Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə2/282
tarix28.06.2018
ölçüsü19,75 Mb.
#52107
1   2   3   4   5   6   7   8   9   ...   282

10 

 

Bütün  bunlarla  yanaşı,  redaksiya  heyəti  o xucu lara  onu  da  yetirməy i  ö zünə  borc  bilir  ki,  A zərbaycan  Xalq  



Cü mhuriyyəti  tarixin in  doğru-düzgün  araşdırılması  və  xalqa  o lduğu  kimi  çatdırılması  u zun  zaman  yasaq  olunduğundan, 

ko mmunist  rejimin in  hökmranlığı  dövründə  Cümhuriyyət  tarixinə  dair  kü lli  miqdarda  sənədlər  və  materiallar  məhv 

edildiy indən,  xaric i  ölkə lərə  aparıld ığından,  ö mrünü  mühacirətdə  başa  vurmuş  Cü mhuriyyət  xad imlərinə  mə xsus  arxiv 

sənədləri  və  xatirə lərin  hə lə  heç  də   hamısı  tədqiqat  dövriyyəsinə  daxil  edilməd iyindən  ensiklopediyadakı  məqalə lərin 

bəzilərində  müəyyən  boşluqlar  və  çatış ma zlıqla r  da   ola   bilər.  Bu  ba xımdan,  təbiidir  ki,  Cü mhuriyyət  tarixinə   dair  yeni 

sənədlər,  məlu mat lar  əldə   olunduqca  və  elmi  a raşdırma lar  daha  da  dərin ləşdikcə  A zərbaycan  Xa lq  Cü mhuriyyəti 

Ensiklopediyasının yenidən nəşr olunmasına ehtiyac da yaranacaqdır. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Ensiklopediyasının  işıq  üzü  görməsi  ö lkədə  milli  ensiklopediya  nəşrinə  göstərilən 

dövlət  qayğısının  nəticəsidir.  Prezidentin  İcra  Aparatının   Hu man itar  siyasət  şöbəsi,  Milli  Arxiv   İdarəsi,  Milli  Elmlər 

Akademiyası,  Bakı  Dövlət Universiteti, Tarix Muzeyi, İstiqlal Muzey i, habelə digər elmi, dövlət və hökumət qurumlarının 

əməkdaşları,  elm  və  mədəniyyət  xad imləri,  alim  və  mütəxəssislər  ensiklopediyanın  ərsəyə  gəlməsində  öz  kö məklərini 

əsirgəməmişlər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




11 

 

AZƏRBAYCAN  XALQ  CÜMHURĠ YYƏTĠ  (AXC),  A z ə r b a y c a n   C ü m h u r i y y əti,  A z ə r b a y c a n  

D e m o k r a t i k   R e s p u b l i k a s ı   -  A zərbaycan  xa lqın ın  çar  Rusiyasına  qarşı  milli  a zadlıq   mübarizəsi  nəticəsində, 

Birinci  dünya  müharibəsi  (1914-18)  dövründə  Şimali  A zərbaycanda  (Rusiya  Azərbaycanında)  yaranmış  müstəqil  dövlət 

(1918,  28  may  -  1920,  28 apre l). Dünya tarixinin  ən de mo kratik dövlət quru mlarından biri. Türk-müsəlman Şə rqində  ilk 

parla mentli respublika. Payta xt ı əvvəlcə  Gəncə  (1918, 28  may -  17 sentyabr), sonra Bakı ş əhəri  (1918,  17 sentyabr- 1920, 

28  apre l)  idi.  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  yaran ması  ərəfəsində  Cənubi  Qafqa zda  azə rbaycanlıla rın  e lliklə  

yaşadıqları ərazilər təqr. 150  min  kv. km-ə bərabər  idi.  1918 ildə  Cənubi Qafqazda  müstəqil dövlətlər  meydana gəld ikdə, 

əzəli A zərbaycan torpaqlarının bir hissəsində Ermənistan Respublikası yaradıldı. A XC  Höku məti, həmçinin, A zərbaycanın 

qədim  mədəniyyət  mərkə zlə rindən biri və keç miş İrəvan  xanlığın ın paytaxtı o lan İrəvanı da ermənilərə güzəştə getməyə və 

onu  yeni  yaradılan  Ermənistan  Respublikasının  "siyasi  mərkə zi"  kimi  tanımağa  məcbur  o ldu.  Belə liklə,  Cənubi  Qa fqaz 

respublikaları  arasında  sərhəd  məsələləri  qis mən  nizama  salındıqdan  sonra  AXC  Cənubi  Qafqazdakı  tarixi  A zərbaycan 

torpaqlarının  113,9 min  kv. km-ni əhatə edirdi. A XC-nin  əhalisi 3,3 milyondan ço x idi. Dövlət hakimiyyəti üç qoldan ibarət 

idi: Parlament, Höku mət, məhkəmə hakimiyyəti. Dövlət Parlamentin  qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. 

Parla mentdə Azərbaycan ərazisində yaşayan bütün xa lqlar, o cü mlədən sayları ço x a z o lan xa lqlar da ö z deputatları ilə  tə msil 

olunmuşdular (türk-müsəlman əhali -  80, ermənilər  -21,  ruslar -  10, almanlar -  1, yehudilər -  1, gürcülər -  1, polyaklar -  1, 

Bakı  həmkarlar  ittifaqları  -  3,  Bakı  Neft  Sənayeçiləri  İttifaqı  -  2).  İcra  hakimiyyəti  Höku mətə  məxsus  idi.  Hö ku mət 

Parlament qarşısında cavabdeh idi. A XC Höku məti 1918 il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 

17-dək  Gəncədə, sentyabrın 17-dən 1920 il aprelin  28-dək  Bakıda fəa liyyət göstərmişdir. Azə rbaycan Xalq  Cü mhuriyyəti 

Paris  sülh  konfransının  qərara  (1920,  11  yanvar)  əsasən  müstəqil  dövlət  kimi  tanın mışdı.  Dünyanın  bir  ço x  ölkələ ri  ilə  

(Türkiye, İran, Ukrayna,  Böyük Britaniya, A BŞ,  Fransa, İtaliya, Polşa, İsveç, İsveçrə, Latviya,  Litva,  Estoniya, Finlandiya, 

Ru mıniya, Alman iya,  Gürcüstan, Ermənistan, Dağlılar  Respublikası,  Krım və b.) səfirlik və nümayəndəlliklər səviyyəsində 

diplo matik  münasibətlər  yaratmış,  ikitərəfli  və  ço xtərəfli  müqavilələr,  sazişlər  bağlamışdı.  AXC  müstəqil  məhkəmə 

sisteminin yarad ılması sahəsində də mühü m tədbirlər həyata keçirmişdi. A zərbaycan Xalq Cü mhuriyyəti 1920 il aprelin  28-

de  beynəlxa lq  hüquq  norma lannı  kobudcasına  pozan  Sovet  Rusiy asının  hərbi  müda xiləsi  nəticəsində  aradan  qaldırıldı. 

Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən  Rusiyaya ilhaq olundu. Sosializm sistemi və 

Sovet  Sosialist  Respublikaları  İttifaq ı  (SSRİ)  dağıldıqda,  A zərbaycan  xalq ı  Şimali  A zərbaycanda  dövlət  müstəqilliyini 

yenidən bərpa etdi (1991, 18 o ktyabr). A zərbaycan Respublikası A zərbaycan Xa lq Cü mhuriyyətinin varisidir. 



Ərazi  və  əhali.  Ərazi.  A zərbaycan  Xalq  Cü mhuriyyətinin  ərazisi  haqqında  ilk  dəfə  İstiqlal  bəyannaməsində  bəhs 

edilmişdi.  Hə min  sənəddə  göstərilirdi  ki,  Cənub-Şə rqi  Zaqafqa ziyanı  əhatə  edən  Azərbaycan  tamhüquqlu  müstəqil 

dövlətdir.  Lakin  yenicə  yaranmış  Cənubi  Qafqaz  respublikalarının  əraziləri  və  sərhədlərinin  konkretləşdirilməsi  ciddi 

problemlə rlə  qarşılaşdı.  Azə rbaycan  və  Ermən i  Milli  Şura ları  arasında  s ərhəd  məsələlə ri  ü zrə  danışıq ların  nəticəsi 

Azərbaycan  Milli  Şurasının  1918  il  29  may  tarixli  iclasında  müza kirə  ed ild i.  Səs  çoxluğu  ilə  İrəvan  Ermən istan 

Respublikasına güzəşt edildi və onun paytaxtı kimi tanındı. Həmin qərar qəbul olunarkən  hər  iki respublikan ın gələcəkdə 

konfederasiya  şeklində  birləşəcəyi,  Ermənistanın  Qarabağın  dağlıq  h issəsinə  olan  əsassız  iddiadan  əl  çəkəcəyi  və  başqa 

məsələ lər nəzə rə a lın mışdı. La kin tarix bu addımın  yanlış olduğunu göstərdi. Ermənilər hə min güzəştlərdən istifadə edərə k, 

yeni-yeni  əra zi  iddia ları  irə li  sürdülər.  İrəvan  quberniyasında,  Qarayazıda  o lan  Azə rbaycan  hərbi  h issələrinin   24  saat 

müddətində  oradan  çıxarılması  haqqında  ultimatum  verd ilər,  azərbaycanlılara  qarşı  yeni  soyqırımları  həyata  keçirməyə 

başladılar və bununla, həmin əraziləri zor gücünə ələ keçirməyə cəhd göstərdilər. 

Azərbaycanla  Gürcüstan arasında da s ərhəd mübahisələri vardı.  Gü rcüstan hökuməti  keç miş Tiflis quberniyasına daxil 

edilmiş  Azərbaycan  torpaqlarını  -  Borçalı,  Qarayazı  və  Sığnax  mahallarını  A zərbaycana  qaytarmaqdan  boyun  qaçırdı. 

Gü rcü silahlı qüvvələri alman  hərbi dəstələri ilə birləşərək, 1918 il iyunun əvvəllərində Borçalıya daxil oldular. Ayın 14-də 

Azərbaycanın  Xa ric i  İşlər  Nazirliyi  a zərbaycanlıların  məskunlaşdığı  Borça lıya   və  digər  əra zilə rə  b irləşmiş  gürcü-alman 

hərbi  qüvvələrin in  yerid ilməsinəqarşı  nota  verdi,  s ərhəd  məsələsinin  siyasi  yolla  həll  olunmasını  təklif  etdi.  Gürcüstan 

hökuməti buna razılıq vermədi. Cənubi Qafqaz respublikaları arasındakı ərazi mübahisələri daha kəskin şəkil almağa başladı. 

Buna  görə  də  həmin   problemin  beynəlxalq  İstanbul  konfransında  müzakirə  edilməsi  qərara  alındı.  1918  ilin  noyabrında 

Əlimərdan  bəy  Topçubaşovun  Antanta  dövlətlərinin  İstanbuldakı  nü mayəndələrinə  göndərdiyi  xüsusi  memorandu mda 

Azərbaycanın  əra zisi  müəyyənləşdirilirdi.  Bu  məsələ  daha  geniş  şəkildə  Paris  sülh  konfransındakı  A zərbaycan  sülh 

nümayəndəliyin in tələblərində də əks olun muşdu. Həmin sənədə əsasən, Azərbaycan Xalq Cü mhuriyyəti aşağıdakı əraziləri 

əhatə edirdi: Bakı quberniyası (Bakı dairəsi  ilə b irlikdə  Bakı qəzası,  Cavad qəzası,  Göyçay qəzası, Şamaxı qəzası,  Quba 

qəzası,  Lən kəran  qə zası);  Yelizavetpol  (Gəncə)  quberniyası  (Ye lizavetpol,  yəni  Gəncə  qə zası,  Cavanşir  qə zası,  Nu xa  

qəzası,  Ərəş qə zası, Şuşa qəzası,  Qaryagin, yəni  Cəbrayıl qəzası, Zəngəzu r qə zası, Qa za x qə zası  (bu əra zinin  üçdə birini 

təşkil edən dağlıq hissəsi Azərbaycan və Ermən istan arasında mübahisəli əra zi kimi qalırd ı)); İrəvan quberniyası (Na xç ıvan 

qəzası,  Şərur-Də rələyə z qə zası, Sürmə li qəzası, habelə  Yeni  Bəyazid qə zası,  Eç miədzin və A leksandropol qəza larının  bir 

hissəsi);  Tiflis  quberniyası  (Borçalı  qə zası,  Tiflis  və  Sığnax  qə zala rının  bir  hissəsi);  Zaqatala  mahalı;  Dağıstan  vilayəti 

(Kürə və Samur nahiyələrin i əhatə edən ərazin in bir h issəsi, habelə Dərbənd şəhəri və onun ətrafı da daxil olmaq la, Qaytaq-

Tabasaran  qəzasının  bir  h issəsi).  Bundan  başqa,  Azərbaycan  Cü mhuriyyəti  Tiflis  quberniyasındakı  Axa lsıx  qəzasın ın 

Batu m, xüsusən Qars əyalətlərini də ö z ərazisinə daxil etməyə xüsusi əhəmiyyət verird i. 

 

 

 



 

 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə