləri  hər  halda  Azərbaycanın  ümummilli  lideri  Heydər  Əliyevdən 

aldığınızı desəm, çətin ki, səhv edərəm. Biz Sizinlə bu barədə danışmışıq. Hətta sırf praktiki planda 

götürsək, bu gün Siz Heydər Əliyev məktəbinin hansı əsas dərslərindən istifadə edirsiniz? 

- Əgər sadalamağa başlasam, bu, çox vaxt aparacaqdır. Çünki hər bir adam üçün atası necə yaxın 

və  əzizdirsə,  mənim  üçün  də  atam  elə  yaxın  və  əziz  insan  idi.  Eyni  zamanda,  o,  mənim  üçün  elə  bir 

insandır  ki,  ona  sonsuz  hörmət,  etimad  və  heyranlıqla  yanaşmışam  və  yanaşıram.  Çünki  onun  bütün 

həyatı,  mübarizəsi,  taleyi,  yenilməzliyi  bir  örnəkdir.  Onun  ömrünün  son  illərini  yəqin  ki,  çoxları 

xatırlayır: gənc kursantlar qarşısında çıxış edəndə vəziyyəti pisləşdi, müvazinətini itirərək yıxıldı, sonra 

getdi, qayıtdı və yenə yıxıldı, yenə də getdi, qayıtdı və nitqini bitirdi. Düşünmürəm ki, onun yaşında və 

belə vəziyyətdə olan kimsə, - demək olar, səksən yaşı olan insanın səkkiz qabırğası sınmışdı, - eyni cür 

hərəkət edərdi. Lakin o, bunu etdi. O, başqa cür edə bilməzdi. Bu, onun bütün xarakterinin göstəricisidir. 

Onun  mərdliyi  və  yenilməzliyidir.  Əlbəttə,  bu,  hamımız  üçün  –  həm  mənim  üçün,  həm  də  bütün 

azərbaycanlılar üçün örnəkdir. Mənim xoşbəxtliyim sadəcə bundadır ki, onun yanında olmuşam. Mənim 

belə yaxın formatda ondan öyrənmək, ən mürəkkəb məqamlarda yanında olmaq imkanım olmuşdur. Bu, 

heç  şübhəsiz,  bir  məktəbdir.  Sadəcə,  onu  məktəb  kimi  qəbul  etmirsən.  Axı,  bu  tədris  prosesi  deyildir. 

Əlbəttə,  barəsində  danışdığım  bütün  keyfiyyətlərlə  yanaşı,  bu,  varmaqdır,  qavramaqdır,  misilsiz 

təcrübədir və üstəgəl həm də siyasi müdriklikdir. Axı, onu əzən və təqib edən böyük bir sistemə, aparata 

qarşı o, əslində, təkbaşına müqavimət göstərirdi. Hələ 1990-cı ildə Azərbaycana qayıdanda, hər tərəfdən 

hücumlara  və  parlamentdə  obstruksiyaya  məruz  qalanda  təkbaşına  idi.  Həmin  parlament  ki,  bir  neçə 

aydan sonra onu ayaq üstə alqışlamışdı. Bütün bunlar mənim gözlərim qarşısında olmuşdur. Onun ölkəni 

xaosdan,  anarxiyadan  necə  çıxarması  da,  güclü  dövlət  yaratması  da  bir  örnəkdir.  Ona  görə  də 

azərbaycanlıların qəlbində onun daim öz  yeri olacaqdır. Mənim sadəcə bəxtim gətirmişdir ki, o mənim 

atam, mən isə onun oğluyam. Bu, mənim üçün fəxrdir və bu gün praktiki baxımdan etdiyim hər şey onun 

başladıqlarının davamıdır. Əlbəttə, yeni formalar, yeni çağırışlar, dünya dəyişmişdir, mahiyyət isə olduğu 

kimi  qalmışdır.  Bu,  layiqli  siyasətdir,  mərd  siyasətdir,  lazım  gəldikdə  cəsarətli  siyasətdir.  Əgər  qəbul 

etdiyin qərarın düzgünlüyünə əminsənsə, heç nəyə baxmayaraq, onu həyata keçirmək lazımdır.  



-  Cənab  Prezident,  bizim  bütün  söhbətimiz,  Sizin  danışdığınız  hər  şey  sanki  gələcəyin 

ssenarisidir. Təsəvvürünüzə gətirin ki, Siz zaman maşınında keçmişə qayıda bilərsiniz. Siz keçmişin 

hansı  hadisələrini  bir  daha  hiss  etmək  istərdiniz?  Keçmişin  hansı  hadisələrini  bir  daha  yaşamaq 

istərdiniz?  

- Zənnimcə, mən bunu istəməzdim. Çünki əgər bu, artıq bir dəfə yaşanmışsa, hətta ən fərəhli hadisə 

də  baş  verdiyi  vaxtdakı  effekti  ikinci  dəfə  verməyəcəkdir.  Odur  ki,  keçmişə  qayıtmaq  imkanı  olsaydı, 

mən yəqin ki, getməzdim. Əgər imkan olsaydı, gələcəyə gedərdim. Fərz edək, 10 il qabağa. Planlarımın 

baş tutub-tutmadığına və nə dərəcədə alındığına, əgər alınmamışsa, bunun üçün nə etmək lazım gəldiyinə 

baxmaq  istərdim.  Bax,  bunu  çox  böyük  məmnuniyyətlə  edərdim.  Keçmişə  gəldikdə  isə,  ora  qayıtmaq 

imkanı olsaydı, əlbəttə, anamın və atamın yanına qayıtmaq istərdim.  

-  Bilirsiniz,  İlham  Heydər  oğlu,  mən  heç  yerdə  rast  gəlməmişəm  ki,  Sizin  hansısa  ənənəvi 

xobbiniz vardır. Mən heç yerdə oxumamışam ki, haradasa tilovla oturmusunuz, yaxud marka və ya 

kəpənək toplayırsınız. Bəs, öz psixoloji gücünüzü haradan alırsınız? Psixoloji baxımdan necə bərpa 

olunursunuz, ümumiyyətlə, necə dincəlirsiniz? 

- Fiziki gücümü idman zalında bərpa edirəm. İdmanla məşğul olmaq mənə özümü 20-30 il əvvəlki 

kimi hiss etmək imkanı verir. Psixoloji cəhətdən isə evdə və yalnız evdə yaxınlarımın əhatəsində, ailəm 

arasında.  Yəqin  ki,  bayağı  səslənir.  Əslində,  Yer  kürəsindəki  insanların  böyük  əksəriyyətindən 

fərqlənmirəm.  Lakin  bu,  heç  də  təkcə  istirahət  üçün  ən  yaxşı  vaxt  deyildir.  Gün  ərzində  ən  yaxşı  vaxt 

axşam evdə, ailəmlə birlikdə olmaqdır.  



-Prezidentin işinin harada başa çatdığının və şəxsi həyatının harada başlandığının bölgüsünü 

aparmaq olarmı? Yoxsa, bunlar bir-birinə qarışmışdır? Bilirsinizmi, bəzilərində belədir: vəssalam, 

ofisi bağladım, sonra evə, səhər isə yenə də işə.  

-Qismən.  Məsələn,  iş  heç  vaxt  qurtarmır.  Yəqin  ki,  bu,  təkcə  məndə  deyil,  bütün  prezidentlərdə 

belədir. Ona görə ki, evdə də işdəsən, evdə də işlə əlaqə saxlayırsan, təbii ki, bir hadisə baş versə, sutkada 

24 saat işləyirsən. Buna görə də işin qurtardığını və indi şəxsi həyatın başladığını demək, sadəcə olaraq 




mümkün  deyil.  Lakin  əlbəttə,  işlə  şəxsi  həyat  bir-birinə  qarışmır.  Axşam  evimin  kandarından  içəri 

keçəndə, əgər heç bir fövqəladə hadisə, zəng yoxdursa, bütünlüklə, tamam başqa mühitə - onilliklər boyu 

olduğum  ailə  həyatı  mühitinə  düşürəm.  Mən  problemləri,  narahatlıqları,  iztirabları,  əsəbiliyi  evə 

gətirmirəm, yaxınlarımı qoruyuram. Evdə də hər şey 20-25 il əvvəlki kimidir, dəyişiklik yoxdur.  



- Məhz indi, Sizinlə söhbət etdiyimiz bu vaxtda Sizin həyat yoldaşınız, ölkənin birinci xanımı 

Mehriban  Əliyevanın  başçılıq  etdiyi  Heydər  Əliyev  Fondu  Romada,  Vatikanda  Azərbaycanın 

təbliği  üzrə  genişmiqyaslı  tədbirlər  keçirir.  Mehriban  xanımın  fəal  ictimai  işlərindən  hamının 

xəbəri vardır. O, möhtəşəm iş aparır, UNESCO-nun, İSESCO-nun xoşməramlı səfiri, Gimnastika 

Federasiyasının prezidenti, parlamentin deputatıdır. Bütün bunlar çox gözəl. Lakin mən belə başa 

düşürəm ki, bu, total məşğulluqdur. İndicə Siz də dediniz, mən də bilirəm ki, o özü hər dəfə evə can 

atır.  Siz  necə  hesab  edirsiniz,  bu  prioritetlər  necə  bölünür  və  onun  prioritetləri  sizinkilərə  nə 

dərəcədə uyğundur?  

-Biz axşamlar, yaxud bazar günü vaxtımızı evdə keçirməyi hər şeydən çox xoşlayırıq. Bizim üçün 

bu,  vaxt  keçirməyin  ən  yaxşı  yoludur.  Əlbəttə,  öhdəliklər  var.  O,  sizin  qeyd  etdiyiniz  çox  mühüm 

funksiyaları yerinə yetirir. Hazırda İtaliyada keçirilən bu günlər müstəqilliyimizin 20 illiyinə həsr edilmiş 

silsilə  tədbirlərdir.  Dünyanın  bütün  iri  paytaxtlarında  Azərbaycan  günləri  keçirilir.  Moskvada,  Parisdə, 

Berlində Azərbaycan günləri keçirilmişdir, indi Romada keçirilir. Yəni, bu, tədbirlər silsiləsidir. Əlbəttə, 

onun  ictimai  yükü  çox  böyükdür.  Hətta  birinci  xanımın  funksiyaları  da  –  protokol  tədbirləri  və  s.  çox 

böyük  qüvvə  tələb  edir.  Bütün  bunlar  onu  sevimli  məşğuliyyətindən,  evdə,  uşaqların  və  nəvələrin 

əhatəsində olmaq, sadəcə divanda əyləşmək və söhbət etmək, adi ömür sürmək imkanından ayırır. Lakin 

belə  deyək,  bizim  bir  yerdə  olmadığımız  hallar  il  ərzində  çox  olmur.  Tədbirlərdə  iştirak  etmək  lazım 

gələndə belə olur. Biz həmişə bir-birimizə can atırıq, yanaşı olmaq istəyirik. O, çox istedadlı adamdır, hər 

işdə istedadlıdır. Buna görə də o, hər işi görməyə, özü də yüksək səviyyədə görməyə macal tapır.  



-İlham  Heydər  oğlu,  Siz  istəsəniz  də,  istəməsəniz  də  əlli  yaşın  astanasındasınız.  Çox  iş 

görülmüşdür. Sadəcə Sizin söhbətinizdən görünür ki, xidmətləriniz çox olub. Ümumiyyətlə, indiyə 

qədər  qazanılmış  uğurlardan  həzz  almaq  və  bu  baqaja  arxalanaraq  irəli  getmək olar.  Lakin  Sizi 

yaxşı tanıdığımdan bilirəm ki, bu, Sizin xarakterinizə uyğun gəlmir. Siz növbəti yarım əsrdə şəxsən 

özünüz üçün qarşınıza hansı məsələləri qoyursunuz?  

-Sizə  səmimi  deyim,  mən  həyatda  heç  vaxt  heç  nəyi  qabaqcadan  ürəyimdə  tutmuram.  Çalışıram, 

tutmayım. Çünki əminəm ki, bunun heç bir yaxşı nəticəsi olmayacaq.  

-

Belə  bir  məsəl  var,  deyərlər,  Allahı  güldürmək  istəyirsənsə,  sabahkı  planların  barədə  ona 



danış.  

-Tamamilə doğrudur. Lakin mən Prezident olaraq, bunu özümə rəva görə bilmərəm. Ona görə ki, 

gələcək  haqda  düşünməsək,  bugünkü  məsələləri  həll  etmək  çox  çətin  olacaqdır.  Əlbəttə,  gündəlik 

məsələlərlə, Prezidentin mütəmadi işləri ilə kifayətlənmək, yaxud bunlara siyasi mübarizə və ya müəyyən 

siyasi səmərə prizmasından baxmaq olar. Lakin mən buna məhz sizin dediyiniz kimi, yarım əsr qabağa 

baxıram. Ona görə yox ki, 50 ildən sonra sizinlə burada əyləşib söhbət etmək fikrindəyəm.  



-Mən etiraz etmirəm.  

-Buna görə demirəm. Bu barədə, necə deyərlər, fikirləşmək də gülməli olardı. Məhz ona görə ki, 50 

ildən sonra bizim ölkədə yaşayacaq insanların həyatını yüngülləşdirən işləri bu gün görmək üçün. Bizim 

həyata keçirdiyimiz təşəbbüslərin çoxu gələcəyə yönəlmişdir. Energetika sahəsində yüz illik planlarımız 

var.  Yəni  ən  azı  100  il  Azərbaycan  beynəlxalq  enerji  bazarında  əvəzedilməz  və  çox  mühüm  oyunçu 

olacaqdır. Bunun təməli bu illər ərzində qoyulmuşdur. Nəqliyyat sahəsində biz elə infrastruktur yaradırıq 

ki,  o,  əsrlər  boyu  ölkəmizin  rifahına  xidmət  edəcəkdir.  Bizim  ölkənin  coğrafi  şəraiti  nəzərə  alınmaqla 

güclü logistik, nəqliyyat infrastrukturu külli məbləğdə vəsait qazanmağımıza, habelə ölkəmizin geosiyasi 

əhəmiyyətini möhkəmlətməyə imkan verəcəkdir. Məsələn, təhsil sahəsində gördüyümüz işlər də bir neçə 

onilliyi əhatə edir. Kadrlar hazırlanması, informasiya texnologiyaları məsələlərində də belədir.  



-Bunlar gələcək üçün investisiyalardır.  

-Əlbəttə, yəni mənim planlarımda Azərbaycan-2050 və ya Azərbaycan-2060 perspektivləri vardır. 

Lakin  bu  gün  Azərbaycan-2023  proqramları  ilə  daha  çox  məşğul  oluram.  Bu  proqram  iki  ildən  sonra 

başlanacaqdır.  Onun  uğurla  həyata  keçirilməsi  Azərbaycan-2060,  2070  və  sonrakı  dövrləri  təmin 

edəcəkdir. Hətta bu gün, məsələn, su təchizatı üzrə həyata keçirdiyimiz infrastruktur layihələri 2035-ci ilə 

qədər hesablanmışdır. Əhalinin, iqtisadiyyatın, müəssisələrin artması nəzərə alınmaqla. Yəni, bu gün biz 

2035-ci  ilə  qədər  nəzərdə  tutulan  işləri  görürük  ki,  bizdən  sonra  gələnlər  2030-cu  ildə  artıq  2067-ci  ilə 

qədər  lazım  olan  işləri  görsünlər.  Ölkə  yalnız  bu  cür  inkişaf  edə  bilər.  Əgər  sonra  nə  olacağı  barədə 

strateji  təsəvvür  yoxdursa,  idarə  etmək  olar,  lakin  bütün  bunlar  dayana  bilər,  halbuki  dayanmamalıdır. 

Dünya  irəliyə  doğru  hərəkət  edir.  Biz  də  onunla  ayaqlaşmalıyıq.  Yaxın  onilliklərdə  dünyada  kimlər 




üstünlük təşkil edəcəkdir? Kimin biliyi çoxdursa onlar. Yalnız onlar. Energetika, yaxud deyək ki, hərbi 

sahə müasir texnologiyaların, nanotexnologiyaların, müasir istehsalatların, elmə investisiyaların inkişafı 

nəzərə alınmaqla dünyada baş verən hadisələrdə intellekt kimi aparıcı rol oynamayacaqdır. Əlbəttə, bir 

müddətdən  sonra  yüksək  texnologiyalar  sahəsində  Azərbaycanın  birinci  yerdə  olacağını  gözləmək 

çətindir.  Lakin  biz  harada  olmalıyıq?  Biz  həmin  texnologiyaları  yaradanlardan  bir  addım  arxada 

olmalıyıq.  Bir  şey  yaradıblarsa,  biz  burada  olmalıyıq,  nə  isə  yeni  bir  şey  istehsal  ediblərsə,  biz  onu 

mənimsəməliyik.  Bunu  etmək  üçün  təkcə  vəsaitə  malik  olmaq  kifayət  deyil,  kadrlara,  infrastruktura, 

konsepsiyaya,  strategiyaya  malik  olmaq  lazımdır.  Vaxt  gələcək,  biz  də  dünya  əhəmiyyətli  məhsullar 

istehsal edəcəyik. Bəzən biz elə ambisiyalı planlarla yaşayırıq ki, onlar həyata keçirilə bilməyəcək planlar 

təsiri bağışlayır. Lakin söhbətimizin əvvəlində dediyim  kimi, onlar reallaşır. Əgər istək, siyasi iradə və 

yaxşı təşəbbüskarlıq olsa, çox şey etmək olar.  

-  Bununla  bağlı  sonuncu  sualım  var.  1961-ci  il,  əlbəttə,  ailənizin  həyatında  Sizin  dünyaya 



gəlməyinizlə  əlamətdar  oldu.  Düşünürəm  ki,  1961-ci  il  bəşəriyyət  tarixində  Yuri  Qaqarinin 

kosmosa  uçuşu  ilə  yadda  qaldı  desəm,  inciməzsiniz.  Bu,  tarixə  belə  düşdü.  Azərbaycan  artıq  50 

ildən  sonra  öz  peykini  orbitə  çıxaracaqdır.  Dünya  əsaslı  şəkildə  dəyişmişdir.  Yeni  kompyuterlər, 

yeni  texnologiyalar.  Köhnəliklə,  vaxtı  ötənlərlə  artıq  vidalaşmışıq.  Sizin  fikrinizcə,  gələcək 

haqqında, bu gün haqqında danışarkən, özümüzlə keçmişdən nəyi götürməliyik ki, bu, bizi həmişə 

müşaiyət etsin?  

-  Mənim  fikrimcə,  bu  sualın  cavabı  ilk  növbədə  insanın  sırf  mənəvi  keyfiyyətləri  müstəvisində 

olacaqdır. Tərəqqiyə, texnologiyalara, qloballaşmaya, insan amilinin müəyyən dərəcədə nivelirlənməsinə 

baxmayaraq, mənəvi dəyərlər olmasa, bəşəriyyət inkişaf edə bilməz. Axı biz robotların gələcəyinə doğru 

getmirik.  Hər  halda  biz  bəşəriyyətin  –  daha  çox  inkişaf  etmiş  və  daha  müasir  bəşəriyyətin  gələcəyinə 

doğru  gedirik.  Minilliklər  boyu  dünyanı  dəyərlər  idarə  etmişdir.  Yəqin  ki,  elə  belə  də  olmalıdır.  Buna 

görə  də  heç  bir  şəraitdə  ləyaqət  hissini  keçmişdə  qoymaq  olmaz.  Abır-həya  və  insanlara  xeyirxah 

münasibət  hissi  həmişə  olmalıdır.  Sözün  yaxşı  mənasında  vətənpərvərlik  hissi  inkişaf  üçün  əsas 

motivlərdən  biri  kimi  daim  olmalıdır.  Mən  vətənpərvərlik  hissini  ölkəmizin  inkişafı  üçün  əsas 

motivlərdən biri hesab edirəm. Bu, öz ölkəsinə görə qürur hissi, onu daha yaxşı etmək arzusudur. Qoy o, 

daha  yaxşı  səslənsin,  daha  yaxşı  görünsün,  daha  yaxşı  olsun.  Yəqin  ki,  bunun  əsası  vətənpərvərlik 

hissidir. Heç bir halda öz Vətənini sevməmək olmaz. Vətəni həmişə sevmək lazımdır. Mənim fikrimcə, 

hər kəs bu əsas məqamları həmişə özü ilə irəli aparmalıdır.  

-Çox sağ olun, cənab Prezident. 

-Sağ olun. 



 

 

Yüklə 187,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə