Xalq şairi Hüseyn Arifin anadan olmasının 90 illiyi münasibətilə



Yüklə 74,33 Kb.
tarix26.11.2017
ölçüsü74,33 Kb.
#12674



AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT VƏ

TURİZM NAZİRLİYİ

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodiki və biblioqrafiya şöbəsi

Xalq şairi Hüseyn Arifin anadan olmasının

90 illiyi münasibətilə
Dili zərif, qəlbi kövrək, ruhu incə, könlü pərişan şair”
(Metodiki vəsait)

Qazax 2014

Redaktor: Solmaz Babanlı Qazax rayon MKS-nin direktoru.


Tərtib edən: Fatma Hüseynova MKS-nin Metodika və Biblioqrafiya şöbəsi


Ədəbiyyat siyahısı

1. Hüseynzadə H. Seçilmiş əsərləri. -B.: Azərnəşr, 1969.-329 s.

2. Hüseynzadə H. Seçilmiş əsərləri. -B.: Azərnəşr, 1969.-329 s.

3. Hüseyzadə H. Seçilmiş əsərləri. Iki cilddə. I cild. -B.: Azərnəşr, 1975-297 s.

4. Arif H. Ayrı düşəli. -B.: Gənclik, 1993.-280 s.

5. Arif H. Deməmiş olum .-B.: Azərnəşr, 1992.-47 s.

6. Arif H. Dilqəm. -B.: Yazıçı, 1984.-240 s.

7. Arif H. Dünya fikir dünyasıdır.-B.: Yazıçı, 1992.-312 s.

8. Hüseyzadə H. Duru göl əfsanəsi. -B.: Gənclik, 1969.-72 s.

9. Hüseynzadə H. Ömür gözəlsə. -B.: Gənclik, 1978.-350 s.

10. Hüseynzadə H. Söylə yadındamı? -B.: Gənclik, 1972-204 s.

11. Hüseynzadə H. Torpaq eşqi. -B.: Azərnəşr, 1964.-80 s.

12. Hüseynzadə H. Yollar və xatirələr.-B.: Azərnəşr, 1966.-333 s.

I Aparıcı: Xalqımızı, dilimizi, varlığımızı əbədiyyətə qovuşdurmuş Hüseyn Arif ədəbiyyatımızda ğlümsüzlük qazandı, saz nəfəsli, yaz həvəsli bir sənətkar ömrü yaşadı. Əziz qonaqlar, gecəmizi dili zərif, qəlbi kövrək, ruhu incə, könlü pərişan Hüseyn Arifin sözləri ilə tədbirimizi başa vürürüq.
Eşqim də Vətəndir, andım da Vətən,

Könlümün həvəsi başqa həvəsdir.

Kimsədən təşəkkür gözləmirəm mən,

Mənə öz xalqımın alqışı bəsdir.

Gurultulu alqışlarla tədbir sona çatır.

Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin

Sərəncamı

2014-cü il dekabr ayında Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, xalq şairi Hüseyn Arifin (Hüseyn Camal oğlu Hüseyzadənin) anadan olmasının 90 illiyi tamam olur. Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəmnində dəyərli əsərlər meydana gətirmiş və milli ədəbiyyata töhvələr vermişdir. Şairin əsas qayəsi vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümdən ibarət olan yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxlayır. Azərbaycan Respublikası Konstitutsiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və xalq şairi Hüseyn Arifin Azərbaycan ədəbiyyatının inkişafında diqqətəlayiq xidmətlərini nəzərə alaraq qərara alıram:


  1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Hüseyn Arifin 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

  2. Azərbaycan respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
HÜSEYN ARİF-90
Dili zərif, qəlbi kövrək, ruhu incə, könlü pərişan şair
Hüseyn Arif xalqımızın zəngin bədii- poetik irsi zəminində yaratdığı əsərlərlə milli ədəbiyyatımıza töhfələr verib.Şairin əsas qayəsi vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin, təbiət gözəlliklərinin tərənnümündən ibarət olan yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxlayır.

Bu il xalqımızın sevimli şairi Hüseyn Arifin anadan olmasının 90 illiyi qeyd olunur. Yubileyin dövlət səviyyəsində keçirilməsi üçün möhtərəm Prezident İlham Əliyev 2 may 2014-çü il tarixdə sərəncam imzalamışdır. Sərəncamla əlaqədar olaraq bütün mədəniyyət müəssisələrində, kitabxanalarda şairin həyat və yaradıcılığının oxuculara daha yaxından təbliği məqsədilə maraqlı və yadda qalan tədbirlərin keçirilməsi məqsədəuyğundur.

Hər bir kitabxanada ən əvvəl kitab sərgilərinin təşkili vacibdir. Sərgiyə şairin kitabları,onun haqqında nəşr olunmuş kitab və dövrü mətbuatdan materialları, müxtəlif foto- şəkillər yerləşdirilməlidir. Sərgilər “Hüseyn Arif-90”, “Hüseyn Arif dünyası”, “Təbiət vurğunu Hüseyn Arif”, “Hüseyn Arif poeziyası” və s. başlıqlarda tərtib oluna bilər. Sərgidə şairin şeirlərindən seçmə misralar və onun haqqında deyilən sözlər iri hərflərlə yazılıb əlavə oluna bilər.
El üçün yaşayıb yazan sənətkar

Elin bircə gün də çıxmaz yadından.


Kim deyir şeirin meydanı dardır,

Sonu görünməyən birlik bahardır.

Neçə ki, həyat var, şeir də vardır,

Həyatın nəfəsi şeir deyilmi.


Çox verib imtahan Hüseyn Arif,

Çağlar zaman- zaman Hüseyn Arif,

Getməz qulaqlardan Hüseyn Arif,

II Oxucu:
-Aç ay Mehdi, mənəm, mən.

Səs dostunun səsidir,

Səməd girir içəri.

Yenə qıpqırmızıdır onun qaynar gözləri.\

-Ay Mehdi!

-Səməd, buyur!

-“Vaqif”dən oxuyacağam

Bir azca yaxın otur.


I Oxucu:
-Dünən oxumadınmı?

-Yox, bu təzə səhnədir!

Vaqif zindana düşüb

Qulaq as bir gör nədir?

Doğrusu oxumasam

Söz dələr ürəyimi.


II Oxucu:
-Mən gedim

-Ay Səməd, bir di

İndi gəlmədinmi?

Yaxşı çay, çörək?

-Yox Mehdi, mən gedim sabah gələrəm.

Başımda nə qədər fikirlərim var.

Vaqifi zindanda qoya bilmərəm

Gözləyir yolumu Vaqiflə Eldar


I Oxucu:
Səməd çıxıb gedir Mehdi qalır tək,

Məhəbbət silinməz, ilqar pozulmaz.

Deyir arxasınca gülümsəyərək:

-Get Səməd, get, səni saxlamaq olmaz.



I Aparıcı: Hüseyn Arif bizi Vətənin təbiətini qoruyub saxlamağa, torpağın nemətlərindən ağıllı, səmərəli istifadə etməyə, təbıəti daha da zənginləşdirməyə, gözəlliyini, sərvətlərini daha da artırmağa, təbiəti, mühafizə etməyi həyat tərzimizin ayrılmaz hissəsi olmağa çağırır.

Ağaclar əksəydik, nəhəng ağaclar

Doğma Abşeronun torpaqlarında,
Susub çəkilərdı qınına xəzri,

Kəsərdi hay-küyü gilavarın da.


Torpağın sinəsi cadarlanmazdı,

Torpaq müqəddəsdir, torpaq əzizdir,

Axı, “Ana torpaq” demişik ona,

Ananını qorumaq vəzifəmizdir.


II Aparıcı: Bildiyimiz kimi Hüseyn Arif öz şeirlərində Vətənə, sevgiyə böyük yer ayırdığı kimi uşaqları da unutmamışdır. Şair uşaqları çox sevmiş, onlara rəğbət bəsləmiş və bir çox şeirlərini məhz bu balaca fidanlara həsr eləmişdir. “Son qar topası”, “Topum dənizdə qaldı”, “Bahar nəğməsi”, “Çox sevdiyimdən”, “Kəpənəyim”, “Gözəl bahar” və s. şeirləri buna misal çəkmək olar.

Şairin xalq şairi Səməd Vurğuna həsr etdiyi “Yolda” poemasından parça oxucular tərəfindən ifa edilir.


I Oxucu:
Otuz yeddinci ildir.

Mehdi masa dalında,

Üfüqdə dan sökülür,

O qədər çəkməyir ki,

Qapı bir də döyülür,

Qələmi qoyub yana

Sakit qalxır yerindən

Dillənir- kimsən! – deyə,


Son aşıq sazını çalana qədər...

Baxdım ana torpağıma

Aranıma, yaylağıma,

Min səs gəldi qulağıma

-Yaşa,

Yaşa, Azərbaycan!


Hüseyn Arif Allahın istedadla təltif etdiyi xöşbəxt şair idi. Hüseyn dünyaya şair gəlib və şair də getdi.
Sənin ilhamına söz ola bilməz,

Yanmayan ocaqda köz ola bilməz.

Dağ şəlaləsisən, çağla, əzizim,

Quyuya ha su tök, o dola bilməz.


Mirvarid Dilbazi.

Bu günkü Azərbaycan şeirini həyatımızın, əsrimizin qəhrəmanlıq və rəşadət, məhəbbət və sədaqət salnaməsi adlandırsaq, onun neçə-neçə gözəl səhifəsini olduğunəslin adından şəxsən özü yazmışdır.


Nəbi Xəzri.

Hüseyn Arifin şeirlərində sözlərin sıralanması, təbii axarı, kəlmələrin tərkibindəki, səslərin belə cərgələnməsi o qədər sadədir, ürəyə yatımlıdır ki, adam şeir oxuduğunu hiss etmir, elə zənn edir ki, kiminləsə sadəcə söhbət edir. Lakin bu söhbətin elə gözəl, elə incə və elə zəngin poetik düşüncə tərzi, elə obrazlı təfəkkürü var , buna heyran qalmaya bilmirsən. Xalq poeziyası Hüseyn yaradıcılığının iliyinə, qanına hopmuşdur.



İsmayıl Şıxlı.

Hüseyn Arif... çox müdrik idi. Sözün əsl mənasında şair idi... İlk gündən son gününəcən şair ömrü yaşadı.


Vaqif Səmədoğlu

Xalq tərəfindən sevilə-sevilə oxunan Hüseyn Arifin kitablarının icmalının keçirilməsi oxucularda maraq doğurar. Təbiət vurğunu, canlı folklor kimi ədəbiyyatımızda zəngin yaradıcılığı ilə Hüseyn Arif zəngin və mürəkkəb həyatını, düşüncələrini, gördüklərini qələmə alaraq ədəbiyyatımız, mədəniyyətimiz tarixində qiymətli bir irs qoyub getmişdir.

Şairin 2005-ci ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən nəşr olunan “Seçilmiş əsərləri” kitabı Azərbaycan Respublikası Prezidenti İlnam Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunmuş və kitabxanalara hədiyyə edilmişdir. Kitabda “ Azərbaycan”, “Oğluma”, “Təbiət düşünür”, “Gözəllərə”, “Turşməzə şeirlər”, “Ümumi şeirlər” başlıqda şairin seçmə şeirləri toplanılıb.

Kitabxanalarda keçiriləcək sual-cavab gecəsini iki hissədən ibarət təşkil etmək olar. Birinci hissədə kitabxanaçı oxuculara qısaca olaraq Hüseyn Arifin həyat və yaradıcılığı haqqında məlumat verir.İkinci hissədə isə sevimli şairimiz haqqında oxucuların fikirlərini öyrənmək məqsədilə anket sorğuları keçirilir. Sorğu aşağıdakı formada tərtib oluna bilər.



  1. Hüseyn Arifi tanıyırsınızmı?

Bəli

Xeyr


  1. Şair neçənci ildə və harada anadan olub?

------------------
3. Hüseyn Arifin ən çox sevdiyiniz şeiri

--------------------


4.Hüseyn Arifin xalq şairi Səməd Vurğuna həsr etdiyi poemanın adı.

---------------------


Yubiley tədbirlərinin içərisində ədəbi- bədii gecənin keçirilməsi ən önəmlisidir. Çünki ədəbi-bədii geçədə oxuculara şairin həyat və yaradıcılığı haqqında ən geniş məlumatlar verilə bilər. Gecəni keçirmək üçün ssenari tərtib edilir. Tədbirin keçiriləcəyi yer, şairin şəkilləri, şeirlərindən parçalarla bəzədilir. Əsərləri və haqqında olan

I Aparıcı: Hüseyn Arif poeziyasının xüsusi bir rəngi, boyası var. Bu boyanı onun şeirindən ayırmaq olmaz. Ayırmaq mümkün olsa, şeir bütün ifadəlilik vasitələrindən məhrum olar, bu poeziyanın canına hopmuş hikmətlər, aforizmlər, xalq ifadələri, ümumiləşmiş fikir-obrazlar, babaların deyim tərzinə uyğun deyimlər, təzadlar, obrazlı müqayisələr, bütün emosional məcazlar yox olar. Günü vətənin ucsuz-bucaqsız düzlərində, başı göyləri dələn dağlarında, dibi gün görməyən meşələrində, yaşıl zəmi və tarlalarında, əzəmətli quruculuq meydanlarında keçir. Təbiət dostu, insan dostu, ana torpağın əzizi, sevimlisidir.Bəxtinə gözəllik düşüb, ruhu həqiqi şair duyğuları ilə mayalanıb.

II Aparıcı: Adi yoncanı, yovşanı, yarpızı vətənin bir zərrəsi kimi sevər, əzizləyərdi, Hüseyn Arif. “Zirvələrdən zirvələrə gedən yolu məndən soruş”, “Ceyranı da, cüyürü də nəsil-nəsil tanıyıram” deyən şair adi yovşan kolunun qoynunda sənətkar şair duyğusu ilə kəşf edilə bilən neçə-neçə sirlər gizləndiyini qeyd edir: “A Yonca, a Yovşan, bircə gün sizi unutsam, bilin ki, unudulmuşam.” Təbiət və təbiətin insanlara bəxş etdiyi nemətlər Hüseynin qəlbini qürurla doldurur, onu riqqətə gətirir, daim özünə çəkir:
Gəl çıxaq seyrinə uca dağların,

Çəmən olan yerdə xalça nə lazım.

Gözündən su içək buz bulaqların,

Lilpar olan yerdə dolça nə lazım.

Nə kaman götürək, nə tar, nə qaval

Orda nəğmə də var, nəğməkar da var...


I Aparıcı: 40 ilə yaxın yaradıcılıq yolu keçmiş Hüseyn Arifin gözəl poeziyası klassik ədəbiyyatımızın nəhəng simalarının, şifahi xalq ədəbiyyatı yaradıcılarının ədəbi-bədii irsi zəminində formalaşmışdır.

II Aparıcı: Hüseynin ifadə tərzi gözəl və rəngarəng, fikirləri yeni və səmimidir.
Bağlar, gözüm barınızdan doymayıb,

Qonağını ötürməyə tələsmə.

Dağlar, gözüm qarınızdan doymayıb,

Duman, çiskin gətirməyə tələsmə...

Əli çiçək, ayağı gül,

Teli ipək, darağı gül.

Üzü qönçə, yanağı gül,

Boya onun nə vecinə?


I Aparıcı: Bu ipək misraların yaratdığı təbii boyalı lirik qəhrəman gözlərimiz önündə canlanır. Bu insan təbiətlə qaynayıb-qarışıb, Hüseyn Arif çıxışlarının birində deyirdi ki, mənim qartal, palıd, cökə, söyüd, qovaq məfhumlarının arxasında həmişə insan dayanır. Hüseyn Arifin şeirləri həzindir, lirikdir, səmimidir. Buna görə də tez əzbərlənir, dillərə düşür. “Sən dərsə gəlməyəndə”, “Sən mənimlə get”, “Dedim- dedi”, “İnsan”, “Şeir deyilmi?”, “Analar”, “Bulaq”, “Səni unuda bilmirəm”, “Qonşu qız”, “Söylə yadındamı?” kimi lirik şeirlərlə yanaşı siyasi mövzuda yazılmış “Mən sülhə səs verirəm” mahnısı da bu gün öz təravətini itirməmişdir.

II Aparıcı: Şair adi sözlərlə böyük bir dünya yaradırdı. Həyatı, zamanın, insanın cövhərindəki fəlsəfi qatı açırdı. O, filosofluq etməyə çalışmırdı. Dediyi fikirlər fəlsəfi mahiyyət kəsb edirdi:
Ömür asan deyil,gün asan deyil,

Vicdan susan deyil, qəlb susan deyil.

Ay Hüseyn Arif, tək insan deyil,

Daş da daş eynini gəzər həyatda.


Hüseyn Arif təbiətin rəngarəng, valehedici gözəlliyini məhz şairinə bir ruhla təsvir edir, bu gözəlliyə ictimai, fəlsəfi, estetik, məna verir. Peyzaj lirikası şairin estetik nailiyyətidir, desək səhv etmərik:
Vətən torpağıdır yaranışımdan

Əbədi ünvanı vurğun könlümün.


Və yaxud
Qoşqar vüqarımdır, Kəpəz qüdrətim,

Gözümdən Göy gölün şəkli getməsin.

Kürün sahilində sözüm-söhbətim,

Milin sinəsində izim itməsin.

materialları əks etdirən sərgi görünən bir yerdə yerləşdirilir. Kitabxanaçı tədbiri açıq elan edir və iştirakçılarına Azərbaycanın xalq şairi Hüseyn Arifin həyatı və yaradıcılığı haqqında qısa məlumat verir.


Hüseyn Arifin həyat və yaradıcılığı.
Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif) 1924-cü il iyul ayının 15-də Azərbaycanın Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. Ağstafa şəhər yeddiillik məktəbini bitirdikdən sonra 1937-1940-cı illərdə Bakı Pedoqoji məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə Tovuz şəhər orta məktəbində müəllim kimi başlamışdır. İkinci Dünya müharibəsi dövründə döyüşən ordu tərkibində Ukrayna cəbhəsində, Polşa, Çexoslovakiya və Almaniya ölkələrində olmuş, yaralanmış, müalicə olunduqdan sonra Moskva hərbi mühəndislik məktəbinə göndərilmişdir. 1943-1945-ci illərdə SSRİ Xalq Daxili İşlər Komissarlığı qoşunları tərkibində vzvod komandiri olmuşdur. Sovet Ordusu sıralarından tərxis olunandan sonra, 1946-1951-ci illərdə ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır.

Şair 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. 1951-1952-ci illərdə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir.

1957-1959-cu illərdə Xarici Ölkələrdə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri, 1965-1967-ci illərdə “Azərnəşr” in Bədii ədəbiyyat redaksiyasının müdiri,1980-1982-ci illərdə Azərbaycan Mədəniyyətinin Mədəni-Maarif idarəsində Repertuar redaksiya kollegiyasının üzvü olmuşdur.

1982-ci ildən Azərbaycaycan Aşıqlar Birliyinin sədri vəzifəsində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun liberettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F. Axundov adına Opera və Balet Teatrında, “Yolda ” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.
1971-ci ildə “Dağ kəndi” poemasına görə “Qızıl Oraq” mükafatına layiq görülmüşdür, əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.Mahnılarına musiqi bəstələnmişdir.

1976-cı ildə Yuqoslaviyada( Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ günlərinin iştirakçısı, 1979-cu ildə Azərbaycan Dövlət mükafatı laureatı olmuş, 1989-cu ildə isə “Azərbaycanın Xalq şairi” fəxri adina layiq görülmüşdür.

1992-ci il sentyabr ayının 14-də Bakıda vəfat etmiş, doğma kəndində dəfn olunmuşdur.

Tədbirin ikinci hissəsi bədii hissə olmalıdır. Bu vaxt kitabxanaçı şairin şeir aləmindən qısa seçmələr söyləməli, sonra isə bədii hissəsi başlamalıdır. Burada şairin sözlərinə yazılmış mahnılar, saz havaları təqdim olunmalıdır. Tədbir şairin ən çox sevdiyi və şəninə poema həsr etdiyi “Dilqəmi” havası ilə açılması yerinə düşərdi .



I Aparıcı: Şifahi və yazılı ədəbiyyatımızın zəngin qaynaqlarına söykənən Hüseyn Arif poeziyasında coşub- çağlayan bir sazın simlərindən qopub gələn həm həzin, həm şaqraq xalq musiqisi, torpağın yaz çağındakı ətri, çəmən- çiçək təravəti, zirvə məğrurluğu var. Hər misranın üstündə zərgər dəqiqliyi ilə işləyən sənətkar onlara qəlbinin odunu, gözünün nurunu içirmişdir. Buna görə də onun şeirləri canlıdır, misralarının çoxu aforizm kimi səslənir, dillərdə zərb- məsəl kimi dolaşır:
Ömür deyir:-

Qocalmışam,

Ürək deyir-

Yaşa hələ...

Həyatı anlayanda,

Həyatdan gedir insan.


(Hüseyn Arifin sözlərinə bəstələnmiş “Ürək deyir: yaşa hələ” mahnısı ifa olunur.)
II Aparıcı: Hüseyn Arif gözəlliyi görüb-duyur, ondan öz dilində söhbət açmağı bacarırdı:
Əli çiçək, ayağı gül,

Teli ipək, darağı gül.

Üzü qönçə, yanağı gül,

Boya onun nə vecinə?


I Aparıcı: Bu ipək misraların yaratdığı təbii boyalı lirik qəhrəman gözlərimiz önündə canlanır. Bu insan təbiətlə qaynayıb-qarışıb, Hüseyn Arif çıxışlarının birində deyirdi ki, mənim qartal, palıd, cökə, söyüd, qovaq məfhumlarının arxasında həmişə insan dayanır. Hüseyn Arifin şeirləri həzindir, lirikdir, səmimidir. Buna görə də tez əzbərlənir, dillərə düşür. “Sən dərsə gəlməyəndə”, “Sən mənimlə get”, “Dedim- dedi”, “İnsan”, “Şeir deyilmi?”, “Analar”, “Bulaq”, “Səni unuda bilmirəm”, “Qonşu qız”, “Söylə yadındamı?” kimi lirik şeirlərlə yanaşı siyasi mövzuda yazılmış “Mən sülhə səs verirəm” mahnısı da bu gün öz təravətini itirməmişdir.

II Aparıcı: Şair adi sözlərlə böyük bir dünya yaradırdı. Həyatı, zamanın, insanın cövhərindəki fəlsəfi qatı açırdı. O, filosofluq etməyə çalışmırdı. Dediyi fikirlər fəlsəfi mahiyyət kəsb edirdi:
Ömür asan deyil,gün asan deyil,

Vicdan susan deyil, qəlb susan deyil.

Ay Hüseyn Arif, tək insan deyil,

Daş da daş eynini gəzər həyatda.


Hüseyn Arif təbiətin rəngarəng, valehedici gözəlliyini məhz şairinə bir ruhla təsvir edir, bu gözəlliyə ictimai, fəlsəfi, estetik, məna verir. Peyzaj lirikası şairin estetik nailiyyətidir, desək səhv etmərik:
Vətən torpağıdır yaranışımdan

Əbədi ünvanı vurğun könlümün.


Və yaxud
Qoşqar vüqarımdır, Kəpəz qüdrətim,

Gözümdən Göy gölün şəkli getməsin.



Kürün sahilində sözüm-söhbətim,

Milin sinəsində izim itməsin.
Yüklə 74,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə