www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
14
Müqəddimə əvəzi
“İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri
zəminində öz üslubunu yaradan sənətkar kimi
xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr
vermişdir. Yazıçının bədii nailiyyətlərlə zəngin irsi
ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli
təsir göstərmişdir. Azərbaycan teatr səhnəsinin müasir
simasının
formalaşmasında
İlyas
Əfəndiyev
dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur.”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti.
Azərbaycanın ictimai-mədəni həyatı və ədəbi-estetik
fikri tarixində bədii nəsr əhəmiyyətli yer tutmaqdadır.
Klassik bədii ənənələri sistemli şəkildə davam etdirən
sovet dövrü Azərbaycan nəsri bu mənada xüsusi maraq
doğurur, müxtəlif üslublu yaradıcı şəxsiyyətləri, mövzu
və sənətkarlıq məsələləri ilə diqqəti cəlb edir.
Azərbaycan ədəbi-mədəni həyatının təkamülü tari-
xində mühüm xidmətləri olan, görkəmli nasir, xalq
yazıçısı, dramaturq İlyas Əfəndiyevin (İlyas Məhəmməd
oğlu Əfəndiyev) əsərləri və bədii sənət uğurları diq-
qətəlayiq əhəmiyyət daşımaqdadır. İlyas Əfəndiyev
müxtəlif mövzulu və dolğun məzmunlu hekayə, oçerk,
kinossenari, povest, roman və dramların, ədəbi-tənqidi və
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
15
publisistik məqalələrin müəllifidir. Onun yaradıcılığı
Azərbaycan mədəniyyətinin çox qiymətli tərkib hissəsi
olmaqla bərabər, həm də milli tariximizin müəyyən
dövrünün mükəmməl bədii salnaməsi səciyyəsini
daşımaqdadır. Tanınmış ədəbiyyatşünas-tənqidçi Yaşar
Qarayev həmin məqama aydınlıq gətirərək yazırdı:
―Azərbaycan tarixi barədə klassik sənədlər - yeddi
―Qarabağnamə‖ var. Bütünlükdə, İlyas Əfəndiyevin
yaradıcılığını mən səkkizinci ―Qarabağnamə‖ hesab
edirəm‖. (Bax: (Qarayev Y. Xarı bülbülün nağılı. Bakı,
1995, s.16.)
İlyas Əfəndiyevin yaradıcılığı təkcə ictimai məz-
mununa və milli ideyasma görə deyil, həm də bədii
sənətkarlıq və poetikasına görə də ciddi müasirlik
əhəmiyyətinə malikdir.
Sovet dövründə klassik Azərbaycan və dünya
ədəbiyyatının yaradıcılıq qanunlarına arxalanan İlyas
Əfəndiyevin müasirləri Süleyman Rəhimov, Mirzə
İbrahimov, Mehdi Hüseyn, Mir Cəlal, Əli Vəliyev, Əbül-
həsən, Ənvər Məmmədxanlı, Bayram Bayramov, İsmayıl
Şıxlı, İsa Hüseynov, Əlfi Qasımov, Hüseyn İbrahimov,
Sabir Əhmodov və başqaları kimi həmvətənlərinin,
Azərbaycan insanının taleyini, psixoloji yaşantılarını
qələmə alır, ciddi ictimai-siyasi düşüncələrini bədii təsvir
yolu ilə təqdim eləməyə çalışırdı.
Ümumiyyətlə, adı çəkilən və çəkilməyən müəlliflərin
yaratdığı zəngin Azərbaycan nəsri, habelə klassik milli
nəsrimiz indiyə qədər müxtəlif səviyyələrdə araşdırılıb.
(Bax: Qulu Xəlilov. Azərbaycan romanının inkişaf
tarixindən.
Bakı: Elm, 1973; Akif Hüseynov,
Müxtəlifliyin birliyi, Bakı: Yazıçı, 1983; Yavuz
Axundov. Tarix və roman, Bakı: Yazıçı, 1983; Vəli
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
16
Nəbiyev. Azərbaycan bədii nəsrinin janr-üslub təkamülü:
Fil. elm.dok.dis. Bakı, 1992; Əflatun Məmmədov.
Azərbaycan bədii nəsri (XIX əsrin sonu, XX ərsin
əvvəlləri), Bakı: Elm, 1983; Pənah Xəlilov. Nəsrimizin
üfüqləri, Bakı: Yazıçı, 1982; Yəhya Seyidov. Mehdi
Hüseynin yaradıcılıq yolu. Bakı: Azərbaycan EA-nm
nəş., 1966; Yaqub İsmayılov. İlyas Əfəndiyevin
yaradıcılıq yolu, Bakı: ―Elm‖ nəşriyyatı, 1991; Мухтар
Иманов. Психологизм в современной Азербайджанс-
кой прозе: Автореф. дис.докт. фил. наук. Баку, 1984;
Вилаят Кулиев. Стилевое многообразие современной
Азербайджанской прозы: Автореф. дис. ... канд. фил.
наук. Баку, 1982; Şövkət Hüseynova. Salam
Qədirzadənin bədii nəsri: Fil. elm. nam. ... dis. avtoref.
Bakı 1995; Məleykə Hüseynova. Ənvər Məmmədxanlı
və Azərbaycan nəsrində lirik-romantik üslub: Fil. elm.
nam. ... dis. Avtoref. Bakı, 2001; Гаджиев A.M.
Творческий путь М.Ибрагимова: Автореф. канд. фил.
наук. Баку, 1970; Караев З. Повести С.Рагимова.
Автореф. на соискание канд. Фил.наук. Баку, 1974;
Султанова С. Художественная проза С.Рахмана:
Автореф. дис. ... канд. фил. наук. Баку, 1984;
Eynəddin Məmmədov. Yeni insanın bədii inikası.
(Bayram Bayramovun povestləri əsasında): Fil. elm.
nam. ... dis. Bakı, 1972; İldırım Qasımov. Əli Vəliyevin
romanları: Fil. elm. nam. ... dis. Bakı, 1978; Vaqif
Yusifov. Müasir Azərbaycan nəsrində konflikt və
xarakter: Fil. elm. nam. ... dis. Bakı, 1979; Həsən
Quliyev. Azərbaycan romanının təşəkkülü və inkişafı
problemləri: Fil. elm. dok. ... dis. Bakı, 1981; Mətanət
Dostları ilə paylaş: |