“Xalq qəzeti”. 2012. 29 mart. N 66. S mart soyqırımı xalqımıza qarşı törədilmiş bəşəri cinayət idi Xalqımızın tarixinə qanla yazılmış mart soyqırımının müxtəlif səbəbləri vardır. Hər şeydən əvvəl



Yüklə 50,53 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü50,53 Kb.
#51262
növüYazı


“Xalq qəzeti”.-2012.-29 mart.-N 66.-S.3.

Mart soyqırımı xalqımıza qarşı törədilmiş bəşəri cinayət idi

Xalqımızın tarixinə qanla yazılmış mart soyqırımının müxtəlif səbəbləri vardır. Hər şeydən əvvəl, 1917- ci

ilin oktyabr çevrilişi rus müstəmləkəçilərinə əlavə güc vermişdi. Belə ki, Qafqaz cəbhəsindən geri dönən rus

döyüşçüləri  bolşeviklərin  fitnəkarlığı  sayəsində  öz  yollarını  Bakı  istiqamətinə  salmışdılar.  Onlar  daxil

olduqları bölgələrdən Azərbaycan kəndlərinə hücum edir, talanlar törədirdilər.

Rus əsgərləri aclıq və təcrid içərisində olduqlarından Bakı Sovetinin qulluğunda olmağı üstün tuturdular. Başqa

bir səbəb isə ondan ibarət idi ki, Qafqaz cəbhəsindən qayıdan rus döyüşçüləri öz silah və hərbi sursatını erməni və

gürcülərə,  eləcə  də  Bakı bolşeviklərinə  verdiyi  üçün  azərbaycanlılar  düşmən  qarşısında  əliyalın  qalmışdılar.  Belə

bir vəziyyətdə Cənubi Qafqaz Komissarlığındakı Azərbaycan fraksiyası tam şəkildə silahlanmaq tələbini irəli sürdü.

Bakı Soveti  geri  qayıdan  rus  polklarından  birini  tərksilah  edib  silahlarını azərbaycanlılara  verilməsi  ilə  razılaşdı.

Beləliklə də, 1918-ci ilin yanvar ayında Şamxor stansiyasından keçən rus polku tərksilah edildi. Döyüş zamanı hər

iki tərəfdən ölən və yaralanan olsa da, bu şərait Azərbaycan əhalisi üçün zəruri idi. 

S.  Şaumyan  başda  olmaqla  bolşeviklər  bundan  milli  qırğın  törətmək  və  xalqımıza  güc  tətbiq  etmək  üçün  səy

göstərdilər. Lakin onların bu təxribatı baş  tutmadı. Bolşeviklər və erməni əsgərləri Bakıda özlərini hərbi cəhətdən

möhkəmləndirmək  üçün  yeni  bir  addım  atmağı  qərara  aldılar.  1917-ci  ilin  dekabrında  Qafqaz  ordusunun  II

qurultayında  Q.  Korqanovun  başçılığı  altında  yaradılmış  Hərbi  İnqilab  Komitəsi  Tiflisdən  çıxarılaraq  Bakıya

köçürüldü. 

Bundan  əlavə,  1918-ci  il  yanvarın  sonunda  Qırmızı  Qvardiya  və  donanmanın  Bakı  Sovetinə  tabe  edilməsi

haqqında  qərar  verildi.  Ter-  Stepanov,  Mirzoyan,  Afanasev  və  Trexovdan  ibarət  Qırmızı  Qvardiya  qərargahı

yaradıldı.  1918-ci  il  martın  ilk  günündə  milis  dəstələri  Bakı  Sovetinin  nəzarətinə  keçdi.  Ter-Qabrelyan  şəhər

idarəsinin  rəisi  təyin  olundu.  Martın  3-də  S.  Şaumyan  İ.  Stalinə  məktub  yazaraq  Bakı  şəhərini  tezliklə

hərbiləşdirmək üçün vəsait göndərilməsinin, eləcə də hərbi donanmanın yenidən təşkilinin zəruriliyini bildirdi. 

Bakıda  mart  hadisələri  zamanı I Dünya  müharibəsindən  gerı qayıdan  8  min  silahlı erməni  daşnak  birləşmələri

yerləşdirildi. Daşnak partiyası cəbhədən fərarilik edən rus döyüşçülərindən çoxlu sayda silah və döyüş  sursatı ələ

keçirmişdi. Eyni zamanda, Qafqaz döyüşlərindən və İrandan qayıdan rus əsgərlərinin müəyyən hissəsi aldatma yolu

ilə Bakıda saxlanılmışdı. Bütövlükdə isə, mart hadisələri zamanı erməni daşnakları Bakıda 20 minlik silahlı qüvvə

ilə yerləşmişdilər. 

Onilliklər  ərzində  erməni-daşnak  millətçiləri  və  onların  havadarları erməni  millətinə  qarşı  qondarma  genosid

hadisələrini yad edirlər. Əvəzində isə Qərbi Azərbaycanda tarix boyu yaşamış əhalini təzyiqə məruz qoymaları və

onlara qarşı bilərəkdən törədilən cinayətləri hər zaman ört-basdır edir və onu gizli saxlamaq üçün dəridən-qabıqdan

çıxırlar. 

XIX-XX  əsrlər  arasında Qərbi  Azərbaycanın (indiki  Ermənistan)  təkcə  İrəvan  quberniyasının ərazisində  407,4

min nəfər əhali yaşayırdı ki, bunun da 250 min nəfərdən çoxunu azərbaycanlılar təşkil edirdi. 

Daşnak partiyası Böyük Ermənistan yaradılması məqsədilə Azərbaycan və Gürcüstana qarşı müharibə aparmağa

başlamışdı.  Ermənilər  XX  əsrin  əvvəllərindən  başlayaraq  ardıcıl şəkildə  tarixi  Qərbi  Azərbaycan  ərazisinə  xarici

ölkələrdən  kütləvi  şəkildə  köçürülmüşlər.  Soydaşlarımızın  isə  Qafqazın  cənubunda  indiki  Ermənistan  dövlətinin

yaradılması  üçün  Qərbi  Azərbaycanın  ən  qədim  ərazilərindən,  ata-baba  yurdlarından  qovulması,  onların

deportasiyası məqsədyönlü şəkildə həyata keçirilmişdir. 

Hələ  1905-1907-ci  illərdə  çar  Rusiyasının  hakim  dairələri  tərəfindən  müdafiə  olunan  və  hərəkətə  gətirilən

erməni millətçiləri azərbaycanlılara qarşı geniş miqyaslı qətllər və vəhşiliklər törətmişdilər. Həmin illərdə yüzlərlə

yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı erməni terrorunun qurbanı olmuşdur.

Tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə, Sisyan və digər torpaqlar Sovet rəhbərliyinin əli ilə indiki

Ermənistana verildi. Dağlıq Qarabağa  xaricdən köçürülmüş  ermənilərə muxtariyyət verildi və gələcəkdə qanunsuz

ərazi iddiaları üçün zəmin hazırlandı... 

1918-ci il martın 31-də baş vermiş qanlı cinayətə Leninin silahdaşı S. Şaumyan başçılıq edirdi. Lenin isə daşnak

qüvvələrinin  həyata  keçirdikləri  həmin  vəhşiliklərdən  xəbərsiz  deyildi.  Bakıda  baş  verən  mart  qırğınlarının  əsas

səbəblərini  bilmək  üçün  isə  o  dövrün  ictimai-siyasi  hadisələrinə  nəzər  salmaq  lazımdır.  1917-ci  il  oktyabr

çevrilişindən  sonra  Rusiya  imperiyasının  tərkibində  olan  milli  ucqarlarda  da  xaos  başlanmışdı.  Bu  işi  Qafqazda

ermənilər  yerinə  yetirirdilər.  Həmin  vaxt  Şaumyan  və  Əmirov  (Əmiryan)  rəhbərlik  etdikləri  erməni-daşnak

birləşmələrinin  yerli  rus  bolşevikləri  və  digər  anti-azərbaycan  qrupları  ilə  birləşərək  hakimiyyəti  ələ  keçirməyə

çalışırdılar.  Elə  millətçi  daşnak  Şaumyan  da  bunu  gizlətmir,  açıqca  bildirirdi  ki,  Bakını Azərbaycanın  paytaxtına

çevirmək  olmaz.  Onların  bu  hərəkəti  rusların  işğalçılıq  siyasəti  ilə  həmişə  üst-üstə  düşürdü.  1918-ci  ilin  mart

qırğınında  da  bu  amil  özünü  göstərdi.  Erməni  quldur  birləşmələri  qırğına  lazımi  səviyyədə  hazırlıq  işləri

görmüşdülər. Onlar həmin dövrdə Qafqaz cəbhəsindən geri çəkilən əsgərlərdən çoxlu sayda hərbi sursat, texnika ələ

keçirmişdilər.  Bununla  kifayətlənməyən  daşnak  Şaumyan  və  onun  işğalçı  dəstəsi  rus  dəniz  qüvvələrinin  Xəzər

donanmasındakı dənizçilərini də qırğına cəlb edə bilmişdilər. 




1918-ci  ildə  Azərbaycan  milli  ordusunun  yaranması çətinliklə  başa  gəlirdi.  Əvvəla,  azərbaycanlılardan  ibarət

milli hissə yox idi. Çünki I Dünya müharibəsində türk-müsəlman xalqları, o cümlədən azərbaycanlılar səfərbərliyə

alınmamışdı.  Bu  dövrdə  müsəlmanlardan  ibarət  yeganə  silahlı  dəstə  Lənkəranda  yerləşən  "Dikaya  Diviziya"  nın

(Vəhşi Diviziya) süvari polku idi ki, onlar sayca az olmaqla bərabər, həm də pis silahlanmışdılar. 

Daşnak  qüvvələrindən  ibarət  xüsusi  dəstələr  1918-ci  ilin  yanvarından  etibarən  Salyana  və  Lənkərana  basqın

edərək  yolda  müsəlman  kəndlərini  yandırır  və  talayırdılar.  Astara  topa  tutularaq  darmadağın  edilir  və  kəndlər

xarabaya çevrilirdi. 

Bakıda  azərbaycanlılara  qarşı soyqırımına  başlamaq  üçün  bəhanə  tapıldı.  H.Z.  Tağıyevin  faciəli  şəkildə  həlak

olmuş oğlu Məhəmmədin dəfn mərasimində iştirak edən "Dikaya Diviziya" nın bir qrup əsgəri və zabiti "Evelina"

gəmisi ilə Lənkərana qayıdanda bolşeviklər tərəfindən tərksilah edildi. Bu da ciddi etiraza səbəb oldu. Əhali tələb

edirdi  ki,  silahlar  geri  qaytarılsın.  Bolşeviklər  bu  tələbin  yerınə  yetiriləcəyini  vəd  etsələr  də,  martın  30-da

başlanacaq  döyüşlərə  başçılıq  etmək  üçün  Bakı  Sovetinin  İnqilabi  Müdafiə  Komitəsini  yaratdılar.  Komitəyə  S.

Şaumyan,  A.  Çaparidze,  Q.  Korqanov,  İ.  Suxartsev,  S.  Sarkyan,  M.Yolçiyan  daxil  oldular.  Lakin  gəmidəki

müsəlman zabit və əsgərləri ultimatumu rədd etdilər. 

Bu  hadisələrin  törədilməsi  üçün  ermənilər  şantaj  və  təxribat  metoduna  əl  atdılar.  Bakıda  1918-ci  il  mart

qırğınına başlamaq üçün erməni daşnakları şayiə yaydılar ki, H.Z.Tağıyevin Lənkəranda xidmət edərkən təsadüfən

aldığı  güllə  nəticəsində  həlak  olmuş  oğlunun  dəfnində  iştirak  edən  müsəlman  əsgərləri  guya  Lənkəran  ruslarına

(malakanlara)  hücum  edib  onları qıracaqlar.  1918-ci  il  martın  30-u  sübh  çağı  erməni  -  rus  birləşmələri  gəmi  və

təyyarələrdən  Bakının  müsəlmanlar  yaşayan  hissələrini  (İçərişəhər,  Kubinka,  Güllüdərə)  bombardman  etdilər.

Silahlı erməni  əsgərləri,  həmçinin  Bakıda  yaşayan  erməni  ziyalıları da  Sovet  dəstələri  tərəfindən  döyüşlərə  daxil

oldular. 

Erməni  daşnak  təxribatı və  fitnələri  ilə  dənizdən  rus  hərbi  gəmiləri  əhalinin  yaşadığı müsəlman  məhəllələrini

toplardan  atəşə  tutdular.  Ermənilər  rus  dənizçilərini  inandıra  bilmişdilər  ki,  guya  müsəlmanlar  rusları  qırıblar.

Bunun ermənilərin təxribatı olduğunu başa düşən dənizçilər atəşi dayandırdılar. 

Bakıda  erməni  və  bolşevik  dəstələrinin  əhalini  atəşə  tutmaları nəticəsində  azərbaycanlılar  müqavimət  göstərə

bilmədilər.  Silahlı  hərbi  daşnak  birləşmələri  evlərə  soxularaq  qadınları,  körpələri  və  qocaları  misli  görünməmiş

vəhşiliklə  qətlə  yetirirdilər.  Erməni  quldur  dəstələri  məhəllələrə  soxularaq  əhalini  öldürür,  onları  xəncər  və

süngülərlə doğrayır, uşaqları yandırılmış evlərə atır, südəmər körpələri süngünün ucuna keçirirdilər. 

Hadisələrin ilk anlarında ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş  57 nəfər soydaşımız böyük çətinliklə

dəfn  edildi.  Onların  qulaqları,  burunları qoparılmış,  qarınları yırtılmış,  əzaları kəsilmişdi.  Azğınlaşmış  ermənilər

heç kimə rəhm etmirdilər. Onlar qarşılarına çıxan uşaqları, qocaları xüsusi amansızlıqla qətlə yetirirdilər. Məsələn,

Əlizadə Hacı Əmirin evində 80 yaşlı anası və 60-70 yaşlı qadınları öldürülmüş, 25 yaşındakı təzə gəlini isə diri-diri

divara mismarlanmışdı. Həmin günlərdə erməni vəhşiləri tərəfindən təkcə bir yerdə dəhşətli şəkildə qətlə yetirilmiş,

qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 37 müsəlman qadınının meyiti tapılmışdı.  Bundan əlavə, ermənilər

müsəlman  evlərinə  soxularaq  səkkiz  qadını  və  uşağı  güllələmişdilər.  Digər  bir  erməni  quldur  dəstəsi  isə  Fars

küçəsində  Bala  Əhməd  Muxtarovun  evinə  soxularaq  9  azərbaycanlı  ziyalını  küçəyə  çıxarıb  kilsə  meydanında

güllələmişdilər.  Eyni  zamanda,  Bakıda  xalqımıza  aid  binalar,  milli  rəmzlər,  mədəniyyət  ocaqları  dağıdılır,

yandırılırdı.  Qadınların saçlarını bir-birinə bağlayaraq üryan  (çılpaq)  halda  küçəyə  qaçmağa  sövq  edir,  digərlərini

tüfəng  qundağı ilə  vururdular.  Üç  gün  ərzində  Bakıda  17  minə  qədər  azərbaycanlı qətlə  yetirildi.  "Kaspi",  "Açıq

söz" qəzetlərinin redaksiyası, eləcə də Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi "İsmailiyyə" binası yandırıldı.

Bakıda bolşevik və erməni daşnakları tərəfindən qırğın üç gün davam etdi. 

1918-ci  il  mart  qırğınları  ərəfəsində  Stalin  Azərbaycana  göndərdiyi  məktubunda  yazırdı:  "  Stepan  Alyoşaya,

başqa  dostlara.  Bütün  cənubun  mühüm  nöqtəsi  olan  Bakı  artıq  hər  tərəfdən  mühasirəyə  alınıb.  Sizə  iki

tərəfdən-Daşkənddən və Şimaldan yardım gəlir." 

Azərbaycanın artiq  dərəcədə  "qayğısını çəkən"  Lenin  isə  Stalinə  belə  bir  göstəriş  vermişdi: "Əksinqilabçıların

əlində alət olmuş, miskin və hay-küyçü fitnəkarları hər yerdə amansızcasına əzmək lazımdır. Bakı məsələsində siz

mütləq Şaumyanla əlaqə saxlamalısınız.  Bu ən mühüm cəhətdir.  Beləliklə,  hər  kəsə  qarşı amansız olun  və  tez-tez

məlumat verin. "

...Abbas Kazımzadənin başçılıq etdiyi heyət  qırğının qarşısını almaq üçün Şaumyan, Fioletov və Çaparidze ilə

danışıqlara  başladı.  Nümayəndə  heyəti  danışıqlardan  dönərkən  onların  iki  nəfəri  qətlə  yetirildi.  Aprelin  1-də

daşnaklarla "Atəşkəs müqaviləsi" bağlandı. Şərtə görə, müsəlman qüvvələri hakimiyyəti Şaumyanın başçılıq etdiyi

komitəyə  verdi.  Məşədi  Əzizbəyov  Bakıya  başçı təyin  edilsə  də,  qorxu  içərisində  şəhəri  tərk  edən  müsəlmanları

sakitləşdirə bilmədi. 

Qafqaz  cəbhəsindən  türk  orduları  geri  çəkilərkən  Türkiyə  erməniləri  Qafqaz  erməniləri  ilə  birləşdilər.  Bir

tərəfdən Andranikin, digər tərəfdən Dro, Keri, Muradın quldur dəstələri hərəkət edirdilər. Məhz bu vaxt Şaumyanın

və Avakyanın qaniçən olduqları açıq-aydın görünürdü. 

Mart  hadisələrinin  hansı  səbəblərlə  və  məqsədlərlə  baş  verməsi  bolşevik  mətbuatında  siyasi  liderlərin

çıxışlarında,  eləcə  də  S.  Şaumyanın  Bakı Xalq  Komissarları Sovetinin  iclasındakı məruzəsində  daha  ətraflı  şərh

edilir.  Daşnak  Şaumyan  deyirdi:  "Biz  döyüşlərdə  parlaq  nəticələr  əldə  etmişik.  Düşmən  tamamilə  darmadağın

edilmişdir."  O,  Daşnaksütyun  partiyasının  köməyilə  müsəlman  "əksinqilabının"  ləğv  edilməsini,  Bakını




"Azərbaycan  xalqının  paytaxtına  çevirmək  xülyasına  düşən"  müsavatçıların  və  digər  müsəlman  milli

cəmiyyətlərinin dağılmasından sonra bolşeviklərin Bakıya tam sahib olduqlarını bildirirdi. 

Həmin günlərdə ermənilər Bakı ilə yanaşı, Azərbaycanın bir sıra digər bölgələrində də qarətlər törədir, günahsız

insanlara  divan  tuturdular.  Belə  ki,  erməni  bandaları  1918-ci  ilin  aprelindən  hərəkətə  keçərək  Şamaxıda,

Quba-Xaçmazda, Lənkəranda, Hacıqabul və Salyanda cinayətlər və qırğınlar törətməyə başladılar. Daşnak Əmiryan

və  Lalayanın  başçılığı  ilə  Şamaxının  bütün  müsəlman  əhalisi  qılıncdan  keçirildi  və  7  min  nəfərədək  adam,  o

cümlədən  1653  qadın  və  965  uşaq  öldürüldü.  Erməni  quldurları  bu  ərazinin  40-a  yaxın  kəndini  viran  etdilər.

Təəssüflər olsun ki, həmin vaxt insanların ucdantutma qırılması, hamilə qadınların qarınlarının yırtılması, qızların

vəhşicəsinə  təhqir  olunması,  diri-diri  yandırılması  kimi  vəhşiliklər  daşnaklar  arasında  "bəzi  haqsızlıqlar"

adlandırılırdı. 

Fövqəladə  İstintaq  Komissiyasının  sənədlərində  qeyd  edilir  ki,  təkcə  yanvarda  Bakıdan  Mədrəsəyə  16  araba

silah gətirilmişdir. Bakı Soveti və onun daşnak üzvləri martın ortalarında Şamaxıya 2 min nəfər erməni əsgəri və 60

araba silah göndərmişdilər. Sənəddə göstərilir: " Çoxlu uşaq və qadın məsciddə gizlənmiş, Axund Molla Cəfər isə

burada  öldürülmüşdür".  Erməni  azğın  əsgərləri  məscidə  soxularaq,  axundu  tapıb  onun  gözlərini  çıxarmış,  dilini,

burnunu  və  qulaqlarını  kəsmiş,  üzünün  və  başının  dərisini  soyduqdan  sonra  onu  güllələmişdilər.  Eyni  zamanda,

axundun evində və məsciddə olan bütün qadınları öldürmüşdülər.

Erməni quldur dəstələrinin başçısı S.Şaumyan tərəfindən xüsusi səlahiyyət alan Amazayp 1918-ci ilin aprelində

Quba  qəzasında  hücuma  keçərək  122  müsəlman  kəndini  dağıtdırmış,  yüzlərlə  türk  və  ləzgini  qılıncdan

keçirtdirmişdir.

Lənkəranda 2 minlik erməni ordusunun həyasızlığı o dərəcəyə çatmışdı ki, burada olan gürcülər silaha sarılaraq

soyğunçuluğun  qarşısını  almağa  məcbur  olmuşdular.  Bakıda  və  qəzalarda  xalqımıza  qarşı  düşünülmüş  soyqırım

siyasətində erməni kilsəsi də yaxından iştirak etmişdir. 

Ermənilər  Bakı  qırğını  ilə  kifayətlənməyərək  Lənkəran,  Quba-Xaçmazda,  ən  əsası  isə  Ağsu  və  Şamaxıda

dəhşətli  qətllər  törətdilər.  Yalnız  Gəncədə  Nəsib  bəy  Yusifbəylinin  fədakarlığı  nəticəsində  118  və  119-cu  rus

alayları tərksilah olunaraq qovulduğu üçün, eləcə də Şəmkirdə yerləşən rus ordusundan ələ keçirilən silahlar Gəncə

əhalisinə paylandığına görə, ermənilərin azərbaycanlılara silahlı basqın etməyə gücləri çatmadı. 

Bütövlükdə isə erməni daşnak dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakıda, Muğanda, Qubada 50 mindən

çox adamı qətlə yetirmiş, on minlərlə adamı torpağından didərgin salmışdılar.

1918-ci ilin yaz və payızında  Zəngəzur qəzasında 115 kənd, yəni əslində soydaşlarımız yaşayan bütün kəndlər

məhv edilmiş, 7729 nəfər azərbaycanlı, o cümlədən 3257 kişi, 2276 qadın və 2196 uşaq vəhşicəsinə öldürülmüşdü.

1919-cu ilin sonunadək buradan 60 min nəfərdən çox adam qovulmuşdur. 

1917-ci ilin dekabrından 1918-ci ilin iyununadək erməni daşnak millətçilərinin qoşunları İrəvan quberniyasında

200  azərbaycanlı  kəndini  çapıb,  talayıb  və  yandırmışlar.  100  min  nəfərədək  azərbaycanlı  Sürməli,  İrəvan,

Eçmiədzin  (Üç  kilsə),  Şərur  qəzalarını  tərk  etməyə  məcbur  olmuşdur.  1919-cu  ilin  axırına  qədər  yalnız  Təzə

Bəyazid, Eçmiədzin və İrəvan qəzaları üzrə var yoxu talanan azərbaycanlıların sayı 200 min nəfərə çatmışdır. Onu

da qeyd etmək lazımdır ki, Mehriyə bitişik ərazinin Ermənistana verilməsi sayəsində Naxçıvan bölgəsi süni şəkildə

Azərbaycandan ayrı salınmışdır.

1918-ci  il  mart  faciələri  nəticəsində  Şamaxı  qəzasının  58  kəndi  dağıdılmış  ,Quba  qəzasının  122  kəndi,

Qarabağın dağlıq hissəsində 155-dən çox, Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92

kənd erməni vandalları tərəfindən yandırılmışdır.

...  Martın  son  günü  Azərbaycan  tarixində  ən  qanlı  hadisələrdən  biri  kimi  xalqımızın  yaddaşına  əbədi  həkk

olunmuşdur.  1918-ci  ilin  martında  baş  verən  həmin  qırğınlar  nəticəsində  on  minlərlə  dinc  sakin  daşnak-quldur

dəstələrinin əli ilə amansızcasına qətlə yetirilmişdir. 

Azərbaycanda 1918-ci il 31 mart qırğını xalqımıza qarşı soyqırım günü kimi qeyd olunur. Ümummilli liderimiz

Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 1918-ci il hadisələrinə siyasi qiymət verilmiş və bu qırğınla

bağlı elmi araşdırmaların aparılması tövsiyə edilmişdir. 

Yeri  gəlmişkən,  1918-ci  il  mart  qırğını  ilə  bağlı  əsl  tarixi  həqiqətlərin  uzun  illər  ərzində  xalqımızdan  gizli

saxlanılması  20-ci  əsrin  sonlarında  başımıza  yeni-yeni  müsibətlərin  gəlməsinə  səbəb  oldu.  Fikrimcə,  əgər  mart

soyqırımına vaxtında hüquqi-siyasi qiymət verilsəydi, Xocalıda və digər bölgələrdə yeni faciələrlə üzləşməzdik. Bu,

tarixi  yaddaşın zaman-zaman öldürülməsinin  nəticəsidir.  Bakı qırğınından  sonra  ermənilər  dünyaya  həyasızcasına

bildirdilər ki, Bakıda "çevriliş" olub. Uzun illər bolşeviklər və sovet tarixçiləri bu hadisələri "Vətəndaş müharibəsi"

kimi qələmə verməyə başladılar. Bu isə, azərbaycanlılara qarşı vəhşi daşnak soyqırımı idi.



Firudin CÜMŞÜDLÜ, 

ADPU-nun Azərbaycan tarixi

 kafedrasının dosenti, tarix 

elmləri namizədi


Yüklə 50,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə