Xalq qəzeti”. 014. fevral. N 22. S “Kitabi-Dədə Qorqud” abidəsi Azərbaycanın milli kimliyidir



Yüklə 157,28 Kb.
Pdf görüntüsü
tarix01.08.2018
ölçüsü157,28 Kb.
#59854


Xalq qəzeti”.-2014.-2 fevral.-N 22.-S.7. 

 “Kitabi-Dədə Qorqud” abidəsi Azərbaycanın milli kimliyidir 

Həyatımda  baş  verən  xoşbəxt  günlərdən  biri  idi.  Dədə  Qorqud  parkının  açılışına  dəvət 

olunmuşdum.  Parkın  ərazisinə  gəldiyim  zaman  abidədən  bir  qədər  kənarda  ağ  bir  çadırın 

qurulduğunu  gördüm.  İçəri  dəvət  olundum.  Burada  yaxından  tanıdığım  görkəmli  elm,  sənət, 

mədəniyyət və ədəbiyyat adamları oturmuşdu. 

 

Azərbaycan  Yazıçılar  Birliyinin  sədri  Anar,  AMEA-nın  vitse  -  prezidenti,  Nizami  adına  Ədəbiyyat 



İnstitutunun  direkoru,  akademik  İsa  Həbibbəyli,  AMEA-nın  elmi  katibi,  müxbir  üzvü  Kamal  Abdulla, 

AMEA-nın  müxbir  üzvü,  Atatürk  Mərkəzinin  direktoru  Nizami  Cəfərov,  AMEA-nın  müxbir  üzvü 

Teymur  Kərimli,  xalq  artisti  Arif  Babayev,  heykəltəraş    Görüş  Babayev  onların  arasında  idi.  Bir  anlığa 

xəyalımda  “Kitabi  -  Dədə  Qorqud”  dastanının  “Dirsə  xan  oğlu  Buğac  xan  boyını  bəyan  edər,  xanım, 

hey!”... boyundakı səhnə canlandı: “Bir gün Qam Ğan oğlı xan Bayındır  yerindən turmışdı. Şami günligi 

yer üzünə dikdirmişdi. Ala sayvanı gög  yüzinə aşanmışdı. Bin yerdə ipəg xalicəsi döşənmişdi... Bir yerə 

ağ otağ, bir yerə qızıl otağ, bir yerə qara otağ qurdurmuşdu”... 

Dastandan  məlumdur  ki,  Bayındır  xan  ağ  çadıra  oğlu  olan,  qızıl  çadıra  qızı  olan,  qara  çadıra  övladı 

olmayan  say-seçmə  Oğuz  bəylərini  dəvət  etmişdi.  Bayındır  xandan  fərqli  olaraq,  burada  bir  çadır 

qurulmuşdu,  rəngi  də  ağ  idi.  Deməli,  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  burada 

fərqliliyi  aradan  qaldırmaq,  ayrı-seçkilik  salmadan  oğuz  elinin  dərdini-odunu,  sevincini-  kədərini  oğuz 

övladlarının hamısı ilə bölüşmək istəyirdi. Lakin hamını buraya yığmaq mümkün olmadığından, çadırın 

tuta  biləcəyi  qədər  və  Dədə  Qorqudun  söyləmələrini  həyatlarında  iş  prinsipinə  çevirən  adamlar  dəvət 

olunmuşdu.  Bu  mədəni  çadır-Dədə  Qorqud  çadırı  rəmzi  olaraq  oğuz  yurdlarının  birləşdiyi  məkanda  – 

Azərbaycanda qurulmuşdu. Bu məkanda dövlətimizin başçısı yüksək əxlaqı, mənəviyyatı  və sadə təbiəti 

ilə  oğuz  övladlarının  arasında  idi.  Bu  çadırda  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin 

ruhu başımızın üzərində dayanmışdı. Bu gün ulu öndərin arzularından biri də reallığa çevrilirdi. Bu gün 

tarixi bir gün idi. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çadıra daxil oldu. Əyləşənlər ayağa qalxıb dövlət 

başçısına  ehtiramlarını  bildirdilər.  Prezident    tədbir  iştirakçılarını  salamladı  və  bu  günün  tarixi 

əhəmiyyətindən  danışdı.  Xəyallar  məni  yenidən  öz  ağuşuna  alıb  min  illər  öncə  baş  verən  hadisələrin 

iştirakçısına çevirirdi. Yenə də Bayındır xan, yenə də Oğuz bəyləri. Yenə də qarşılaşdırma. Bayındır xan 

üç  çadır  qurmaq  ilə  bir  parçalanma  yaratmışdı,  o  parçalanmanın  ağrı-acısını  hələ  də hiss  edirik.  Cənab 

Prezident  bir  çadır  qurduraraq  bizi  milli  birliyə  çağırır,  milli  dəyərlərimizin  önə  çəkilməsini,  milli 

birliyimizin daha da yüksək mərhələsinə qədəm qoymağımızı istəyir.  

Bu  gün  uzaq-uzaq  əsrlərin  arxasından  Dədə  Qorqud  oğuz  yurdlarının  birləşdiyi  məkan  olan 

Azərbaycana gəlmişdi.Bu məkan ulu öndər Heydər Əliyevin vətəni idi. Bu məkanda ulu öndər çox böyük 

işlər görmüşdü, yüz illər də bundan sonra anılacaq, yada salınacaq və ulu öndəri xatırladacaq. 

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsi, təbliği və 

dünyada  tanıdılması  sahəsində  ulu  öndərin  danılmaz  böyük  rolu  vardır.  1975-ci  ildə  ulu  öndər  Heydər 

Əliyevin sərəncamı ilə Azərbaycanın tanınmış sənət adamlarının iştirak etdiyi “Dədə Qorqud” bədii filmi 

çəkilmişdi. 2000-ci ildə yenə də ulu öndərin fərmanı ilə “Kitabi - Dədə Qorqud” dastanının 1300 illiyi 

dünya türkoloqlarının və türkdilli ölkə başçılarının iştirakı ilə yüksək səviyyədə qeyd edilmişdi. Həmin 

ildə  də  ümummilli  lider  Heydər  Əliyevin  imzaladığı  fərmana  əsasən  Bakıda  Dədə  Qorqud  heykəlinin 

ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması qərara alınmışdı. Bu 

gün o qərarın reallığa çevrildiyi bayram günü idi. 

O gün Dədə Qorqudun qopuzunun səsinin min illəri aşaraq bizə ulaşdığı gün idi. Xalq şairi Məmməd 

Arazın ömrünün son günlərində yazdığı, lakin çatdırıb çap etdirə bilmədiyi, tərəfimizdən redaktə edilərək 

“Sözün  Məmməd  Araz  zirvəsi”  adlı  kitabda  oxuculara  təqdim  etdiyim  “Dədəm  Qorqud  səsləməsi” 

poemasından bəzi beytlər qulağımda əks-səda verirdi: 

 

Özün köçdün, hayın qaldı dünyada, 



 

Səsləmələr payın qaldı dünyada. 

 

    Dədəm Qorqud, harayını eşitdim, 



 


Dədəm Qorqud çağrışına hay dedim. 

 

    Daş dilində, dağ dilində səsləmən, 



 

Od dilində, qar dilində səsləmən... 

 

Prezident İlham Əliyev nitqini bitirdikdən sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, AMEA-



nın elmi katibi Kamal Abdulla və heykəltəraş Görüş Babayev təbriklərə qoşuldular. Abidənin müəllifini 

qəhər boğdu, danışa bilmədi, sevincindən göz yaşları yanağını islatdı. Bəli, insan çox sevinəndə, nədənsə 

həmişə    gözləri    yaşarır.  Bəlkə  bu  xəbəri  həmin  gün  izləyən  milyonlarla  azərbaycanlının  gözləri 

yaşarmışdı. Bundan böyük iş ola bilməzdi, bundan sevincli xəbər ola bilməzdi... 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir iştirakçılarını abidənin açılışına dəvət etdi. 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda görülən abadlıq işləri haqqında cənab 

İlham  Əliyevə  məlumat  verirdi.  “Kitabi  -  Dədə  Qorqud”  abidəsinə  yaxınlaşdıq.  Ölkə  başçısı  abidənin 

üzərindəki örtüyün qırmızı lentini kəsdi, qarşımızda möhtəşəm bir abidə ucaldı. Bir tərəfdə Dədə Qorqud 

öz qopuzu ilə söz söyləyir, boy boylayır, bir tərəfdə Bayındır xan Oğuz ellərini seyr edir, bir tərəfdə Oğuz 

igidləri Salur Qazan,  Bamsı Beyrək, Qaraca çoban dayanmışdı... 

Abidə  kompleks  şəkildə  dastanda  baş  verən  hadisələri  günümüzə  daşıyaraq  seyrçiləri  bilgiləndirir.  

Abidənin  ən  böyük  dəyəri  də  dastanda  baş  verən  hadisələr  haqqında  müfəssəl  məlumat  verməyindədir. 

Abidə sanki kitab kimi səhifə-səhifə açılaraq Oğuz yurdlarından, bu yerlərdə məskən salmış, ad çıxarmış 

igidlərdən  xəbər  verir,  gəlimli-gedimli  dünyada  qalan  yaxşılıqlar,  unudulmaz  gerçəkliklər  haqqında 

kodlaşmış bilikləri nəsillərə ötürür, bütün bəşəriyyətə öz kimliyi haqqında danışırdı. İnsanın kimliyi olan 

kimi,  kimliyi  olan  millətlər  də  var.  “Kitabi-Dədə  Qorqud”  Azərbaycan  xalqının  kimliyidir.  Bu  kimliyi 

dünyaya tanıtmaq isə, heç şübhəsiz ki, ölkə rəhbərinin üzərinə düşən ən böyük vəzifələrdən biridir. 

Məhz  bu  məsuliyyətli  işə  çox  diqqət  və  ciddiyyətlə  yanaşan  Azərbaycan  xalqının  ümummilli  lideri 

Heydər  Əliyevin  varisi  və  ləyaqətli  davamçısı  olaraq  cənab  İlham  Əliyev  13  dekabr  2013-cü  il  tarixli 

gündə Azərbaycanın milli kimliyini dünyaya bəyan etdi: - Bu, mənim millətimdir, bu, mənim xalqımdır, 

mən Dədə Qorqudun nəvəsiyəm, - dedi. 

Qəlbimizdə  bir  sevinc  coşurdu.  Bakı  şəhəri  günü-gündən  gözəlləşir,  abadlaşır.  Şəhərimizə  dünyanın 

müxtəlif ölkələrindən gələn çoxsaylı qonaqların istirahət etmələri, dincəlmələri və Azərbaycanın qədim 

tarixi,  mədəniyyəti  ilə  tanış  ola  bilmələri  üçün  üz  tutacaqları  ünvanlardan  biri  də  artıq  Dədə  Qorqud 

parkıdır.  Park  həm  tarixi,  həm  də  müasir  memarlıq  elementlərinin  birgə  təmasından  yaranan,  göz 

oxşayan,  könülləri  ovunduran  böyük  bir  ərazini  əhatə  edir.  Akademik  İsa  Həbibbəyli  ziyalılar  adından 

abidənin  önündə  bu  böyük  nailiyyət  münasibəti  ilə  Prezident  İlham  Əliyevi  təbrik  etdi,  təşəkkürlərini 

bildirdi.  Natiq  qeyd  etdi  ki,  mənəvi  dünyamızın  əvəzsiz  sərvəti  olan,  “Kitabi-Dədə  Qorqud”  dastanının 

maddiləşərək  respublikamızın  paytaxtında  möhtəşəm  bir  abidəyə  çevrilməsi  respublika  rəhbərliyinin, 

şəxsən  Prezident  İlham  Əliyevin  tarixi  keçmişimizə,  zəngin  mənəvi  irsimizə,  adət-ənənələrimizə, 

xalqımızın milli mənafeyinə böyük qayğısının bariz ifadəsidir. Eyni zamanda, bu möhtəşəm abidə Oğuz 

yurdlarının  dünyanın  müxtəlif  yerlərində  yaşayan  və  işləyən  bütün  övladlarının  mənəvi  birliyinin 

təcəssümüdür. 

Oğuz  yurdlarının  mənəvi    birliyinin  təminatçısı,  oğuz  övladlarını  öz  rəhbərliyi  ilə  qardaşlıq 

çərçivəsində    birləşdirməyə  nail  olan,  dünya  azərbaycanlılarının  hamısının  Prezidenti  İlham  Əliyev 

abidənin  önündə  şəkil  çəkdirmək  təşəbbüsü  ilə  tədbirin  bütün  iştirakçılarını  ətrafına  topladı.  Şəkillər 

çəkildi, bu anlar foto-kameraların yaddaşına qonaraq əbədiləşdi. 

Ayrılarkən mən Prezidentin gözlərinə baxırdım. O gözlərdə gələcəyə bir inam görürdüm, o gözlərdə 

Xalqına,  Vətəninə  bir  sevgi  görürdüm.  O  gözlərdə  “Kitabi-Dədə  Qorqud”  abidəsi  ilə    pak  və  uca 

mənəviyyatını  dünyaya  nümayiş  etdirən  rəhbərin  Vətənimizə  namərd  qonşular  tərəfindən  vurulan 

yaraların sağaldılması üçün inamlı addımlarla irəliləyən, qətiyyətli və sarsılmaz bir ümidə sahib olduğunu 

görürdüm.  Sanki  Dədə  Qorqud  da  min  illərin  arxasından  yenə  də  qopuzunu  dinləndirib  igidini 

alqışlayırdı: 

 

Qarlı qara dağların yıxılmasın! 



 

     Kölgəlicə qaba ağacın kəsilməsin! 

 

Qamın axan görklü suyun qurumasın! 



 


     Qadir Tanrı səni namərdə möhtac etməsin! 

 

Çaparkən ağ-boz atın büdrəməsin! 



 

     Çalışanda qara polad üz qılıncın gödəlməsin!.. 



 

  

 



Nizami MURADOĞLU, 

 

AMEA Folklor İnstitutunun elmi işçisi 

 

  

Yüklə 157,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə